Sin Seki - Wikipedia
Şin — Azərbaycan Respublikasının Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.[2][3]
Kənd | |
Şin | |
---|---|
Şin | |
41°21′12″ şm. e. 47°06′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1300 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.000 nəfər nəfər (2023) |
Milli tərkibi | Azərbaycanlılar rutullular və ləzgilər[1] |
Etnoxronim | Şinlilər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5516 |
Tarixi
redaktəŞin — hələ Azərbaycan dövləti yaranana qədər mövcud olmuş qədim Rutul kəndlərindən biri. 19-20-ci əsrlərdə Şinaz və Borç kəndlərinin köçürülən sakinləri hesabına kəndin əhalisi artmışdır. Birinci mərhələ: Şəki xanı Məhəmmədhəsən xanın hakimiyyəti dövründə Dağıstan Muxtar Respublikasının Rutul rayonundan 61 ailə Şin ərazisinə, 45 ailə isə Daşağıl bölgəsinə məskunlaşmışdı. Onlar atlı dəstələr təşkil edərək Məhəmmədhəsən xanla birlikdə hərbi yürüşlərdə iştirak edirdilər. Bu ailələr 1824-cü il siyahıya alınmasına qədər dövlətə vergi vermirdilər. Bu torpaqlar Gəray bəyə məxsus idi. Belə ki, Gəray bəyin torpaqlarında məskunlaşan ləzgilər bəyin torpaqlarını əkir və məhsulun onda bir (1/10) hissəsini bəyə vergi verirdilər.[4]
İkinci mərhələ: Borç kəndinin dağılması nəticəsində bu kəndinin əhalisinin bir qismi cənuba, digər qismi şimala üz tutdu. Cənuba üz tutan əhali Şin kəndinin dağlıq ərazilərində və Şorsu kəndində məskunlaşdılar. Şimala gedən əhali isə Dağıstanın və Rusiyanın müxtəlif bölgələrində topar və səpələnmiş şəkildə yaşayırlar.
Coğrafiyası və iqlimi
redaktəŞin kəndi şimaldan Rusiyanın Dağıstan Respublikası ilə həmsərhəddir. Kənd Layısqı və Almalı dağları arasında yerləşir. Şin kəndini Baş Layısqı kəndindən Layısqı dağı, Baş Göynük kəndindən isə Almalı dağı ayırır. Şin kəndindən Dağıstan ərazisinə keçmək üçün ən qısa yol Salavat aşırımıdır.
Çayları
redaktəŞin kəndi dağlıq kəndlərdəndir. Şin kəndindən Şinçay axır. Çay adını bu kənddən götürüb. Şinçay Seyidyurd və Qaraqaya dağları arasında yerləşir. Çay öz başlanğıcını 3000 m.-dən götürür. Şinçayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflan çayı Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır.
Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür. Bu çayın dərəsinin yamacları 1700–1800 m mütləq yüksəklikdən etibarən çılpaqlanmış vəziyyətdədir.[5]
İqlimi
redaktəKənddə əsasən qışı soyuq, yayı sərin keçən iqlim üstün mövqe tutur. Mülayim iqlim qurşağının Azərbaycan ərazisində son qurtaracağı hesab olunur. Elə buna görə də soyuq şimal küləyi əraziyə tez-tez daxil olur. Dəniz səviyyəsindən təxminən 1300 m. yüksəklikdə yerləşməsi atmosfer təzyiqindən asılı olaraq havada buludlu günlərin sayı çox olur. Nəticədə ildə 300–600 mm yağıntı müşahidə edilir. Şin kəndi dağlıq ərazi olduğundan Azərbaycana daxil olan cənub-qərb hava kütlələri həmin əraziyə qədər sərbəst hərəkət edir. Böyük Qafqaz dağlarının yüksək hündürlüklü əraziləri burada olduğundan həmin buludlar şimala yox, məhz həmin ərazidən ətraf ərazilərə hərəkət edir. Bu da yağıntının əsasən uzun müddət davam etməsinə gətirib çıxarır. Böyük Qafqaz dağlarında yüksəkliyə doğru buludluluğun azalmasını nəzərə alsaq bu ərazilərdə buludlu günlərin sayı aydın günlərin sayından kifayət qədər artıqdır.
Qonşu kəndləri
redaktəŞin kəndinin qərb hissəsində Baş Layısqı kəndi, şərq hissəsində isə Baş Göynük kəndləri yerləşir. Baş Göynük kəndi ilə Şin kəndini Şinçay, Baş Layısqı kəndi ilə isə Layısqı dağları ayırır.
Əhalisi
redaktə2009-cu il siyahıya alınmasına əsasən Şin kəndinin əhalisi 1999–2009-cu illər ərzində 96 nəfər artaraq 1543 nəfərə çatıb.[6] Kəndin əhalisi bütünlükdə rutullardan ibarətdir. Kənd əhalisi islam dininə etiqad edir. Kəndin mərkəzində Cümə məscidi inşa edilmiş və kənd əhalisi ibadətlərini burda edirlər. Kəndin əhalisi Rutul dilinin Şinaz şivəsində danışır. Son dövrlər kəndin ziyalıları Şinaz əlifbasını tərtib etmişlər.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən əkinçilik, taxılçılıq və xırdabuynuzlu maldarlıqla məşğul olur. Əkinçilər əsasən lobya, pomidor, xiyar, qarğıdalı və s. bitkiləri əkib becərirlər. Ən çox əkilən bitki isə lobyadır. Bu baxımdan Şin lobyası keyfiyyətinə görə xüsusilə tanınır.
Mədəniyyəti
redaktəŞin kəndi ilə Baş Layısqı kəndi arasında, Layısqı dağının ətəklərində Şinaz qülləsi yerləşir. Şinaz qülləsi bu ərazidə gözətçi qüllə rolunu oynayırdı. Yerli əhali qalanı Eşik qalası adlandırırlar.
Şin kəndində Mərkəzləşdirilmiş Kitabxana sisteminin 65 saylı filialı, bir kənd klubu, bir tibb məntəqəsi, uşaq baxçası və orta məktəb fəaliyyət göstərir
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Севиндж Алиева. Азербайджан и народы Северного Кавказа" (PDF). 2017-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ "Şəki şəhər İcra Hakimiyyəti — Bələdiyyələr". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ Z.Ə.Cavadova — Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik araşdırma)[ölü keçid]
- ↑ "Şəki Regional Elmi Mərkəzi - Şin və Kiş çayı yatağında sel gətirmələrin dinamikası". 2015-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
- ↑ "A.Ə. Məmmədova, U.M. Paşayeva — Şəki rayonunun 1999–2009-cu illərdə inzibatı-ərazi bölgüsü və ona edilən dəyişikliklər". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |