Seyx Numani - Wikipedia
Şeyx Nümani kimi tanınan Əbu Abdullah Muhəmməd ibn İbrahim ibn Cəfər ibn Katib ən-Nu'mani Bağdadi (Ərəbcə: محمد بن إبراهيم بن جعفر النعماني), həmçinin İbn Əbu Zeynəb (Ərəbcə: إبن أبي زينب kimi tanınır), 10-cu əsr şiə alimi. Soyadı ailəsinin Bağdad yaxınlığındakı Numaniyyədən gəldiyini göstərir. Şeyx Nümani`nin Məhəmməd ibn Yəqub əl-Küleyninin şagirdi olduğu bildirilir (təq. 864 – 941).
Əhməd ibn Əli ən-Nəcaşiyə görə (təq. 982 – 1058), Şeyx Nümani, Kitabul-Ğeybə ("Qeyb kitabı"), Kitāb al-Farāʾiḍ ("Əmrlər kitabı") və " Kitāb al-Radd ʿalā al-Ismāʿīliyya ("İsmailliyi təkzib etmək kitabı") kimi bir neçə kitab yazmışdır. Ona Təfsir əl-Numani adlı bir təfsir aid edilmişdir. Təfsir kitabı 17-ci əsr müəllifi Məhəmməd-Baqir Məclisi tərəfindən Biharul-Ənvar kitabına daxil edilmişdir.
Şeyx Nümani təxminən 981-ci ildə Suriyanın Dəməşq şəhərində vəfat etmişdir.
Səfərləri
redaktə926-cı ildə (Hicri 313-cü il) Şiraza səfər etmişdir, sonra Bağdada, sonra Şam diyarına səfər etmiş, İordaniyanın vilayətlərindən biri olan Təbəriyyəyə getmişdir. Sonra Dəməşqə daxil olmuş, ömrünün sonlarında isə Hələbə gəlmiş və burada "Kitabul-Ğeybə"ni yazmışdır.
Əsərləri
redaktə- "Təsəlli" — Bu kitab Allah-təalanın İmam Hüseynin(ə) qatillərinin bir çoxundan bu dünyada intiqam alması barədədir.
- "Təfsir" — Bu kitab, Möminlərin əmiri Əlidən (ə) nəql edilən müsnəd(sənədli) xəbəri-vahiddir. Şeyx Nümani burada Quranı 60 növə ayırmış və hər növə aid bir misal çəkmişdir. Şeyx Ağa Bozorg Tehrani "əz-Zəriə" kitabında belə yazırː Şeyx Hürr Amili deyirː "Mən onun təfsirindən bir hissəni görmüşəm". Bəlkə də, onun bir hissədən məqsədi Şeyx Nümaninin öz sənədi ilə İmam Sadiqdən (ə) rəvayət etdiyi və öz təfsirinə müqəddimə etdiyi hədislərdir. Bu hədislər ayrıca və müxtəsər bir xütbə ilə birgə yazılmış, "Muhkəm və mutəşabih" adlanmışdır(necə ki, daha sonra qeyd ediləcək) və Seyyid Mürtəzaya nisbət verilmişdir…[1]"Şeyx Ağa Bozorg Tehrani "əz-Zəriə" kitabında bir daha belə yazırː "Muhkəm və mutəşabih" — Seyyid Şərif Mürtəza Ələmülhüdanındır(Əbülqasim Əli ibn Əbu Əhməd Həsən Musəvi- vəfatıː 1045-ci il). Əllamə Məclisi "Biharul-Ənvar" əsərinin əvvəlində onun Seyyidə mənsub olduğunu bildirmişdir. Həmçinin, Hürr Amuli və Muhəddis Bəhrani də "Luluə" əsərində belə demişlər. Muhəddis Bəhrani bildirmişdir ki, onun hamısı Təfsiri Nümani əsərindən nəql edilmişdir…. Nəcaşi kimi qədim alimlərin kitablarında, həmçinin, "əl-Fihrist" və "Məalimul Uləma" kimi əsərlərdə bu kitab Seyyid Mürtəzanın kitabları sırasında qeyd edilməmişdir. Məclisi onu "Biharul-Ənvar"ın Quran cildində tam gətirmişdir…[2]
- "Camiul Əxbar" — Şeyx Nümani`nin tərcümeyi halını yazan bəzi mütərcimlər bu kitabı da qeyd etmişlər.
- "Rədd əl-İsmailiyyə"[3]
- "əl-Ğeybə" — Şeyx Nümani`nin yazdığı bu əsər İslam tarixində Mehdi barədə qələmə alınmış ən qədim əsərlərdən birini təşkil edir. Kitab "Əhli-Beyt Maarifi Nəşrləri" tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr edilmişdir.
- "Fəraiz"[4]
- "Nəsrul-lali fil-hədis" — Şeyx Nümani`nin tərcümeyi halını yazan bəzi mütərcimlər bu kitabı da qeyd etmişlər.
Şəxsiyyəti
redaktəŞeyx Nümani`nin şəxsiyyəti barədə bir çox alim təqdirəlayiq ifadələr işlətmişdir və bunlar onun elmi ağırlığını göstərir:
Nəcaşi deyir: "Əshabımızdan olan bir şeyxdir. Böyük, dəyərli, uca məqamlı, səhih əqidəli və çoxlu hədis rəvayət edən bir şəxsdir."
Mahuzi deyir: "Tərifəlayiq, uca məqamlı bir şəxsdir və icazə şeyxlərindəndir."
Kəhhalə deyir: "Müfəssir, mühəddis və mütəkəllimdir."[5]
Şeyxləri
redaktə- Əbülabbas Əhməd ibn Səid ibn Üqdə Kufi Bağdadda, hicri 327-ci (miladi 940-cı il) ildə.
- Əbu Süleyman Əhməd ibn Nəsr ibn Huzə Bahili.
- Əbu Əli Əhməd ibn Muhəmməd ibn Yaqub ibn Əmmar Kufi Bağdadda, hicri 327-ci (miladi 940-cı il) ildə.
- Əbülqasim Hüseyn ibn Muhəmməd Bavəri.
- Səlamə ibn Muhəmməd ibn İsmail Ərzunni - Bağdadda yaşayıb.
- Əbülharids Abdullah ibn Əbdülməlik ibn Səhl Təbərani - Təbəriyyədə.
- Əbdüləziz ibn Abdullah ibn Yunus Mosuli.
- Əbdülvahid ibn Abdullah ibn Yunus Mosuli.
- Əli ibn Əhməd Bəndənici.
- Əli ibn Hsüeyni Məsudi - zahirən Qumda.
- Muhəmməd ibn Həsən ibn Muhəmməd ibn Cümhur Ümmi(və ya Əmmi).
- Muhəmməd ibn Abdullah ibn Cəfər Himyəri
- Muhəmməd ibn Abdullah ibn Müəmmar Təbərani - Təbəriyyədə, miladi 945-ci ildə.
- Muhəmməd ibn Osman ibn Əllan Dəhəni Bağdadi -Dəməşqdə.
- Əbu Əli Muhəmməd ibn Həmmam ibn Süheyl ibn Beyzan ibn Katib İskafi - vəfat 948 m., Bağdadda, 940-cı miladi il.
- Muhəmməd ibn Yaqub ibn İshaq əl Kuleyni(Siqətul İslam Kuleyni) - elminin böyük bir hissəsini ondan əxz etmişdir. Onun katibi olmuş və bununla məşhurlaşmışdır. Kuleyni`nin "Əl Kafi" kitabı İslam aləmində Qurandan sonra ən çox etimad edilən kitabdır.[6]
İstinadlar
redaktə- ↑ Ağa Bozorg Tehrani, əz-Zəriə kitabı, c.4, səh.318, rəqəm 1342
- ↑ Ağa Bozorg Tehrani, əz-Zəriə kitabı, c.30, səh.154, rəqəm 2361
- ↑ Ağa Bozorg Tehrani, əz-Zəriə kitabı, c.10, səh.183, rəqəm 409
- ↑ Ağa Bozorg Tehrani, əz-Zəriə kitabı, c.16, səh.147, rəqəm 366
- ↑ Şeyx Nümani, İmam Mehdinin(ə) qeyb dövrü, səh. 6, Əhli-Beyt Maarifi Nəşrləri
- ↑ Şeyx Nümani, İmam Mehdinin(ə) qeyb dövrü, səh. 7, Əhli-Beyt Maarifi Nəşrləri