Semsi Penahoglu - Wikipedia
Şəmsi Pənah oğlu Əhmədov (1959, Kərki, Sədərək rayonu) — Azərbaycan şərqşünası, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru.
Şəmsi Pənahoğlu | |
---|---|
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Elm sahələri | Dünya ədəbiyyatı, İran ədəbiyyatı |
İş yerləri |
|
Təhsili |
Həyatı
redaktəŞəmsi Pənahoğlu 1959-cu ildə Naxçıvan MR-in Kərki kəndində doğulub. I sinfi Sədərəkdə, II–IV sinifləri Naxçıvanda, V–X sinifləri Ordubad internat məktəbində oxuyub. 1981-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Orta, orta-ixtisas, ali məktəblərdə dərs deyib. Əfqanıstanda müşavir aparatında işləyib, İran, Türkiyə, Rusiyada yaşayıb, Avropanın bir neçə ölkəsində olub. Müxtəlif vəzifələrdə, o cümlədən, dövlət qulluğunda və ictimai işlərdə çalışıb: 1986–1989 — Naxçıvan ş. 1 saylı orta-məktəbdə dərs hissə müdiri; 1987–1991-Naxçıvan MR Beynəlmiləl Hərbçilər Şurasının sədri; 1987–1991-Naxçıvan Vilayət Komsomol Komitəsində büro üzvü; 1988–1990-OADKYC Naxçıvan Şəhər Komitəsinin sədri; 1990–1990-"Şəfqət" xeyriyyə cəmiyyətində işlər müdiri; 1991–2004-"Səfəvi" assosiasiyasının sədri; 1991–1996-Naxçıvan MR Nazirlər Kabinetində Hərbi Səfərbərlik şöbəsinin rəisi; 1997–1998-Naxçıvan MR Turizm İdarəsində tərcüməçi; 1998–1998-Naxçıvan MR Antiinhisar Komitəsi KOSİA-nın direktoru; 2001–2003-İİR Naxçıvan Baş Konsulluğunda tərcüməçi; 2005–2008-AMEA Naxçıvan Bölməsində elmi işçi; 2006–2008-Naxçıvan Özəl Universitetində müəllim; 2007–2010-"Kanal 35", "ANS" və "Space" televiziyalarında tərcüməçi; 2008–2009-"Qlobal Biznes Servis"də tərcüməçi. 2009-cu ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyir. Müharibə iştirakçısı, ehtiyatda olan zabitdir. "Qırmızı ulduz" ordeni və medallarla təltif olunub. Ailəlidir. 3 övladı, 2 nəvəsi var.
Elmi fəaliyyəti
redaktəElmi yaradıcılığının əsas istiqaməti klassik Azərbaycan və farsdilli ədəbiyyat, səfərnamə və xatirə ədəbiyyatının ilkin mənbədən-əlyazmasından tədqiqi, tərcüməsi, transliterasiyası, nəşri, sağlamlıq nəzəriyyələri və filmlərin tərcüməsidir. 5718.01-Dünya ədəbiyyatı (fars ədəbiyyatı) və 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasları üzrə "Mirzə Müslüm Qüdsi "Divan"ının filoloji tədqiqi" mövzusunda müdafiə etdiyi dissertasiya işini, ədəbiyyat və mədəniyyət tariximizə düşməmiş M. M. Q. İrəvaninin Təbriz Milli Kitabxanasında saxlanılan "Divan"ının yeganə əlyazma nüsxəsi əsasında işləyib. "XIX əsr İrəvan ədəbi mühiti (farsdilli mənbələr əsasında)" elmlər doktorluğu işinin mövzusudur. Azərbaycan, rus, türk, fars, tacik, dəri və qismən ingilis dillərini bilir. 80-dən artıq elmi və publisistik məqaləsi, o cümlədən, 20 kitabı çap olunub, 100-ə qədər filmi rus və fars dillərindən Azərbaycan dilinə tərcümə edib. "Urmu: dünyanı yandıran müharibədə" tərcüməsi əsasında film çəkilişi nəzərdə tutulub.
Kitablar
redaktə- Süleyman xan Dərgah. Səfərnamə (tərcümə) Kitab Zərdabi. Bakı. 2014 8,5 ç.v.[1]
- M. M. Qüdsi İrəvani. Tousifi-İrəvan. Tərcüməçi Ş. Əhmədov. / Səməd Sərdariniya. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Tərcüməçi İ. Quliyev. Kitab Zərdabi. Bakı. 2014 s. 197–216[2]
- Azərbaycan mətbəxi (tərcümə) Kitab AR Mədəniyyət və Turizm Nazirliyi. Qolden Book. Bakı. 2016 8 ç.v. Rəhmətulla xan. Urmu dünyanı yandıran müharibədə (tərcümə) Kitab Nurlar NPM. Bakı. 2017 24 ç.v.[3]
- Xocalı (kollektiv, tərcümə) Kitab AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı. 2018 3 ç.v.
- Cemelli Kareri. Səfərnamə (tərcümə) Kitab Avropa. Bakı. 2019 11 ç.v.[4]
- Rudolf Broys. Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi (tərcümə) Kitab Avropa. Bakı. 115 s. 2019 7,21 ç.v.
- Cemelli Kareri. Səfərnamə (tərcümə). II nəşr Kitab Elm. Bakı. 176 s. 2021 11 ç.v.[4]
- Kneyp Sebastian. Mənim su ilə müalicəm (tərcümə) Kitab Elm və təhsil. Bakı. 2019 14,25 ç.v.
- Avqust Benton. Səfərnamə (tərcümə) Kitab Elm. Bakı. 120 s. 2021 8 ç.v.
- Rudolf Broys. Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi (tərcümə). II nəşr Kitab Elm və təhsil. Bakı. 104 s. 2020 6,5 ç.v.
- Leons Karliye. Şəfalı göyərti, tərəvəz və meyvələr (tərcümə) Kitab Elm və təhsil. Bakı. 168 s. 2020 10 ç.v. M. Yusifli
- Mirzə Müslüm Qüdsi İrəvaninin "İrəvanın vəsfi" məsnəvisi. II nəşr Kitab Zərdabi. Bakı. 2021 3,5 ç.v.[5]
- Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri. II nəşr Kitab Zərdabi. Bakı. 2021 6,25 ç.v.[6]
- Kneyp Sebastian. Mənim su ilə müalicəm (tərcümə). II nəşr Kitab Elm və təhsil. Bakı. 228 s. 2021 14,25 ç.v.
- Səməd Sərdariniya. Qarabağ tarixin gedişində (fars dilindən tərcümə) Əlyazması hüququnda. 400 s. 2021 25 ç.v.
İstinadlar
redaktə- ↑ "Sefername-Süleymanxan Dergah". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ "İrəvan müsəlman sakinli vilayət olmuşdur". 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ ""Urmu: dünyanı yandıran müharibədə"". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ 1 2 "Sefername-Cemelli Kareri". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ "Mirza Müslüm Qudsi Irevanin-Revanin Vesfi-Meselesi". 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ "Mirza Müslüm Qudsi Irevanin Türkce Eserleri". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.