Istifadeci Muzakiresi Toghrul R Arxiv 3 - Wikipedia
Salam.Mən Səmra Hüseynova ile bağlı şekil elave etmek isteyrem məqaləyə ama tapa bilmirəm və yükləmək ucunde icazəm yoxdu.Neyniyek?
Şablon ilə bağlı problem
redaktəSalam Toğrul. Zəhmət olmasa mənimlə əlaqə saxlayın. Bir şablon ilə bağlı problem var. Kömək etsəniz şad olaram. Memmedli Farid 06:49, 13 iyun 2021 (UTC)
- Salam, @Memmedli Farid, əlbəttə, buyurun. — Toghrul R • M/F 06:52, 13 iyun 2021 (UTC)
Toghrul R təşəkkür edirəm cəld reaksiya verdiyiniz üçun. Bəzi skrinlər göndərmək lazım olacaq. Siz telegramdakı vikipdiyaçılar qrupunda varsınız? Əgər orda varsınızsa orda yazıb izə, krinləridə göndərərdim. Memmedli Farid 06:55, 13 iyun 2021 (UTC)
- @Memmedli Farid, bəli, orda varam. Siz göndərin o qrupa — Toghrul R • M/F 07:00, 13 iyun 2021 (UTC)
Toghrul R yazdım qrupda. Memmedli Farid 07:03, 13 iyun 2021 (UTC)
Salam Toğrul Rəhimli! Mən Kapitan Marvel (Marvel Comics) haqqında məqalə yaratmaq istəyirəm. Bunun üçün mənə Komiks dəsti şablonu lazımdır. Zəhmət olmasa, bu mövzuda şablon düzəldə bilərsiniz? Məqaləyə də baxsanız görəcəksiniz ki, bu şablon mövzusu nə komiks personajına, nə də komiks kitabına uyğundur. Zəhmət olmasa şablonu yaratdıqda linkini müzakirə səhifəmə göndərin. İnayət Süleymanlı (müzakirə) 09:16, 3 may 2021 (UTC)
- Salam. @İnayət Süleymanlı, bir şablonu tamamlayım, mütləq — Toghrul R • M/F 09:48, 3 may 2021 (UTC)
Nagizadeh samir
redaktəSalam [Nagizadeh Samir] Məqaləsini yaratmağ isdəyirəm Lakin sizin tərəfinizdəb bloklanıb Bu hakkda mənə kömək edə bilərsiz zəhmet olmasa Məqaləni necə yarada bilərəm blok nə zaman qalxacaq?
Müraciət
redaktəSalam Toğrul bəy. İlahə Quliyeva səhifəsi Siz tərəfdən silinib. Zəhmət olmasa bərpa olunmasına köməklik edəsiniz. Öncədən təşəkkür edirəm.
- Salam, Vunktau, məqalə dekabr ayındakı təqdimata əsasən silinmişdir: Vikipediya:Silinməyə namizəd səhifələr/Arxiv/2020 Dekabr#İlahə Quliyeva. Qaydalara əsasən 15 gün ərzində müzakirənin yekunu qərarı verilməlidir. Buna görə onu birbaşa bərpa edə bilməyim mümkün deyil. Bərpa üçün namizəd səhifələr səhifəsində bu barədə başlıq açsanız, ordakı müzakirəyə əsasən buna nail olmaq olar. Hörmətlə, — Toghrul R • M/F 06:51, 17 fevral 2021 (UTC)
Salam Toğrul bəy. Təşəkkür edirəm məlumat üçün
Müraciət
redaktəSalam Toghrul R tərəfimdən hazirlanmış Anar Əliyev (Nazim oğlu) səhifəsini silmisiniz. Təəssüf ki səbəbləri tam olaraq anlaya bilmədik. Xahiş edirəm bu səhifəni bərpa etməkdə və ya yenisini yaratmaqda köməklik göstərəsiniz.
- @Orxan Bayramov, salam. Vikipediyadakı məlumatlar mənbələrə əsaslanaraq yaradılmalıdır. Məqaləyə istinadlar əlavə etməklə, onları vikiləşdirməklə keyfiyyətli məqalə axınını təmin etmək mümkündür. Ətraflı bu səhifələrə baxa bilərsiniz: Vikipediya:Səhifə silmə kriteriyaları və Vikipediya:Stil kitabçası — Toghrul R • M/F 06:37, 26 avqust 2020 (UTC)
Salam hörmətli toğrul R nagizadehsamir səhifəsini qoruma altına almısınız bu hakkda sizdən köməy isdəyirəm Nagizadehsamir Adlı məqalə yarada bilmirəm siz tərəfdən qoruma altında olduğu üçün nə zaman bu məqaləni yarada bilərəm? |isdifadəçi Nagizadehsamir
Müraciət
redaktəHörmətli Toghrul R hansı səbəbə əsasən sizin Afət FərmanQızının səhifəsini sildiyinizi soruşuram. Sizi Instagramda paylaşım edib scrin edib biyabir edəcəyik. Əziyyət çəkib səhifə yaradırıq, Götürüb silirsiniz. Biz komanda olaraq Afət FərmanQızının səhifəsində sizi Toghrul R qeyd edəcəyik ki, siz düşməncasına səhifəni silirsiniz
- "Hörmətli" sözünü işlətməyi unutmadığınız üçün Sizə təşəkkür edirəm, Mammadibrahimov. İlk öncə silinmə səbəblərinə və keçidlərinə, daha sonra isə məqalənin yenidən, müzakirəsiz yaradılmasının prinsiplərə zidd olmasına baxa bilərdiniz. Bunun əksini etmək isə vandalizmdir. Məqalə bu başlığa əsasən vikicəmiyyətin fikir üstünlüyünə görə silinib. Vikipediyada məqalələr şəxsi istəyə görə silinmir. İstifadəçi hesabınıza gəldikdə isə, bu prinsiplərə görə bloklandınız. Uğurlar! — Toghrul R • M/F 04:10, 25 iyul 2020 (UTC)
Hörmətli Toghrul R hansı səbəbə əsasən sizin Hüseyn Azizoğlu səhifəsini sildiyinizi soruşuram. Zəhmıt olmasa bu barədə mənə geniş və qanuni formada məlumatlandırasız. Çünkü mən vikipedia esniklopedik qaydalarına nəzər yetirdiyim zaman Hüseyn Azizoğlunun vikipedia meyarlarına uyğun olduğunu gördüm vəyaratdım. Şəxslə aranızda xoşa gəlməz bir hal varsa zəhmət olmasa onu vikipedia-ya qatmayın. Əksinə Vikipedianın dediyi kimi əgər məqalə sahibinin gördüyü işlər sizin xoşunuza gəlmirsə siz şəxsi fikrinizi deyil, məqalə sahibinin gördüyü əməlləri qeyd edin ki insanlarda həmən əməllərdən xəbərdar olsun. İdarəçi olduğunuz üçün güman edirəm ki sizə ensiklopedik qaydaları işarələməyə ehtiyyac yoxdur. Ədalətli qərarınızı gözləyəcəm. Təşəkkürlər, hörmətlə Vikimediaze (müzakirə)
- Salam Vikimediaze. Məqaləni ümumi müzakirənin nəticəsi olaraq silmişəm. Səbəb — 10 nəfər silinməsinin lehinə olması. Məqalənin qalmasının tərəfdarı olan 8 şəxsdən 2-i (Həsən Hüseynzadə, Scentofwiki) yeni istifafəçidir deyə nəzərə alınmadı. Nisbət — 6/10. Başlıqlar 15 gün ərzində yekunlaşdırılmalı olduğu üçün yekunlaşdırıldı. Hörmətlə — Toghrul R • M/F 06:17, 13 iyul 2020 (UTC)
Hörmətli Toghrul R xeyr olsun niyə nəzərə alınmırki sizdə orda səs vermisiz ki qeyri ensiklopedikdir. anlamadım Vikipedia yaradıcıları sizdən əskik bilirlər? ensiklopedik meyara qeyri ensiklopedim yazmaq sadəcə şəxsi prinsipdir. və silinsin olaraq səs verənlərin bir neçəsi isə nə üçün silinməsi olduğunu belə işarələməmişdi. Sizdən xahiş edirəm məqaləni bərba edəsiz. Arbaycan Vikipediasını bu cür qələmə vermək lazım deyil. Hörmətlə Vikimediaze (müzakirə)
- Hörmətli Vikimediaze, hər hansısa məqalənin ensiklopedik olmasını sübut etmək üçün arqumentlər irəli sürmək mümkündür, lakin qeyri-ensiklopedik olmasını izah etmək çətindir. Vikipediyanın bütün dil bölmələrində məqalə silinməsi prosesi belə aparılır. Mənə görə məqalədə şəxsin ensiklopedik fəaliyyəti az idi. Əgər hansı şəxsi ensiklopedik hesab etdiyimə nəzər salmaq istəsəniz, fəaliyyət siyahıma baxa bilərsiniz.
Yeni istifadəçilərin (ələlxüsus heç bir fəaliyyətsiz VP:SNS-də iştirak edən) şəxslərin fikirləri nəzərə alınmır. Buna səbəb yeni hesab yaradaraq müzakirəni müəyyən istiqamətdə davam etdirməyin mümkün olmasıdır.
Vikipediyada məqalələr yaradaraq töhfə vermənizə hörmətlə yanaşıram və fəaliyyətinizə davam etmənizi xahiş edirəm. — Toghrul R •
Hörmətli Toghrul R sizin dedikləriniz səhifənin silinməsi üçün kifayət edən bir səbəb deyil. O məqalə ensiklopedik meyarlara uyğun olduğunu sizdə çox gözəl bilirsiz. Niyyətim sizinlə mübahisə etmək deyil sadəcə, Azərbaycanca məqaləni bu cür tanımaq istəmirəm və sizdən xahiş edirəmki fikrimi dəyərləndirəsiz və məqalənin bərpa olunmasını təmin edəsiz. Axı biz digər ölkələrdəki kimi mehriban və dürüst millətik.Sizdən xəbər gözləyəcəm. Təşəkkür edirəm dəyərli vaxtınızı aldığım üçün. Vikimediaze (müzakirə)
- Hörmətli Vikimediaze, bu, mənim mövqeyim idi və şəxsi ensiklopedik hesab etmirəm. Onu da qeyd edim ki, bu meyara malik olub-olmamaq şəxsi keyfiyyətləri özündə əks etdirmir.
Məqaləni yenidən bərpa etdikdə silinməsinin lehinə olan 10 istifadəçinin haqqına girilmiş olacaq. Belə ki, sizin də şərhinizi nəzərə aldıqda 37.5% "qalsın", 62.5% isə "silinsin" nəticəsi alınır. Məqaləni bu əsasla silmişəm. Hörmətlə — Toghrul R • M/F 06:51, 13 iyul 2020 (UTC)
Hörmətli Toghrul R xeyir bəy səs vermələri hesablasaq. 60% silinsin idi 40% isə qalsın qalsın olanların hər biri səsi ətraflı şəkildə dəyərləndirib. silinsin olaraq səs verələrin 1 çoxu səbəb belə göstərməyib. Əlavə olaraq isə sizin şəxsi ensilopedik düşünməməyiniz ensiklopedik olmadığınamı gətirib çıxarır? Canab sizdən xahiş edirəm məqaləni özünüzün deyil Vikipedianın qanunları ilə dəyərləndirib bərpa olmasına cəhd edin. təşəkkür edirəm sizə və səmimiyətinizə güvənirəm. Vikimediaze (müzakirə)
- Hörmətli Vikimediaze, nəticə mövqe/ümumi mövqe düsturu ilə hesablanır. 16 mövqedən 6-ı "qalsın", 10-u "silinsin"dir. 6/16 və 10/16 alınır. Fərq açıqdır. Yaxın nəticələr olsaydı, hər bir arqument ayrılıqda dəyərləndirilər, ona uyğun qərar verilərdi. Sizi inandırım, digər Vikipediyalarda da silinmə səhifələrinə baxır, bəzən iştirak da edirəm. Yekunda idarəçi ümumi konsensusa uyğun qərar verir.
Təbii ki, mənim hazırda şəxsi ensiklopedik hesab etməməyim o demək deyil ki, şəxs Vikipediyada ola bilməz. Sadəcə çoxluq bu cür düşünür və həmin qərara uyğun yekunlaşdırmışam. Bu, qaydalar dəyişdiriləndə, idarəçi/bürokrat seçiləndə, ümumiyyətlə Vikipediyada hansısa dəyişiklik edəndə də belədir.
Əgər istəsəniz, Vikipediyada olması istifadəçilər arasında daha az mübahisə doğuracaq məqalələrlə davam edə bilərsiniz. İşləyəsi, təkmilləşdiriləsi məqalə çoxdur. Hörmətlə — Toghrul R • M/F 07:18, 13 iyul 2020 (UTC)
Hörmətli Toghrul R siz 18 sesi nece olur ki 16 hesablayırsız? nəzərinizə çatdırım ki wikipedia cəmiyəəti hər kəsə açıqdır və insanlar düzgün səs veribsə onun yeni istifadəçi və ya köhnə istifadəçi olması heç bir şeyi dəyişmir. Sizə bir sualım bu qədər xahişimi yerə salmaqda marağınız nə üçündür? Zəhmət olmazsa bu haqda məlumat verərsiz. Vikimediaze (müzakirə)
- Hörmətli Vikimediaze, heç bir fəaliyyəti olmayan istifadəçi birbaşa müzakirədə iştirak edirsə, nəzərə alınmır. Səbəb yeni hesabın dəqiqələr içində açıla bilməsidir. Mənim məqalənin silinməsində və ya qalmasında xüsusi marağım yoxdur. Sadəcə başlığı qaydalara uyğun yekunlaşdırmışam Hörmətlə — Toghrul R • M/F 10:56, 13 iyul 2020 (UTC)
- Toghrul R bəy canınız sağ olsun. Orda səs verən insanların səslərində səhv olduqlarını sizdə bilirsiz. Azərbaycanca Vikipediada belə Hüseyn Əzizoğlu kimi bir neçə məqalə olduğunuda. Onlar qala qala bir bunu silinməli olduğunu düşünürsüzsə canınız sağ olsun. Mən Azərbaycan Vikipediasında Ədalətli səs vercəyini zənn edirdim. Ancaq yanılmışam. Düz deyirsiz sizin bu məqalənin silinməsində və ya qalmasında heç bir marağınız olmayıb. ona görədə silinsin olaraq dəyərləndirmisiz səsinizi. Zəhmət olmasa sizin qaydalara uyğun olaraq yetkiniz var ki istifadəçini ban edəsiz. Zəhmət olmasa mənidə ban edərsiz. Təşəkkürlər Hörmətlə Vikimediaze (müzakirə)
Dəvətnamə
redaktəSalam hörmətli həmkar! Mən sizi Ateizm məqaləsinin Seçilmiş Məqalə statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Ateizm səhifəsində keçirilən səsvermədə iştirak etməyə çağırıram. |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Toghrul R/Arxiv 3! Sizi Hüseyn Azizoğlu məqaləsinin "Vikiləşdirmə" statusu alması üçün səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
-- 16:21, 28 iyun 2020 (UTC)
İP blok
redaktəSalam həmkar. İngiliscə bilmədiyimdən dərdimi orada deyə bilmirəm. Mənim İP-im (94.20.66.30) envikidə blokdadı. Mənə kömək edə bilərsizmi? Sizi bilirəm ki, çox yoruram. Ümid yerim sizsiniz, neynim.))) — Araz Yaquboglu (müzakirə) 16:21, 2 aprel 2020 (UTC)
- Araz bəy modemi söndürüb-yandırın.— Turkmen müzakirə 19:08, 3 aprel 2020 (UTC)
- Turkmen onda da alınmır. — Araz Yaquboglu (müzakirə) 19:11, 3 aprel 2020 (UTC)
- Araz bəy modemi söndürüb-yandırın.— Turkmen müzakirə 19:08, 3 aprel 2020 (UTC)
Salam, Araz Yaquboglu. İstifadəçi hesabınızdan çıxın, daha sonra envikidə ip adresinizin müzakirə səhifənizdə bu şablon və sözləri yerləşdirin:
{{unblock|reason=Caught by a colocation web host block but this host or IP is not a web host. My IP address is 94.20.66.30. Place any further information here. ~~~~}}
Sonra ünvan araşdırılacaq. — Toghrul R • M/F 07:35, 4 aprel 2020 (UTC)
- Çox sağ olun. — Araz Yaquboglu (müzakirə) 07:37, 4 aprel 2020 (UTC)
- Hi, the block on 94.20.0.0/16 has been removed. Thank you both very much.
Salam, blok silindi. Hər ikinizə çox sağ olun.(machine translation) ToBeFree (müzakirə) 19:17, 4 aprel 2020 (UTC) - Toğrul Rəhimli və ToBeFree çox sağ olun. — Araz Yaquboglu (müzakirə) 19:24, 4 aprel 2020 (UTC)
- Xoş gəldiniz! / You're welcome! ToBeFree (müzakirə) 19:26, 4 aprel 2020 (UTC)
Seçilmiş şəkillər
redaktəSalam hörmətli həmkar. Seçilmiş şəkil bölməsi artıq 3 aydır ki, Azvikidə işləmir. Mən proseduru bilmirəm, zəhmət olmasa nəzər sala bilərsiz?— Turkmen müzakirə 19:09, 3 aprel 2020 (UTC)
- Salam, Turkmen. Həll etdim. Şəkilləri İtalyanca vikidən götürmək mümkündür, oxşar prinsiplə işləyir. Hörmətlə. — Toghrul R • M/F 07:39, 4 aprel 2020 (UTC)
Sual
redaktəSalam. Necəsiniz? Koronavirus data şablonunda toplam yoluxma və digər məlumatları necə dəyişə bilərəm?— Anar Kərimxanov (müzakirə) 14:33, 7 aprel 2020 (UTC)
- @Anar kerimxanov, salam, təşəkkürlər, yaxşı olun. Bu şablonda düzəldə bilərsiniz. — Toghrul R • M/F 08:15, 8 aprel 2020 (UTC)
Hörmətli Toghrul R Hüseyn Azizoğlu məqaləsində səsinizi silinsin olaraq istifadə etmisiniz, yaratdığım məqalə ensiklopedik qaydalara uyğun gəldiyi üçün sizdən soruşmaq istəyirdim ki niuə bu qərara gəldiz? Mügənni ilə blogger arasındakı böyük fərq nədir? Və bu şəxs fenomendirsə mükafatları belə mənbələrlə göstərilirsə niyə silinsin? Zəhmət olmasa cavablaya bilərsinizmi? Hörmətlə Vikimediaze
Seçilmiş məqalə
redaktəİstanbul məqaləsi | ||
Salam, Toghrul R. Sizi İstanbul məqaləsinin seçilmiş məqalə statusu alması üçün labaratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
Katalitik
redaktəSalam Toghrul R. Bu Qadjet deyəsən işləmir. Nə qədər çalışsam da yanlış daşıma edir. Mən daxil edən kateqoriyaya yox əsas kateqoriyaya daşıyır. Məsələn: Kateqoriya:İnformasiya Texnologiyaları İnstitutundakılardan seçirəm və Kateqoriya:AMEA İnformasiya Texnologiyaları İnstitutunun alimlərini daxil edirəm ki daşısın ora. O isə Kateqoriya:AMEA-nın institut və təşkilatlarına daşıyır. O vaxt səhv etmirəmsə NMW03 düzəltmişdi. Deyəsən onda da istifadə edə bilməmişdim. Görünür ki funksiyası mexaniki olaraq səhv qoşulub. — Araz Yaquboglu (müzakirə) 19:43, 24 aprel 2020 (UTC)
- Araz Yaquboglu üzrlü sayın, cavab yazmağı unutmuşam. Ümumiyyətlə, bu qadcetdən heç istifadə etməmişəm, amma nəzər yetirərəm. — Toghrul R • M/F 19:32, 27 aprel 2020 (UTC)
Şablon
redaktəSalam. Məsələn, bu məqalədə aşağıda Yaponiyada doğulanlar kateqoriyası avtomatik gəlir. Halbuki Hokkaydoda doğulanlar kateqoriyasının məqalədə olması bəs edir. Bunun qarşısını almaq olmaz?— 127-ci yapon imperatoru 13:01, 28 aprel 2020 (UTC)
- Salam White Demon. Vikidatada birləşdirilməyəndə elə olur. Birləşdirdim düzəldi. — Araz Yaquboglu (müzakirə) 13:06, 28 aprel 2020 (UTC)
- @White Demon, Araz Yaquboglu, salam. Doğum yeri əgər Vikidatadan gəlirsə, o zaman Vikipediyadakı mümkün kateqoriyalardan istifadə edir. Əgər Hokkaydoda doğulanlar kateqoriyası interviki ilə birləşibsə, Vikidatada orda doğulanlar üçün o kateqoriyanın istifadə olunması qeyd olunubsa, o zaman işləyir. Belə olmadıqda daha böyük ərazi vahidini axtararaq məqaləni həmin kateqoriyaya əlavə edir. Məsələn, Bakı, Azərbaycandırsa, Bakıda doğulanlar kateqoriyasına əlavə olunur. Bakıda doğulanlar yoxdursa və ya intervikisi verilməyibsə və ya Vikidatada parametrlər düzgün verilməyibsə, Azərbaycanda doğulanlar kateqoriyası önplana gəlir. — Toghrul R • M/F 13:43, 28 aprel 2020 (UTC)
Salam! There is an error with table "Balabanın gövdəsindəki dəliklərin sıraları:" in your last change — Фәрһад (müzakirə) 08:09, 12 may 2020 (UTC)
- Hello, Фәрһад. You can edit anything on the article, but please don't change the template, because the parameters are amended in the newer version. — Toghrul R • M/F 09:29, 12 may 2020 (UTC)
İspan dili krallıq akademiyası
redaktəSalam. Qaralama halında olan bu məqaləni sildiyinizi görürəm. Mümkünsə, oradakı mətni mənimlə paylaşardınız. Hansı vəziyyətdə olduğunu görmək istəyirəm. HulaguKaan (müzakirə) 02:11, 13 may 2020 (UTC)
- Salam, HulaguKaan. Mətn tam olaraq aşağıdakı kimi idi:— Toghrul R • M/F 08:16, 13 may 2020 (UTC)
{{ Qaralama }} İspan dili Krallıq Akademiyası - (isp: Real Academia Española, RAE) ispan dilinin danışıldığı ərazilərdə, bu dilin vahidliyini, düzgünlüyünü və təbliğatını təşkil etmək üçün qurulan Madrid mərkəzli institut. [[Kateqoriya:Milli dil institutları]]
Kömək - چوٙأ:Country data Kyrgyzstan
redaktəSalam hörmətli Toghrul R. Lütfən buradakı müraciətə baxa bilərsinizmi? Nə qədər çalışdımsa düzəldə bilmədim. Şablonun aşağı hissəsində "JSON-da sintaksis səhv" sözü yazılmağa davam edir. Həmçinin bu digər eynimövzulu şablonlarda da var.— Turkmen müzakirə 21:30, 14 may 2020 (UTC)
- @Turkmen, salam. Mən də baxdım, dil qəliz olduğundan heç nə edə bilmədim, amma metada mümkün variant haqda yazdım. Hörmətlə — Toghrul R • M/F 11:45, 15 may 2020 (UTC)
- Təşəkkürlər.— Turkmen müzakirə 19:28, 15 may 2020 (UTC)
- @Toghrul_R, Təşəkkürlər Mogoeilor (müzakirə) 14:40, 16 may 2020 (UTC)
archive.org
redaktəSalam həmkar. Envikidə gördüm ki bu tipli dəyişiklik edirlər. Bizdə də vacibdimi? və botla etmək olarmı. Açığı deyim ki, köhnə versiya məncə daha yaxşıdı. — Araz Yaquboglu (müzakirə) 10:06, 16 may 2020 (UTC)
- Salam, Araz Yaquboglu. Əslində məncə önəmsiz dəyişiklikdir. Sadəcə olaraq keçidləri daha səliqəli formada göstərmək üçün edirlər. — Toghrul R • M/F 10:49, 16 may 2020 (UTC)
Dövlət şablonu
redaktəSalam. {{Dövlət}} şablonunun tarixi dövlət versiyasında sülalə üçün müvafiq parametri tapa bilmədim. Əgər yoxdursa əlavə edə bilərsinizmi, çünkü tarixi dövlətlərdə ehtiyyac olan parametrdir. — Sofy ₪ 14:35, 7 iyun 2020 (UTC)
- Salam Sofy2004. Açığı həmin şablondakı parametrləri bilmirəm. Drabdullayev17 yenidən işləyib təkmilləşdirmişdi. — Toghrul R • M/F 16:48, 7 iyun 2020 (UTC)
- Salam Sofy2004 mən şablonu ingilis dilli Vikipediya əsasında qurmuşam. Buna görə də sülalə parametri yoxdur. Əgər lazımdırsa əlavə edə bilərik. — Drabdullayev17 (müzakirə) 05:11, 10 iyun 2020 (UTC)
- Drabdullayev17 əlavə etsəniz yaxşı olardı. Çünki həm tarixi dövlətlərdə lazımlı parametrdir, həm də bir çox məqalədə səhv etmirəmsə parametr daha əvvəlki versiyada mövcud olduğu üçün işlənib. — Sofy ₪ 06:43, 10 iyun 2020 (UTC)
- Hörmətli Sofy2004 bu parametr hansı parametrlərdən sonra olsun? — Drabdullayev17 (müzakirə) 06:51, 10 iyun 2020 (UTC)
- Drabdullayev17 əlavə etsəniz yaxşı olardı. Çünki həm tarixi dövlətlərdə lazımlı parametrdir, həm də bir çox məqalədə səhv etmirəmsə parametr daha əvvəlki versiyada mövcud olduğu üçün işlənib. — Sofy ₪ 06:43, 10 iyun 2020 (UTC)
- Drabdullayev17 Məncə idarəetmə forması parametrindən sonra, yəni rəhbərlərdən əvvəl olmalıdır. İndidən təşəkkür edirəm. — Sofy ₪ 06:57, 10 iyun 2020 (UTC)
- Hörmətli Sofy2004 əlavə etdim. — Drabdullayev17 (müzakirə) 08:27, 11 iyun 2020 (UTC)
Ad yeri açmaq üçün silinməsi lazım olan səhifələr
redaktəSalam. Dovdaq, Fısıldayan qu, Qağayılar səhifələrini silmənizi xahiş edirəm. Hörmətlə →Vago ms 12:11, 13 iyun 2020 (UTC)
- @Vago, salam. — Toghrul R • M/F 12:15, 13 iyun 2020 (UTC)
- Təşəkkür.→Vago ms 12:27, 13 iyun 2020 (UTC)
Silinmiş şablonlar
redaktəSalam. xahiş edirəm ki, {{Məscid}}, {{Körfəzlər}} şablonlarını bərpa edəsiniz, onların niyə yararsız olma səbəblərini öyrənmək istəyirdim. →Vago ms 18:19, 13 iyun 2020 (UTC)
- Salam, Vago. {{Məscid}}-i bərpa etdim, bərpa etdim. Həmin şablon əvəzinə {{Dini abidə}} daha uyğun gəlir. Körfəzləri isə həmin vaxt yaradan istifadəçi silməyə verib {{Körfəz}}-lə əvəzləmişdi. Onun yeni versiyası mövcuddur. — Toghrul R • M/F 11:28, 14 iyun 2020 (UTC)
- Təşəkkürlər. Məqalələrə baxıram, yadımdadır ki, o vaxtı oradakı şablonları demək olar ki, qaydaya qoymadan keçmirdik, ona görə təəccüblü gəlir ki, şablonlar niyə dəyişilib. Bəli, doğru qeyd edirsiniz, düşündüyüm problem bu şablonda qeyd olunubmuş. Çünki, məsələn, bütün məscidlər tarixi abidə kateqoriyasına aid edilmir. {{Dini abidə}} şablonu bu problemi həll edir. Zəhmət verdim, Uğurlar! →Vago ms 12:09, 14 iyun 2020 (UTC)
- @Vago, dəyməz, xoşdur. Son illərdə şablonlarda azca dəyişiklik olub deyə izləmək biraz zaman ala bilər. Sizə də uğurlar =) — Toghrul R • M/F 12:17, 14 iyun 2020 (UTC)
Ensiklopedik şəxslər
redaktəSalam. Son dövrlərin statistikasına baxıram, qeyri-ensiklopedik şəxslərlə bağlı yaradılmış məqalələrə xeyli diqqət yönəlir. Məncə məsələni səsvermə müstəvisindən çıxarmaq lazımdır və zərurət yarandıqda məqaləni yaradanın qarşısında şəxsin ensiklopedik olduğunu sübut etmək tələbi qoyulmalıdır. Vikipediya qaydaları çərçivəsində o bunu sübut edə bilməsə, məqalə silinsin. Yoxsa məsələyə münasibət göstərən 5-6 nəfər fəal istifadəçinin müqabilində 5-6 nəfər istifadəçi tapıb səsvermənin mənfi mənada həll olunması o qədər də çətin bir şey deyil. Buna sərf olunan zamanı da fəal istifadəçilər Vikipediya qaydalarının dəqiqləşdirilməsinə və hazırlanmasına sərf etsinlər. Hörmətlə, →Vago ms 12:09, 21 iyun 2020 (UTC)
- @Vago, sizinlə həmfikirəm. VP:SNS-in prinsipləri, ümumiyyətlə, dəyişdirilməli və təkmilləşdirilməlidir. Bu günlərdə laboratoriyadan müzakirə sisteminə keçidin də əsas məqsədi bu idi. Bu metod viki-görüşlərdə, videokonfranslarda müzakirə olunub qəbul edilmişdi. VP:SNS-in də prinsiplərini formalaşdırmaq, qaydaları yeniləmək kimi addımların vacib olduğunu düşünürəm. Hörmətlə — Toghrul R • M/F 12:16, 21 iyun 2020 (UTC)
Məqalə namizədləri
redaktəSalam.Seçilmiş siyahı namizədlərinə baxa bilərsiz?6gündür namizəd vermişəm, cavab yoxdur.--Advellerd Talk 10:38, 2 iyul 2020 (UTC)
COVID-19 koronavirus pandemiyası
redaktəSalam. Məqalədəki şablonda problem var. Şablondakı yoluxma sayı
vəölüm sayı
parametrlərindəki məlumatı dəyişdirmək olmur, parametrlər sadəcə vikiverilənlərə bağlı olduğunda dolur. {{Pandemiya}} şablonunda da problem olduğunu düşünmürəm, çünki digər məqalələrdə normal işləyir. — Sofy ₪ 08:10, 3 iyul 2020 (UTC)
- @Sofy2004, salam. Şablonda problem yoxdur. Məqalədəki parametrlərdə xırda boşluqlar əlavə olunmuşdu. Dəyişdim, həll olundu. — Toghrul R • M/F 11:03, 3 iyul 2020 (UTC)
- Sofy2004, element vikiverilənlərə bağlıdırsa, oradan dəyişiklikləri etmək lazımdır. Həmçinin, oradan etmək çox effektivdir, çünki avtomatik olaraq digər vikilərdə də eyni məlumat qeyd olunur. --► Hörmətlə: SolaVirum 10:48, 3 iyul 2020 (UTC)
- @Solavirum, razıyam. Sadəcə rəqəmlər çox sürətlə dəyişir deyə yeniləmək çətinləşir. — Toghrul R • M/F 11:03, 3 iyul 2020 (UTC)
Səhifənin silinməsi
redaktəSalam Toğrul bəy. Zəhmət deyilsə bu səhifəni silə biləriniz ? Grenzsoldat (müzakirə) 12:02, 6 iyul 2020 (UTC)
- @Grenzsoldat, salam. silindi. — Toghrul R • M/F 12:04, 6 iyul 2020 (UTC)
- Çox sağolun. Grenzsoldat (müzakirə) 12:10, 6 iyul 2020 (UTC)
Sual
redaktəSalam.Sizdən bir şey soruşa bilərəm?--Advellerd Talk 08:37, 13 iyul 2020 (UTC)
- Salam Advellerd. Əlbəttə, buyurun. — Toghrul R • M/F 10:57, 13 iyul 2020 (UTC)
Təşəkkür.Mənin burada 5 portalım var.Bildiyim qədəri ilə də burada 5 portal seçilmiş portaldır.Yaratdığım 2 portalı seçilmiş portal namizədliyinə vermək istərdim.Bunun üçün nə etməliyəm?Yoxsa artıq seçilmiş portal olmur?--Advellerd Talk 11:01, 13 iyul 2020 (UTC)
- @Advellerd, yaxşı mövzudur. Mənim heç bir portal fəaliyyətim olmadığı üçün bu barədə fikir bildirə bilməyəcəm. Onu bilirəm ki, azvikidə illərdir portal sahəsində durğunluq var. Ümumiyyətlə, digər vikilərdə artıq portalların ümumiyyətlə yığışdırılması ilə bağlı müzakirələr gedir. — Toghrul R • M/F 11:08, 13 iyul 2020 (UTC)
- Bu mövzu mənə qaranlıq qalmışdı.Bilmədən də hərəkət etmək istəmirdim.Təşəkkürlər.--Advellerd Talk 11:12, 13 iyul 2020 (UTC)
- @Advellerd, xoşdur. Vikipediyada aktivlik yenidən artan zaman bu mövzuda müzakirə aparmaq olar. — Toghrul R • M/F 11:21, 13 iyul 2020 (UTC)
- Bu mövzu mənə qaranlıq qalmışdı.Bilmədən də hərəkət etmək istəmirdim.Təşəkkürlər.--Advellerd Talk 11:12, 13 iyul 2020 (UTC)
İstək
redaktəToghrul R, salam.Yenə sizi narahat edirəm, bağışlayın amma sizdən bir şey istəyə bilərəm?--Advellerd Talk 10:37, 16 iyul 2020 (UTC)
- @Advellerd, salam. Əlbəttə, buyurun. — Toghrul R • M/F 12:43, 16 iyul 2020 (UTC)
Təşəkkürlər.Burada bəzən yeni istifadəçilərin müzakirə səhifəsinə xoşgəldiniz şablonunu mən yerləşdirirəm.Yeni istifadəçilərin fəaliyyətlərinidə tez-tez yoxlayıram.Bəzi yeni istifadəçilər ya anonimlər bəzi məqalələrə tez-tez q/e məzmun yerləşdirirlər.Bəzən 1 məqaləyə çoxlu redaktə edirlər, bunların hamısını da geri qaytarmaq çətin olur.Sizdən istəyim mənə rolbaker statusu verə bilərsiniz.Fəaliyyətimdə qüsur görsəniz, statusu əlimdən ala bilərsiniz.--Advellerd Talk 13:08, 16 iyul 2020 (UTC)
- @Advellerd, salam. Fəaliyyətini təftiş etdim və bu hüquqa layiq olduğunuz qənaətinə gəldim. Uğurlar! — Toghrul R • M/F 08:13, 17 iyul 2020 (UTC)
- Təşəkkürlər.Umuram etimadınızı doğruldaram)--Advellerd Talk 08:14, 17 iyul 2020 (UTC)
Şablon
redaktəTəkrar narahat etdiyim üçün üzür istəyirəm.Kriketçi şablonu yaratdım.Amma bir kriketçi ilə bağlı məqalə yaratmaq istəyəndə parametrləri göstərmir.Səbəbi nədən ola bilər?--Advellerd 10:30, 20 iyul 2020 (UTC)
- @Advellerd, salam. Narahatlıq deyil. Şablonda yazdığınız başlıq parametrləri işləməyə icazə vermirdi. Belə ki,
başlıq1
olarsa, ondan sonrakı mütləq bir vahid artmalıdır (mətn2
,nişan2
kimi). Eyni olarsa, işləmir. — Toghrul R • M/F 14:06, 20 iyul 2020 (UTC)
- Təşəkkürlər.Bu barədə çox yaxşı bilmirəm.təcrübə olaraq yaratmaq istədim.--Advellerd 16:33, 20 iyul 2020 (UTC)
Abuse
redaktəHello, user Verman1 move a page to a bad name, please look to this abuse Qondarma_Erməni_soyqırımı / Erməni_soyqırımı. --WikiBayer (müzakirə) 16:22, 22 iyul 2020 (UTC)
Səhifə haqqında kömək və məlumat
redaktəSalam, Zəhmt olmasa kömək edərdinizdə. Mən səhifə yaratdım amma redaktə edən kimi silindi.
Dövlət qurumlarının loqoları
redaktəSalam, Toğrul bəy. Necəsiniz ? Sizdən bir məsələ ilə bağlı danışmaq istəyirdim. Siz, bir sıra dövlət qurumlarının (TN, İN, ƏƏSMN və MSN) png formatında olan loqolarını Commonssa yerləşdirmisiniz. Əgər mümкündürsə, digər dövlət qurumlarının da loqolarını yerləşdirə bilərsiniz Commonssa ? Bu yeddi dövlət qurumunun (EN, FHN, GİN, KTN, MN, NRYTN və SN) loqolar; jpg formatındadır, onu png formatında edə bilərsiniz ? Çox sağolun. Grenzsoldat (müzakirə) 08:50, 29 iyul 2020 (UTC)
- @Grenzsoldat, salam. Bu aralar işlərin çoxluğu ilə əlaqədar Vikipediyaya çox vaxt ayıra bilmirəm. Bütün loqoları yeniləməyi planlayıram. Tezliklə həll etməyə çalışacağam. Hörmətlə — Toghrul R • M/F 08:19, 4 avqust 2020 (UTC)
- Çox sağolun Toğrul bəy. Grenzsoldat (müzakirə) 17:54, 5 avqust 2020 (UTC)
Wide image və Panorama şəkil
redaktəSalam hörmətli Toghrul R. Wide image və Panorama şəkil adlı bu 2 şablon eyni məzmunludur. İntervikisi olmayanı əsas şablona yönləndirmək istəsəm də bu cür (lütfən ən sonuncu başlığa göz atın) problem ortaya çıxdı. Zəhmət olmasa köməklik göstərə bilərsiniz?— Turkmen müzakirə 21:46, 2 avqust 2020 (UTC)
- @Turkmen, salam. Envikidəki modulla həll edə bildim. Orda üç şablon var idi, hamısı eyni məzmunlu idi. İstiqamətləndirmə verərək birləşdirdim. İndi həm envikidən copy-paste edilən panoramalar işləyəcək, həm də əvvəlki parametrlərlə yazılanlar. Hörmətlə — Toghrul R • M/F 10:30, 4 avqust 2020 (UTC)
- Təşəkkür edirəm. — Turkmen müzakirə 16:43, 4 avqust 2020 (UTC)
Şablon
redaktəSalam, Toğrul bəy. Necəsiniz ? Sizdən bir məsələ ilə xahişim olacaq. Bu şablonu sıfırdan yenidən qura bilərsiniz ? İngilis dilli versiyada olsa, əla olar. Amma o zaman alacaqsa, ən azından bir sıra qüsurları aradan qaldıra bilərsiniz ? Hal-hazırda şablonda bir sıra səhvlər var. Xəritə bölməsində. Grenzsoldat (müzakirə) 17:54, 5 avqust 2020 (UTC)
- Salam, şablonlara qayıtdıqda yarada bilərəm təbii ki. Tərkibi çox böyük olduğundan yaradıb sınaqdan keçirmək vaxt alandır. — Toghrul R • M/F 20:02, 6 avqust 2020 (UTC)
Tibbi hallar cədvəli
redaktəSalam. Zəhmət olmasa Azərbaycanda tibbi hallar qrafiki şablonundakı problemlə bağlı kömək edə bilərsinizmi? Şablon bu modulu istifadə edir və hal-hazırda modul envikidən kopyalandığı üçün problem yoxdur. Amma ay adlarının və parametrlərin tərcüməsi üçün bu və bu modullarda dili sadəcə en-US → az etdikdə qrafikin bütün sütunları ayrı-ayrılıqda yığılır və təxminən belə görünür. — Sofy ₪ 11:41, 7 avqust 2020 (UTC)
- @Sofy2004, salam. Bunun müxtəlif həlli var. Ən sadəsi heç dili ('en-US') və (['jan'] hissələrini) dəyişməməkdir. Beləcə aşağıdakı kimi siyahını tamamlayın, işləyəcək:və s. Məsələn, ruvikidə dil əlavə ediblər. Onu işlətmək üçün isə Tibbi hallar cədvəli modulundakı hissə eyni olmalıdır: ('en-US' = 'en-US' və ya 'ru-RU' = 'ru-RU' kimi)
p = { ['en-US'] = { ['m'] = { ['jan'] = 'Yan', ['feb'] = 'Fev', ['mar'] = 'Mar',
— Toghrul R • M/F 12:37, 7 avqust 2020 (UTC)local language = 'en-US'
- Təşəkkür edirəm.— Sofy ₪ 12:44, 7 avqust 2020 (UTC)
Vector
redaktəSalam. Geyim ayı ilə əlqədar elanda görünüşün Vector variantında "gizlə" düyməsi işləmir. Səbəbini bilmədim. Lütfən məsələnin həllinə yardım edərdiniz. Hörmətlə, →Vago ms 07:36, 10 avqust 2020 (UTC)
- Salam, Vago. Haqlısınız. Mən də rast gəldim bu problemə. Digər vikilərdə də belədir: [1] [2] [3] və s. Ümumiyyətlə, bu günlərdə mərkəzi mediawikidə müxtəlif problemlər yaşanır. Yəqin ki, back-enddə işləyən şəxslər nəyisə düzəldirlər.. Hansısa ideyanız varmı, onun əsasında düzəldək. — Toghrul R • M/F 12:16, 10 avqust 2020 (UTC)
- Xeyr. Yadımda da qalmayıb, haradan düzəldilir. Son vaxtlar javascriptlərlə işləyirdiniz, fikirləşdim ola bilsin oradan qaynaqlanır. Çoxdandır bu işlərlə məşğul olmuram deyə, yadıma da sala bilmirəm, →Vago ms 12:23, 10 avqust 2020 (UTC)
- Hörmətli Vago, səhifə Mediawiki:Sitenotice-dır. Belə bir alt səhifəsi da var: Mediawiki:Sitenotice close. Bu səhifələrdə hər şey qaydasındadır. Əslində bununla bağlı nəsə etmək çətindir. Çünki səhifəni bağladıqda cookie-lər bu məlumatı brauzerin yaddaşına verir və səhifə bir də göstərilmir. Bu problemi məncə, fabrikatorda həll edə bilərlər. Yaxın günlərdə həll olunmazsa, mövzu ilə bağlı başlıq aça bilərəm. — Toghrul R • M/F 14:14, 10 avqust 2020 (UTC)
- Təşəkkürlər.→Vago ms 14:23, 10 avqust 2020 (UTC)
- Hörmətli Vago, səhifə Mediawiki:Sitenotice-dır. Belə bir alt səhifəsi da var: Mediawiki:Sitenotice close. Bu səhifələrdə hər şey qaydasındadır. Əslində bununla bağlı nəsə etmək çətindir. Çünki səhifəni bağladıqda cookie-lər bu məlumatı brauzerin yaddaşına verir və səhifə bir də göstərilmir. Bu problemi məncə, fabrikatorda həll edə bilərlər. Yaxın günlərdə həll olunmazsa, mövzu ilə bağlı başlıq aça bilərəm. — Toghrul R • M/F 14:14, 10 avqust 2020 (UTC)
- Xeyr. Yadımda da qalmayıb, haradan düzəldilir. Son vaxtlar javascriptlərlə işləyirdiniz, fikirləşdim ola bilsin oradan qaynaqlanır. Çoxdandır bu işlərlə məşğul olmuram deyə, yadıma da sala bilmirəm, →Vago ms 12:23, 10 avqust 2020 (UTC)
Subst
redaktəSalam, Toghrul R. Subst:a uyğun elə parser varmi ki, baş şablona tətbiq etdikdə, iç-içə istifadə olunan bütün şalonlara da avtomatik tətbiq olunsun və yekun nəticəni mətnə çevirsin? Məsələni dolayı yolla, daha doğrusu hər şablona ayrı-ayrı tətbiq etməklə həll etmək olur. Hörmətlə, →Vago ms 13:59, 18 avqust 2020 (UTC)
- @Vago, salam. Açığı heç vaxt substdan artığından istifadə lazım olmayıb deyə istifadə etməmişəm. Məncə, siz dediyiniz kimi, hər alt şablona subst: əlavə etməklə buna nail olmaq olar. Çünki iyerarxiya olmasa, parser nə etmək lazım olduğunu, nədən sonra nəyi açaçağını təyin edə bilməz. — Toghrul R • M/F 07:49, 19 avqust 2020 (UTC)
- Təşəkkür edirəm!→Vago ms 08:11, 19 avqust 2020 (UTC)
Anar Nağılbaz
redaktəSalam, DVTY düz göstərmir. Xırdalanın yerinə Bakı göstərir. Ümumi olaraq, bu şablonu ləğv etmək lazımdır— Azerifactory (müzakirə) 16:47, 25 avqust 2020 (UTC)
- Hörmətli Azerifactory şablon buradakı məlumatları istifadə edir. Orada düzəliş etdim və indi doğru göstərir. — Sofy ₪ 18:20, 25 avqust 2020 (UTC)
- @Azerifactory, əslində, haqlısınız. Vikidatadan bəzən yanlış məlumatlar gələ bilər. O platformada da bu səhvləri gördükcə aradan qaldırırıq ki, başqa vikilərdə yaradılanda yanlışlıq yaranmasın. olduqca sadədir. Sadəcə doğum yerini vikidatada redaktə edib dəyişirik və həll olur. Vikidatadakı məlumatlar 95% doğru olur. Bəzən elə olur ki, azvikidə səhv yazılıb, amma dvty düzgün məlumatı verir. Əgər orada redaktə etsəniz, əminəm ki, siz də bu sistemdən istifadə edənləri dəstəkləyəcəksiniz. Məlumat/verilənlər bazalarından istifadə etmək və onları düzəltmək olduqca mühümdür. — Toghrul R • M/F 06:28, 26 avqust 2020 (UTC)
Şablon
redaktəSalam. Burada da qeyd etdiyim kimi {{kömək edin}} şablonunu {{xg}} şablonuna əlavə edə bilərsinizmi? — Sofy ₪ 18:16, 25 avqust 2020 (UTC)
- Salam, Sofy2004. Şablonun aşağı hissəsinə yerləşdirsəm, uyğun olarmı? — Toghrul R • M/F 06:24, 26 avqust 2020 (UTC)
Necə uyğun görsəniz. Məsələn ruvikidə ən son veriblər. — Sofy ₪ 06:32, 26 avqust 2020 (UTC)
Vandalizm
redaktəSalam, Toğrul bəy. Zəhmət deyilsə vandalizmla məşğul olan bu IP-ni bloкlaya bilərsiniz ? Grenzsoldat (müzakirə) 13:46, 8 sentyabr 2020 (UTC)
- @Grenzsoldat, salam. Bildirdiyiniz üçün təşəkkür edirəm. İP-ünvanını bir həftəlik blokladım, çünki adreslər tez-tez dəyişir. — Toghrul R • M/F 13:53, 8 sentyabr 2020 (UTC)
- Çox sağolun Toğrul bəy, vaxtınız olsa mənimlə FB üzərindən əlaqə saxlaya bilərsiniz ? (İstifadəçi səhifəmdə FB hesabıma кeçid var) 1-2 mövzu barədə suallarım olacaq :-) Grenzsoldat (müzakirə) 13:55, 8 sentyabr 2020 (UTC)
- @Grenzsoldat, əlbəttə. Sizə yazacağam. Hörmətlə— Toghrul R • M/F 13:58, 8 sentyabr 2020 (UTC)
- Çox sağolun Toğrul bəy, vaxtınız olsa mənimlə FB üzərindən əlaqə saxlaya bilərsiniz ? (İstifadəçi səhifəmdə FB hesabıma кeçid var) 1-2 mövzu barədə suallarım olacaq :-) Grenzsoldat (müzakirə) 13:55, 8 sentyabr 2020 (UTC)
Doğum tarixi, yaşı, vəfat tarixi
redaktəSalam Toghrul R. Şəxslərlə bağlı şablonların hamlsnda bu cür dəyişikliklər olsa, problem olmaz ki, botu işə salım...?→Vago ms 07:25, 9 sentyabr 2020 (UTC)Hörmətlə, →Vago ms 07:25, 9 sentyabr 2020 (UTC)
- @Vago, salam, sizi yenidən görmək xoşdur. Təəssüf ki, Infocards modulunda bəzi çatışmazlıqlar var. Məsələn, 12.6.1975-dən sonra istinad verəndə onu tarixə çevirmir, sadəcə rəqəm kimi yazır. Botla dəyişilsə, problemlər ortaya çıxa bilər. Çalışacam ki, bu modulu biraz da işləyim, əlavə ideyalar çoxdur (6.1975 → iyun 1975 kimi). Hörmətlə — Toghrul R • M/F 07:35, 9 sentyabr 2020 (UTC)
- Bot əlimizdə deyil, nə cür proqram versək, o cür də işləyəcək :). Əslində bot dəyişdikdə, onsuz da "|1975|6||" tarixini "6.1975" kimi qeyd edəcək. Məsləhət bilmirsinizsə, daha doğrusu, bu cür dəyişiklik narahatlıq yaradarsa, onda hansılar natamamdır, bot onları saxlasın, tam olanları dəyişsin.→Vago ms
- @Vago, olarmı ki, o şablondan sonra birbaşa hansısa teq və ya şablon simvolları olanda dəyişikliyi iqnor etsin? Elə olarsa, heç bir problem olmayacaq. Regular expression hazır var, bu səhifədədir. — Toghrul R • M/F 09:05, 9 sentyabr 2020 (UTC)
- @Toghrul R, nə demək istədiyinizi dəqiq başa düşmədim. Məsələn, şablondan sonra doğum tarixi üçün istinad göstərilən məqalələr var. Onları nəzərdə tutursunuz? Yəni bu cür hallar qalsın, yaxud bu cür hallarda istinadlar da silinsin?→Vago ms 09:28, 9 sentyabr 2020 (UTC)
- @Vago, bəli, əgər varsa, həmin məqalələrdə dəyişməyə bilər, çünki xəta baş verir. Qarşısında heç nə yoxdursa, 10.12.1955 kimi vermək heç bir problem yaratmır. — Toghrul R • M/F 09:47, 9 sentyabr 2020 (UTC)
- @Toghrul R,, aydındır. Bunu dolayı yolla həll etmək lazımdır. O zaman ola bilsin hansısa şablonun mühafizəsini müvəqqəti aradan qaldırmaq lazım olsun. Yardım edərsiniz, zəhmət olmasa.→Vago ms 09:58, 9 sentyabr 2020 (UTC)
- @Vago, əlbəttə. Lazım olsa, mənə bildirərsiniz. — Toghrul R • M/F 10:03, 9 sentyabr 2020 (UTC)
- @Toghrul R,. Normal hal üçün məsələni həll etdim. Amma o qədər əlavə variantlar var, xüsusilə qədim dövrlərdə yaşamışlara aid səhifələrdə. Botun ümidinə qoymaq olmaz. Çalışaram bu məsələnin heç olmasa 50 faizini həll edəm.→Vago ms 14:27, 10 sentyabr 2020 (UTC)
- @Vago, təşəkkür edirəm. Qədim dövrlərdə yaşayan şəxslər üçün bu, çətindir, haqlısınız. Bu arada, ilin qarşısına "-" işarəsi qoyanda tarixi e.ə edəcək. AWB-də də bu funksiyanı əlavə etdim. Biraz da testdən keçirdikdən sonra istəsəniz, konfiqurasiya fayllarını sizə göndərə bilərəm. — Toghrul R • M/F 18:56, 10 sentyabr 2020 (UTC)
- Təşəkkür!→Vago ms 19:02, 10 sentyabr 2020 (UTC)
- @Vago, təşəkkür edirəm. Qədim dövrlərdə yaşayan şəxslər üçün bu, çətindir, haqlısınız. Bu arada, ilin qarşısına "-" işarəsi qoyanda tarixi e.ə edəcək. AWB-də də bu funksiyanı əlavə etdim. Biraz da testdən keçirdikdən sonra istəsəniz, konfiqurasiya fayllarını sizə göndərə bilərəm. — Toghrul R • M/F 18:56, 10 sentyabr 2020 (UTC)
- @Toghrul R,. Normal hal üçün məsələni həll etdim. Amma o qədər əlavə variantlar var, xüsusilə qədim dövrlərdə yaşamışlara aid səhifələrdə. Botun ümidinə qoymaq olmaz. Çalışaram bu məsələnin heç olmasa 50 faizini həll edəm.→Vago ms 14:27, 10 sentyabr 2020 (UTC)
- @Vago, əlbəttə. Lazım olsa, mənə bildirərsiniz. — Toghrul R • M/F 10:03, 9 sentyabr 2020 (UTC)
- @Toghrul R,, aydındır. Bunu dolayı yolla həll etmək lazımdır. O zaman ola bilsin hansısa şablonun mühafizəsini müvəqqəti aradan qaldırmaq lazım olsun. Yardım edərsiniz, zəhmət olmasa.→Vago ms 09:58, 9 sentyabr 2020 (UTC)
- @Vago, bəli, əgər varsa, həmin məqalələrdə dəyişməyə bilər, çünki xəta baş verir. Qarşısında heç nə yoxdursa, 10.12.1955 kimi vermək heç bir problem yaratmır. — Toghrul R • M/F 09:47, 9 sentyabr 2020 (UTC)
- @Toghrul R, nə demək istədiyinizi dəqiq başa düşmədim. Məsələn, şablondan sonra doğum tarixi üçün istinad göstərilən məqalələr var. Onları nəzərdə tutursunuz? Yəni bu cür hallar qalsın, yaxud bu cür hallarda istinadlar da silinsin?→Vago ms 09:28, 9 sentyabr 2020 (UTC)
- @Vago, olarmı ki, o şablondan sonra birbaşa hansısa teq və ya şablon simvolları olanda dəyişikliyi iqnor etsin? Elə olarsa, heç bir problem olmayacaq. Regular expression hazır var, bu səhifədədir. — Toghrul R • M/F 09:05, 9 sentyabr 2020 (UTC)
- Bot əlimizdə deyil, nə cür proqram versək, o cür də işləyəcək :). Əslində bot dəyişdikdə, onsuz da "|1975|6||" tarixini "6.1975" kimi qeyd edəcək. Məsləhət bilmirsinizsə, daha doğrusu, bu cür dəyişiklik narahatlıq yaradarsa, onda hansılar natamamdır, bot onları saxlasın, tam olanları dəyişsin.→Vago ms
- Salam, @Toghrul R,. Doğum, yaxud vəfat tarixində ay və il göstərilmişsə, onu, məsələn, 5.1955 kimi yazaqmı? Bunu da həll edəndən sonra tarixlər üçün göstərilən istinad və əlavələr məsələsini həll etmək lazımdır. Bəlkə bunun üçün Şəxslərlə bağlı şablonlara
|doğum_ref
və|vəfat_ref
də əlavə edək?Yaxud bu məsələni modulda həll etmək olarmı?→Vago ms 13:40, 11 sentyabr 2020 (UTC)
- @Vago, salam. Məncə də bu olduqca əhəmiyyətli məsələdir. Özündən sonra şablonun və teqlərin dəstəkləməsi funksiyasını yığa bilmirəm. Lua dili JS-a bənzəsə də, kodu analiz edib məntiqini yenidən qurmaq çətindir. Bunun üçün modulu yaradan ruslara müraciət etmişəm. Bir dəfə yazdım reaksiya vermədilər, yenidən yazıb cavab gözləyirəm. İstinadı ayrı parametr kimi vermək olar, amma məncə, işi uzadar. Kökdən həll olunsa, əla olardı — Toghrul R • M/F 13:59, 11 sentyabr 2020 (UTC)
- Mən də elə düşünürəm, kökündən həll olunsa, yaxşı olardı. Sonuncu dəfə delphidə 8-9 il əvvəl proqram yazmışam. Yəni proqlamlaşdırma haqqında təsəvvürüm var, amma bu Luanın sintaksisini bilmirəm, əslində öyrənməyə tənbəllik edirəm. Amma, dünyanın işini bilmək olmaz, bir də gördünüz ki, qolumu çırmalamışam:) →Vago ms 14:10, 11 sentyabr 2020 (UTC)
- @Vago, təəssüf ki, Lua kifayət qədər lazımsız dildir. Müasir proqramlaşdırmada heç top 15-likdə yoxdur. Onun əvəzinə gələcəkdə Javascript-lə maraqlı skriptlər yaza bilərik =) Luada xırda məsələləri düzəltmək lazım olur ki, onu da xahişlə həll etmək olur)) — Toghrul R • M/F 14:47, 11 sentyabr 2020 (UTC)
- @Toghrul R,, yaxşı ki məlumat verdiniz :) Zəhmət olmasa, {{Şəxs}} şablonundan mühafizəni müvəqqəti qaldırardınız. Baxaq təqribən nə qədər problemli səhifə var və onlar üçün nə etmək olar.→Vago ms 14:52, 11 sentyabr 2020 (UTC)
- @Vago, — Toghrul R • M/F 14:57, 11 sentyabr 2020 (UTC)
- Təşəkkür.→Vago ms 15:01, 11 sentyabr 2020 (UTC)
- @Vago, — Toghrul R • M/F 14:57, 11 sentyabr 2020 (UTC)
- @Toghrul R,, yaxşı ki məlumat verdiniz :) Zəhmət olmasa, {{Şəxs}} şablonundan mühafizəni müvəqqəti qaldırardınız. Baxaq təqribən nə qədər problemli səhifə var və onlar üçün nə etmək olar.→Vago ms 14:52, 11 sentyabr 2020 (UTC)
- @Vago, təəssüf ki, Lua kifayət qədər lazımsız dildir. Müasir proqramlaşdırmada heç top 15-likdə yoxdur. Onun əvəzinə gələcəkdə Javascript-lə maraqlı skriptlər yaza bilərik =) Luada xırda məsələləri düzəltmək lazım olur ki, onu da xahişlə həll etmək olur)) — Toghrul R • M/F 14:47, 11 sentyabr 2020 (UTC)
- Mən də elə düşünürəm, kökündən həll olunsa, yaxşı olardı. Sonuncu dəfə delphidə 8-9 il əvvəl proqram yazmışam. Yəni proqlamlaşdırma haqqında təsəvvürüm var, amma bu Luanın sintaksisini bilmirəm, əslində öyrənməyə tənbəllik edirəm. Amma, dünyanın işini bilmək olmaz, bir də gördünüz ki, qolumu çırmalamışam:) →Vago ms 14:10, 11 sentyabr 2020 (UTC)
- {{Şəxs}} şablonu üzərində iş gedir. Məqalələrə şablona daxil etdiyim kateqoriyaların şamil olmasını gözləyirəm. Nəsə proses yaman gec gedir. İlkin olaraq sevindirici haldan biri odur ki, şəxslərlə bağlı şablonların hamısına ilk olaraq wikidata məlumatlarını götürməyi əlavə etsəniz, demək olar ki, problemlərin böyük əksəriyyəti vizual olaraq həllini tapır. Məsələn, Aleksandro de Souza. Vikidatada məlumatı dəyişdirmişəm, ay, il olanda bu cür alınıb: Abdulla Sabir→Vago ms 20:00, 11 sentyabr 2020 (UTC)
- {{Şəxs}} şablonuna aid istinad yerləşdirilmiş məqalələr avtomatik İstinad olan doğum tarixi kateqoriyasına aid edilir. Bu, bizə kömək edir ki, bu cür istinadları vikiverilənlərə yerləşdirək. Doğum hissəsində düzəliş verilməsi ehtimalı yüksək olunan səhifələr həmçinin Doğum tarixi hissəsi düzəldilməli olan məqalələr kateqoriyasına avtomatik daxil edilir. Hələlik təsbit etdiyim bunlardır. Məsələn, Adilə Mütəllibova məqaləsində vikiverilənlərə istinad əlavə etdim.→Vago ms 04:30, 12 sentyabr 2020 (UTC)
- @Vago, salam. Kateqoriyalarla etdiyiniz redaktələr əladır, təşəkkür edirəm. İlk növbədə vikidatadan götürmə müvəqqəti çıxış yoludur. Bu halda lokaldan verilmiş dəyəri qəbul etməyəcək, Vikidatada olmasa, qəbul edəcək. Problem kökündən (moduldan) həll olunana qədər istinadlı olanlar köhnə variantda qalsın, məncə. Regex-də də xırda dəyişiklik etməklə botu bu cür redaktələrdən uzaqlaşdırmaq olar. Ən sadə həlli "newline character" əlavə etməkdir: [4] Siz hansı botdan istifadə edirsiniz? — Toghrul R • M/F 08:04, 12 sentyabr 2020 (UTC)
- @Toghrul R, şablonlardan qurtulmuşam. :) ref olanları kateqoriyaya ayrılıb. Onların üzərində işləyib vikidataya yerləşdirmək lazımdır. Düşünürəm ki, bu cür istinadların içərisində vikidatada olanlar da var, bizə ancaq şablondan silmək qalacaq. Python istifadə edirəm. Sintaksisi o qədər də yadımda qalmayıb. Bir az çətinlik çəkirəm. →Vago ms 08:12, 12 sentyabr 2020 (UTC)
- @Vago, bəzi kiçik problemlər qalıb, məsələn: [5] — Toghrul R • M/F 08:53, 12 sentyabr 2020 (UTC)
- Problemləri İstifadəçi:Vago/problemlər səhifədə qeyd edirəm. Amma hələ ki {{Şəxs}} şablonu daxil olan məqalələr üzərində dəyişikliklər edirəm. İnşallah onlara da sıra gələr. Siz botla hansı mümkündürsə, onları dəyişin, lütfən.→Vago ms 08:58, 12 sentyabr 2020 (UTC)
- Vikidatanı qoşmaq yaxşı oldu. Neçə yanlış daxil edilmiş tarixi düzəltmişəm. :)→Vago ms 09:01, 12 sentyabr 2020 (UTC)
- @Vago, müvəqqəti olaraq problemləri həll etmək üçün yaxşı üsuldur məncə də. AWB ilə qeyd etdiklərimi düzəltməyə çalışacağam. — Toghrul R • M/F 09:15, 12 sentyabr 2020 (UTC)
- Vikidatanı qoşmaq yaxşı oldu. Neçə yanlış daxil edilmiş tarixi düzəltmişəm. :)→Vago ms 09:01, 12 sentyabr 2020 (UTC)
- Problemləri İstifadəçi:Vago/problemlər səhifədə qeyd edirəm. Amma hələ ki {{Şəxs}} şablonu daxil olan məqalələr üzərində dəyişikliklər edirəm. İnşallah onlara da sıra gələr. Siz botla hansı mümkündürsə, onları dəyişin, lütfən.→Vago ms 08:58, 12 sentyabr 2020 (UTC)
- @Vago, bəzi kiçik problemlər qalıb, məsələn: [5] — Toghrul R • M/F 08:53, 12 sentyabr 2020 (UTC)
- @Toghrul R, şablonlardan qurtulmuşam. :) ref olanları kateqoriyaya ayrılıb. Onların üzərində işləyib vikidataya yerləşdirmək lazımdır. Düşünürəm ki, bu cür istinadların içərisində vikidatada olanlar da var, bizə ancaq şablondan silmək qalacaq. Python istifadə edirəm. Sintaksisi o qədər də yadımda qalmayıb. Bir az çətinlik çəkirəm. →Vago ms 08:12, 12 sentyabr 2020 (UTC)
- @Vago, ruslardan cavab hələ ki, gəlmədiyi üçün özüm ay-il məsələsini həll etdim, baxarsınız =) → Əhməd Salahlı — Toghrul R • M/F 09:38, 12 sentyabr 2020 (UTC)
- @Toghrul R, Əla! :) →Vago ms 09:41, 12 sentyabr 2020 (UTC)
- @Toghrul R,, {{Alim}} şablonundan da mühafizəni müvəqqəti götürərdiniz, lütfən.→Vago ms 10:16, 12 sentyabr 2020 (UTC)
- @Toghrul R,, "ən tezi 129 və ən geci 131" (Qalen) eləcə "1958/1959" şablonda necə yazılmalıdır?→Vago ms 14:31, 12 sentyabr 2020 (UTC)
Xüsusi səhifələr
redaktə- Vikipediya:Naməlum parametrləri olan məqalələr kateqoriyası Xüsusi səhifələrdə verilsə necə olar?→Vago ms 09:33, 21 sentyabr 2020 (UTC)
- @Vago, məncə, yaxşı fikirdir. Lakin ümumiyyətlə o kateqoriyadan istifadə edən elə də çox olmayacaq deyə fikirləşirəm. — Toghrul R • M/F 13:05, 21 sentyabr 2020 (UTC)
- Heç bir çox istifadəçilər ora baxmırlar. Yeni səhifələrin isə sol paneldə Təsadüfi səhifənin yanında olmasını istərdim. Çünki Yeni səhifələrə birbaşa daxil olmaq olmur. — Araz Yaquboglu (müzakirə) 13:24, 21 sentyabr 2020 (UTC)
- @Toghrul R, Təcrübəli istifadəçilər, əsasən İdarəçilər bu çatışmazlıqları aradan qaldırmağa səy göstərməlidir. Harada münasib bilirsinizsə, ora yerləşdirin.→Vago ms 14:46, 21 sentyabr 2020 (UTC)
- @Vago, Araz Yaquboglu, düzü, texniki məsələlərlə məşğul olan həmkarlar üçün bu kateqoriyada qalmasının problemli olduğunu düşünmürəm. Vaxtaşırı bu bölmələri nəzərdə keçirib həll edə bilərik. — Toghrul R • M/F 06:33, 22 sentyabr 2020 (UTC)
- @Toghrul R, nə təhər məsləhətdir...→Vago ms 06:39, 22 sentyabr 2020 (UTC)
- @Vago, Araz Yaquboglu, düzü, texniki məsələlərlə məşğul olan həmkarlar üçün bu kateqoriyada qalmasının problemli olduğunu düşünmürəm. Vaxtaşırı bu bölmələri nəzərdə keçirib həll edə bilərik. — Toghrul R • M/F 06:33, 22 sentyabr 2020 (UTC)
- @Toghrul R, Təcrübəli istifadəçilər, əsasən İdarəçilər bu çatışmazlıqları aradan qaldırmağa səy göstərməlidir. Harada münasib bilirsinizsə, ora yerləşdirin.→Vago ms 14:46, 21 sentyabr 2020 (UTC)
- Heç bir çox istifadəçilər ora baxmırlar. Yeni səhifələrin isə sol paneldə Təsadüfi səhifənin yanında olmasını istərdim. Çünki Yeni səhifələrə birbaşa daxil olmaq olmur. — Araz Yaquboglu (müzakirə) 13:24, 21 sentyabr 2020 (UTC)
- @Vago, məncə, yaxşı fikirdir. Lakin ümumiyyətlə o kateqoriyadan istifadə edən elə də çox olmayacaq deyə fikirləşirəm. — Toghrul R • M/F 13:05, 21 sentyabr 2020 (UTC)
Loqoların hazırlanması
redaktəSalam, Toğrul bəy. Necəsiniz ? Azərbaycanda olan ali təhsil müəssisələrinin siyahısı məqaləsini yenidən yazıram, bununla bağlı sizin yardımınıza ehtiyyactım var. Universitetlərin loqolarını (yüкsəк кeyfiyyətli) yüкlənməsində yardım edə bilərsiniz ? Bəzi loqoların ümumiyyətlə кeyfiyyətli versiyası yoxdur. Onlara yarada bilərsinizmi ? Grenzsoldat (müzakirə) 06:56, 10 sentyabr 2020 (UTC)
- Salam, Grenzsoldat. Bir ara loqoları yenidən hazırlayırdım. Lakin bir yoldaş svg formatda olan formatları silməyə təqdim edib. Etdiklərimi bərpa edəcəm, amma sayı azdır. Buradan bərpa etdiklərimə baxa bilərsiniz: Log/Toghrul R. Hazırda Illustrator proqramım yoxdur deyə edə bilmirəm, lakin bütün loqoları işləməyi düşünürəm. — Toghrul R • M/F 07:29, 10 sentyabr 2020 (UTC)
Salam, Toghrul R. Məqalədə Lər kataloqu avtomatik əlavə edilib. Nəydən qaynaqlanır?→Vago ms 09:37, 13 sentyabr 2020 (UTC)
Beatriks Potter - Həyat yoldaşı
redaktəSalam, Toghrul R. Beatriks Potter məqaləsində şablonda problem görsənir. Lütfən baxardınız. →Vago ms
- @Vago, salam. Bunun baş vermə səbəbi sadədir. Xırda skript əlavə etmişəm ki, ingiliscə olan yazıları göstərməsin (yer adları istisna). Bu zaman adın altında əlavə göstəricilər olduğu üçün xəta yaranıb. Bu cür hallar mində bir baş verir, indiyə qədər 3 dəfə rastlaşıb həll etmişəm. Sadəcə olaraq azərbaycanca label əlavə edirik, həll olur — Toghrul R • M/F 17:24, 13 sentyabr 2020 (UTC)
Vandalizm
redaktəSalam, Toğrul bəy. Zəhmət deyilsə vandalizmla məşğul olan bu IP-ni bloкlaya bilərsiniz ? Grenzsoldat (müzakirə) 20:05, 16 sentyabr 2020 (UTC)
Ptolemey
redaktəSalam, Toghrul R. Ptolemey məqaləsində Lua problemi görsənin, lütfən diqqət yetirərdiniz. Hörmətlə, →Vago ms 06:19, 19 sentyabr 2020 (UTC)
- @Vago, salam. Həll etdim — Toghrul R • M/F 06:38, 19 sentyabr 2020 (UTC)
Tarixlərin şablonda yazılış qaydası
redaktə- Toghrul R Bir daha salamlayıram. Boş vaxtınız olanda tarixlərin şablonda yazılış qaydası haqqında məlumat verərdiniz, lütfən. Vikiverilənlərdə ingiliscədir.
- Məsələn:
- e.ə. VI əsr
- XIII əsr
- XIX əsrin sonu
- ən tezi 1915 ən geci 1925
- 1900—1906
və s.→Vago ms 07:28, 19 sentyabr 2020 (UTC)
- @Vago, salam. Üzlü sayın, dünən vikiyə çox vaxt ayıra bilmədim. Siz bunları Vikidatada qeyd etmək istəyirsiniz? — Toghrul R • M/F 05:47, 20 sentyabr 2020 (UTC)
- @Toghrul R,, bizdə tarix olan yerlərdə yazmaq üçün.→Vago ms 08:46, 20 sentyabr 2020 (UTC)
- @Vago, açığı, bizdə bu cür tarixləri yazmaq üçün lokal şablon/sistem yoxdur. Yalnız vikidatada yazmaqla, parametri boş saxlamaqla əlavə etmək mümkündür. Heç xarici vikilərdə də rastlaşmamışam. Məsələn, Tiberius Julius Alexander məqaləsində sadə formada yazılıb. Modul dəqiq deyə bilmərəm, amma {{doğum tarixi}} şablonu üçün bunları dəstəkləyən sistem hazırlaya bilərəm. — Toghrul R • M/F 11:24, 20 sentyabr 2020 (UTC)
- @Toghrul R, onda o cür hallar vikidataya yerləşdirilər.→Vago ms 11:27, 20 sentyabr 2020 (UTC)
- @Vago, Belə bir modul var və commons-da şəkillərin tarixini təxmini vermək məqsədilə çox istifadə olunur: Module:Complex date və Template:Complex date. Infocards moduluna tətbiqi biraz çətindir amma — Toghrul R • M/F 11:34, 20 sentyabr 2020 (UTC)
- @Toghrul R, onda o cür hallar vikidataya yerləşdirilər.→Vago ms 11:27, 20 sentyabr 2020 (UTC)
- @Vago, açığı, bizdə bu cür tarixləri yazmaq üçün lokal şablon/sistem yoxdur. Yalnız vikidatada yazmaqla, parametri boş saxlamaqla əlavə etmək mümkündür. Heç xarici vikilərdə də rastlaşmamışam. Məsələn, Tiberius Julius Alexander məqaləsində sadə formada yazılıb. Modul dəqiq deyə bilmərəm, amma {{doğum tarixi}} şablonu üçün bunları dəstəkləyən sistem hazırlaya bilərəm. — Toghrul R • M/F 11:24, 20 sentyabr 2020 (UTC)
- @Toghrul R,, bizdə tarix olan yerlərdə yazmaq üçün.→Vago ms 08:46, 20 sentyabr 2020 (UTC)
Şablon
redaktəSalam həmkar. Vaxtınız olanda bu şablonu (ru:Шаблон:Научно-исследовательский институт) yaratsaz yaxşı olardı. AMEA-nın institutlarının məqalələrində istifadə edərdik. — Araz Yaquboglu (müzakirə) 15:59, 25 sentyabr 2020 (UTC)
- @Araz Yaquboglu, salam. Yaxşı şablondur. Qısa zamanda yaradacağam =) — Toghrul R • M/F 09:26, 27 sentyabr 2020 (UTC)
We sent you an e-mail
redaktəHello Toghrul R/Arxiv 3,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email [email protected].
You can see my explanation here.
MediaWiki message delivery (müzakirə) 18:46, 25 sentyabr 2020 (UTC)
Müzakirə şablonları
redaktəSalam. Zəhmət olmasa elə edə bilərsinizmi ki, bütün müzakirə şablonları eyni ölçüdə olsun? Məsələn, bu müzakirədə gördüyünüz kimi şərh şablonu digərindən azca da olsa böyükdür. Çünki bəziləri 17px olduğu halda bəziləri 15px-dir. Narahat etdiyim üçün bağışlayın, amma şablonların redaktəsi üçün hüququm olmadığı üçün sizə müraciət etmək istədim. Bundan əlavə buradakı müraciətimə də baxardınız zəhmət olmasa.
- Bir də Şablonlar:Müzakirə kateqoriyasını boşaldıb silə bilərsinizmi? Çünki belə bir kateqoriya artıq mövcuddur və intervikiləri birləşdirmək istəyirəm.
— Surə 🗯 12:55, 26 sentyabr 2020 (UTC)
- @Sura Shukurlu, salam. Qeyd etdiyiniz bütün şablonları standart formaya gətirəcəyəm. Hörmətlə — Toghrul R • M/F 09:25, 27 sentyabr 2020 (UTC)
Istinadlar
redaktəSalam, İkinci Qarabağ müharibəsi məqaləsində istinadlar şablonunda nədənsə problem var. "Şablonun daxil olduğu səhifələrin ölçüsü böyükdür." error mesajı gəlir— Azerifactory (müzakirə) 03:52, 30 oktyabr 2020 (UTC)
- @Azerifactory, salam. Problem istinad siyahısı şablonundan qaynaqlanmır. Ən aşağıdakı naviqasiya şablonları da düzgün "render" olunmur. Bunun səbəbi məqalənin həddindən artıq sayda şablonun istifadə olunması, səhifənin məcbur halda limitdən sonrakı şablonları (indiki halda ən aşağıdakı 3-4 şablon) "iqnor" etməsidir. Mediaviki tərəfindən
$wgMaxArticleSize
dəyərinə limit təyin olunub. Yəqin ki, viki-layihələrə səhifənin yüklənməsi ağırlaşmaması üçündür. Digər vikilərdə də baxa bilərsiniz: ru, en, tr və s. Səhifədən məlumatları biraz kəsdim, yoxladım, həmin halda düzgün işləyir. Yaxşı olardı ki, envikidəki kimi xronologiya hissəsi ayrılsın, o halda qaydasında olacaq. Hörmətlə — Toghrul R • M/F 07:28, 30 oktyabr 2020 (UTC) - @Toghrul R, bunu düzəltsəniz çox minnətdar olaram— Azerifactory (müzakirə) 02:03, 31 oktyabr 2020 (UTC)
- @Azerifactory, salam. Əslində düzəlmişdi, lakin bu müzakirəyə əsasən qaytardım. Fikir birliyi olsa, məqaləni hissələrə bölməklə bunu həll etmək olar. — Toghrul R • M/F 07:30, 31 oktyabr 2020 (UTC)
Şablonla bağlı
redaktəSalam həmkar. Son günlər niyəsə yeni məqalə üçün vikiverilən yaratdıqdan sonra avtomatik oranjıvı görünən məlumatları 2 dəfə tıkladıqda avtomatik vikiverilənlərə köçürülən məlumatlar içərisində doğum tarixi getmir (yəni rəngli görünmür ki tıqlayaq). Bir baxardız zəhmət olmasa. — Araz Yaquboglu (müzakirə) 09:37, 3 noyabr 2020 (UTC)
- @Araz Yaquboglu, salam. Yeni sistemlə birlikdə kiçik problem yaranıb, ona görə ixrac etmir. Asan həlli var. Qısa zamanda hamısını həll edəcəm. Hörmətlə — Toghrul R • M/F 10:59, 3 noyabr 2020 (UTC)
Kateqoriya
redaktəSalam həmkar. Ölüm səbəbini vikiveriləndə qeyd etdikdə elə etmək olar ki məqalədə avtomatik kateqoriya verə? — Araz Yaquboglu (müzakirə) 04:52, 25 noyabr 2020 (UTC)
- @Araz Yaquboglu, salam. Təəssüf ki, Vikidatada elə kateqoriya yerləşdirmək üçün parametr yoxdur, yoxsa rahat olardı düzəltmək. — Toghrul R • M/F 07:48, 25 noyabr 2020 (UTC)
Kömək
redaktəSalam. Mənə bir mövzuda kömək lazımdır. MediaWiki:Gadget-switcher.js yenilənməlidir çünki {{Switcher}} düzgün işləmir. — Drabdullayev17 (müzakirə) 08:20, 25 noyabr 2020 (UTC)
- @Drabdullayev17, salam, yenilədim. Əgər işləməsə, deyərsiniz. Mediaviki səhifələri bir neçə dəqiqəyə tam sistemə yerləşir. — Toghrul R • M/F 08:32, 25 noyabr 2020 (UTC)
- Həll olundu. Təşəkkürlər. — Drabdullayev17 (müzakirə) 08:39, 25 noyabr 2020 (UTC)
Mesele
redaktəSalam necesiz?sizden birshey sorusum.Burda Advellerd adinda 13-14 yasli qanmaz usaq var.Siz ona rolbakerlik vermisiz.Axi niye?Bu adam bezi meqalelerde kutlevi deyisiklikler edir.Mehdi Mehdizade meqalesinde de chox seyi silib.Hec neden basi cixmayan birine niye axi bele bir mesuliyyet verilir?
Vikiverilənlər elementi
redaktəSalam həmkar. Digər vikipediyalarda gördüm ki sol paneldə Vikiverilənlər elementi Digər layihələrdə bölümündə yerləşdirilib. Biz də isə Alətlər bölümündədir. Bunu düzəltsəz əla olardı. — Araz Yaquboglu (müzakirə) 06:11, 4 dekabr 2020 (UTC)
- @Araz Yaquboglu, salam. Sözün açığı, həmin bölmənin hansı mediawiki səhifəsində yerləşdiyini bilmirəm. Soruşacam, bəzi redaktələr lazımdır məncə də. — Toghrul R • M/F 08:24, 4 dekabr 2020 (UTC)
CD test
redaktəCD text — Toghrul R • M/F 09:56, 5 dekabr 2020 (UTC)
Salam həmkar. Baydar nahiyəsi adlı məqalənin müəllifi mənə müraciət edib bildirdi ki, məqaləni genişləndirmək istəyir. Məqalənin bərpası mümkündürmü? Əgər etirazınız yoxdursa özüm də bərpa edə bilərəm. Hörmətlə,— Turkmen müzakirə 17:29, 5 dekabr 2020 (UTC)
- Salam, hörmətli @Turkmen, əlbəttə, əgər məqalədə məzmun olacaqsa, niyə də bərpa olunmasın. — Toghrul R • M/F 17:37, 5 dekabr 2020 (UTC)
- Diqqətiniz üçün təşəkkür edirəm. Bərpa etdim.— Turkmen müzakirə 17:46, 5 dekabr 2020 (UTC)
Eyni məqalə
redaktəSalam, Toğrul bəy. Bu məqaləni silməyinizi xahiş edirəm. Bu məqaləni bir həftə əvvəl hazırlamışam artıq. Bu onun surətidir. Grenzsoldat (müzakirə) 20:14, 5 dekabr 2020 (UTC)
- Salam, — Toghrul R • M/F 07:50, 6 dekabr 2020 (UTC)
- Grenzsoldat bu arada şəhidlərin şablonunda əlifbası sırası düz deyil. Azərbaycan əlifbası məqaləsində ardıcıllıq var. — Toghrul R • M/F 08:22, 6 dekabr 2020 (UTC)
- Çox sağolun, indi gördüm. Birazdan həll edəcəm. Grenzsoldat (müzakirə) 08:28, 6 dekabr 2020 (UTC)
- Grenzsoldat bu arada şəhidlərin şablonunda əlifbası sırası düz deyil. Azərbaycan əlifbası məqaləsində ardıcıllıq var. — Toghrul R • M/F 08:22, 6 dekabr 2020 (UTC)
Eyni məqalə
redaktəSalam, Toğrul bəy. Bu məqaləni silməyinizi xahiş edirəm. Bu məqaləni bir həftə əvvəl hazırlamışam artıq. Bu onun surətidir. Grenzsoldat (müzakirə) 11:25, 7 dekabr 2020 (UTC)
- Grenzsoldat salam. O mətnin məzmunu daha böyükdür. İstəsəniz sizin yaratdığınızı bunun əsasında genişləndirin, daha sonra silim. — Toghrul R • M/F 12:12, 7 dekabr 2020 (UTC)
- Doğrudur. İndi baxıram məqaləyə. Grenzsoldat (müzakirə) 12:15, 7 dekabr 2020 (UTC)
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
redaktəSalam, Toğrul bəy. "Vətən Müharibəsi Qəhrəmanı" medalının vector fotosunu düzəldə bilərsiniz ? Grenzsoldat (müzakirə) 12:48, 10 dekabr 2020 (UTC)
- Salam, @Grenzsoldat, həmin medalın təsvirlərini hazırlayan şəxsə yazmışam. Yəqin ki bütün yeni orden və medalların yüksək keyfiyyətli versiyasını əldə edə biləcəyəm.) — Toghrul R • M/F 12:51, 10 dekabr 2020 (UTC)
Gizlə və göstər
redaktəSalam, bilmirsiz mətndə necə etmək olar ki, mətni gizlətmək və bir daha şablona basanda göstərmək. Mündəricatdakına oxşar — Azerifactory (müzakirə) 15:18, 11 dekabr 2020 (UTC)
- Salam, @Azerifactory, çox üzr istəyirəm, mesajınızı görməmişəm. Bu şablona baxın. Əgər istədiyiniz kimidirsə, onu tam mündəricatdakına oxşada bilərik. Hörmətlə — Toghrul R • M/F 12:54, 19 dekabr 2020 (UTC)
- Mən {{columns-list|4|} gizlədib-açmaq istəyirəm. Bunun kodu var?— Azerifactory (müzakirə) 03:53, 22 dekabr 2020 (UTC)
- @Azerifactory, həmin columns-listdəki məzmununu {{gizli}} şablonu ilə gizlədə bilərsiniz. Mündəricata bənzətmək üçün isə envikidəki {{Hidden}} şablonundan nümunələrə baxa bilərsiniz. — Toghrul R • M/F 06:54, 22 dekabr 2020 (UTC)
- Mən {{columns-list|4|} gizlədib-açmaq istəyirəm. Bunun kodu var?— Azerifactory (müzakirə) 03:53, 22 dekabr 2020 (UTC)
- Bir xahişim də var. Bir bot yaratmaq olar ki, "görkəmli" sözünü silsin. Bu söz ensiklopedik deyil. Yəni ensiklopediyada fakt olmalıdır— Azerifactory (müzakirə) 15:10, 22 dekabr 2020 (UTC)
- @Azerifactory, təbii ki. AWB vasitəsilə rahat etmək mümkündür. Botdakı arqumentlərə əlavə edərəm, gördükcə silər. — Toghrul R • M/F 15:16, 22 dekabr 2020 (UTC)
Mayor Taleh Kərimov
redaktəSalam, Toğrul bəy. Mən mayor Taleh Kərimov barəsində olan məqalədəкi cümlələri səliqəyə salmaq üçün məzmunu tamamilə sildim. Yəni 4-5 dəqiqəyə məqalə tam əvvəlкi, vəziyyətində olacaqdı. İndi qaralama səhifəsində yazacam. Grenzsoldat (müzakirə) 08:18, 14 dekabr 2020 (UTC)
İzləmədə bot
redaktəSalam həmkar. Mən izləmə siyahımda necə edə bilərəm ki bot redaktələri izləməmdə görünməsin. — Araz Yaquboglu (müzakirə) 05:44, 21 dekabr 2020 (UTC)
- Salam, @Araz Yaquboglu, izləmə siyahınızda "aktiv filtlər" bölməsinə klikləyin, oradan insan (qeyri-bot) filtrini seçin. Həmin filtri yaddaşda saxlamaq üçün sağdakı əlfəcini (gizlət sözünü altında) klikləyin və filtrə ad verin. Daha sonra həmin səhifədə "Abreviaturalar siyahısı"nın yuxarısındakı əlfəcinə daxil olun, oradan ad verdiyiniz filtrin sonundakı 3 nöqtəyə klikləyin və standart filtr edin. Botlar artıq görünməyəcək — Toghrul R • M/F 09:05, 21 dekabr 2020 (UTC)
- Çox sağ ol. Əziyyət verdim. Super, alındı. Oğulsan ))). — Araz Yaquboglu (müzakirə) 09:19, 21 dekabr 2020 (UTC)
- @Araz Yaquboglu, xoşdur, əziyyət deyil) — Toghrul R • M/F 09:56, 21 dekabr 2020 (UTC)
Şablon
redaktəSalam. Şablon:Gizli səhifəsində etdiyim düzəlişləri geri almısınız və hal-hazırda şablon istifadə edilmir. Problemi necə həll etmək olar. — Ayxan İsmayılov (müzakirə) 19:18, 23 dekabr 2020 (UTC)
- Salam, @Ayxan İsmayılov səhifəyə keçidlər mövcuddur, onlar arasında məqalələr də var, bu keçidə baxın. — Toghrul R • M/F 10:25, 24 dekabr 2020 (UTC)
Müraciət
redaktəSalam. {{Xristian lider məlumat qutusu}} şablonunda problem var. Kanonlaşdırılıb
parametri doldurulmadığı halda şablonda görünür. Necə həll etmək olar bunu? --► Hörmətlə: SolaVirum 20:32, 23 dekabr 2020 (UTC)
- @Solavirum, salam. Sadəcə həmin parametrə | işarəsi əlavə etmək lazım idi. {{{|}}} olduqda alternativ, {{{}}} olduqda isə məcburi xarakter daşıyır. — Toghrul R • M/F 10:22, 24 dekabr 2020 (UTC)
Protection request
redaktəHi, sorry for write you in English and for the trouble, can you protect this page? There are too many vandalism! Thanks and regards :) — Superpes15 (müzakirə) 11:29, 25 dekabr 2020 (UTC)
- Hello, @Superpes15, you're very welcome. Thank you for reporting; protected the page and added to the watchlist. Regards, — Toghrul R • M/F 11:42, 25 dekabr 2020 (UTC)
Ana səhifə
redaktəSalam. Ana səhifədə nədənsə YM, SM və digər bölmələrdə 54-cü həftəni göstərir. Bunu 2021-ci ilin 1-ci həftəsi etmək olmaz?— Azerifactory (müzakirə) 14:10, 1 yanvar 2021 (UTC)
- Salam, Azerifactory. Bu mediavikinin problemidir. Hər ilin ilk həftəsində belə olur. Həll olundu. — Toghrul R • M/F 14:17, 1 yanvar 2021 (UTC)
Azərbaycanlıların siyahısı
redaktəSalam. Azərbaycanlıların siyahısı məqaləsi get-gedə böyüyür və məqaləni oxumaq çətinləşir. Bəlkə bu məqaləni 2 yerə bölək. Azərbaycanlıların siyahısı (Azərbaycanda doğulanlar) və Azərbaycanlıların siyahısı (Xaricdə doğulanlar) və ya daha bəlkə effektiv bölmək olar?— Azerifactory (müzakirə) 07:53, 8 yanvar 2021 (UTC)
- Salam, Azerifactory. Məncə, o da kifayət etməyəcək. Mövzulara görə daha kiçik hissələrə də bölmək olar: musiqiçilər ayrı, hərbi xadimlər ayrı və s. Yeri gəlmişkən, belə bir şablon da var, istəsəniz baxa bilərsiniz: — Toghrul R • M/F 08:44, 9 yanvar 2021 (UTC)
Kitb3 şablonu
redaktəSalam həmkar. Şəki Ensiklopediyasındakı Şəki dövləti məqaləsi buradakı Şəki dövləti məqaləsinin kopyasıdır. Amma istinadlar orada normaldır, burada isə normal deyil. Səbəbi məncə burada sizin {{Kitab3}} şablonunun strukturunu dəyişməyiniz və bir sıra şeyləri gözdən qaçırmağınız ola bilər. Ümidvaram ki bunu nəzərəraq problemi aradan qaldıra bilərsiniz. The Encyclopedia of Shaki (müzakirə) 09:46, 26 yanvar 2021 (UTC)
- @The Encyclopedia of Shaki, salam. Problemi bildirdiyiniz üçün təşəkkür edirəm. Tam olaraq sfn-ləri nəzərdə tuturdunuz? Onları həll etdim, artıq futnotlar ədəbiyyata ref ilə bağlanır. — Toghrul R • M/F 11:12, 26 yanvar 2021 (UTC)
- @Toghrul R, təşəkkürlər, bəli, problem artıq aradan qalxıb. The Encyclopedia of Shaki (müzakirə) 12:48, 26 yanvar 2021 (UTC)
YM şablonunda xəritə
redaktəSalam Toğrul bəy. Şablon:YM-də təkmilləşdirmələrdən sonra xüsusən kənd məqalələrində Xəritəni göstər/gizlə vasitəsilə kəndin xəritədəki yerinə baxmaq olmur. Amma məsələn Əskipara (Tərtər) məqaləsindən Tartar.PNG fayl adını çıxarsaq düzəlir. Deyirdim vaxtınız olsa Botunuzla bunu edə bilərsinizmi. — Araz Yaquboglu (müzakirə) 14:53, 27 yanvar 2021 (UTC)
- Salam, @Araz Yaquboglu. Dediyiniz kimi, həmin məqalələrdə xəritə bölməsində şəkillər var. Parametri ona görə əlavə etmişdim ki, bəzi yerlərdə verilmiş xəritə parametri görünsün. Botla təmizləyərəm, asandır. — Toghrul R • M/F 08:32, 28 yanvar 2021 (UTC)
- Minnətdaram. — Araz Yaquboglu (müzakirə) 08:33, 28 yanvar 2021 (UTC)
Xəritə üçün kömək
redaktəSalam. YM şablonunu yeniləməyə çalışıram amma bir yerdə köməyinə ehtiyacım var. Şablon:YM/Test səhifəsinə baxa bilərsən? — Drabdullayev17 (müzakirə) 12:25, 19 fevral 2021 (UTC)
- @Drabdullayev17, salam. Hazırkı YM-dakı xəritədən istifadə etmək mümkündür. Kartoçka ilə infobox eynidir deyə işləyəcək. Amma envikidəkini tam tətbiq etmək olmayacaq, çünki azviki vikidataya əsaslanır. — Toghrul R • M/F 12:33, 19 fevral 2021 (UTC)
- @Drabdullayev17, İngilis dilindəki versiyanı hazırlayıb sonra vikidatanı tətbiq edə bilərik? — Drabdullayev17 (müzakirə) 12:39, 19 fevral 2021 (UTC)
- @Drabdullayev17,, əlbəttə, xəritəni yekunda həll etmək mümkündür. Əsas olan işlək parametrlərin olmasıdır. — Toghrul R • M/F 13:29, 19 fevral 2021 (UTC)
- @Drabdullayev17, İngilis dilindəki versiyanı hazırlayıb sonra vikidatanı tətbiq edə bilərik? — Drabdullayev17 (müzakirə) 12:39, 19 fevral 2021 (UTC)
Salam. Mən yaratdığım "S.U.S." adlı səhifəni "seçilmiş məqalə" statusu almasını istəyirəm. Buradan baxa bilərsiniz: S.U.S.. Yekunun nə ilə nəticələndiyini anlamadım. Kömək edə bilərsiniz? Yyekun nəticədən sonra çoxlu əlavə və düzəlişlər etmişəm. Əgər səhvim varsa, bildirin, düzəldim. Özəlliklə Vikipediyada əvvəl yaratdığım səhifələri də inkişaf etdirmək istəyirəm. Digər idarəçilərə yazmışam, cavab yazmadılar. Xeyal Azerbeyli (müzakirə) 18:33, 19 fevral 2021 (UTC)
- @Xeyal Azerbeyli, salam. Əslində, məqalə yaxşı işlənib, lakin qeyd etdiyiniz status üçün hələ ki, uyğun deyil. Bəzi problemlər aradan qaldırılsa, "yaxşı məqalə" statusu verilə bilər. Əsas məsələ istinadların düzgün yerləşdirilməsi (bax: {{cite web}}; {{cite book}}) və onların mövzu ilə birbaşa əlaqəli olması, onu analiz etməsidir. Bu tipli keçidləri isə xarici keçid kimi istifadə edə bilərsiniz ({{Discogs release}} vasitəsi ilə). Hörmətlə, — Toghrul R • M/F 15:44, 19 fevral 2021 (UTC)
- @Toghrul R, salam. Cavablandırdığınız üçün çox təşəkkür edirəm. Yaratdığım məqaləni daha da təkmilləşdirəcəyəm.
Salam. Bu məqaləni 2019-da silmisiz. Həmin vaxt bəlkə də şəxsin ensiklopedikliyi mübahisəli idi. Lakin düşünürəm ki, şəxs Space TV-yə rəhbər təyin ediləndən sonra ensiklopedikliyi artıq mübahisəsizdir. Bunları nəzərə alaraq məqaləni bərpa etməyinizi təklif edirəm.— samral müzakirə 08:17, 20 fevral 2021 (UTC)
- Salam, Samral, məqalədə kontent olmadığı üçün silmişdim. Onun silinməzdən əvvəlki mətnini sizə təqdim edirəm:{{Kino sənətçisi |Adı = Kamil Şahverdi |Orijinal adı = |Şəkil = Kamil Şahverdi.jpg |Şəkil miqyası = |Şəkil məlumat = |İlk adı = |Digər adları = Kamil Şahverdiyev |Doğum tarixi = |Doğum yeri = |Vəfatı = |Vəfat yeri = |Vəfat səbəbi = |Atası = |Anası = |Həyat yoldaşı = |Uşaqları = |Peşəsi = |Milliyyəti = |Vətəndaşlıq = |Təhsili = |Fəaliyyət illəri = |İstiqamət = |Tanınır = |Mükafatları = |imdb_id = |İmzası = |Sayt = }} '''Kamil Şahverdi''' — ssenarist, redaktor. == Həyatı == == Filmoqrafiya == # [[Akademik Heydər Hüseynov (film, 2005)]] # [[Bir qəlbin iki dastanı (film, 2001)]] # [[Firəngiz Əhmədova (film, 2003)]] # [[Gülağa Məmmədov (film, 2002)]] # [[Havalansın Xanın səsi (film, 2001)]] # [[Hər şey olduğu kimi (film, 2000)]] # [[İsmixan Rəhimov (film, 2000)]] # [[Koroğlu (film, 2003)]] # [[Qaya (film, 2001)]] # [[Lütfiyar İmanov (film, 2002)]] # [[Maestro (film, 2002)]] # [[Mariya Titorenko (film, 2002)]] # [[Mədəniyyət salnaməsi (film, 2001-2004)]] # [[Mingəçevir. Birinci film (film, 2001)]] # [[Mingəçevir. İkinci film (film, 2001)]] # [[Mirzə Babayev (film, 2001)]] # [[Müslüm Maqomayev (film, 2002)]] # [[Naməlum səs (film, 1997)]] # [[Nəfəs alətləri (film, 2004)]] # [[Oqtay Ağayev. Ötən günlər (film, 2004)]] # [["Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)]] # [[Sara Qədimova (film, 2003)]] # [[Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)]] # [[Şəfiqə Baxşəliyeva (film, 2001)]] # [[Tək olanda qorxma... (teleserial, 2013)]] # [[Tofiq Bakıxanov (film, 2000)]] # [[Yalçın (film, 2004)]] [[Kateqoriya:Azərbaycan ssenaristləri]]— Toghrul R • M/F 07:31, 22 fevral 2021 (UTC)
- @Toghrul R, nə var ki, kontent əlavə etməyə. Ad soyadının qarşısında bir cümlə yazarıq ki, "azərbaycanlı rejissor, Rəşid Behbudov Fondunun təsisçisi, Space TV-nin icraçı direktoru" filan.— samral müzakirə 17:47, 23 fevral 2021 (UTC)
- @Toghrul R, Məqalədə bir cümlə olmaqdansa onun yenidən yaradılması daha uyğun olar, məncə. Şəxsin haqqında yetərli qədər məlumat tapmaq çətindir — Toghrul R • M/F 08:46, 24 fevral 2021 (UTC)
- @Toghrul R, nə var ki, kontent əlavə etməyə. Ad soyadının qarşısında bir cümlə yazarıq ki, "azərbaycanlı rejissor, Rəşid Behbudov Fondunun təsisçisi, Space TV-nin icraçı direktoru" filan.— samral müzakirə 17:47, 23 fevral 2021 (UTC)
Şablon
redaktəSalam, Toghrul R. Sizdən bir şablonu yaratmağınızı xaiş edəcəkdim. Düşünürəm ki, kosmik uçuşlarla bağlı bu şablonu bizim vikidə də yaratmaq lazım. Vaxtınız olanda maraqlansaz, minnətdar olaram. İndidən təşəkkürlər. AfraimMammadov (müzakirə) 08:40, 23 fevral 2021 (UTC)
- @AfraimMammadov, salam. Əlbəttə, bu barədə kömək edə bilərəm. Şablon biraz uzundur və parametrlərin dəqiq mənasını, tərcüməsini bilmirəm. Kosmik mövzularda məlumatım azdır. Parametrləri tərcümə etsəniz, bütün texniki hissələrini düzəldə bilərəm. — Toghrul R • M/F 08:49, 24 fevral 2021 (UTC)
- Toghrul R, deyəsən, NMW03 artıq redaktəyə başlayıb, ancaq texniki məsələləri bilmədiyim üçün şablonun hansı səviyyədə olduğunu bilmirəm. Siz mənə harada nəyin tərcümə edilməli olduğunu deyin, mən girib redaktə edim. Hər ikinizə köməyiniz üçün təşəkkür edirəm. -- AfraimMammadov (müzakirə) 09:43, 24 fevral 2021 (UTC)
- @AfraimMammadov,, şablon hazırdır. İstifadə edə bilərsiniz.— NMW03 (müzakirə) 10:51, 24 fevral 2021 (UTC)
- @NMW03,, minnətdaram. Bir şey soruşum. Əgər şablonu genişləndirmək istəsəm, sənədləşmə üzərində redaktə apara bilərəm? Yəni bu avtomatik olaraq envikidə olan şablondakı müvafiq hissələrlə üst-üstə düşəcək yoxsa? --AfraimMammadov (müzakirə) 10:55, 24 fevral 2021 (UTC)
- @AfraimMammadov,, sənədləşdirmədə redaktə edə bilərsiniz amma şablonun özündə müvafiq dəyişikliyi etməsəniz işləməyəcək.— NMW03 (müzakirə) 10:57, 24 fevral 2021 (UTC)
- NMW03, aydındır. Həm sənədləşmənin, həm də şablon öz kodlarına baxanda təxmini başa düşdüm necə etməli olduğumu. Bir daha təşəkkür edirəm köməyiniz üçün. Hörmətlə: AfraimMammadov (müzakirə) 11:00, 24 fevral 2021 (UTC)
Defis, tire
redaktəSalam Toğrul bəy. Defis, tire dəyişməsi zamanı fayl adında olanlar da dəyişib deyə bir çox şəkillər görünmür. Daha çox da film məqalələri ilə bağlı yaranıb problem. Bunu asan yolla düzəltmək olar? Yoxsa əl ilə bir-bir düzəldək. — Araz Yaquboglu (müzakirə) 05:35, 16 mart 2021 (UTC)
- @Araz Yaquboglu, salam. Problemi bildirdiyiniz üçün təşəkkür edirəm. Botla həll edəcəm, şablon daxilindəki şəkilləri istisna etməyi unutmuşdum. — Toghrul R • M/F 07:05, 16 mart 2021 (UTC)
İstinad problemi
redaktəSalam, DVTY şablonunda deyəsən problem var. Məsələn, Cem Karaca məqaləsində niyə 4-cü istinad "..." kimi göstərilir? — Azerifactory (müzakirə) 02:21, 28 mart 2021 (UTC)
- Salam, Azerifactory. Bu, problem deyil, əksinə, 3 istinad limiti qoyulub ki, şablonları böyütməsin. Bəzən 10 istinad olur, onların hamısı göründükdən şablonun eni 400-500px olur. Bu, onun qarşısını alır. — Toghrul R • M/F 15:53, 28 mart 2021 (UTC)
Kateqoriya
redaktəSalam həmkar. Kateqoriya:Tapir kateqoriyası Kateqoriya:Tapirlərə birləşdirilməlidir və vikidatası da həmçinin. Kateqoriyanı şablon yaradır deyir deyə birləşdirmə edə bilmədim. Vaxtınız olsa baxarsız. — Araz Yaquboglu (müzakirə) 06:35, 27 aprel 2021 (UTC)
- @Araz Yaquboglu, koda baxdım. Dəyişsəm, hamısında dəyişiləcək deyə əl dəymədim. Tapiri gizli kateqoriya etmək, tapirləri isə vikidata ilə əlaqələndirmək olar. — Toghrul R • M/F 11:22, 27 aprel 2021 (UTC)
Şablon
redaktəSalam. Bir dənə bu şablona kömək edərsiz də. Şablonun "Karyera keçmişi" parametrləri var, işləmir. Yəni oyunçunun hansı illərdə hansı komandada çıxış etdiyini göstərə bilmirəm, illər1= və komanda1= kimi parametrləri işə düşmür. Faker məqaləsi üçün lazımdır.— 127-ci yapon imperatoru 22:33, 28 aprel 2021 (UTC)
- @White Demon, salam. Deyəsən, indi işləyir. Hamısını həll etmişdiniz, bircə modulda "regex" qalmışdı, tanımırdı parametrləri. — Toghrul R • M/F 10:32, 30 aprel 2021 (UTC)
Gimnast şablonu
redaktəSalam. Template:Infobox gymnast - bunu Azərbaycan vikipediyasında yarada bilərsiz? İki məqalə üçün lazımdır.— Azerifactory (müzakirə) 23:14, 1 may 2021 (UTC)
- @Azerifactory, salam. Qısa müddətə hazır etməyə çalışacam. — Toghrul R • M/F 14:24, 2 may 2021 (UTC)
Yol şablonu
redaktəSalam. Yol şablonunda tikilmə ili və istismar ili sətrində problem var. İl tarixi yazdıqda rəqəmlərin arasında nöqtə qoyur. Məs: 2.021. Zəhmət olmasa şablonu gözdən keçirə bilərsiniz? MusaSəmədov✉ 19:31, 4 may 2021 (UTC)
- Salam, Musa Səmədov. O şablonu redaktə etməyə dəyməz, tamamilə yenisini yığmaq lazımdır. Fəaliyyət planıma əlavə etdim. — Toghrul R • M/F 09:04, 5 may 2021 (UTC)
Səsvermə
redaktəSalam. Silinməyə namizəd səhifələr və ya başqa səsvermə səhifələrində mən səs verdikdə o səs sayılırmı? yoxsa gərək yuxarı rütbədəmi olmaq lazımdır. MusaSəmədov✉ 15:12, 5 may 2021 (UTC)
Şablonda xəta
redaktəSalam. Bu şablonda son buraxılış sətrində problem var. Səhifədə ancaq yazdığım hər hansı bir gün.ay.il göstərir. Son buraxılış sözün göstərmir. Zəhmət olmasa ona baxardınız. MusaSəmədov✉ 17:19, 11 may 2021 (UTC)
- @Musa Səmədov, salam. Aradan qaldırdım. İndi işləməlidir — Toghrul R • M/F 06:42, 12 may 2021 (UTC)
Diqqətiniz üçün çox sağolun. MusaSəmədov✉ 06:51, 12 may 2021 (UTC)
Salam həmkar. Məqalə şablonunda doğum yeri kimi Azərbaycan SSR yox Azərbaycan görsənir. Vikiverilənlərdə cəhd etdim amma həll edə bilmədim. Bir baxarsız, vaxt olsa. — Araz Yaquboglu (müzakirə) 07:31, 14 may 2021 (UTC)
- @Araz Yaquboglu, salam. Həll olundu, deyəsən. — Toghrul R • M/F 14:55, 14 may 2021 (UTC)
Kömək
redaktəSalam hörmətli həmkar. Zəhmət olmasa translatewiki-də https://translatewiki.net/wiki/?axtar=MediaWiki:Sandboxlink-subpage-name/az və https://translatewiki.net/wiki/?axtar=MediaWiki:Sandboxlink-portlet-label/az səhifələrini yarada bilərsiniz? Əvvəlcədən təşəkkür edirəm!— Turkmen müzakirə 12:09, 17 may 2021 (UTC)
- Salam, Turkmen, deyəsən, lokala əlavə edə bildiniz. Düzgün işləyirmi? Hörmətlə, — Toghrul R • M/F 12:24, 17 may 2021 (UTC)
- Hə əlavə etdim lokala. Hər iki səhifə normal işlədi. Sadəcə dedim hər ehtimal translatewiki-də də olsun. Qaralama sistemini digər layihələrə də tətbiq etsək artıq orda avtomatik tərcümə edilsin deyə. Hörmətlə,— Turkmen müzakirə 12:28, 17 may 2021 (UTC)
- Qabaqcadan yaratmışdım mən. 1-2 günə aktiv olar. NMW03 (müzakirə) 03:56, 18 may 2021 (UTC)
- Hə əlavə etdim lokala. Hər iki səhifə normal işlədi. Sadəcə dedim hər ehtimal translatewiki-də də olsun. Qaralama sistemini digər layihələrə də tətbiq etsək artıq orda avtomatik tərcümə edilsin deyə. Hörmətlə,— Turkmen müzakirə 12:28, 17 may 2021 (UTC)
Vandalism
redaktəHi. Can you block Special:Contribs/31.142.209.249? Thanks in advance. --Minorax (müzakirə) 14:32, 17 may 2021 (UTC)
- Hi again. Sorry that I've to intervene and use my GS tools to block this IP for an hour, feel free to extend if needed. --Minorax (müzakirə) 14:37, 17 may 2021 (UTC)
- @Minorax, hello. Thank you for reporting it, and please feel free to use the tool if necessary, you are very welcomed — Toghrul R • M/F 14:39, 17 may 2021 (UTC)
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Toghrul R. Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 10:21, 18 may 2021 (UTC) |
Bloklanma ilə əlaqədar.
redaktəHörmətli Toğrul müəllim, yazıb sizdən xahiş edirəm ki, Türk dili vikipediyasındakı əsassız bloklanmam ilə əlaqədar olaraq, sözü gedən seqmentin mənə məxsus olan müzakirə səhifəsində Engel kaldır şablonunu yerləşdirəsiniz. IP protokolum bağlı olduğu üçün özüm şəxsən müraciət edə bilmirəm. Əvvəlcədən təşəkkürlər.— Elshad Iman (Elşad İman) (müzakirə) 20:10, 22 may 2021 (UTC)
Yol şablonu
redaktəSalam. Yeni düzəliş etdiyiniz bu şablonda şəkil yerləşdirilib amma şəkili göstərir. Zəhmət olmasa düzəliş edərsiniz. Hörmətlə: MusaSəmədov✉ 19:56, 23 may 2021 (UTC)
- @Musa Səmədov, salam. Problemi tam olaraq anlamadım. Ətraflı izah edə bilərsiniz? — Toghrul R • M/F 08:14, 24 may 2021 (UTC)
Məsələn Füzuli-Şuşa avtomobil yolu səhifəsinə baxsanız görəcəksiniz. Səhifədə şablona şəkil əlavə edilib lakin səhifədə şəkil görünmür. MusaSəmədov✉ 15:09, 24 may 2021 (UTC)
- @Musa Səmədov, şablonun işlək parametrlərinə sənədləşmə səhifəsində baxa bilərsiniz. — Toghrul R • M/F 07:42, 26 may 2021 (UTC)
Ana Səhifə dizaynı
redaktəSalam Toghrul R,
Azərbaycan dilində danışa bilmirəm, bu səbəbdən yazım səhv ola bilər, üzr istəyirəm :) Siz aktiv bir interfeys menecerisiniz, buna görə də səndən bir xahişim var. Bilirəm ki, bu asan deyil, amma TkWiki-nin Ana Səhifəsini yenidən düzəltməyimə kömək edə bilərsənmi? Və ya AzWiki-nin Ana Səhifəsini TkWiki-yə uyğunlaşdırada bilərsiniz. Bunu eliyə bilərsiniz? NickLazımDeğil (müzakirə) 05:46, 29 may 2021 (UTC)
- Salam, NickLazımDeğil. Əlbəttə, sizə bu məsələdə kömək edə bilərəm. Ana səhifəni dəyişmək barədə TrVikidə müzakirə aparılırmı? Konsensus varsa, sırf trviki üçün yenisini yarada bilərik =) — Toghrul R • M/F 06:10, 29 may 2021 (UTC)
- TkWiki. Hələ edə bilərsinizmi? NickLazımDeğil (müzakirə) 07:35, 29 may 2021 (UTC)
- NickLazımDeğil təbii ki, sadəcə orada bir admin var, o da filtrdir. Necə edək? — Toghrul R • M/F 07:54, 29 may 2021 (UTC)
- :) İndi TkWiki-də admin hüquqlarına ehtiyacınızmı var? TkWiki-də admin seçkiləri səhifəsində sizin üçün bir müraciət açaq. Səsləri etibarlı hesab edilə biləcək istifadəçilərə səs verdikdən sonra metada da müraciət edirik. Buna görə ən azı 1 həftə daha gözləməliyik. Və deməliyəm ki, sizə kömək edə biləcəyim tək şey tərcümə :) NickLazımDeğil (müzakirə) 08:14, 29 may 2021 (UTC)
- TkWiki. Hələ edə bilərsinizmi? NickLazımDeğil (müzakirə) 07:35, 29 may 2021 (UTC)
Yaxşı məqalə namizədi səhifələrə baxılması
redaktəSalam, Toğrul müəllim. Bu gün yaxşı məqalə namizədi olan səhifələrə baxmısınız. Xahiş edirəm, mənim namizəd verdiyim səhifələrə də baxın. Kral Şir 2: Simbanın qüruru (cizgi filmi, 1998) və Anar Əliyev (polkovnik-leytenant) səhifələrinə baxmağınızı xahiş edirəm. İkinci səhifənin namizədliyi qəbul edilmədi qrammatik səhvlərə və neytrallığın pozulmasına görə, mən də səhifədə yenidən iş apardım və səhifəni yenidən namizəd verdim. Xahiş edirəm, bu səhifələrə baxasınız. — Sevindiknesiboglu2008 (müzakirə) 12:38, 2 iyun 2021 (UTC)
- Salam, @Sevindiknesiboglu2008, açığı, bir məqalə oxuya bildim, ona görə onu təqdim etdim. Digərlərini də oxuyub fikir bildirəcəm. Hörmətlə, — Toghrul R • M/F 06:46, 4 iyun 2021 (UTC)
- Oldu, Toğrul müəllim. Mümkünsə, bir az tez olsun xahiş edirəm. Çünki, 2-3 gündən sonra namizəd verməyimin 1 ayı tamam olur. — Sevindiknesiboglu2008 (müzakirə) 08:54, 4 iyun 2021 (UTC)
Addəyişmə
redaktəSalam Toğrul bəy! Fayl:Sevindik Hətəmov.jpg şəklin adını dəyişə bilərsiniz mi? Commonsdakı şəkillə eyni adda olduğu üçün problem yaradır. Sevindik Hətəmov 1.jpg qoysanız əla olar. — Dr.Wiki54 (müzakirə) 10:50, 7 iyun 2021 (UTC)
- Salam, hörmətli @Dr.Wiki54. Həll etdim — Toghrul R • M/F 10:57, 7 iyun 2021 (UTC)
İstinad funksiyası
redaktəHörmətli Toğrul bəy! Mən trwikidə vizual editor istifadə edərkən orada “otomatik” funksiyası varıydı, hansı ki linki daxil edən kimi avtomatik özü title/tarix/arxivi varsa arxiv (səhv eləmirəmsə) daxil edirdi. Azvikidə deyəsən o funksiya yoxdur. Varsa necə və haradan istifadə olunur? Yoxsa azvikiyə də inteqrasiya etmək olar mı?— Dr.Wiki54 (müzakirə) 16:05, 7 iyun 2021 (UTC)
- Salam, @Dr.Wiki54, əla təklifdir. Tətbiq etmək mümkündür, kiçik əlavələr lazımdır sadəcə. Həll edəcəm))
- Red - əlavə etdim. Templatedatalarla işləyə bilirsinizmi? Parametr çoxdur, əgər Sizin də marağınız varsa, köməkləşib doldura bilərik— Toghrul R • M/F 05:45, 8 iyun 2021 (UTC)
- Çox sağolun :) Templadatalarla təəssüf ki, işləyə bilmirəm. Amma öyrənməyə çalışıb kömək etmək istəyərəm :)) — Dr.Wiki54 (müzakirə) 07:00, 8 iyun 2021 (UTC)
- Dəyməz, mən birini hazırlayaram, onun əsasında formalaşdıra bilərik sistemi 🙂 — Toghrul R • M/F 07:17, 8 iyun 2021 (UTC)
- Çox sağolun :) Templadatalarla təəssüf ki, işləyə bilmirəm. Amma öyrənməyə çalışıb kömək etmək istəyərəm :)) — Dr.Wiki54 (müzakirə) 07:00, 8 iyun 2021 (UTC)
- Red - əlavə etdim. Templatedatalarla işləyə bilirsinizmi? Parametr çoxdur, əgər Sizin də marağınız varsa, köməkləşib doldura bilərik— Toghrul R • M/F 05:45, 8 iyun 2021 (UTC)
- Salam Toğrul bəy, templadatalarla işləməyi necə öyrənə bilərəm? Kömək edə bilərsiniz mi? — Dr.Wiki54 (müzakirə) 11:05, 12 iyun 2021 (UTC)
- Salam, hörmətli Dr.Wiki54. TemplateDatalar şablonun sənədləşmə səhifəsində yerləşdirilir və şablondakı parametrləri göstərir. Adi halda bir düymə ilə əlavə etmək mümkündür (şablonu redaktə edərkən TemplateData meneceri vasitəsilə), Lua-modul əsaslı şablonlarda isə bunu əllə etmək lazım olur. Məsələn, bu sənədləşməyə baxın, avtomatik verilib. Cite webdə isə biraz fərqli olacaq, modulla olduğu üçün əllə yazmaq lazımdır. İstəsəniz, trwikidəki bu sənədləşməyə baxın. Biraz uzundur deyə vaxt edib tərcümə etmək lazımdır bəzi parametrləri. — Toghrul R • M/F 06:51, 13 iyun 2021 (UTC)
- Çox təşəkkür edirəm önümüzdəki günlərdə çalışmağa başlayacağam. - Dr.Wiki54 (müzakirə) 07:10, 13 iyun 2021 (UTC)
- Salam, hörmətli Dr.Wiki54. TemplateDatalar şablonun sənədləşmə səhifəsində yerləşdirilir və şablondakı parametrləri göstərir. Adi halda bir düymə ilə əlavə etmək mümkündür (şablonu redaktə edərkən TemplateData meneceri vasitəsilə), Lua-modul əsaslı şablonlarda isə bunu əllə etmək lazım olur. Məsələn, bu sənədləşməyə baxın, avtomatik verilib. Cite webdə isə biraz fərqli olacaq, modulla olduğu üçün əllə yazmaq lazımdır. İstəsəniz, trwikidəki bu sənədləşməyə baxın. Biraz uzundur deyə vaxt edib tərcümə etmək lazımdır bəzi parametrləri. — Toghrul R • M/F 06:51, 13 iyun 2021 (UTC)
Xahiş
redaktə(İstifadəçi müraciətini) nəzərə alaraq File:Rəfibəylilər.jpg faylını bərpa etməyinizi xahiş edirəm. — Dr.Wiki54 (müzakirə) 07:12, 8 iyun 2021 (UTC)
Rica
redaktəHörmətli Toğrul bəy. Bir neçə gün ərzində sizi bir neçə dəfə narahat etmişəm. Narahatçılığa görə üzrlü sayın. Zəhmət olmasa mənim müzakirə səhifəmdə Şıxlarovlar məqaləsi və kateqoriyası ilə bağlı müzakirəyə nəzər yetirin. Səbəbsiz yer geri almalar və mühafizə var. Doğrusu nədirsə icra olunmasını xahiş edirəm. Əlavə olaraq, VP:İM də müzakirə bitəndən sonra da hörmətli idarəçinin geri aldığı redaktələrimi qaytarın (əgər haqlı tərəf mənəmsə). Çünki hörmətli istifadəçi mən bir geri alma edən kimi redaktə müharibəsi/qərəzli redaktələr adı altına səhifələrə mühafizəyə ala bilər (bax:Şıxlarovlar). — Dr.Wiki54 (müzakirə) 08:27, 15 iyun 2021 (UTC)
- Salam. @Dr.Wiki54 narahatlıq deyil, xoşdur. İdarəçi müzakirədə fikir bildirsin, onun əsasında redaktələri geriyə qaytararaq axımı bərpa edə bilərik) — Toghrul R • M/F 12:05, 15 iyun 2021 (UTC)
Müəllif hüquqları
redaktəSalam Toğrul bəy. Bu iki (Kateqoriya:İnformatika və Kateqoriya:Geologiya) kateqoriyadakı məqalələr copy-paste üsulu ilə bu 2 kitabdan (Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.; İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.) kütləvi şəkildə yaradılıb. Sizcə nə edilməlidi? — Dr.Wiki54 (müzakirə) 11:02, 16 iyun 2021 (UTC)
- Salam, Dr.Wiki54, mən bu məqalələrin kütləvi silinməsinin tərəfdarıyam. Bəlkə, ümumi müzakirəyə çıxarılsın bu məsələ? — Toghrul R • M/F 11:24, 16 iyun 2021 (UTC)
- SNS-yə müzakirəyə çıxardım o zaman — Dr.Wiki54 (müzakirə) 11:25, 16 iyun 2021 (UTC)
- @Dr.Wiki54, Kənd meydanı da olar, çünki biraz iri məsələdir — Toghrul R • M/F 11:40, 16 iyun 2021 (UTC)
- SNS-yə müzakirəyə çıxardım o zaman — Dr.Wiki54 (müzakirə) 11:25, 16 iyun 2021 (UTC)
Şablon
redaktəSalam Toğrul bəy. Yadınızdadırsa VP:SNS də dövlət xadimi və siyasətçi şablonlarının birləşdirilməsi ilə bağlı müzakirə başlatmışdım. Bir neçə gündür o şablonlardakı, xüsusən dövlət xadimi şablonundakı əksiklikləri hiss etməyə başlamışam. Məsələn deputatlar üçün “seçki dairəsi”, nazir müavinləri üçün “nazir”/ müavinlər üçün “başçı”. AXC xadimləri ilə bağlı isə belə bir problem yaşayıram siyasi partiya üzvüdürsə qeyd etmək rahatdır. Amma fraksiya daxilində partiya üzvü olmayan siyasətçilər də olub. Ona görə “fraksiya” bölməsi də əlavə etmək yaxşı olardı. Həmçinin “digər partiya”, “təşkilat” kimi bölmələr də əlavə etmək səmərəli olardı. Hələlik bunları görmüşəm. Müzakirə bitənədək və ya indidən vaxtınız olanda düzəlişlər etsəniz əla olardı :) Texniki məsələlərdə hələ təcrübəsizəm, ümid edirəm bir gün tək başına həll edə biləcəyəm ;) — Dr.Wiki54 (müzakirə) 12:41, 21 iyun 2021 (UTC)
- Salam, Dr.Wiki54. Üzr istəyirəm, mesajınızı görməmişəm. Sizin təklifinizlə tam razıyam, xüsusilə tarixi dövrlərdəki şəxslərdə vəzifə adlarında problemlər yaranır. Məsələyə kral ailəsinə məxsus olanları da əlavə edib şablonu böyütmək olar (məsələn, suya salınması, ad verilməsi və s.). Bununla bağlı təklifləriniz də maraqlıdır =) — Toghrul R (m) 18:24, 24 iyun 2021 (UTC)
- Toğrul bəy, dedim yəqin artıq bezdirmişəm, ona görə cavab vermədiniz :D zarafat bir yana SNS də hörmətli Burocan təklif etmişdi ki, kral və s. "hökmdar" adlı şablon olaraq ayrılsın. Bəlkə elə envikidən iki şablonu da birbaşa tərcümə edək? SNS də də çox diqqət çəkməyib. Hələlik dövlət xadimi şablonunu genişləndirək. SNS qərarı olsa siyasətçini birləşdirərik. Hökmdar şablonunu isə birbaşa yarada bilərik. Nə deyirsiniz? - Dr.Wiki54 (müzakirə) 18:49, 24 iyun 2021 (UTC)
- Dr.Wiki54 əlbəttə) mən həmin şablonu sınaq üçün yığaram. Gərək müxtəlif dövlətlərin idarəetmə sistemlərinə baxıb ona uyğun parametrlər çıxarım. Dövlət xadimi qalsın hələlik bir qıraqda həmin müddətdə. Parametr təklifləri üçün bir arada işləyə bilərik) — Toghrul R (m) 19:44, 24 iyun 2021 (UTC)
- Tamamdır, hökmdar şablonunu yığın siz. Mən son nəticədə baxım digər vikilərlə müqayisə edim (Azərbaycan/Türkiyə tarixi xaric digər hökmdarları bilmirəm), hətta hörmətli White Demondan Yaponiya hökmdarları barədə parametrlər üçün də kömək ala bilərik. Bu 1 aylıq müddətdə sizdən şablonlarl bağlı çox xahiş etmişəm :D Görək nə edə biləcəyik :) - Dr.Wiki54 (müzakirə) 19:51, 24 iyun 2021 (UTC)
- Dr.Wiki54 əlbəttə) mən həmin şablonu sınaq üçün yığaram. Gərək müxtəlif dövlətlərin idarəetmə sistemlərinə baxıb ona uyğun parametrlər çıxarım. Dövlət xadimi qalsın hələlik bir qıraqda həmin müddətdə. Parametr təklifləri üçün bir arada işləyə bilərik) — Toghrul R (m) 19:44, 24 iyun 2021 (UTC)
- Toğrul bəy, dedim yəqin artıq bezdirmişəm, ona görə cavab vermədiniz :D zarafat bir yana SNS də hörmətli Burocan təklif etmişdi ki, kral və s. "hökmdar" adlı şablon olaraq ayrılsın. Bəlkə elə envikidən iki şablonu da birbaşa tərcümə edək? SNS də də çox diqqət çəkməyib. Hələlik dövlət xadimi şablonunu genişləndirək. SNS qərarı olsa siyasətçini birləşdirərik. Hökmdar şablonunu isə birbaşa yarada bilərik. Nə deyirsiniz? - Dr.Wiki54 (müzakirə) 18:49, 24 iyun 2021 (UTC)
Problem
redaktəSalam. Vizual redaktorla bağlı problem yaranıb. Belə ki vizual redaktə pəncərəsindəki "şablon əlavə et" bölməsinə daxil olub şablonu daxil etdikdən sonra parametr əlavə etməyə çalışsam da alınmır. Fərqli bir halla qarşılaşıram: Əvvəllər parametrin adını pəncərədən seçdikdə yuxarıya doğru hərəkət edirdi və parametri doldurub save və ya insert-ə basdıqda parametr dolurdu.[7] Amma indi aşağıya doğru hərəkət edir və parametri doldursaq belə işə yaramır. [8] Bu arada ən qəribəsi odur ki bu daimi olaraq belə deyil. Bəzən belə olur, bəzən əvvvəlki halı kimi doğru çalışır, bəzən isə ümumiyyətlə parametrlərin adları gəlmir ki, bu halda da ümumiyyətlə parametr əlavə etmək mümkün olmur. Məsələn, bu ss-ləri saniyə fərqi ilə çəkmişəm. Bu arada fərqli şablonlar səbəbilə olduğunu deyə bilərsiniz, amma eyni şablonu bir neçə dəfə əlavə etdikdən sonra da dəyişir. Yəni ümumilikdə sistemdə problem var. Bunu daha çox özünüz əyani olaraq yoxlayıb anlaya bilərsiniz. Hörmətlə: Surə 🗯 13:26, 28 iyun 2021 (UTC)
- Salam. Sura Shukurlu. Mən siz dediklərinizi fərqli şablonlarda test etdim, heç bir problemə rast gəlmədim. İndi yoxlaya bilərsiniz, bəlkə düzəlib? Vizual redaktorun əksər hissələri ümumi back-enddən dəyişilir və onu redaktə etməyimiz mümkün deyil. Vizual redaktora şablon parametrlərini TemplateData vasitəsilə tanıtmaq mümkündür. — Toghrul R (m) 06:32, 29 iyun 2021 (UTC)
- Bəli, düzəlib. Məlumatınız üçün təşəkkür edirəm. Bir də sizdən iki xahişim daha olacaqdı. Birincisi haqqında keçən il qeyd etmişdim: {{Kömək edin}} şablonunu {{xg}} şablonu daxilində yerləşdirə bilərsinizmi? Bu sistem haqqında kənd meydanında müzakirə açmışdım və bəyənilmişdi. Bir də belə bir sualım olacaq: Vikiləşdirici gadcetinə belə bir funksiya daxil etmək mümkündürmü ki, istinad şablonundakı ingilis dilində verilmiş tarixi öz dilimizə çevirsin? Nümunə üçün: June 29, 2021 ---> 29 iyun 2021 çünki tərcümə ilə yaradılmış məqalələrin böyük əksəriyyətində bu problem var və bəzən əllə düzəltmək çox uzun vaxt aparır. — Surə 🗯 06:45, 29 iyun 2021 (UTC)
- Hörmətli Sura Shukurlu, Qeyd etdiyiniz şablonları əlaqələndirdim. Vikiləşdiriciyə həmin funksiyanı əlavə etmək mümkündür, əlbəttə, lakin InternetArchiveBot həmin tarixləri yenidən neytrallaşdırır: [9]. Modul daxilindən dəyişmək olar ki, həmin tarixləri dilimizə çevirsin, lakin o da çox çətindir — Toghrul R (m) 07:03, 29 iyun 2021 (UTC)
- Bəli, düzəlib. Məlumatınız üçün təşəkkür edirəm. Bir də sizdən iki xahişim daha olacaqdı. Birincisi haqqında keçən il qeyd etmişdim: {{Kömək edin}} şablonunu {{xg}} şablonu daxilində yerləşdirə bilərsinizmi? Bu sistem haqqında kənd meydanında müzakirə açmışdım və bəyənilmişdi. Bir də belə bir sualım olacaq: Vikiləşdirici gadcetinə belə bir funksiya daxil etmək mümkündürmü ki, istinad şablonundakı ingilis dilində verilmiş tarixi öz dilimizə çevirsin? Nümunə üçün: June 29, 2021 ---> 29 iyun 2021 çünki tərcümə ilə yaradılmış məqalələrin böyük əksəriyyətində bu problem var və bəzən əllə düzəltmək çox uzun vaxt aparır. — Surə 🗯 06:45, 29 iyun 2021 (UTC)
- Anladım. Elə isə əlavə etməyə ehtiyac yoxdur məncə də. Zatən bot sonradan dəyişdirəcək. Şablona əlavəniz üçün təşəkkür edirəm. — Surə 🗯 07:05, 29 iyun 2021 (UTC)
Təklif
redaktəSalam Toğrul bəy. Necəsiniz? Digər vikilərdə seçki və səsvermə olan zaman bəzi səhifələrdə (izləmə siyahısı, müzakirə səhifələri) səhifə adının altına bildiriş olur bununla bağlı. Bunu azvikiyə də tətbiq etmək mümkündür mü? Məsələn hal-hazırda 9 vikiqayda səsverməsi və 1 idarəçi seçkisi davam edir. Bununla bağlı orada bildiriş olsa, hamı görər və ən azından xəbərdar olar. - Dr.Wiki54 (müzakirə) 10:22, 1 iyul 2021 (UTC)
- Salam, Dr.Wiki54, təşəkkürlər, siz?. Bəli, digər vikilərdə var, amma azvikidə bunu harada yerləşdirilməsini məsləhət görərdiniz? — Toghrul R (m) 07:26, 3 iyul 2021 (UTC)
- Çox şükür, yaxşıyam. Son dəyişikliklər, istifadəçi səhifəsi, istifadəçi müzakirəsi və izləmə siyahısı yaxşı olar. Çünki daha çox diqqət cəlb edər. Ana səhifədə olması vizuallığı pozar və təcrübəsiz istifadəçiləri cəlb edər deyə düşünürəm. - Dr.Wiki54 (müzakirə) 07:30, 3 iyul 2021 (UTC)
- @İstifadəçi:Dr.Wiki54 açığı, tam dəqiq bilmədim nəyi nəzərdə tutursunuz. Yəni düşündüyümdən biraz fərqlidir dediyiniz. Nümunə kimi hansı vikidə var həmin sistem? Onun əsasında tərtib etmək olar — Toghrul R (m) 07:35, 3 iyul 2021 (UTC)
- Düzü dünən @İstifadəçi:NMW03 bəyə də dedim. O da etməyə çalışdı. Türkcə Vikipediyada var. Halhazırda da orda səsvermə var deyə görsənir. Türkcə vikipediyada izləmə siyahısına basın orada görsənir. Alınmasa screenshot ataram - Dr.Wiki54 (müzakirə) 08:03, 3 iyul 2021 (UTC)
- MediaWiki:Watchlist-summary NMW03 (müzakirə) 08:25, 3 iyul 2021 (UTC)
- Möhtəşəmsiniz! Digər səhifələrdə də görünməsi mümkündür mü?@İstifadəçi:NMW03 - Dr.Wiki54 (müzakirə) 08:28, 3 iyul 2021 (UTC)
- Məsələn? Bu MediaWikidən gələn birşeydir. NMW03 (müzakirə) 08:38, 3 iyul 2021 (UTC)
- Yuxarıda qeyd etmişəm. İstifadəçi səhifəsi, son dəyişikliklər, istifadəçi səhifəsi müzakirə və s. kimi. MediaViki ilə bağlı məlumatım çox azdır. Əgər alınmırsa, problem yoxdur. - Dr.Wiki54 (müzakirə) 08:40, 3 iyul 2021 (UTC)
- Envikidəki en:Wikipedia:Edit notice sistemini tətbiq etmək olar amma bu sadəcə səhifəni redaktə etdikdə görünən xəbərdarlıqdır. NMW03 (müzakirə) 08:42, 3 iyul 2021 (UTC)
- Anladım, təşəkkür edirəm :) - Dr.Wiki54 (müzakirə) 08:58, 3 iyul 2021 (UTC)
- Envikidəki en:Wikipedia:Edit notice sistemini tətbiq etmək olar amma bu sadəcə səhifəni redaktə etdikdə görünən xəbərdarlıqdır. NMW03 (müzakirə) 08:42, 3 iyul 2021 (UTC)
- Yuxarıda qeyd etmişəm. İstifadəçi səhifəsi, son dəyişikliklər, istifadəçi səhifəsi müzakirə və s. kimi. MediaViki ilə bağlı məlumatım çox azdır. Əgər alınmırsa, problem yoxdur. - Dr.Wiki54 (müzakirə) 08:40, 3 iyul 2021 (UTC)
- Məsələn? Bu MediaWikidən gələn birşeydir. NMW03 (müzakirə) 08:38, 3 iyul 2021 (UTC)
- Möhtəşəmsiniz! Digər səhifələrdə də görünməsi mümkündür mü?@İstifadəçi:NMW03 - Dr.Wiki54 (müzakirə) 08:28, 3 iyul 2021 (UTC)
- MediaWiki:Watchlist-summary NMW03 (müzakirə) 08:25, 3 iyul 2021 (UTC)
- Düzü dünən @İstifadəçi:NMW03 bəyə də dedim. O da etməyə çalışdı. Türkcə Vikipediyada var. Halhazırda da orda səsvermə var deyə görsənir. Türkcə vikipediyada izləmə siyahısına basın orada görsənir. Alınmasa screenshot ataram - Dr.Wiki54 (müzakirə) 08:03, 3 iyul 2021 (UTC)
- @İstifadəçi:Dr.Wiki54 açığı, tam dəqiq bilmədim nəyi nəzərdə tutursunuz. Yəni düşündüyümdən biraz fərqlidir dediyiniz. Nümunə kimi hansı vikidə var həmin sistem? Onun əsasında tərtib etmək olar — Toghrul R (m) 07:35, 3 iyul 2021 (UTC)
- Bu funksiya tətbiq edilsə belə, səhifəyə məlumatlar əlləmi yazılacaq? — Surə 🗯 10:36, 3 iyul 2021 (UTC)
- Çox şükür, yaxşıyam. Son dəyişikliklər, istifadəçi səhifəsi, istifadəçi müzakirəsi və izləmə siyahısı yaxşı olar. Çünki daha çox diqqət cəlb edər. Ana səhifədə olması vizuallığı pozar və təcrübəsiz istifadəçiləri cəlb edər deyə düşünürəm. - Dr.Wiki54 (müzakirə) 07:30, 3 iyul 2021 (UTC)
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Toghrul R. Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. — Surə 🗯 11:01, 1 iyul 2021 (UTC) |
İstinad siyahısı
redaktəVizual redaktorda "yerləşdir" bölməsindən "istinad siyahısı"nı seçdikdə <references/>
kodu daxil edilir. Amma mən bildiyim üzrə biz bu kodu {{istinad siyahısı}} şablonu ilə əvəz edirik zatən. Hətta "vikiləşdirici"də də bu funksiya var. Elə etmək mümkündürmü ki, həmin bölmədən "istinad siyahısı"nı seçdikdən sonra şablon əlavə edilsin, həmin kod yox? Yoxsa bu ümumi vikiyə bağlıdır? — Surə 🗯 14:55, 2 iyul 2021 (UTC)
- Salam, Sura Shukurlu. Əslində, haqlısınız. Lakin digər vikilərdə də bu qayda ilə işləyir. Vizual redaktorun çox az qismini konfiqurasiya etmək olur, əksər hissəsi mediavikinin bizə təqdim etdiyidir. Həmin hissəni, bildiyim qədərilə, lokaldan dəyişmək olmur — Toghrul R (m) 07:32, 3 iyul 2021 (UTC)
- Anladım :( Bir də həmin mövzu ilə bağlı başqa sualım olacaqdı. Əsas redaktə pəncərəsində aşağıdakı simvollar arasında da həmin kod var. İstifadə edilmirsə oradan çıxarılması mümkündür? — Surə 🗯 07:52, 3 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu həmin teqi çıxardım, yuxarıda istinad siyahısı var idi. Təkrar gedirdi — Toghrul R (m) 08:05, 3 iyul 2021 (UTC)
- Anladım :( Bir də həmin mövzu ilə bağlı başqa sualım olacaqdı. Əsas redaktə pəncərəsində aşağıdakı simvollar arasında da həmin kod var. İstifadə edilmirsə oradan çıxarılması mümkündür? — Surə 🗯 07:52, 3 iyul 2021 (UTC)
Dəvət
redaktəSalam, Toğrul bəy. Sizi elm xadimlərinin ensiklopedik əhəmiyyətliliyi ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. - Dr.Wiki54 (müzakirə) 14:07, 4 iyul 2021 (UTC)