Seyx Abdulla Cavadi Amuli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şeyx Abdullah Cavadi Amuli (fars. عبدالله جوادی آملی; may 1933, Amul, Mazandaran ostanı) — İslam alimi, müctəhid.
Abdullah Cavadi Amuli | |
---|---|
Ayətullah Abdullah Cavadi Amuli | |
| |
Doğum tarixi | may 1933 (91 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
redaktəFəqih, filosof, arif, Quran təfsirçisi və təqlid mərcələrindən olan əllamə Abdullah Cavadi Amuli İslam dünyasının ən irihəcmli təfsir kitabının müəllifidir. Qurana yazdığı "Təsnim" adlı təfsirin bu günə qədər 61 cildi çapdan çıxıb. Bu təfsirin 88 cild olacağı nəzərdə tutulmuşdur. Onun "Nəhcül-bəlağə"yə yazdığı "Səluni qəblə ən təfquduni" adlı şərhi (18 cilddə) elmi müstəvidə böyük rəğbətlə qarşılanmışdır.
Dünya fəlsəfi irsinin incilərindən sayılan "Hikməti-mütəaliyə" əsərinə yazdığı "Rəhiqi-Məxtum" adlı şərhi 35 cilddə çapdan çıxıb. Adıçıkilən əsər Əllamə Cavadi Amulinin 14 illik tədris həyatının məhsuludur.
Abdullah Cavadi Amuli 5 may 1933-cü ildə Mazandaran vilayətinin Amul şəhərində dünyaya gəlmişdir. Atası Əbülhəsən Vaiz Cavadi Amuli Amul şəhərinin alimlərindən olmuşdur.
Cavadi Amuli altı illik ibtidai təhsilini başa vurduqdan sonra 1946-cı ildə Amul şəhərinin dini-teoloji məktəbində təhsil almağa başlamışdır. Burada Məhəmməd Ğərəvi, Əzizullah Təbərsi, Ağaziya Amuli, Əhməd Etimadi, Əbülqasim Etimadi, Əbülqasim Rəcai, Şöban Nuri və atası Mirzə Əbülhəsən Cavadi kimi müəllimlərdən dərs almış, ərəb dilinin qrammatikasına yiyələnmiş, Şəmsəddin Məhəmməd ibn Məkki (Şəhid-əvvəl) və Zeynəddin ibn Əlinin (Şəhid-sani) "Lümə əsərinin şərhi", Mirzə Əbülqasim Gilaninin "Qəvaninul-üsul vəl-hikmə", Əllamə Hillinin "Şərayeul-İslam", Şeyx Səduqunu "Əmali" və sair əsərləri oxuyub başa vurduqdan sonra 1950-ci ildə Tehrana getmiş, Məhəmmədtəqi Amulinin tövsiyəsi ilə təhsilini Mərvi məktəbində davam etdirmişdir. Burada İsmail Capələqi, Seyid Abbas Fişarəki və Məhəmmədrza Mühəqqiqin dərslərindən faydalanmış, "Rəsail" və "Məkasib" əsərlərini oxuyub başa vurmuş, astronomiya və təbiət elmləri üzrə təhsil almış, İbn Sinanın "İşarat", Molla Sədranın "Əsfar", Əllamə Şəraninin "Mənzumənin şərhi" əsərlərini oxumuşdur. O, Quranın təfsiri, "Mənzumənin şərhi" əsərinin bir hissəsini, "İşarat" əsərinin "İlahiyyat" və "İrfan" bölmələrini, "Əsfar" əsərinin "Nəfs" bölməsini Mehdi İlahi Qumşeyidən, "Fususul-hikəmin şərhi" əsərini Fazil Tonidən, üsul və fiqhin xaric mərhələlərini Məhəmmədtəqi Amulidən dərs almışdır.
Məhəmmədtəqi Amulinin məsləhəti ilə təhsilini təkmilləşdirmək üçün 1955-ci ildə Qum elmi-teoloji mərkəzinə yollanmışdır. Burada bir müddət Seyid Hüseyn Təbatəbai Bürucerdinin, on iki il isə Seyid Məhəmməd Mühəqqiq Damadın fiqhin xaric dərslərində[1], yeddi ilə Seyid Ruhullah Xomeyninin üsulun xaric dərslərində iştirak etmişdir. Bundan əlavə, beş il Hacı Mirzə Haşim Amulinin xaric dərslərindən faydalanmışdır. Quma getdiyi ilk gündən filosof və məşhur "Əl-Mizan" əsərinin müəllifi Quran təfsirçisi Seyid Məhəmmədhüseyn Təbatəbainin elmindən faydalanmağa başlamış, onunla əlaqəsini qətiyyən kəsməmiş və bu əlaqələri Əllamənin ömrünün sonuna qədər davam etmişdir. Əllamə Təbatəbaidən: "Sizin elmi və mənəvi cəhətdən ən üstün tələbəniz kimdir?" – deyə soruşulduqda o, Şəhid Mütəhhəri və İmami Zəncaninin adlarını qeyd etdikdən sonra üç dəfə Cavadi Amulinin adını təkrarlamışdır. Cavadi Amuli 25 il Əllamə Təbatəbainin elm xəzinəsindən faydalanmışdır. Cavadi Amulinin Əllamə Təbatəbaidən aldığı dərslər bunlardır: Molla Sədranın "Əsfar" əsərinin "Nəfs" və "Məad" bölmələri, "Əsfar"ın xaric dərsləri, İbn Sinanın "Şəfa" əsərinin "İlahiyyat" və "Burhan" bölmələrini, İbn Türkənin "Təmhidul-qəvaid" əsəri, hədis elmi, Qurani-Kərimin təfsiri, Hafizin qəzəllərinin şərhi, Şərq və Qərb fəlsəfəsinin tətbiqi, materialist fəlsəfələrin tədqiqi.
Elmi fəaliyyəti
redaktəAyətullah Cavadi Amuli təhsilini başa vurduqdan sonra tədris və ilahi maarifin təbliği istiqamətində fəaliyyət göstərmiş, "İşaratın şərhi", "Şərhi-Təcrid", "Şərhi-Mənzumə", "Şəvahidu-rübubiyyə", "ət-Təhsil", "Şəfa", "Əsfar", "Təmihdul-qəvaid", "Füsusul-hikəmin şərhi", "Misbahul-uns" əsərlərini, fiqhin xaric dərsləri, Quranın mövzular üzrə təfsiri, Quranın surə və ayələrinin ardıcıllığına əsaslanan təfsirini tədris etmişdir.
O, müxtəlif İslam elmləri sahəsində tədqiqatlar aparılması və İslam dini ilə bağlı irəli sürülən şübhələrə cavab verilməsi məqsədilə 1993-cü ildə "İsra Vəhy Elmləri Beynəlxalq Mərkəzi"ni təsis etmişdir. UNESCO-nun İran üzrə Milli Komisisyası göstərdiyi xidmətlərə görə onu "Farabi büstü" ilə təltif etmişdir. Əbu Əli Sina Elmi və Mədəni Fondu "İbn Sinanın Hikməti Beynəlxalq Konfransı"nda onu İslam fəlsəfəsi sahəsində göstərdiyi xidmətlərinə görə "Hikmət" nişanı ilə təltif etmişdir.
Tələbələri
redaktəAyətullah Cavadi Amuli fiqh, üsul, təfsir, fəlsəfə və irfan sahəsində minlərlə tələbə və alim yetişdirmişdir. Ustadın elm və siyasət sahəsində tanınmış tələbələrindən bir neçəsi: Əlirza Ərafi, Mustafa Məlikian, Seyid Kamal Heydəri, Seyid Məhəmmədcavad Pişvayi, Mehdi Şəbzendedar, Mustafa Bürucerdi, Məhəmmədcavad Fazil Lənkərani, Möhsün Ğərəviyan, Əli Seyfi Amuli, Qulamrza Fəyyazi, Seyid Mustafa Mühəqqiq Damad, Əbdülkərim Fərəhani və s.
Görüşləri
redaktəƏllamə Cavadi Amulinin elmi şöhrəti, ilahi şəxsiyyəti və irfani ziyasi tanınmış elm adamlarının və siyasi xadimlərin diqqətini cəlb etmiş, zaman-zaman onunla görüşlər təşkil edib elmi müzakirələr aparmışlar. Bunlardan bir neçəsini qeyd etmək olar: Fransız filosofu, antropoloqu və sosioloqu, xüsusilə elmi və texnoloji araşdırmaları ilə şöhrət tapmış Bruno Latur, Harvard Universitetinin tələbələri, Almaniyanın Münster Universitetinin rektoru, tobaqolu filosof İmran Nizar Hosein, Avstraliyanın baş müftisi Şeyx əl-Hilali, Moldovanın keçmiş prezidenti (1996–2000) Emil Konstantinesku, Vatikanın yepiskopu Monsinyor Andre Ata, Hamburq İslam Mərkəzinin müəllimləri və üzvləri, Vircinia George Mason Universitetinin İslam Araşdırmaları üzrə Beynəlxalq İslam Düşüncəsi İnstitutunun müəllimi Əbdüləziz Saçedina, Finlandiyanın sabiq prezidenti Martti Ahtisaari, Cenevrə Universitetinin rektoru və müəllimləri, Disburq Universitetinin müəllim və tələbələri, Almaniyanın keçmiş xarici işlər naziri Kristin Müller və s.
Səfərləri
redaktəAyətullah Cavadi Amulinin bir çox xarici ölkələrə, o cümlədən ABŞ, İspaniya, İtaliya, Fransa, İngiltərə, Almaniya, İsveçrə, Avstriya, keçmiş SSRİ və Livana səfərləri olmuşdur. Moskva səfəri onun ən mühüm səfərlərindən biri kimi tarixə düşmüşdür. 1989-cu ildə Seyid Ruhullah Xomeyninin Sov. İKP-nin Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçova yazdığı məktubu Moskvaya məhz o aparmışdır. Bundan əlavə, 2000-ci ildə Seyid Əli Xamenei ABŞ-də təşkil edilmiş "Dinlərin Minillik Toplantısı"na göndərdiyi məktubu da məhz onun vasitəsilə yollamışdır. Həmin vaxt Ayətullah Cavadi Amuli orada keşişlər, buddist rahiblər və Avropa xristianları ilə görüşmüşdür.
Əsərləri
redaktəƏllamə Cavadi Amulinin 250 cildə yaxın əsəri çapdan çıxıb. Hal-hazırda onun 150-dən çox kitabı "İsra Vəhy Elmləri Beynəlxalq Mərkəzi" tərəfindən çapa hazırlanır. Əllamənin çapdan çıxmış əsərləri:
Fiqhin əsasları
1. Təhrirul-usul
Təfsir
1. Quranın surə və ayələrin ardıcıllığı üzrə təfsiri – "Təsnim" təfsiri (bu vaxta qədər 61 cildi çapdan çıxıb). 88 cild olması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Əllamə Cavadi Amuli 40 il davamlı olaraq "Təsnim" təfsirini tədris etmiş və 2020-ci ildə dərslərini başa vurmuşdur.
Quranın mövzular üzrə təfsiri (18 cild)
1. Quran — Quran işığında;
2. Tövhid — Quran işığında;
3. Vəhy və peyğəmbərlik — Quran işığında;
4. Məad — Quran işığında (2 cild);
5. Peyğəmbərlərin həyatı — Quran işığında (2 cild);
6. Rəsulullahın (s) həyatı — Quran işığında;
7. Əxlaqın əsasları — Quran işığında;
8. Əxlaqın mərhələləri — Quran işığında;
9. Fitrət — Quran işığında;
10. Epistemologiya — Quran işığında;
11. İnsanın surəti və əxlaqı — Quran işığında;
12. İnsanın həqiqi həyatı — Quran işığında;
13. Hidayət — Quran işığında;
14. Cəmiyyət — Quran işığında;
15. Peyğəmbərlərin tövhid ədəbi — Quran işığında;
16. İnsanın insanla təfsiri
Əhli-beyt (ə) və irfan
1. Müqərrəblərin fəna ədəbi (hədis və irfan) — Cameyi-Kəbir ziyarətnaməsinin şərhi (10 cild);
2. Yaradılışın xülasəsi;
3. Qəhrəmanlıq və irfan;
4. əl-Həmasə vəl-irfan (İlahi rəhbərliyə xas irfan)
5. Eşq xəzinədarı;
6. Əhli-beyt mərsiyələri;
7. Vilayət bayramı;
8. Ələvi hikməti;
9. Ələvi vilayəti (ilahi rəhbərlik);
10. İlahi rəhbərliyin "Təthir ayəsi"ndəki təcəllası;
11. Quran İmam Əlinin (ə) kəlamında;
13. Əli (ə) Allahın gözəl adlarının məzhəridir (ilahi rəhbərə xas irfan);
14. Nəhcül-bəlağədə dünyatanıma və dünyəvilik (sekulyarizm);
15. Hüseynin (ə) hərəkatının işığında ağlın çiçəklənməsi;
16 İlahi rəhbərliyin Qədir səhnəsindəki təzahürü;
17. İmam Əlinin (ə) arifanə həyatı;
18. Nəhcül-bəlağədə nəzəri və əməli hikmət;
19. Vilayətin (ilahi rəhbərliyin) gözəl ətri;
20. Vilayət (ilahi rəhbərlik) Quran işığında;
21. Düşüncə mehi;
22. Vəd olunmuş varlıq – İmam Mehdi (ə.f) (vilayi irfan)
Fəlsəfə
1. Rəhiqi-məxtum (Molla Sədranın "Hikməti-mütəaliyə" əsərinin şərhi – 32 cild);
2. Sədranın fəlsəfəsi;
3. İnsan hüquqlarının fəlsəfəsi;
4. Allahı sübut arqumentlərinin izahı;
5. Əli ibn Musa ər-Rza (ə) və əl-fəlsəfətul-ilahiyyə;
6. Ziyarətin fəlsəfəsi;
7. İslamda hüquq və vəzifə;
8. Dintanıma həndəsəsində ağlın yeri;
9. Şəmsül-vəhy Təbrizi (Əllamə Təbatəbainin elmi həyatı).
Yeni kəlam
1. İnsanın dindən gözləntisi;
2. Din və dünyanın münasibəti (sekulyarizm nəzəriyyəsinin tədqiqi və tənqidi);
3. Dinşünaslıq;
4. Şəriət mərifət güzgüsündə.
Klassik kəlam
1. Vilayəti-fəqih (vəliyyi-fəqihlik və ədalət).
Fiqh
1. İzahlı şəriət məsələləri, sual-cavablarla birlikdə;
2. Xums kitabı;
3. Sual-cavablar;
4. Həcc kitabı (4 cild);
5. əl-Vəhy vən-nubuvvət.
Sosial hüquq
1. Hidayət müjdəçisi (5 cild);
2. Düşncənin qaynağı (6 cild);
3. İmam Xomeyninin (r.ə) qətiyyətli bəyanı;
4. Düşüncə mehi (2 cild);
5. İslam və ətraf mühit;
6. Mənbəul-fikr (düşüncənin qaynağı).
Maarif
1. Həcc badəsi;
2. Həcc badəsindən bir udum;
3. Qurani-Həkim İmam Rzanın (ə) baxış bucağında;
4. İbadətlərin hikməti;
5. Namazın sirləri;
6. Qadın gözəllik və əzəmət güzgüsündə;
7. Quranın təhrifolunmazlığı;
8. Nəhcül-bəlağədə nəzəri və əməli hikmət
İrfan
1. Rübubi tövhid;
2. İbadi tövhid;
3. İslamda qadın.
Hədis
Məfatihul-həyat (Hədislər və davranış əxlaq).
Qeyd: Elmi-teoloji mərkəzlərdə təhsil, əsasən, üç mərhələdən ibarət olur:
Birinci mərhələ ibtidai və ya müqəddimə (1-ci səviyyə);
İkinci mərhələ ali (2 və 3-cü səviyyələr);
Üçüncü və son mərhələ "xaric" mərhələsi adlanır.
Birinci mərhələ 6, ikinci mərhələ isə, adətən, 4 il olur. Xaric mərhələsinin bəlli bir müddəti olmur. Bu mərhələ tələbənin istedadı, qavraması və zəkasından asılı olaraq iki ildən on ilə qədər davam edir. Bir və ikinci mərhələlərin dərsləri xüsusi kitablar əsasında tədris edilir. Xaric mərhələsinin dərsləri isə hər hansı xüsusi bir kitaba əsaslanmır. Dərslər mövzular üzrə keçirilir. Daha dəqiq desək, mühazirələrin mövzusu xüsusi bir kitab səviyyəsindən xaric olur. Buna görə də müəllim hər hansı mövzunun mühazirəsi zamanı bəzən yüzdən artıq kitaba müraciət etməli olur. Qeyd olunan səbəbdən bu mərhələ xaric mərhələsi adlandırılmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Abdulla Cavadi Amulinin rəsmi saytı Arxivləşdirilib 2012-02-14 at the Wayback Machine
- AYƏTULLAH ABDULLAH CAVADİ AMULİNİN TƏFSİR ELMİ SİSTEMİNDƏKİ BİLİK ONTOLOGİYASI, Zəhra Gerami, Metafizika Jurnalı, 2020, Vol. 3, № 4, Serial № 12. səh.7–26. PDF (http://dx.doi.org/10.29228/metafizika.21)