Serur Ordubad Fiziki Cografi Rayonu - Wikipedia
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Şərur-Ordubad fiziki- coğrafi rayonu - Naxçıvan Muxtar Respulikası ərazisinin Araz çayının sol sahili maili düzənliklərini əhatə edib, Arazçayı ilə alçaqdağlıq arasında yerləşir. Araz çayı boyu ilə 150 km uzanıb, maksimal eni 25–50 km-ə çatır. Ərazinin mütləq yüksəkliyi 700 m-lə 1200 m arasında dəyişir. Rayon ərazisi Dördüncü dövrün allüvial, prolüvial, bəzi sahədə Üçüncü dövrün qumdaşı, konqlomerat, tuf və gil çöküntülərindən təşkil olunmuşdur. Ərazinin iqliminin çox quraq olması burada arid denudasiya proseslərinin intensiv getməsinə şərait yaradır. Buna görə də yamaclar intensiv bedlend parçalanmasına məruz qalmışdır.
Düzənlikdə və alçaqdağlıqda az məhsuldar yovşanlı, kəngizli, şoranotlu yarımsəhra kompleksi hakimdir. Çay dərələrinin diblərində kollu - çəmən və antropogen landşaftın müxtəlif sahələri (əkinçilik, bağçılıq) inkişaf etmişdir. Rayon ərazisində su ehtiyatı az olub, əsasən az sulu çaylardan ibarətdir.
Dağətəyi maili düzənliklərdə gips, dolomit, gil, travertin və daş duz mədənləri vardır. Fiziki - coğrafi rayon ərazisinin Araz sahili hissəsində intensiv suvarma tətbiq etməklə bağçılıq ( üzüm, şaftalı və s. ), taxılçılıq, ipəkçilik inkişaf etmişdir. Ətraf dağətəklərində heyvandarlıqla məşğul olunur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm-1996, I cild