Sabran Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Şabran Tarix-Diyarşünaslıq Muzeyi - Muzeyin əsası 1991-ci ildə qoyulmuşdur. Muzeyin ekspozisiyasında bütün tarixi dövrləri əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiya sahəsi 200 kv.m. təşkil edir.[2]
Şabran Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1991 |
Mövzu | Tarix |
Muzeyə yetişmək | Məhəmməd Əmin Rəsulzadə, 100, Şabran, AZ1700[1] |
Telefon | (02335) 3-27-11 |
Muzey ekspozisiyası
redaktəMuzeyin ekspozisiyasında bütün tarixi dövrləri əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiya hissəsi 260 kv.m sahəni əhatə etməklə, foye və üç zaldan ibarətdir. Ekspozisiyanın birinci zalında Şabran rayonunun təbiəti və tarixi abidələri haqqında informasiyalar verilmişdir. İkinci zalda Şabran rayonu orta əsrlərdə, Azərbaycan tarixi yeni dövründə -Xanlıqlar bölmələri nümayiş etdirilir. Üçüncü zalda Müstəqilliyə gedən yol, Azərbaycanın müstəqillik illərində, Müasir Azərbaycan tarixinə dair məlumatlar ekspozisiyasinda nümayiş etdirilir. [3]Tarixin müxtəlif dövrlərinə aid məişət, zinət, bəzək əşyaları, silahlar, əmək alətləri, və s. bölgənin tarix və mədəniyyətini, sənətkarlığını təbliğ edən eksponatlar muzeyin ekspozisiyasını bəzəyir. Şabran Tarix Diyarşünaslıq Muzeyinin nəzdində 1500 kvm sahəni əhatə edən Açıq Səma Altında Etnoqrafiya Muzeyi də fəaliyyət göstərir. [4]
İstinadlar
redaktə- ↑ "Muzeyə yetişmək". kataloq.gomap.az. İstifadə tarixi: 10.01.2021.
- ↑ "Şabran Tarix-Diyarşünaslıq Muzeyi". khachmaz.mctgov.az. 2021-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.01.2021.
- ↑ "Şabran Tarix Diyarşünasliq Muzeyì". www.govserv.org. İstifadə tarixi: 10.01.2021.
- ↑ "Azərbaycan muzeyləri". museum.az. İstifadə tarixi: 10.01.2021.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Azərbaycan Prezidenti Şabran tarix-diyarşünaslıq muzeyi ilə tanış olub". /apa.az. İstifadə tarixi: 10.01.2021.
- "Azərbaycan Prezidenti Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşdur". azertag.az. İstifadə tarixi: 10.01.2021.