Itelmenler - Wikipedia
İtelmenlər (İtelmen — İtәmәn, əvvəlki məlumatlarda — İtelmen) — Kamçatka yarımadasının köklü xalqlarındandır. Dilləri — İtelmen dilidir.
Ümumi sayı | |||
---|---|---|---|
3093 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qohum xalqlar | |||
Adı rus dilinə adaptasiya olmudur «itәnmәn» («burada yaşayan»).
Yayılması
redaktəOnlar əsasən Kamçatka yarımadasında, Kamçatka Diyarının Tiqilski və Milkovski rayonları, Petropavlovsk-Kamçatski ərazilərində 2600 nəfər (2010) və Maqadan vilayəti ərazisində 600 nəfər (2010) təşkil etirdi.
2002-ci ilə olan sayları (2002 г.)[1]:
Kamçatka diyarı (2296 nəf., 2002 il):
Tigil kəndi - 355 nəf.
Korvan kəndi - 265 nəf.
Petropavlovsk-Kamçatski 265 nəf.
Milkovo - 233 nəf.
Ust-Xayryuzovo kəndi - 156 nəf.
Palana - 130 nəf.
Sedanka - 130 nəf.
Sobolevo - 119 nəf.
Maqadan vilayəti (643 nəf., 2002 il):
Maqadan - 231 nəf.
Tauysk kəndi - 114 nəf.
Ola - 109 nəf
İllərə görə İtelmenlərin sayı:
Ərazilərə görə yayılma nisbəti
redaktəRusiyanın rayon və şəhərlərinə görə yayılması | ||
---|---|---|
rayonlar, şəhər dairələri | RF subyektləri | % itelmenlər |
Tiqil rayonu | Kamçatka | 19,8 |
Milkovski rayonu | Kamçatka | 5,1 |
İtelmenlərin qrupları
redaktəXVII—XVIII əsrlərdə İtelmenlər haqqında məlumatı B. О. Dolqix məlumat vermişdir. O, yasaç kitablarındakı matriallara əsasən 1697-ci ildə onların sayı 12 680 nəfər, 1738-ci ildə isə 8448 nəfər təşkil etmişdir. Onların sayının belə nəzərə capacaq şəkildə azalması o dönəmdə bölgədə yayılan Ospa, «Gil qizdırması» və başqa ifeksiyon xəstəliklərdən həlak olmuşlar. далее), XVIII əsrdə və XIX əsrin əvvəllərində özünə məxsus müxtəlif icmalara sahib olmuşlar. Onlar Kamçatkanın qərbində Tiqil çayı, şərq hissədə Uka çayı, cənubda Lopatka burnuna qədər olan ərazilərdə yayılmışdılar.
Antrpoloji xüsusiyyətləri
redaktəAntropologiya elmi İtelmenləri şimali monqoloid irqina aid edir. Onların kəllə quruluşunun formalaşmasında təbii ki, kontinental iqlim şəraiti öz tədirini göstərmişdir. Digər sibir mongoloid irqinə mənsub xalqlara nisbətdə burunun nisbətən uzunluğu, tünd piqmentə sahid olmaları, sifətlərinin nisbətən az enli olmaları və dodaqlarının irəli olması ilə seçilirlər.
İnancları
redaktəƏnənəvi inancları Animizm, Totemizm, Fetişizm ruhlara inamla bağlı olmuşdur. Onlarda «Dənizlər sahibi» Mitq hesab edilirdi. O insanlara balıq verirmiş kimi qiymətləndirilirdi. Onlar arasında tək Yaradanın olması fikri olmuşdur. Bununla belə yeri yatadanın qarğa olması düşünülürdü. Şamanizmə belə rast gəlinirdi. Şamanlar qadınlardan olmalı idi. XVII əsrin ortaları onlar Xristianlığı qəbul etmişlər[2].
Folklor
redaktəOnların xalq ədəbiyyatında qarğa mühüm yer tutur (Kutxe). XX əsr əvvəllərində V.İ. İoxelson tərəfindən İtelmenlərin bir çox nağılları qələmə alınmışdır.
İtelmenlərin təsərrüfatı
redaktəTəsərrüfatın başında əsasən balıqçılıq durur. Bu istər dəniz, istərsə çay balıqçılığıdır. Qış ayları donan suyun üzərində dəlik açaraq buradan balıq ovlayırdılar. Üstəlik onlar sahil ərazilərinfə yayılan suitilərini də ovlayırdılar. Ov əsasən bu canlıların koloniyalarında həyata keçirilirdi. Dərilərindən isə paltarlar və ev əşyaları hazırlayırdılar. Quru ərazisində ovçuluq mühüm yer tuturdu. İri heyvanlardan Qonur ayı və Müşk öküzü ovlanılırdı. Onların həm əti, həm də dərilərindən yararlanılırdı. Adi tülkü və Qütb tülküsünün dərilərinə görə ovlanması məlumdur. Əkinçilik mövcud olmamışdır. Əsasən yığınçılıqla məşğul olurdular.
İstinadlar
redaktə- ↑ http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine База микроданных Всероссийской переписи населения 2002 года
- ↑ "Г. Ю. Ситнянский, О ПРОИСХОЖДЕНИИ ДРЕВНЕГО КИРГИЗСКОГО ПОГРЕБАЛЬНОГО ОБРЯДА. Печатная версия: // Среднеазиатский этнографический сборник. Выпуск IV.М., 2001. С. 175—180". 2012-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
Ədəbiyyat
redaktə- Антропова В. В. Расселение ительменов в I половине XVIII в. // Известия геогр. об-ва. — М., 1949. — Т. 81. — Вып. 4.
- Вдовин, Иннокентий Степанович Ительмены и коряки в первые десятилетия XVIII в.: (По неопубликованным материалам участника Камчатской экспедиции А. П. Горланова) // Страны и народы Востока. — М.:Наука, 1975. — Вып. 17.
- Ительмены: Историко-этнографический очерк / Орлова, Елизавета Порфирьевна, Отв. ред. Ч. М. Таксами. — СПб.: Наука, 1999.
- Ительменская литература. — М.: Литературная Россия, 2011. — 416 с.