Sablon Muzakiresi Mubahiselerin Helli - Wikipedia
Bu, Şablon:Mübahisələrin həlli səhifəsinin müzakirə səhifəsidir. |
|
Dostlar, şablonu "Mübahisələrin həlli", yoxsa "Münaqişələrin həlli" adlandıraq ? --Acategory 15:51, 15 mart 2011 (UTC)
Məncə "mübahisələrin həlli" olsa daha yaxşıdır. --Irada 06:47, 16 mart 2011 (UTC)
Məncə isə Mübahisə və münaqişələrin həlli daha dəqiq olardı. --Cek Li Taran 07:09, 16 mart 2011 (UTC)
Münaqişə dedikdə düşmənçilik, dava-dalaş, bütün vasitələrdən istifadə edilməklə (silahlı toqquşma, kütləvi qarşıdurma aksiyası və s.) baş verən qarşıdurma nəzərdə tutulur. Vikipediyada biz mübahisələri çox zaman münaqişə adlandırsaq da burada yalnız mübahisələr baş verir. Heç kim tapança ilə bir-birinə güllə atmır :) --Irada 09:31, 16 mart 2011 (UTC)
Burada əsas silahlardan biri bloklamaqdır. Mübahisənin nəticəsi olaraq bloklanma tətbiq olunursa, bu artıq münaqişədir. --Cek Li Taran 09:35, 16 mart 2011 (UTC)
İstər bloklama olsun, istər xəbərdarlıq - bütün fəaliyyətlər yalnız klaviatura ilə həyata keçirilir. Heç kim keç kimə fiziki zədə yetirmirsə, bu yalnız mübahisədir.--Irada 09:52, 16 mart 2011 (UTC)
İstənilən mənəvi-psixoloji zərbənin fəsadları fiziki zədədən heç də az deyil. --Cek Li Taran 10:04, 16 mart 2011 (UTC)
Bu artıq başqa mövzudur... --Irada 10:06, 16 mart 2011 (UTC)
Atmosfer artıq mübahisədən münaqışəyə keçir.--Acategory 10:07, 16 mart 2011 (UTC)
Daha bəsdi. Atmosferi korlamayaq... --Cek Li Taran 10:20, 16 mart 2011 (UTC)
Müzakirələrdən sonra şablon "Mübahisələrin həlli" adlandırıldı.--Acategory 11:16, 16 mart 2011 (UTC)
Müzakirələrdən əvvəl də şablonun adı elə "Mübahisələrin həlli" idi:))) --Cek Li Taran 12:04, 16 mart 2011 (UTC)
Məncə də "Mübahisələrin həlli" daha düzgün variantdır. "Münaqişə" bizim dildə daha çox hərbi, diplomatik termin kimi istifadə olunur.--Sortilegus 21:07, 16 mart 2011 (UTC)