Saiq Hemidov - Wikipedia
Həmidov Şaiq Məmməd oğlu — Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin]
Şaiq Həmidov | |
---|---|
Şaiq Məmməd oğlu Həmidov | |
Fayl:Şaiq Həmidov.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir şəhəri |
Həyat yoldaşı | Elmira Həmidova |
Uşaqları | Gülşən, İnarə, Fidan Həmidova |
Atası | Məmməd Həmidov |
Anası | Anaş Həmidova |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktə9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir.
08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.