Selkovnikov Col Sicani - Wikipedia
Şelkovnikov kolluq çöl siçanı (lat. Microtus schelkovnikovi) — Rodentia dəstəsindan bir Məməli növü.
Şelkovnikov kolluq çöl siçanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Şelkovnikov kolluq çöl siçanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təsviri
redaktəBədəninin uzunluğu 107 mm, quyruğunun uzunluğu 18–24 mm-ə qədər, çəkisi 7–10 qramdır. Üst tərəfinin rəngi tünd boz, qonurumtul çalarlıdır. Quyruğu aşkar ikirənglidir. Dişilərdə 4 cüt əmzik var.
Yayılması
redaktəŞelkovnikov çöl siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. Onun İranda Elburs dağının şimal yamaclarında yaşaması ehtimal edilir.
Yaşayış yeri və həyat tərzi
redaktə150–1000 m hündürlükdə meşələrdə tökülmüş yarpaqların və lianların arasinda yaşayır. Əldə edilmiş dişilərdə 3–6 rüşeym aşkar edilmişdir. Payız aylarında sayının artması müşahidə edilir. Yay mövsümündə isə sayı az miqdarda olur və tələyə düşmə ehtimalı azalır.
Sayı və azalma səbəbi
redaktəOlduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.
Məhdudlaşdırıcı amillər
redaktəPopulyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəQorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil. Amma yaşayış yerləri Hirkan Milli Parkı hüdudlarında mühafizə altındadır.
Qorunması üçün nəzərdə tutlmuş tədbirlər
redaktəNövün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir.
Mənbə
redaktə- AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 200səh, Şelkovnikov kol siçanı. (2013)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0