Ser Yuvasi Qiyamet Film - Wikipedia
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir.
Şər yuvası: Qiyamət | |
---|---|
Resident Evil: Apocalypse | |
Janr | Qorxu |
Əsas mövzu | epidemiya |
Rejissor | Aleksander Vitt |
Prodüserlər |
Paul Anderson Ceremi Bolt Don Karmoni |
İcraçı prodüser | Bernd Ayhinqer[d] |
Əsərin müəllifi | Milla Yovoviç |
Ssenari müəllifi | Paul Anderson |
Baş rollarda |
Milla Yovoviç Siena Guilori Oded Fehr Tomas Kretşman Jared Haris Mayk Epps |
Bəstəkar | Cef Denna |
İstehsalçılar |
Constantin Film Davis Films Impact Pictures Capcom Ltd. |
Distribütor | Netflix |
İlk baxış tarixi | 23 sentyabr 2004[1], 2004 |
Müddət | 94 dəqiqə (1 saat 34 dəqiqə) |
Büdcə | 45 milyon $ |
Gəlir | 130 milyon $ |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2004 |
Əvvəlki film | Şər yuvası |
Sonrakı film | Şər yuvası: İnsanlığın sonu |
Rəng | Rəngli |
Çəkiliş yeri | Toronto, Hamilton |
IMDb | ID0318627 |
Hekayə
redaktəFilm seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər. Umbrella virusun yayılmaması üçün insanları Raccoon City-dən təxliyə edir lakin çıxış qapısı önündə bir virusa yoluxmuş birini görüncə darvazaları bağlayır və insanları oradan uzaqlaşdırıb, səhərə yaxın isə şəhəri məhv etmək qərarına gəlir. Bu sırada isə qrup halında irəliləyən Jill Velentayn, Serjant Peyton Vells və sinoptik Terri Morales bir kilisədə sığınmaq qərarına gəlirlər. Bu anda qəribə məxluqlar onları sıxışdırır ancaq bu anda Alis gələrək onları xilas edir və Alis də onların qrupuna daxil olur.
Umbrella şirkətinin nümayəndələri helikopter ilə köməyə getdikləri anda onlardan biri Karlos Olivera bir qadınının zombilərdən xilas olmaq üçün qaçdığını görür və pilota helikopteri endirməsini söyləyir. Lakin pilot buna əməl etmir, o da helikopterdən atlayır və 2 yoldaşı Nikolay Cenovyov və Yuri də ona köməyə gedir lakin qadın da intihar edir və helikopter də gedir nəticədə onlar da həyatta qalmaq üçün mübarizə aparmalı olurlar.
Professor Aşford, Alis və qrupu ilə kömək üçün əlaqə saxlayır və onlara şəhərdən çıxmaq üçün kömək edəcəyini deyir. Onlar irəliləyərkən Umbrella-nın yetişdirdiyi məxluq olan Nemesis ilə qarşılaşırlar. Nəticədə Peyton Vells öldürülür, digərləri qaçır və Alis də Nemesisi özünə doğru çəkir və ondan qaçmağı bacarır. Jill Velentayn və Terri Morales, professor Aşfordun qızını axtarmaq üçün onun oxuduğu məktəbə gedərkən yolda sağ qalan Lloyd Ceferson Veyd (L.J.) ilə tanış olurlar və o da onlara qoşulur.
Karlos Olivera və dostları sağ qalmaq istəyərkən Yuri zombilər tərəfindən dişlənir və virusa yoluxur sonra isə o virusu Karlosa yoluxdurur. Karlos və Nikolay sağ qalmaq üçün mübarizə apararkən professor Aşford onlara da zəng edir və kömək istəyir.
Jill Velentayn, Terri və L.J. məktəbi axtararkən Terri zombilər tərəfindən öldürülür. L.J. isə Karlos ilə rastlaşır birlikdə işlədiklərini anlayırlar. Jill isə professorun qızı Ancela Aşfordu tapır lakin zombiləşmiş itlər hücumunə məruz qalarkən Nikolay onları xilas etsə də özü ölür. Alisin gəlməsi ilə Ancelanın əslində t-virusuna yoluxmuş biri olduğunu və atasının ona davamlı anti-virus verdiyini öyrənir. Bu anda Karlos və L.J. gəlir və anti-virus ilə Karlos xilas edilir. Sonra onlar bələdiyyə binasına şəhəri tərk edən helikopterə minmək və professora qızını geri vermək üçün gedirlər. Ancaq Umrella mayoru Timoti Keyn tərəfindən o saxlanılır.
Alis və dostları da Umbrella adamları tərəfindən saxlanılırlar. Timoti Keyn, Alisə Nemesis ilə savaşmasını əmr edir ancaq Alis rədd edincə, o professoru öldürür. Alis məcburi Nemesis ilə döyüşür və onu yaralayır. Timoti Keyn, onu öldürməsini isəsə də Alis rədd edir və Timoti, Nemesisə Alisi öldürməsini əmr etsə də o da bunu etmir. Bu məqamda Karlos, Jill və L.J. bağlı əllərini xilas edib Umbrella adamlarını öldürməyə başlayırlar. Helikopter ilə Alisə atəş açılması anında Nemesis onu xilas etsə də özü ölür. Alis keçmiş dostu Metti itirdiyinə üzülsə də onlar helikopterə minirlər və mayor Timoti Keyni helikopterdən yerə atırlar və ayağı sınır sonra isə zombilər onu öldürürlər. Bu sırada isə Raccoon City şəhəri məhv edilməyə başlayır. Alis və dostları helikopterdə ikən partlayış baş verir və helikopter qəzaya uğrayır. Sonra isə Umbrellanın bir başqa professoru Sem Ayzek hadisə yerinə gəlir və Alisin ölü bədənini müşahidə üçün Umbrellanın Detroitdəki mərkəzinə aparır və orada onun qanını və DNA-sını götürür və təkrar həyata geri qaytarır. Artıq Alis tamamilə peykdən idarə edilmək üzərədir. Lakin o buna baxmayaraq mərkəzdən qaçır və dostları onu oradan aparırlar. Sonraki hadisələr isə Şər yuvası: İnsanlığın Sonu filmində davam edir.
Rollarda
redaktə- Alis — Milla Yovoviç; Keçmiş Umbrella təhlükəsizlik sədri, "Hive" işçiləri tərəfindən saxlanılıb, "Alis proyekti"nə tətbiq edilib.
- Jill Velentayn — Siena Guilori; Keçmiş S.T.A.R.S. üzvü, Raccoon City offiseri
- Karlos Olivera — Oded Fehr; Umbrella tərəfindən ölümə tərkedilənə qədər Umbrellanın hərbi personalı.
- Mayor Timoti Keyn — Tomas Kretşman; Umbrella virus yoluxma şöbəsinin başçısı.
- Professor Şarls Aşford — Jared Harris; Umbrella 6-cı səviyyə professoru
- Ancela Aşford — Sofi Vavaseur; Professor Aşfordun qızı
- Lloyd Ceferson Vade "L.J." — Mayk Epps; Raccoon City sakini
- Doktor Sem Ayzek — Yan Qlen; "Alis Proyekti"nin başçısı
- Nemesis — Mettyu Teylor; Şər yuvası filmində Mettyu Eddisonun mutasiyaya məruz qalmış halı.
- Peyton Vells — Raz Adoti; S.T.A.R.S. üzvü, Nemesis tərəfindən öldürüldü.
- Terri Morales — Sadrin Holt; TV-də sinoptik, zombilər tərəfindən öldürüldü.
- Nikolay Cinovyov — Zek Vord; Umbrellanın hərbi personalı. Karlosun dostu.
- Yuri Loqinov — Stefen Heys; Umbrellanın hərbi personalı. Karlos və Nikolayın dostu.
Xarici keçidlər
redaktə- Şər yuvası: Qiyamət — IMDB-də səhifəsi
- Şər yuvası:Qiyamət — Allmovie-də səhifəsi
- Şər yuvası: Qiyamət — Rotten Tomatoes-də səhifəsi
- ↑ filmportal.de. 2005.