Semil Sadiq - Wikipedia
Şəmil Sadiq — Azərbaycanlı alim-filoloq, publisist[1]-naşir[2], filologiya üzrə fəlsəfə doktoru[3]-dosent. Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru; Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktorudur.
Şəmil Sadiq | |
---|---|
Şəmil Kamil oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Naxçıvan MSSR, Babək rayonu, Nehrəm kəndi. |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | Filoloq-dilçi, publisist-naşir |
shamilsadiq.az |
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İlin Ən Yaxşı müəllimi" seçilmişdir.
2008-ci ildən şəxsi təşəbbüsü və səyi nəticəsində "Hədəf Kursları"nın həmtəsisçisi və baş direktoru, 2009-cu ildə Hədəf Nəşrlərini təsis etmişdir. Hazırda Hüseyn Cavidin Ev Muzeyində Cavidşünaslıq şöbəsinin müdiri, Hədəf Kursları və Hədəf Liseyinin də baş direktoru vəzifəsində çalışır.
"Ustad" aylıq ədəbiyyat və sənət jurnalını, hər il keçirilən təhsildə yeni məzmun və qiymətləndirmə standartlarında inteqrasiyaya fənlərarası əlaqəni, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayan Fənlərin Dostluğu Olimpiadasının (FDO), ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən "Senet.az" saytının, həmçinin, "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların da ideya rəhbəridir.[4]
“Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "Oxu Günü" layihəsinin təsisçisi, Xocalı faciəsinə həsr edilmiş "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir.
"Qana qan qarışdı" pyesi 2010-cu ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Həmin ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə "Anamın kitabı" ədəbi mükafatını təsis etmişdir. 2015-ci ildə “Odərlər” romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı ilə təltif edilmişdir.[5][6]
Ədəbiyyat, 525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda, "AzEdu.az", "muallim.edu.az" kimi saytlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin bədii əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr edilmişdir.
Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuş 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər isə elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir.
Hədəf Kursları, Hədəf Liseyi, Hədəf Nəşrləri, XAN Nəşrləri, "Kitabevim.az" mağazalar şəbəkəsi, Hədəf Multimedia və Hədəf Global Xaricdə Təhsil Şirkəti və EDUHEK konsultinq MMC-nin daxil olduğu "Hədəf Şirkətlər Qrupu"nun qurucusu və baş direktorudur.[7]
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[8][9]
Ailəlidir, iki oğlu, iki qızı var.
Həyatı
redaktəŞəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Azərbaycan SSR, Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.
2001-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavriaturasını, 2003-cü ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci il may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının sədridir.[10][11][12]
2019-cu ildə XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin Bakıda keçirilən iclasında Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı xüsusi diploma layiq görülüb.[13]
2021-ci ildən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təsisçisi və sədridir.[14][15][16][16][17]
Elmi və pedaqoji əsərləri
redaktə- “Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, monoqrafiya, 2003,
- “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi”, monoqrfiya, 2011,
- “İsa Muğanna İdeal işığında”, monoqrafiya, 2017,[18]
- Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər[19][20]
- Orta məktəb şagirdləri üçün “Ədəbiyyat”, dərs vəsaiti, 2018,
- Orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, dərs vəsaiti, 2019,
- Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandakı xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm”, 2012, 2019, dərs vəsaiti,
- “İnsan mühəndisi”, monoqrafiya, 2020,
- “Mən bir müəlliməm”, monoqrafiya, 2018.
- The concept of a common religion in Isa Mughanna’s novels [21][22]
Bədii yaradıcılığı
redaktəŞəmil Sadiq bədii yaradıcılıqla hələ uşaq yaşlarında məşğul olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələri vaxtı ilk şeirini yazıb.[23] İlk mətbu əsəri 2002-ci ildə Yeni Azərbaycan qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. Əruzşünas alim Zülfəli Zülfəliyevlə tanışlığı onun əruz vəznində şeirlər yazmasına böyük təsir etmişdir. 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilən “Qəlbin Fəryadı” şeirlər kitabında əruz və heca vəznli şeirlərlə yanaşı “Türkün faciəsi” adlı bir pərdəli pyesi və Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə “Əsrimizin Azəri” adlı poeması da yer almışdır. Sonralar Dədə Qorqud dastanının motivləri əsasında yazılmış “Türkün faciəsi” bir pərdəli səhnəciyinin üzərində işləyərək 4 pərdəli “Qana qan qarışdı” pyesini yazmış və 2005-ci ildə çap edilən eyni adlı kitaba daxil edib. Həmin pyes isə 2010-cu ildə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında səhnələşdirilib. 2005-2012-ci illər arasında daha təhsillə məşğul olmuş, məktəb və universitetdə dərs dediyi və elmi fəaliyyətlə məşğul olduğu bədii yaradıcılığında bir durğunluq hiss edilir.
Lakin 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabındakı nümunələr baxanda həmin dövrdə ara-sıra şeirlər yazdığı və mətbuatda çap etdirdiyi məlum olur. 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izi ilə” tarixi romanı[24] 2016-cı ildə rus dilində çap edilmişdir.[25] 2013-cü ildə müəllifin “Bu türk daha o türk deyil” şeirlər, “Qana qan qarışdı” adı ilə pyesləri və hekayələri çap edilmişdir. Elə həmin ilin sonunda çap edilən “Odərlər” romanı müəllifə ən çox şöhrət gətirən roman olub. İsa Muğanna ilə dostluğu “Odərlər“ romanında “Qana Qan qarışdı” pyesindəki xətti bir daha gücləndirib milli ideologiyanı daha qabarıq sərgiləyib. Sonra Türkiyədə türkcə çap edilən “Odərlər” romanı[26][27] 2016-ci ildə Almaniyada çap edilib. "Odərlər" romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Muğanna yazmışdır. 2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı çap edilib. 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. Bu illərdə Ədəbiyyat, 525, Ağ yol, Kaspi kimi mətbu orqanlarda elmi, bədii və publisistik yazıları dərc edilir, əsərləri haqqında tənqidi məqalələr yazılmışdır. Müəllifin əsərləri türk[28], rus[29], alman, fars, türkmən dillərində nəşr edilmişdir.
Əsərləri
redaktəDövlət təltifləri, fəxri adlar və mükafatları
redaktə- Yasamal Rayon Təhsil Şöbəsi 2004-2005-ci tədris ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkül ili" çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə fəxri fərman.
- Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti. 2005-ci il. "İlin Ən Yaxşı müəllimi" müsabiqəsinin qalibi sertifikatı.
- 2005-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak etmiş, "Ədəbiyyatın İnternetlə Tədrisi" mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.[33]
- 2006-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
- Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 24.07.2007-10.08.2007 tarixində Türkcə öyrənmək, Türk mədəniyyəti, Türkiyənin milli eğitim sistemi” seminarında iştirakına görə sertifikata layiq görülmüşdür.
- İQED 2010 I international conference. Certificate of attendance.
- Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Elmi Şurasının qərarı ilə 2010-cu ildə “Ən yaxşı müəllim” nominasiyası üzrə diplom verilib.
- Ukrayna Azərbaycanlıları Konqresi - 2012. Azərbaycan dilinin inkişafı üçün göstərdiyi xidmətə görə Fəxri Fəman.
- 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyinin tərəfindən “Odərlər” romanına görə "Nəsr nominasiyası" üzrə “Qızıl Kəlmə” mükafatının qalibi olub.[34][35]
- Bakı şəhər üzrə Təhsil İdarəsi və "Vətəndaş Cəmiyyətində Debat" ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
- 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “İlin Gənc Alimi” adına layiq görülüb.[36]
- “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb. “İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.[37][38][39]
- 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[8][9]
İştirak etdiyi layihə və aldığı sertifikatlar
redaktə- Bakı şəhər üzrə Təhsil idarəsi və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyi tərəfindən təşkil olunmuş XV Bakı Karl Popper Debat formatı üzrə keçirilən turnirin debat məşqçisi sertifikatı ilə təltif edilmişdir.
- 2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurrikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
- Milli Kurlturoloji Mükafat. “2009-cu ilin dərs kitabı”, Filoloq alim Şəmil Sadiqin “Ədəbiyyat” dərs vəsaiti. X-XI siniflərin tədris materiallarını əhatə etməklə, abituriyentlər və ədəbiyyat həvəskarlarına ünvanlanaraq “Hədəf” hazırlıq kurslarının silsilə dərs vəsaitlərindən biri kimi intellektual ədəbiyyat sahəsindəki populyarlığa, üslubi-metodoloji yeniliklərə görə layiq görülür. Yeni yazarlar və sənətçilər qurumu, Bakı, 27 may, 2010-cu il
- Sertifikat Sadıqov Şəmil Kamil oğluna ondan ötrü verilir ki, o, “İnsan alveri: Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər” üzrə Təlimçilər üçün Təlim kursunu bitirmişdir. İnternational Organization for Migration (İOM), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 4.10.2011-6.10.2011
- Fəxri Fərman. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma Azərbaycan dili və Ədəbiyyat kafedrasının dosenti Sadıqov Şəmil Kamil oğlu 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə və təhsil sahəsində əldə etdiyi uğurlara görə təltif olunur. Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Bakı 2014.
- Təşəkkürnamə. Azərbaycan Respublikası “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi. “Region gənclərinin ictimai fəallığının artırılması” adlı Seminar-Təlimlərin həyata keçirilməsinə göstərdiyi köməyə görə verilir: Fil.f. d., dos., cənab Şəmil Sadiqə. Qəbələ, 27 sentyabr 2013-cü il
- Təbriknamə. Hörmətli Şəmil müəllim, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik, daimi təbəssüm və gələcək həyatınızda uğurlar arzu edirəm. Vətənimizin inkişafı yolunda gördüyünüz bütün işlərdə müvəffəqiyyətlər diləyirəm!!! Tural Qədirxum, 2011-2012
- Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqov Şəmil Kamil oğlu “İlin ən yaxşı müəllimi” şəhər müsabiqəsində fərqləndiyinə görə təltif olunur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, 8 sentyabr 2005-ci il
- Certificate of Attendance. This is to confirm that Şəmil Sadıqov has attended the İnternational Conference of “The Pathfinders of the Turkic World: Mehmet Akif Ersoy And Huseyn Cavid” between 16-18 May 2013. On behalf of the organizing committee, Prof. Dr. AhmetSanic Rector of Qafqaz University. 16-18 May, 2013.
- Fəxri Fərman. 20 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sadıqov Şəmil Kamil oğlu 2004-2005-ci dərs ilində “Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən müsabiqələrdə iştirakına görə təltif olunur. Yasamal Rayonu Təhsil Şöbəsi
- Bakı Dövlət Universitetinin rektorunun 29.06.2002-ci il tarixli 4/138 saylı qərarı ilə oxuduğu müddətdə yüksək təhsil göstəricilərinə, ictimai fəallığına görə və məzun günü münasibətilə Sadıqov Şəmil Kamil oğlu Fəxri Fərmanla təltif edilir. Rektor, prof. A.M.Məhərrəmov, 29 iyun 2002-ci il
- Certificate of Attendance. This is to certify that Shamil Sadigov has attended the İnternational Conference “İnnovation, Quality of Education and Development” held in Baku, November 9-11, 2010. İQED 2010. Co-chairman Organizing Committee, Rector of Baku İn Service Teachers Training and Re-training İnstitute professor Asaf Zamanov. 10.11.2010
- Diplom. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin IV kurs tələbəsi Sadıqov Şəmil Kamil oğlu BDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi Tələbə Klubu tərəfindən keçirilən “Şahmat Çempionatı” uğrunda 1-ci yeri tutduğuna görə təltif olunur. BDU-nun ATHİK sədri N.Q.Şıxəliyev
- Ukaryna Azərbaycanlılar Konqresi tərəfindən "Cümhuriyyət-100" medalı ilə təltif edilmişdir. (ГРАМОТА нагороджуеться Шамиль Садиг за вагомийвнесок у розвиток азербайджанськои диаспори в Украини. Конгрес Азербайджанцив Украини (КАУ), Ukrayna Azərbaycanlılar Konqresi (UAK). Киев-2012.)
Layihələri
redaktə- “Ustad” ədəbiyyat və mədəniyyət dərgisinin baş redaktorudur.[40][41][42][43]
- Fənlərin Dostluğu Olimpiadasını (İnteqrativ tapşırıqlar) 2010-cu ildə təsis etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin dəstəyi ilə hər il keçirilir.[44][45][46]
- Mütaliəyə dəstək məqsədi ilə 2015-ci ildən təsis etdiyi “OXU GÜNÜ” kitab festivalını Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ASAN xidmətin dəstəyi ilə 2015 və 2016-cı ildə həyata keçirmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə 25 Aprel Azərbaycanda Oxu günü adı ilə təsis edilmişdir.[47][48][49][50][51]
- “Anamın kitabı” pyes müsabiqəsini təsis etmiş, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-2016-cı illərdə keçirilmişdir.[52][53][54]
- "Senet.az", "İnteqrasiya.az", "Seslikitab.az" saytlarının təsisçisi və baş redaktorudur.
- "Hədəf" nəşriyyatının "Xatirə ədəbiyyatı" seriyasında nəşr olunan kitabların ideya rəhbəridir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Şəmil Sadiq etiketinə aid xəbərlər". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ "Şəmil Sadiq. Bölgələrə kitabla gəlirik…". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Məktəblər lazımsızdır, yaşasın repetitorluq!" - Şəmil Sadiq". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Öz uğurlarının qəhrəmanı və ya mənim tanıdığım Şəmil Sadiq". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Azərbaycan Milli Kitabxanasında "Qızıl kəlmə" ədəbi mükafatı təqdim edilib". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Qızıl kəlmə" ədəbi mükafatının təqdimolunma mərasimi keçirilib". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Kitabların İzində" layihəsi - Şəmil Sadiq ilə görüş". 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ 1 2 "İlham Əliyev təhsil işçilərini təltif edib". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.
- ↑ 1 2 "Şəmil Sadiq "Tərəqqi" medalı ilə təltif edildi". 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-16.
- ↑ "Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirilib". 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Şah İsmayıl Xətainin kitabı nəşr olundu". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Şah İsmayıl Xətai Komissiyasının ilk iclası keçirildi –FOTOLAR". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Hədəf" Nəşrlərinin kitabları Beynəlxalq müsabiqədə mükafat qazandı". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- ↑ ""Azərbaycan Nəşriyyatları" İctimai Birliyi yaradıldı". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Azərbaycan Nəşriyyatları Assosiasiyası media nümayəndələri ilə görüş keçirib - FOTO - VİDEO". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ 1 2 ""Azərbaycan Nəşriyyatları Assosiasiyası"nın illik hesabat iclası keçirildi - FOTOLAR". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Azərbaycan Nəşriyyatları" İctimai Birliyi yaradıldı". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Məzar başında sazla kitab təqdimatı – FOTOLAR". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- ↑ ""Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər" kitabında 22 ədəbi-elmi məqalə yer alıb". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər" kitabı işıq üzü görüb". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "rus.ucf.edu.cu". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Revista Universidad y Sociedad". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Şəmil Sadiq: "Mənim üçün üç böyük şair və yazıçı var" – Müsahibə". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- ↑ "Mükəmməl roman haqqında xırda qeydlər - Sabir ŞAHTAXTI". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Xocalı soyqırımı ilə bağlı "Ümidlərin İzi ilə" adlı roman rusca çap olunub". 2022-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ Od Erler: Mahşer Yolcuları[ölü keçid]
- ↑ "Od Erler: Mahşer Yolcuları Paperback – 3 Nov. 2014". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Berfin Bahar Aylık Kültür Sanat ve Edebiyat Dergisi Sayı : 218 Nisan 2016". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Машина сна. Рассказ". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Ümidlərin izi ilə" kriminal-detektiv romanının təqdimatı keçirilib". 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Ümidlərin İzi ilə" kitabı Qazaxıstanda - FOTO". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Şəmil Sadıq və Odərlər". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Gənc yazarların bir qismini ya fələk aparır, ya kələk, ya leylək, ya da ələk" - MÜSAHİBƏ". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Qızıl kəlmə" mükafatının bütün qalibləri - SİYAHI". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Qızıl Kəlmə" ədəbi mükafatı təqdim edildi". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""İlin Gənc Alimi" adına layiq görüldü". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Yuxu maşını" kitabına görə Rusiyada "İlin yazarı" seçildi". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ "Rusiyada "İlin yazarı" seçildi". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Yuxu maşını" kitabına görə Rusiyada "İlin yazarı" seçildi". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ ""Ustad" ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Ustad"ın Novruz buraxılışı işıq üzü görüb". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Ustad" dərgisinin təqdimatı keçiriləcək – Foto". 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "11-ci "Fənlərin Dostluğu Olimpiadası" keçirildi". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "XI "Fənlərin Dostluğu Olimpiadası"nın mükafatlandırma mərasimi keçirildi". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "11-ci "Fənlərin Dostluğu Olimpiadası" keçirildi". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Oxu günü"ndə "Əsgərə kitab" aksiyası keçiriləcək". 2019-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "BAKIDA "OXU GÜNÜ" KEÇİRİLİB". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Oxu Günü-8" sərgi-festivalı keçirildi". 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Xırdalanda "Oxu Günü" keçirilib - FOTOLAR". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ "Xırdalanda "Oxu Günü" keçirilib — FOTOLAR". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Anamın Kitabı"nın qalibləri mükafatlandırılacaq". 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Anamın kitabı" pyes müsabiqəsi". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
- ↑ ""Anamın kitabı": Ədəbi mükafat". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
Mənbə
redaktəXarici keçidlər
redaktə- shamilsadiq.az — Rəsmi saytı
- Şəmil Sadiq — Facebook səhifəsi
- Şəmil Sadiq kanalı — YouTube platformasında
- goodreads–də Şəmil Sadiq
- AMEA sovetdən qalma sistem idi, dəyişikliklərə ehtiyac vardı - Şəmil Sadiq