Seyx Mehemmed Rasizade - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şeyx Məhəmməd Abdulla oğlu Rasizadə (15 mart 1878, Naxçıvan – 24 dekabr 1939, Naxçıvan) — maarif xadimi, müəllim və şair. Hüseyn Cavidin böyük qardaşı və Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin babasıdır.
Məhəmməd Rasizadə | |
---|---|
Təxəllüsü | Şeyx Məhəmməd |
Doğum tarixi | 15 mart 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1939 (61 yaşında) |
Vəfat yeri | |
Atası | molla Abdulla Rasizadə |
Təhsili | ali dini təhsil (Tehran) |
Həyatı
redaktəŞeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə 15 mart 1878-ci ildə Naxçıvanda anadan olmuşdur. Təbrizdə, Urmiyada ehtimal ki, bir müddət Tehranda ruhani təhsili almış, 1917-ci ildə İrəvan maarif idarəsində kurs bitirmişdir.
Ruhani təhsil almasına baxmayaraq, 1906-cı ildə Naxçıvanda üsuli-cədid məktəbinin ("Məktəbi-xeyriyyə") yaradıcılarından biri kimi pedaqoji fəaliyyətə başlamış, ömrünün sonunadək buradakı orta məktəblərdə pedaqoji və kənd təsərrüfatı texnikumlarında türk dili və ədəbiyyatından dərs demiş, Həsən Əliyev, Məmməd Cəfər, Heydər Əliyev, Abbas Zamanov, Yusif Məmmədəliyev kimi gökəmli şəxslərin müəllimi olmuşdur.
Şeyx Məhəmməd həmçinin istedadlı şairi olmuş, XX əsrin əvvəllərindən "Şərqi-Rus", "Həyat", "İrşad", "Tazə Həyat", "Təkamül", "İqbal", "Füyuzat", "Açıq söz", "Hürriiyət" kimi qəzet və jurnallarda, sonralar isə Sovet mətbuatında, xüsusilə "Şərq qapısı" qəzetində xalqı maarif, elm və mədəniyyətə səsləyən şeirlər dərc etdirmişdir.
"Yeddi qız", birinci dünya müharibəsindən bəhs edən "1914-cü il" (bəzi parçaları 1935-ci ildə "Şərq qapısı" qəzetində dərc olunmuşdur) adlı kiçik poemaları vardır. Fars dilini mükəmməl bilən Şeyx Məhəmməd bu dildə də şeirlər yazmış, o cümlədən, fars şairi Firdovsiyə şeir və poema həsr etmiş, onun "Şahnamə"sindən parçaları ("Sultab Mahmuda həcv" və s.) dilimizə çevirmiş, Firdovsi haqqında tədqiqat aparmış, bununla əlaqədar görkəmli şərqşünas K. Smirnovla məktublaşmışdılar.
"Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti" Naxçıvan şöbəsinin tarix, ədəbiyyat bölməsinə rəhbərlik edən Şeyx Məhəmməd (Şərur qəzasında aparılmış ibtidai tədqiqat haqqında məqaləsi "Azərbaycanı öyrənmə yolu" jurnalının 1930-cu ildə 4–5-ci saylarında dərc olunmuşdur) Naxçıvan folklorunun toplanması sahəsində də diqqətəlayiq iş görmüşdür.
Ömrünün son illərində, xüsusilə H. Cavidin həbsindən sonra təzyiq və təqiblərə məruz qalmışdır.
1939-cu ilin dekabr ayının 24-də vəfat etmişdir. Ədəbi irsi H. Cavidin Bakıda və Naxçıvandakı xatirə muzeylərində saxlanılır.
Mənbə
redaktə- Naxçıvan Ensiklopediyası
Nəsil ağacı
redaktəŞeyx Məhəmməd Rasizadə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Zəhra | Tahir | Şəfiqə | Rəna | Həmid | Nəzifə | Yasir | Gövhər Rasizadə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Artur | Tamilla | Əbülfəz Naxçıvanlı | Tahir | Məmməd | Azər | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nailə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tahir | Rəna | Rövşən | Rəşad | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||