Sahmar Ekberzade - Wikipedia
Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist.
Şahmar Əkbərzadə | |
---|---|
Şahmar Əkbər oğlu Əkbərzadə | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Çəmənli Azərbaycan |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əkbər |
Təhsili | M.F.Axundov adına Dillər İnstitutu |
İxtisası | Rus dili və ədəbiyyatı |
Fəaliyyəti | şair, jurnalist |
Həyatı
redaktəŞahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur[1].
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olundu.
- "Qarabağsız Qarabağlı"
- "Dayanın!"
- "Özün özgənin"
- "Qrimləyir"
- "Yollar"
- "Təzə nağara"
- "Allah amandır!"
- "Hanı"
- "Laçın Şahverdi dədəyə"
- "Üşüdü"
- "Kirpiyimi qədəminə sərim qoy!"
- "Bilməyim"
- "Bitməsin"
- "Ayırar bu dünya ən vaxtsa bizi"
- "Əlvida"
- "Səni"
- "Dağdağan"
- "Tüstümüz"
- "Eşmə"
- "Bu sənsən?"
- "Tikan, gəl öpüşək"
- "Salam de"
- "Dayanın"
- "Əlvida"
- "Mərkəzi poçtxana"
- "Göyərər"
- "48 ölçülü qadın paltarı"
- "Anam Azərbaycana"
- "Laçın dağlarına məktub"
Kitabları
redaktə- Mil üzümçüləri. Bakı: Azərb. SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Elmi və Təbliğatı Baş İdarəsi, 1973;
- Anama layla. Bakı: Gənclik, 1978;
- Sevgi borc verilməz. Bakı: Yazıçı, 1982;
- Ona yanıram ki. Bakı Yazıçı, 1988;
- Haqqa pəncərə. Bakı: Dünya, 1998;
- Sev məni. Bakı: Azərbaycan, 2000.
Haqqında yazılmış monoqrafiya
redaktə- Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2022, 128 səh.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ ""Şahmar Ədəbi Məclisi" təsis edildi — mediaforum.az saytı". 2014-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-11.
- ↑ "Şahmar Əkbərzadə" (Azərbaycan). yazarlaraz.wordpress.com. 24-1-2021 tarixində arxivləşdirilib.
Mənbə
redaktə- https://kulis.az/xeber/media/colorredtaninmis-sairin-oglucolor-atam-olende-yaninda-hec-kim-olmayib-colorredmusahibecolor-29229
- Siyavuş Əmirli, "Şahmar Əkbərzadə anıldı", "Laçın yurdu" jurnalı, №1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.30-32.
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016