Sakir Sirvani - Wikipedia
Şakir_Şirvani - Haqqında Məlumat
Şakir Şirvani — XVIII əsr Azərbaycan şairi. Klassik və xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır.
Şakir Şirvani | |
---|---|
Doğum yeri | Şamaxı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan |
Janr | Lirika |
Ümumi məlumat
redaktəŞakir Şirvani Füzuli ədəbi məktəbinin davamçısıdır. Divanı günümüzədək gəlib çatmasa da, şairin cönklərdə bir çox əsərləri qalmaqdadır. Şairin əsas əsərlərindən biri "Əhval-i Şirvan" adlı tarixi mənzumədir. Bu əsərində Nadir Şah Əfşarın 1743-cü ildə Şirvana hücumunu təsvir etmiş, zülm və pisliyə qarşı çıxmışdır. "Əhval-i Şirvan" əsəri, tarixi gerçəklikdən bəhs etdiyindən, dövrün olaylarını və durumunu araşdırmaq baxımından faydalıdır[1].
İstinadlar
redaktə- ↑ "ŞAKİR ŞİRVANİ". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
Mənbə
redaktə- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 189-192.