Semkircay Su Anbari - Wikipedia
Şəmkirçay su anbarı — Şəmkirçay çayının üzərində tikilən Şəmkirçay su anbarı 2014-cü ildə istifadəyə verilmişdir.
Şəmkirçay su anbarı | |
Şəmkirçay su anbarı | |
40°59′24″ şm. e. 45°59′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Şəmkir rayonu |
Həcmi | 164.5 mln. m³ |
Məzmun
redaktəŞəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.[1]
Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib". president.az (az.). president.az. 15 noyabr 2014. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-28.
Ədəbiyyat
redaktə- Rəhman Salmanlı, "Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir", Azərbaycan.- 2011. - 19 iyun. - Səh.1.
Xarici keçidlər
redaktə- Rəhman Salmanlı. "Şəmkirçay dəryaçası iqtisadi tərəqqi, yeni həyat rəmzidir" (az.). anl.az. 19 iyun 2011. İstifadə tarixi: 2015-01-28.
- "Şəmkirçay su anbarı istismara verilmişdir". Azərsu ASC (az.). azersu.az. 2014-11-17. İstifadə tarixi: 2015-01-28.