Semsmulk Nesr Xan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nəsr bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1068. ildə atası İbrahim Tamğaç xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Şəmsmülk Nəsr xan | |
---|---|
Qərbi Qaraxanilər dövlətinin III xaqanı | |
1068 – 1080 | |
Əvvəlki | İbrahim Tamğaç xan |
Sonrakı | Xızır xan Qaraxani |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Atası | İbrahim Tamğaç xan |
Həyat yoldaşı | Ayşə Bibi xatun (Alp Arslanın qızı) |
Uşağı | Süleyman Təkin xan |
Ailəsi | Qaraxanilər sülaləsi |
Dini | İslam |
Həyatı
redaktəŞəmsmülkün Türkistan səfəri zamanında Alp Arslanın oğlu Ayaz xan Buxara və Səmərqəndu talan etdi. Bu hadisələrdən xəbər tutan Şəmsmülk geri qayıdır və Ayazın ordusuna qalib gəlir, çoxlu əsir alır. Arvadı Ayşə Bibi xatunu ayağındakı ayaqqabı ilə vura vura öldürür və deyir: "Sən mənim arvadım deyilmişsən, mənim sarayımda mənə qarşı olan bir casusmuşsan’’. Qızının öldürüldüyünü eşidən Alp Arslan 465. il Məhərrəm ayının (1072 Sentyabr) sonlarında iki yüz minlik ordu ilə Mavəraünnəhr səfərinə çıxdı. Şəmsmülk arvadının öz əcəli öldüyünü bu danışılanların yalan olduğunu Alp Arslan bildirdi.
Mədəniyyət
redaktəŞəmsmülk Nəsr xan hakimiyyəti ilərində Ömər Xəyyam Səmərqendə gəlmişdir.
Qalereya
redaktə-
Nəsr xanın əmri ilə tikilən Rabat Məlik karvansarası, Nəvai şəhəri
-
Xanın əmri ilə arvadı Ayşə Bibi xatun üçün tikilən Ayşə Bibi xatun türbəsi, Taraz şəhəri
-
Ayşə Bibi xatunun türbəsinin yanında xatunun dayəsi üçün tikilən Babaci xatun türbəsi
SƏLƏF İbrahim Tamğaç xan |
Şəmsmülk Nəsr xan 1068-1080 |
XƏLƏF Xızır xan Qaraxani |