Samaxi Humanitar Kolleci - Wikipedia
Şamaxı_Humanitar_Kolleci - Haqqında Məlumat
Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi[1]
Şamaxı Humanitar Kolleci | |
---|---|
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Direktor | Rauf Aliyev |
Şəhər | Şamaxı |
Ölkə | |
Ünvan | Şamaxı şəhəri |
Tarixi
redaktəƏvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır[2].
İxtisaslar
redaktəKollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır:[3]
- Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);
- İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
- Təsviri incəsənət müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Məktəbəqədər təlim və tərbiyə;
- Hüquq mühafizə fəaliyyəti;
- Kitabxana-informasiya təminatı;
- İnstrumental ifaçılıq (alətlər üzrə);
- Xanəndəlik;
- Musiqi nəzəriyyəsi;
- Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
- Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.
Ləğvi
redaktəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.[4]
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli, 112 nömrəli Qərarı.[ölü keçid] (az.)
- ↑ 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.[ölü keçid] (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında" Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarı. edu.gov.az (az.)