Seyx Senan Teleserial 2023 - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Şeyx Sənan" — Hüseyn Cavidin "Şeyx Sənan" pyesinin motivləri əsasında Xəyyam Abdullazadə və Elçin Elxanlı quruluşçu rejissorluğu ilə çəkilmiş eyniadlı Azərbaycan teleserialı.
Şeyx Sənan | |
---|---|
| |
Janr |
dram melodram |
İlk baxış tarixləri | 27 mart 2023, İTV |
Rejissor |
Xəyyam Abdullazadə Elçin Elxanlı |
Operator | Elman Əliyev |
Prodüser | Elməddin Alıyev |
Ssenarist | Xəyyam Abdullazadə |
Rollarda |
Sənan Əlləz -- Şeyx Sənan |
Bəstəkar | Tural Məmmədli |
Montajçı | Elçin Elxanlı |
Rəssam | Sənan Fətullazadə |
İstehsalçı ölkə | Azərbaycan |
İl | 2023 |
Studiya | İTV |
Dil |
Azərbaycan dili |
İlk çıxış tarixi | 27 mart 2023, İTV |
Növü | bədii teleserial |
Rəng | rəngli |
Seriya sayı | 12 |
Telekanal | İTV |
Məzmun
redaktəFilmin sujeti Sənan adlı gənc bir arxeoloqla, Xumar (Tamara) adlı tibb bacısı arasında baş verən sevgi hekayəsi üzərində qurulub. Sənan Qax rayonunun ucqar dağ kəndlərinin birində arxeoloji ekspedisiyada iştirak edir. Ehtiyatsızlıq ucbatından Sənan iti axan dağ çayına yıxılır və onu ölümdən Anton adlı kənd sakini xilas edir. Müxtəlif xəsarətlər almış Sənanı kəndin tibb məntəqəsinə gətirirlər və burada gənc və gözəl tibb bacısı Tamara onun yaralarını sarıyır. Beləliklə Sənanla Tamaranın ilk tanışlığı burada başlayır və sonra sevgiyə çevrilir. Lakin onların sevgisini qısqananlar və istəməyənlər peyda olur. Sən demə, Sənanı xilas edən Anton da Tamaranı sevirmiş və Sənanı xilas etməsinə peşmandır. Üstəlik kəndin yaxınlığındakı qədim yaşayış məskənində qazıntı işləri aparan arxeoloji ekspedisiyanın gənc üzvlərindən olan Zəhra da Sənana olan sevgisini gizlətmir. Zəhranı isə arxeoloqlardan biri Hadi sevir. Hadi Sənana nifrət edir. Bununla hadisələr daha da ziddiyyətləşir. Sənanla Tamaranın sevgisinə heç cür mane ola bilmədiklərini görən Anton və Zəhra mübarizə aparmağa başlayırlar. Bunun üçün müxtəlif planlar və hiylələr işlətmələrinə baxmayaraq uğursuzluqlara uğrayırlar. Sənan və Tamara Antonla Zəhranın və Hadinin bütün gizli maneələrinə baxmayaraq birbirlərini daha da güclü sevməyə davam edirlər və münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. Yəni, nişanlanmaq istəyən gənclərin əsas problemi bundan sonra başlayır. Çünki Tamaranın atası keşişdir və kənddəki kilsədə çalışır. Keşiş Platon dindaşlarının qınağından qorxaraq Tamaraya qadağa qoyur ki, Sənanla görüşməsin. Belə olduğu halda Sənan buna etiraz edir. Tamaraya olan sevgisinə görə hər şeyə hazır olduğunu sübut edir və beləliklə, xristianlığı qəbul edir. Tamara isə etiraz əlaməti olaraq islamı qəbul edir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
- Quruluşçu rejissor: Xəyyam Abdullazadə, Elçin Elxanlı
- Ssenari müəllifləri: Xəyyam Abdullazadə
- Rejissor: Laçın İsmayılzadə
- Qurluşçu rəssam : Sənan Fətullazadə
- Təsvir rejissoru : Elman Əliyev
- İkinci operator:Anar Dadaşov
- Bəstəkar: Tural Məmmədli
- Prodüser: Elməddin Alıyev
- Rejissor assistenti:Dilarə Vəliyeva
- Montaj rejissoru: Elçin Elxanlı
- Montajçı: Ramin Quluzadə
- Rəng korreksiyası: RENDER EDIT STUDIO
- Səs rejissoru: Nadir Mahmudov
- Səs operatorları: Emin Mahmudov, Ruslan Mahmudov
- Geyim üzrə rəssam: Fəxriyyə Zeynalova
- Qrim üzrə rəssam: Günay Əjdərova
- Fokus puller: Sevda İsmayılova
- Operator assistentləri: Alım Allahverdiyev, Nizami Qurbanov
- Rəssam assistentləri: Rəşidə Heydərli, Polad Muradlı
- Əlbəsə ustası: Fərid İbrahimov
- İşıqçılar: Atabəy Hüseynzadə, İbrahim AlIşanov, Həsən Talıbov
- İcraçı prodüser: Cəbrayıl Ələsgərov
- Set işçisi: Ceyhun Məmmədov
- Sürücülər: Elgün Məmmədli, Rasim Balakişiyev, Xəqani Məmmədov, Kəmaləddin Əsgərov, Fərid Rəsulov, Nəsib Nəsibov
- Baş prodüser: Yalçın Verdiyev
- Soundtrack: Emin Nəsirli (sözləri-Xəyyam Abdullazadə)
- İstifadə edilən mahnılar: EthnoClass orkestrı, Tania Kassis-Azan ave maria , Araz Ozara
Rollarda
redaktə- Sənan Əlləz — Şeyx Sənan
- Esmiralda Abdullayeva — Tamara
- Aygün Fətullayeva — Zəhra
- Pərviz Məmmədrzayev — Platon
- Ayşad Məmmədov — Kəbir
- Rauf Şahsuvarov— Serqo
- Bəhram Əliheydər — Hadi
- Türkay Cəfərli — Sərdar
- Tural Əhməd — Anton
- Vəfa Zeynalova (Vəfa Zeynallı kimi) — Nina
- Tural Baxış — Simon
- Aysel Yusubova — Əsmər
- Nəsibə Eldarova — Tereza
- Vüqar Vəlixanov — Osman
- Emin Nəsirli — Özdəmir
- Kəmalə Mehdiyeva — Sənanın anası
- Əbdülqəni Əliyev— Meşəbəyi
- Günay Əhməd — Xumar
- Şahin Yüksəl — Axund
- Yusif Əbdürəhmanov — Altun
- Hüsaməddin Əsgərov — Şeyx Əlləz
- Elçin Elxanlı — Platonun gəncliyi
Epizodlarda
- Oğuz əzimli
- Nurgün Məmmədli
Xüsusi təşəkkürlər
redaktə- Qax Rayon İcra Hakimiyyəti
- Qax Olimpiya İdman Kompleksi
- Qax Rayon Polis Şöbəsi
- Qax Rayon Mərkəzi Xəstəxanası
- Qax Rayon Uşaq Poliklinikası Qaxinqiloy Sahəsi
- Qax Rayon Qaxinqiloy Kənd Mədəniyyət Evi
- Qax Rayon Ləkit kənd İcra Nümayəndəliyi
- Alban-Udi Xristian Dini İcması
- Müqəddəs Məryəm Ana Bulun Kilsəsi
- Azərbaycan Arıçılar Assosİasiyası
- Robert Mobili
- Rafik Danakari
- İaqo Driqorieviç
- Elgün Məmmədli
- Zülfüqar mustafayev
- Siyavuş Əlizadə