Isvec Tarixi - Wikipedia
İsveç tarixi - müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. XVII əsrdə İsveç İmperiyası Avropada superdövlət olaraq yüksəlməyə başladı. Lakin sonradan XVIII və XIXəsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirdi, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olundu. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmuşdur.
İsveç qədim dövrdə
redaktəİsveç ilk dəfə Romalı tarixçi Tasitin "Germaniya" əsərində tarix səhnəsinə çıxmışdır. O bir neçə kralın olduğunu deyir. İsveçin qədim tarixi üç yerə bölünür6 əfsanəvi, yarıəfsanəvi və real.
Əfsanəvi İsveç tarixi
redaktəErkən tarixi
redaktəOrta əsrlər
redaktəOrta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır. Müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. İsveçin müstəqil krallıq kimi formalaşmasında kral Qustav Vusanın əhəmiyyətli rolu olmuşdur. Qustav Vasa 1523-cü ildə hakimiyyətə gəldikdən sonra Roma Katolik Kilsəsi ilə əlaqəni kəsmiş və kilsədə reformasiyaya başlamışdır. 1527-ci ildə kilsəyə məxsus torpaqlar ondan alındı. 1538 və 1558-ci illərdə vergi sistemində dəyişikliklər edildi. Ölkənin xarici ticarətini əldə saxlayan monopolist qüvvələr ölkədən qovuldu. Kral Qustavın dövründə İsveç dünyada ilk müasir ordu quruculuğuna başlayan ölkə oldu. İsveç Vasa sülaləsinə malik hökmdarlar tərəfindən 1523-1654-cü illərdə idarə olunurdu. Kral Qustav müasir İsveçin qurucusu hesab olunur.
XVII əsrdə İsveç Avropada superdövlət olaraq yüksəlməyə başladı. Bundan əvvəl İsveç şimalda yerləşən, seyrək əhaliyə malik kasıb bir ölkə idi. İsveç imperiyası kral Qustav II Adolfun dövründə yüksəlməyə başladı, o Rusiya və Reç Pospolita ilə 30 illik müharibə nəticəsində böyük ərazilər işğal etdi. Həmçinin bu müharibə nəticəsində İsveç Müqəddəs Roma imperiyasına daxil olan dövlətlərin yarısını işğal etdi. Kral Qustav II Adolf Müqəddəs Roma imperiyasını tamamilə işğal edərək onun yeni imperatoru olmaq istəyirdi. Lakin o buna nail ola bilmədi, 1632-ci ildə imperator Lützen döyüşündə öldürüldü. Bu müharibə nəticəsində Almaniyaya böyük ziyan dəydi, İsveç qoşunları Almaniyanın üçdə birini tamamilə xaraba qoydu. Müharibədən sonrakı dövrdə İsveç imperiyası Danimarkanı, Finlandiyanı, Baltikyanı ölkələri, Şimali Almaniyanın bəzi ərazilərini ələ keçirdi. 1720-ci ildə İsveçin əhalisi (işğal olunmuş əraziləri saymadan) 1.4 milyon nəfər idi, əhalinin böyük əksəriyyətinin məşğuliyyəti isə əkinçilik olaraq qalmışdı.
Yeni və müasir dövr
redaktə1700-cü ildə Böyük Şimal müharibəsi başladı. Müharibə Rusiya, Polşa və Danimarkanın birləşmiş qüvvələrinin İsveçə hücümu ilə başladı. Həmin ildə Narva döyüşü baş verdi. Müasir Estoniya ərazisində baş vermiş bu döyüşdə 35.000 rus əsgəri ilə 10.000 nəfərlik İsveç qoşunu üz-üzə gəldi. İmperator XII Karlın şəxsən rəhbərlik etdiyi İsveç qoşunu döyüş ərzində rusları mühasirəyə alaraq onları darmadağın etdi. Bu döyüşdə 10.000 rus əsgəri öldürüldü, 20.000 əsgər isə isveçlilərə əsir düşdü, həmçinin böyük miqdarda silah və sursat isveçlilərin əlinə keçdi. İsveçlilərin itkisi təxminən min nəfər idi. Təxminən dörd il sonra rus imperatoru çox böyük ordu yığaraq Narvaya yenidən hücum edib, böyük itkilər hesabına onu geri ala bildi. Lakin Müharibənin həlledici döyüşü olan Poltava Döyüşündə ruslar qalib gəldilər. Bundan sonra imperator XII Karl 1716-cı ildə Norveçə hücum etdi, lakin döyüşlərin birində öldürüldü. 1721-ci ildə müharibənin başa çatması ilə Niştadt müqaviləsi imzalandı. Bu müharibə nəticəsində İsveç imperiya kimi öz yerini itirdi, müqavilənin şərtlərinə görə Rusiyaya böyük ərazilər verildi, həmçinin müharibə dövründə təxminən 200.000 nəfər isveçli öldürüldü.
1809-cu ildə Rusiya yenidən hücum edərək İsveçə daxil olan Finlandiyanı işğal etdi. İsveçə mədəni və iqtisadi cəhətdən çox yaxın olan Finlandiya 1 əsrdən artıq bir müddət ərazində Rusiyanın zülmü altında qaldı. 1814-cü ildə İsveç Norveçə müharibə elan etdi, müharibə nəticəsində hər iki ölkənin daxil olduğu və 1905-ci ilə kimi mövcud olan birlik yarandı. Bu İsveçin daxil olduğu sonuncu müharibə idi.
19-cu əsrin sonlarından başlayaraq isveçlilər Amerikaya köçməyə başladılar. 1850-ci ildən 1910-cu ilə qədər təkcə ABŞ-yə 1 milyon isveçli mühacirət edib.[1]1870-ci ildən etibarən İsveçdə sürətli iqtisadi inkişaf başladı. 20-ci əsrdə baş verən hər iki dünya müharibələrində İsveç neytral mövqedə oldu, lakin bəziləri 2-ci Dünya müharibəsində İsveçin Almaniyanı dəstəklədiyini iddia edir. İsveç ABŞ ilə sıx əlaqələrə malik olsa da, Soyuq Müharibə dövründə də neytral qaldığını elan etdi. 1995-ci ildə İsveç Avropa Birliyinə daxil oldu.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Avropalıların Emiqrasiyası". 2008-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.