Semkir Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1971-ci ildə fəaliyyət göstərir. Muzey eksponatlarının ən qədimi e.ə. VII–V minilliyə aid olan kiçik daş çıraqdır. Burada həmçinin keramika və mis qab-qacaq, səhənglər, bəzək əşyaları, silah, naxışlar, arxeoloji artefaktlar, qəpik və kağız pullar, musiqi alətlərinin qədim nümunələri və s. görmək olar.
Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1991 |
Mövzu | Tarix |
Kolleksiyası | 6146 eksponat |
Muzeyə yetişmək | Sabir küçəsi, Şəmkir, 18 AZ1000[1] |
Telefon | (+99422) 305-85-34 |
İş rejimi | I-V günlər (9:00-18:00) |
Muzey binası
redaktəTarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb.[2] Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var. Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6146 eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII–XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var. Binanın həyətyanı sahəsində yaradılmış "Açıq muzey"də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.[3]
Muzeyin eksponatları
redaktəMuzeydə Şəmkirin və tarixini əks etdirən eksponatlar var. Muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir. Muzeydəki eksponatlar:[4]
- İbtidai dövr – 9
- Flora və fauna – 4
- Arxeologiya – 521
- Etnoqrafiya – 1457
- Orta əsr qadın bəzək əşyaları – 39
- Qədim döyüş silahları – 25
- Numizmatika – 327
- Yeni və müasir dövr – 4
- İdeoloji şöbə — 2
- Foto və tarixi sənədlər – 3758
İstinadlar
redaktə- ↑ "Şəmkir Tarix-diyarşünaslıq muzeyi". oneclick.az. İstifadə tarixi: 25.01.2021.
- ↑ "Azərbaycan Prezidenti Şəmkirdə yenidən qurulan tarix-diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olub". salamnews.org/az. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.01.2021.
- ↑ "Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyi". shamkir-ih.gov.az. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.01.2021.
- ↑ "Şəmkir rayon İcra Hakimiyyəti". heydaraliyev-centers.az. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.01.2021.
Xarici keçidlər
redaktə- "Azərbaycan Prezidenti Şəmkirdə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub". salamnews.org/az. İstifadə tarixi: 25.01.2021.
- "Azərbaycan muzeyləri". www.anl.az. İstifadə tarixi: 25.01.2021.
- "Muizeyin yeni binasının açılışı". apa.az. İstifadə tarixi: 25.01.2021.