Sah Abbas Mescidi Irevan - Wikipedia
Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi[mənbə göstərin] — ilk dəfə 1606-cı ildə Şah Abbas, 2-ci dəfə 1810-cu ildə Abbas Mirzə tərəfindən İrəvan qalasında inşa etdirilən məscid. Qala məscidi[1] və ya Köhnə məscid də adlandırılan bu məscid İrəvandakı məscidlərin ən qədimidir.[2][3]
Sərdar məscidi | |
---|---|
40°10′19″ şm. e. 44°30′12″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Aidiyyatı | İrəvan xanlığı |
Sifarişçi |
Şah Abbas (I – 1606) Abbas mirzə Qovanlı-Qacar (II) |
Tikilmə tarixi |
1606 (I) 1810 (II) |
Üslubu | Azərbaycan memarlığı |
Vəziyyəti |
1988-ci ildə fəaliyyəti dayandırılıb 2008-2014-cü illərdə ermənilər tərəfindən tamamilə dağıdılıb. |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi mənbələrdə İrəvanda mövcud olmuş 3 məscid — Şah Abbas məscidi, Abbas Mirzə məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir.[4][5]
Tarixi
redaktəİlk məscid
redaktəİlk dəfə 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar Şeyx Bəhaəddin tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər.
Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir.
İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlanıb.[6][7]
İkinci məscid
redaktə1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir. Məscid Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzənin adı ilə adlandırılmışdır.
Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.
İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilmişdir.[8][9][10][11][12] Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olmuşdur. Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilmiş və müstəqillik illərində yalnız bir divarının qalığı çatmışdı.[13][14]
İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün Sərdar məscidi adlandırılıb. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır.
Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb Paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir.[15]
1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır.
Sərdar məscidində Osmanlıdan köçmüş erməni qaçqınları məskunlaşdırılmış, sovet dövründə isə məscid hissə-hissə dağıdılmışdır. 1918-ci ildə ermənilər İrəvanın Müsəlman əhalisini məscidə doluraraq məscidlə birgə yandırmışlar. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir. Günümüzdə yerində yaşayış evləri tikilmiş və 2014-cü ilin noyabr ayında tamamilə yox edilmişdir.[16]
Qalereya
redaktə-
Abbas Mirzə məscidi 1899
-
Abbas Mirzə məscidi. 19-cu əsr.
-
Abbas Mirzə məscidi. 19 iyul 1925-ci il.
İstinadlar
redaktə- ↑ Baron de Baye. Au sud de la chaine du Caucase : souvenirs d'une mission (PDF) (fransız). Paris: Librairie Nilson. 1899. 28.
- ↑ "Məscidlər". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
- ↑ "Məscidlər". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
- ↑ "Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals: Exclusive photo facts". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
- ↑ "Məscidlər". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
- ↑ Azimbeyov, age, s. 299
- ↑ S. Esedov, age, s. 448.
- ↑ Шопен, И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи (rus). Санкт-Петербург: В типографии Императорской академии наук. 1852. 688, 867. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-06.
- ↑ Gevont Alishan, Ayrarat (Այրարատ), p. 311
- ↑ Harry F. B. Lynch, Armenia, travels and studies, Volume 1, Longman, green and co., 1901, Harvard University, p. 283
- ↑ Yervand Shahaziz, The Old Yerevan (Հին Երևանը), pp. 34–35, 182, էջ 34–35, 182
- ↑ Adam Adamyants, Topography of Yerevan (Տեղագրութիւն Երեւանի), Yerevan, 1889, pp. 38–39
- ↑ "European Charter for Regional or Minority Languages (ECRML) report for Armenia" (PDF). 2021-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-16.
- ↑ All historical and architectural, cultural and religious buildings in the territory of the Republic of Armenia Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine in the official Website of the Government of the Republic of Armenia
- ↑ Şərif Əziz. Keçmiş günlərdən. Bakı, "Yazıçı", 1983, səh.44–47.
- ↑ "Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals: Exclusive photo facts". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.