Sadili Xalcalari - Wikipedia
Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndinin adından almışdır.[2] Şadılı xalçaları Gəncə xalçaçılıq məktəbinin orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Xalça | |
Şadılı xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Tarixi
redaktəŞadılı xalçaları Kiçik Qafqaz sıra dağlarının ətəyində, indiki Goranboy rayonunun inzibati ərazi vahidində, Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndində tərəfindən toxunmuşdur.[2] Bu kənddə yaşayan şadılı tayfası maldarlıqla məşğul olduğundan kənddə toxuculuqda yaxşı inkişaf etmişdir.[2] Bir müddət sonra Şadılı xalçalarını Gəncə, Şəmkir şəhərlərində, Çaylı, Qaradağlı kəndlərində və Qazax rayonunda da toxumağa başlayırlar.[2] Xalçaçılar bu xalçanı "Qazax xalçaları" və ya "Ağstafa xalçaları" da adlandırır, xarici ədəbiyyatda və bəzi digər mənbələrdə isə "Gəncə xalçaları" və ya "Qafqaz xalçaları" adlarına rast gəlmək olar.[2]
Bədii analiz
redaktəŞadılı xalçalarında "Qab-qabı" adlanan orta haşiyənin enli zolaqları mürəkkəb quruluşu ilə fərqlənir ki, bu cür köbə naxışları Azərbaycandan başqa Yaxın Şərqdə də toxunmuşdur.[2] Türkiyənin qərbində, Berqamada olan xalçaçılıq məntəqələrində də bu cür naxışlı xalçalar toxunur.[2] Həmçinin Orta Asiyanın orta əsrlərə aid bir çox sənət əsərlərində də bu naxışları tapmaq mümkündür.[2]
Şadılı xalçalarının mərkəzi ara sahəsinə kiçik ölçülü kvadratlar yerləşdirlmiş və sıraya düzülmüş üç kvadrat göldən (medalyondan) ibarətdir. Bu göllərin (medalyonların) daxilindəki kiçik kvadratların daxilinə isə şimal-qərbi Azərbaycan xalçalarında "qoşaquyrum" və ya "qoşabuynuz" adlanan naxışlarla bəzədilmişdir. Şadılı xalçalarının sahəsi nə qədər böyük olsa, bu hissələrin sahəsi və "qoşabuynuz" adlanan naxışların sayı çox olur. Bu cür naxışlara qədim keçə məmulatlarında, Türkmənistan xalçalarında isə "qoçak" adlanan və həmçinin qırğız basmalarında da bu naxışlara rast gəlmək olar.[3]
Texniki xüsusiyyətlər
redaktəŞadılı xalçalarının ölçüləri 130x130 sm-dən 150x200 sm-ə qədər ölçülər arasında dəyişir.[3] Şadılı xalçaları"na bir kvadrat destimetrdə ilmələrin sıxlığı 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir.[3] Bir kvadrat metrdə isə 102 min ilmədən 144 min ilməyə təsadüf edilir.[3] Şadılı xalçaları"da xovun hündürlüyü 6–8 mm-dir.[3]