Sayan Qadinefendi - Wikipedia
Şayan Qadınəfəndi (4 yanvar 1853, Anapa – 15 mart 1945, İstanbul) — 33. Osmanlı sultanı V Muradın üçüncü xanımı.
Şayan Qadınəfəndi | |
---|---|
osman. شایان قادین | |
Şəxsi məlumatlar | |
Doğum adı | صفيه زان |
Doğum tarixi | 4 yanvar 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1945 (92 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Batir Zan |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam, islam |
Həyatı
redaktəŞayan xanım 1853-cü ildə əslən çərkəz olan Batir Zanın qızı olaraq dünyaya gəldi. Əsl adı Safiyədir. Ailəsi doğulduğu torpaqlardan İstanbula köç etmiş, çox keçmədən yeganə qızları olan Safiyəni Osmanlı sarayına təslim etmişdir. Burada mükəmməl təhsil almış, daha sonra 5 fevral 1869-cu ildə Dolmabağça sarayında dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Muradla evləndirilmişdi. Bir neçə ay sonra isə Şayan xanım hamilə qaldı. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu dünyaya gəlmişdi (Mehmed Səlahəddin Əfəndi). Bu səbəblə Validə Pərtəvniyal Sultan hamiləliyin ləğv edilməsi üçün saraya həkim yollamış, Şahzadə Murad isə əməliyyatın saraydan kənarda baş tutması üçün Sultan Əbdüləzizdən xüsusi icazə almışdı. Nəticədə həkim Emin Paşanın evinə aparılan Şayan xanıma burada xüsusi hazırlanan bir dərman verildi və guya övladını itirməsi haqqında saxta bir raport hazırlanaraq Sultan Əbdüləzizə göndərildi. İlk övladı olan Xədicə Sultanı qucağına alan Şayan xanım körpəylə birlikdə vəliəhdin Kadıköydəki villasında yaşamağa başladı.
Ərinin taxta çıxdığı 1876-cı ilədək 6 il boyunca gizli yaşayan Şayan xanımın rahat həyatı yalnız 3 ay davam etdi. Belə ki, ərinin əqlən zəif olması səbəbilə devrilməsi nəticəsindən sabiq padşahın bütün hərəmi ilə birlikdə Çırağan sarayında gözaltına alındı. 1901-ci ildə Şayan xanım Sultan Əbdülhəmidin icazəsiylə evlənən qızı Xədicə Sultanla birlikdə Çırağan sarayını tərk etdi. 3 il sonra ərinin vəfatından sonra ailənin üzərindən nəzarət götürüldü. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgünü əsnasında İstanbulda qalmasına icazə verildi və qızından ömür boyu ayrıldı. Ortaköydəki bir köşkdə yaşamağa başlayan Şayan xanım 1938-ci ildə qızının vəfatı xəbərini aldı.
1945-ci ildə Ortaköydəki evində vəfat etdi.
Övladları
redaktə- Xədicə Sultan
- Seyfəddin Əfəndi (d. 1872) — 1 sutka sonra vəfat etmişdir.