Sukrulla Xan Merendi - Wikipedia
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı.
Şükrulla xan Mərəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1908 |
Vəfat yeri |
Həyatı
redaktəŞükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı.
Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi.
O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Fəaliyyəti
redaktəMəhəmməd Əmin Rəsulzadə onun haqqında yazırdı: "Eynüddövlənin müvafiqlərindən olan Şücai-Nizam Mərəndi işğal etmişdir. Cülfa yolu onun nəzarətinə düşüb heç kəsi əvvəldən rüsxət olmamış buraxmıyorlar. Mərqum* başına quldurlar cəm edib kəndləri talan, məxluqi yəğma ediyor. Onun bir ədəd topu və yüzə kimi müsəlləh quldurları vardır.
Təbriz altından qaçdığı zaman Şüca bir nəfər gürcünü tutmuş və bir çox cəfa və əziyyətdən sonra məzkuri öldürmüşdür. Mərqum qafqazlılara artıq dərəcə intiqam ediyor. Gürcülər ilə ədavəti dərəcəyi-xüsusidədir. Diyor ki, "onlar bizə bomba atırlar, gərək onları hər yerdə varsalar həlak edək". Bu günlərdə Şücai-Nizam tərəfindən bir nəfər Triadze adlı gürcü tutuldu.
Şüca onu öldürmək istədi. Amerika konsulu burada ikən məzkurə mühafizədə bulunmadı… Şüca onu öldürmək istəmişsə də müşar ileyhi qəhrəmananə surətdə qaçıb özünü o vəhşinin cəngali-ğədrindən xilas etmişdir.
Təbrizlilərə və Səttarxana xəbər verilibdir ki, bu xüsusda konsulun rəftarına protesto edilsin. Aldığımız xəbərlərdən anlaşılır ki, təbrizlilər konsulun bu hərəkətindən mütəhəyyic olmuşdurlar.
Rus konsulu Şücai-Nizama tərəfdar kimi görünür. Şaiyələr var ki, şah İngiltərəyə qaçmaq istəyir".
Qalereya
redaktə-
Şükrulla xan oğlu Musa-Rza xanla
-
Şükrulla xan övladları ilə
-
Şükrulla xanın atlıları
-
Şükrulla xanın dəstəsi
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.