Seyx Ehmed Medani Usyani - Wikipedia
Şeyx Əhməd Mədani üsyanı — İranın Qamsirat bölgəsində 1730-cu ilin yanvarında başlayıb 1734-cü ilin may ayına qədər davam edən üsyan. Üsyan Səfəvi imperiyasına qarşı olmaqla birlikdə, əfqanların imperiya ərazilərindən qovulması ilə eyni dövrdə başlamış, Şeyx Əhməd Mədaninin ələ keçirilməsi ilə də sonlanmışdır.[1] Şeyx Əhməd Mədani ələ keçirildikdən sonra da üsyan zəifləsə də bir müddət davam etmiş və iyun ayının ortalarında tamamilə yatırılmışdır.[2]
Şeyx Əhməd Mədani üsyanı | |||
---|---|---|---|
Nadirin yürüşləri və Məhəmməd xan Bəluc üsyanı | |||
Tarix | Yanvar 1730-iyun 1734 | ||
Yeri | Laristan və Hörmüzgan (İran) | ||
Nəticəsi | Üsyan yatırıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Arxa plan
redaktəİsfahanın ələ keçirilməsindən sonra Səfəvi sülaləsi hakimiyyətdən devrilmiş və Hotakilərin komandanı Mir Mahmud özünü şah elan etmişdi.[3] Lakin onlar bütün imperiya ərazisinə nəzarət etmirdilər. Əvvəlcə İsfahan ətrafındakı məntəqələr tabe etdirildi, daha sonra İraqi Əcəmdə bir sıra ərazilər ələ keçirildi. Yalnız bundan sonra onlar cənuba doğru yönəlməyə başladılar.[3][4][5] Onlar əvvəldə ərəb dərəbəylərindən olan Hacı Baqeri tabe etdirdilər. Hacı Baqer Şəhrza bölgəsini idarə etməkdə idi.[3][4][6] Bundan sonra 28 iyulda Şiraz mühasirəyə alındı və 1724-cü ilin aprelində ələ keçirildi.[6] Şirazın tabe etdirilməsi əfqanlara öz hakimiyyətlərini cənubda daha böyük ərazilərə yaymaq imkanı verdi.[6] 1724-cü ilin iyununda Lar əfqanlar tərəfindən ələ keçirildi[6] və 3 noyabrda Bəndər-Abbas da Lardan gələn əfqan qüvvələrinin əlinə keçdi.[3][6] Əfqanlar bu işğalları zamanı yalnız böyük şəhərlərə nəzarət etməkdə idilər. Villem Floor özünün "The Rise and Fall of Nader Shah: Dutch East India Company Reports, 1730-1747" kitabında belə yazmaqdadır:
1726-1730-cu illərdə əfqanlar Laristan və Qarmsiratın mütləq ağaları deyildilər. Əslində, bu bölgələrdəki insanlar ya şəhərdə güclü qarnizon olduğunda, ya da müəyyən bir kəndi tabe etmək üçün ordu göndərildiyində tabe olurdular. 1729-cu ilin oktyabrında Ların əfqan hakimi Neda xan Sulqarini ələ keçirmək tapşırığında artilleriyası olmadığı üçün uğursuz olmuşdu. Həmçinin Gheyst kəndində də ona qarşı müqavimət var idi. Neda xan maddi və texniki təminat məsələlərində yerli sünni feodal hakimlərinə güvənməkdə idi.[1] |
3 iyun 1725-ci ildə səfəvipərəst qüvvələr Ları (baxmayaraq ki, əfqanlar hələ də ətrafda mövcudiyyətlərini qorumaqda idilər) geri qaytardılar və 10 iyunda Bəndər Abbas da əfqanlardan azad edildi.[6] 1726-cı ildə Səfəvi şahzadəsi olan Şah Əhməd Maraşinin yürüşü əfqanlara qarşı böyük təhlükə ərz etməyə başladı. Lakin 1727-ci ilin sonlarında əfqanlar əkshücuma keçdilər və 20 dekabrda Bəndər Abbasa daxil oldular.[6] Bu bölgə 1727-ci ilin oktyabrından Şah Əhməd tərəfindən idarə edilirdi.[1][3] Beləliklə, 1728-ci ildə Şah Əhməd Maraşinin fəaliyyəti dayandırıldı və bir qədər sonra edam edildi. 16 dekabr 1729-cu ildə Bəndər Abbas Səfəvi qüvvələri tərəfindən yenidən ələ keçirildi. Bir neçə gündən sonra əfqanlar şəhəri geri ala bildilər. 9 yanvar 1730-cu ildə Bəndər Abbasın əfqan hakimi Şiraza qaçdı və 15 yanvar 1730-cu ildə Zərqan döyüşündə əfqan ordusu Səfəvi ordusu tərəfindən darmadağın edildi.[7] Müxtəlif əfqan qrupları Lara qaçdılar, qaça bilməyənlər isə, ətraf kəndlərdə edam edildilər.[5] Bir qrup əfqan döyüşçüləri isə sahil ərəblərinin yanına sığındılar.
Üsyan
redaktəÜsyan Səfəvi taxt-tacının 1729-cu ildə bərpa olunmasının nəticəsində meydana çıxmışdır. Məğlub edilən əfqan Hotaki döyüşçülərinin çoxu uzaq məsafədə olan Kirmana getmək əvəzinə Qamsirat bölgəsinə gəldilər[2] və bundan yararlanan yerli ərəb tayfa başçıları müstəqil ola bilmək üçün onlara sığınacaq təmin etdilər.[8] Yüksək vergi toplanması da səbəblərdən biri idi.[9] Yerli bir çox ərəb tayfası da üsyan qatılmışdı və üsyanı yatırmaq üçün göndərilmiş Səfəvi orduları hərbi donanma gücündə yoxsun olduğu üçün üsyanı yatıra bilmirdi.[2]
Holland Şərqi Hindistan şirkətinin məktublarından aydın olur ki, Şeyx Əhməd Mədani Larla Şiraz arasındakı bölgəlrədən gəlir əldə etmişdir.[1] 1730-cu ilin payızında Məhəmmədəli xan üsyançıları bir neçə dəfə məğlub edə bildi. Məhəmmədəli xan edilən bütün sülh təkliflərini rədd etdi, çünki o, üsyanı tamamilə ortadanq aldırmaq istəyirdi. Lakin o, bunda uğursuzluğa düçar oldu. Bundan sonra Şeyx Əhməd yenidən Ları ələ keçirdi və qalanı mühasirəyə aldı. Lakin qalanı ələ keçirməkdə uğursuz olaraq, məğlub edildi.[1][10] Lakin o, hələ də regiondakı Səfəvi qüvvələrinə təhlükə olaraq qalmaqda idi.
1732-ci ildə Məhəmməd xan Bəluc 12 minlik qüvvə ilə üsyanı yatırmaq üçün göndərildi.[1] Lakin o, üsyançılarla mübarizəyə girməyərək Cahrom valisi ilə olan şəxsi ədavəti ilə məşğul oldu.[1][5] 1733-cü ilin payızında Məhəmməd xan Bəluc Şeyx Əhməd Mədaninin təlqini ilə Nadirə qarşı özü üsyana başladı. Bu bölgədən narahat olan Nadir xanın səbrini daşıran son damla oldu və bölgəyə edilən yürüşə özü şəxsən komandanlıq etdi. Nadir xan üsyançılara qarşı yürüşdə hollandiyalı və ingiltərəli qüvvələrdən də yardım alırdı. 1734-cü ilin mayında Şeyx Əhmədin istehkamı olan Marağ ələ keçirildi və özü də əsir düşdü. 1734-cü ilin iyun ayının ortalarında üsyan əleyhinə olan yürüş uğurla tamamlandı.[2] Məhəmməd xan Bəlucun və Şeyx Əhməd Mədaninin tərəfdarlarının bir hissəsi Kişə getdilər və orada üsyanlarını davam etdirdilər. Lakin onların bu müqaviməti də ortadan qaldırıldı.[8]
Nəticəsi
redaktəÜsyan tamamilə yatırıldı, üsyançıların rəhbərləri edam edildilər. Cənubi İranda Səfəvi hakimiyyəti yenidən bərpa edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Floor, Willem M. The Rise and Fall of Nader Shah: Dutch East India Company Reports, 1730-1747 (ingilis). Mage Publishers. 2009. ISBN 978-1-933823-32-4. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ 1 2 3 4 Floor, Willem M. The Persian Gulf: The Rise of the Gulf Arabs : the Politics of Trade on the Persian Littoral, 1747-1792 (ingilis). Mage Publishers. 2007. 7–8. ISBN 978-1-933823-18-8. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ 1 2 3 4 5 Lockhart, Laurence. The Fall of the Safavī Dynasty and the Afghan Occupation of Persia, by Laurence Lockhart ... (ingilis). University Press. 1958. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ 1 2 Petros di Sarkis Gilanentz. The Chronicle of Petros di Sarkis Gilanentz (English).
- ↑ 1 2 3 Muḥammad ʻAlī Ḥazīn, 1692?-1766?. The life of Sheikh Mohammed Ali Hazin (English). F. C. Belfour. London, Printed for the Oriental translation fund, sold by J. Murray [etc.] 1830.
- ↑ 1 2 3 4 5 6 7 Floor, Willem M. The Afghan Occupation of Safavid Persia, 1721-1729 (ingilis). Peeters Publishers & Booksellers. 1998. ISBN 978-2-910640-05-7. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ Hanway, Jonas. An Historical Account of the British Trade Over the Caspian Sea: With the Author's Journal of Travels from England Through Russia Into Persia, and Back Through Russia, Germany and Holland : to which are Added, The Revolutions of Persia During the Present Century, with the Particular History of the Great Usurper Nadir Kouli : Illustrated with Maps and Copper-plates (ingilis). T. Osborne [and 9 others]. 1762. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ 1 2 AXWORTHY, MICHAEL. "Nader Shah and Persian Naval Expansion in the Persian Gulf, 1700—1747". Journal of the Royal Asiatic Society. 21 (1). 2011: 31–39. ISSN 1356-1863. JSTOR 23011520. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant (ingilis). Bloomsbury Academic. 2009-02-28. 139–143. ISBN 978-1-84511-982-9. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ Floor, Willem M. The Hula Arabs of the Shibkuh Coast of Iran (ingilis). Mage Publishers. 2014. ISBN 978-1-933823-66-9. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.