Iterasiya - Wikipedia
İterasiya - Haqqında Məlumat
İterasiya (ing. iteration, rus. итерация, iterasyon, öteleme) – proqramlaşdırmada: deyimlər, yaxud komandalar qrupunun dönə-dönə təkrar yerinə yetirilməsi (rekursiya ilə qarışdırmaq olmaz). Hər hansı əməliyyatı dəfələrlə təkrarlamaq gərək olduqda, proqramlaşdırmada dövrlərdən istifadə olunur. Məsələn, tutaq ki, “Hello, World!” mətnini 200 dəfə ekrana çıxartmaq lazımdır. Bu halda eyni bir komandanı 200 dəfə təkrar verməkdənsə, 200 dəfə yerinə yetirilən dövr yazıb, mətni ekrana çıxaran komandanı həmin dövrün gövdəsində yerləşdirmək daha münasibdir. Dövrün bir addımına elə iterasiya deyilir. Bax: ITERATIVE STATEMENT, LOOP; Tut: RECURSION.
program Iteration;
var
i: integer;
begin
for i := 0 to 200 do WriteLn ('Hello, world!');
end.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.