Saolinin 36 Ci Otagi Film 1978 - Wikipedia
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir.
Şaolinin 36-cı otağı | |
---|---|
Shao Lin san shi liu fang[1] | |
Janr | Döyüş filmi |
Prodüser | |
Baş rolda | Qordon Liu |
İlk baxış tarixi | 2 fevral 1978[2], 1 dekabr 1978[2], 23 mart 1979[2], 5 iyun 1979[2], 27 iyun 1979[2], 19 iyul 1979[2], 18 aprel 1980[2], 4 iyul 1980[2], 8 aprel 1981[2], 26 oktyabr 1981[2], 11 aprel 1983[2] |
Filmin növü | Macəra |
Müddət | 114 dəqiqə |
Ölkə | Honkonq |
Dil | Çin (Mandarin) |
İl | 1978 |
Rəng | rəngli |
Çəkiliş yeri | Çin |
IMDb | ID0078243 |
Məzmun
redaktəLiu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır.
Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir.
Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Rollarda
redaktə- Qordon Liu~Liu Yude/ San Te
- Lo Lie~general Tien Ta