Istifadeci Muzakiresi Sortilegus Arxiv 2018 - Wikipedia
Sual
redaktəSalam həmkar. Mən Robert Oppenheymer məqaləsindən digər dillərdəki məqalələrə keçid əlavə etmək istəyirəm. Amma edə bilmirəm. Bunu siz edə ya da öyrədə bilərsiniz?--Neriman2003 de gəlsin! 14:09, 22 yanvar 2018 (UTC)
- Özüm etdim. Yenədə sağolun.--Neriman2003 de gəlsin! 14:11, 22 yanvar 2018 (UTC)
Salam. Belə adlandırma doğrudur? Mən düzəltmək istəyirəm, geri qaytarırlar.--Abutalub (müzakirə) 07:54, 29 yanvar 2018 (UTC)
- Salam. Əl-qanun fit-tibb adlandırılsa yetərlidir. Müəllifə və dırnaq işarəsinə gərək yoxdur. Hörmətlə: --Sortilegus (müzakirə) 20:12, 29 yanvar 2018 (UTC)
Dəyişdirilir, sonra geri qaytarılır. Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi” məqaləsində də eyni vəziyyətdir.--Abutalub (müzakirə) 21:32, 1 fevral 2018 (UTC)
- Yeni istifadəçidir. Fəaliyyətinə baxa bilərsiz. Bu cür yeni istifadəçilərə o dəqiqə xəbərdarlıq edəndə, üstünə düşəndə çəkinirlər və vikipediyadan uzaqlaşırlar. İndilik belə qalsın, redaktələrini edib bitirsin, sonra müzakirə səhifəsində ona ədəb-ərkanla izahat yazıb, digər dillərdəki analoji məqalənin adlarını misal göstərib dəyişdirərik.--Sortilegus (müzakirə) 21:36, 1 fevral 2018 (UTC)
Qara dəlik
redaktəSalam. Zəhmət olmasa, burada keçirilən səsvermədə iştirak edərdiniz. -- Hüseynzadə (müzakirə) 17:39, 31 yanvar 2018 (UTC)
Yer Xəritəsi Avropa
redaktəSalam Hörmətli Sortilegus, tərəfinizdən edilən bu dəyişiklikdən sonra bəzi məqalələrdə sorunlar oldu. Deyəsən sorunu həll elədim. Birdə siz nəzər yetirin. Hörmətlə --eldarado ✉ 18:57, 31 yanvar 2018 (UTC)
Xahiş
redaktəAlam. Mailə baxa bilərsiniz? Sizə mesaj göndərmişəm? 46.22.237.102 12:48, 13 fevral 2018 (UTC)
Sual
redaktəSalam həmkar. Xahiş edirəm Rusiya Federasiyasının Avropa hissəsi məqaləsini siləsiniz.--Neriman2003 sözün var? 19:08, 16 fevral 2018 (UTC)
Vandalizm
redaktəSalam həmkar. Qasımov Nazim Davud oğlu vandalizmlə məşğuldur.--Neriman2003 yaz! 19:43, 16 fevral 2018 (UTC)
Səsvermə
redaktəZəhmət olmasa səsvermədə istirak edin. [[1]]
İdarəçilik səsverməsi
redaktəSalam hörmətli Sortilegus. Zəhmət olmasa idarəçilik səsverməmi yekunlaşdırardız. --Rufet Turkmen (müzakirə) 08:07, 5 aprel 2018 (UTC)
MediaWiki:Common.css-ə dəyişiklik
redaktəSalam. İdarəçilərə müraciət səhifəsində yazdığım müvafiq dəyişikliyi etmənizi xahiş edirəm. --Drabdullayev17 (müzakirə) 21:07, 5 aprel 2018 (UTC)
Təşəkkür
redaktəMəlumat verdiyiniz üçün çox təşəkkür edirəm.Qısa zamanda səhfləri bərpa edəcəyəm.
Şablon və kateqoriyaların silinməsi
redaktəSalam. Sizin bir çox kateqoriya və şablonu kütləvi sildiyiniz gördüm. Xahiş edirəm bunu izah edəsiniz. --Drabdullayev17 (müzakirə) 19:14, 4 may 2018 (UTC)
Sildiyiniz şablonlarla bağlı problemlər
redaktəSortilegus, xatıqlayıram ki sildiyiniz şablonlarla bağlı vaxtaşırı olaraq narazılıqlar və problemlər baş verir. Məsələn, 25 avqust 2017-ci il tarixdə Şablon:Wikidata/p421-nı silməyiniz səbəbdən YM şablonu istifadə edilən səhifələrin infoqutusunda xəta meydana çıxıb. Düşünürəm ki həmin şablonu bərpa etsəniz xətalar aradan qalxacaqdır. İmkan daxilinidə həmin şablonu hansı əsasla sildiyinizi izah edə bilərsinizmi? Çim Çen In (müzakirə) 10:30, 6 may 2018 (UTC)
- Salamlar hörmətli həmkarlar, Sortilegus və Çim Çen In. Doğurdanda şablonun silinməsi təxmini 500-dən çox məqalədə problemlər yaratmışdı. Mən sınaq üçün bərpa etdim və gördüm ki, problem aradan qalxdı. Dərin hörmətlə : --Rufet Turkmen (müzakirə) 13:01, 11 may 2018 (UTC)
Əli Kərimli
redaktəSalam. Bu dəyişikliyinizin səbəbi nədir? Əgər link açmadığına görədisə belə hallar üçün {{dead link}} şablonu var. Çünki link deaktivdirsə bu o demək deyil ki, mənbə hesab olunmamalıdır. Çünki o sayt və ya link nə vaxtsa açıla, bərpa ola bilər. Və ya arxiv saytlar vasitəsilə arxivləşdirilmiş variantı bərpa edilə bilər və s.--samral müzakirə 20:57, 4 iyun 2018 (UTC)
Xahiş
redaktəSalam. Buradan Səyyad Aranı çıxarda bilərsiz?-- Nəriman Müzakirə 08:35, 19 iyul 2018 (UTC)
Dəyişiklik
redaktəSalam. Bu dəyişikliyi niyə etdiniz? Yanlış olduğunu düşünürəm. Aykhan Zayedzadeh (müzakirə)
- Salam. Niyə yanlış olduğunu düşünürsən ki? Kateqoriya:Şablonlar:Mükafatlar:Böyük Britaniya kateqoriyasını Kateqoriya:Şablonlar:Böyük Britaniya mükafatları kateqoriyası ilə dəyişmişəm. Bax: Kateqoriya:Şablonlar:Ölkələrinə görə mükafatlar kateqoriyasında kateqoriya adlandırmaları necədir? İndi onlar hamısı bir cür adlandırılsın, təkcə sən yaratdığın kateqoriya bir cür? Standart necədirsə o cür adlandırmaq lazımdır kateqoriyaları. Yox əgər adlandırma standartını bəyənmirsənsə, onu ümumi müzakirəyə çıxarıb bütün kateqoriyaların adını dəyişmək lazımdır. Alabəzək kateqoriya adlandırması düzgün deyil. Hörmətlə:--Sortilegus (müzakirə) 19:51, 21 iyul 2018 (UTC)
Xahiş
redaktəSalam. Bura baxa bilərsiz?-- Nəriman Müzakirə 14:42, 22 iyul 2018 (UTC)
Silinmə
redaktəSalam. Yaponiyanın təbiət abidələri kateqoriyasını və əlaqəli kateqoriyaları niyə silmisiz? İntervikiləri də var idi onların.--White DemΩn (el psy congroo) 17:46, 26 iyul 2018 (UTC)
- Salam. O cür kateqoriya şaxələndirilməsi yoxdur axı azvikidə. Nə olsun ki, 7-8 vikidə intervikisi var. Sadəcə Yaponiya üçün aparmısan o cür kateqoriyalaşdırmanı. Böyük ehtiyac olan kateqoriyalaşdırmadırsa onda bütün ölkələr üçün aparmaq lazımdır. Yoxsa ki, kateqoriyalarda qarışıqlıq yaranır. Standartlaşdırma, sistemləşdirmə aparmaq olmur. Yəni demirəm ki, təbiət abidələri lazımsız kateqoriyadır. Sadəcə, tətbiq olunacaqsa bütün ölkələrə tətbiq olunmalıdır. Hörmətlə:--Sortilegus (müzakirə) 17:53, 26 iyul 2018 (UTC)
- Mövqeyinizlə o qədər də razı deyiləm. Bizim vikipediyada içində sadəcə bir məqalə olan minlərlə bu cür kateqoriya var. Bundan əlavə, bütün ölkələr üçün kateqoriyanın tətbiq olunmaması o demək deyil ki silinməlidir. Ölkələrinə görə qəbiristanlıqlar kateqoriyasında cəmi 14 kateqoriya var, bütün ölkələrə tətbiq olunmayıb, indi silinməlidir? Yaponiyada 900-dən çox "təbiət abidəsi" statusu almış yer var. Tutalım onların 100-ü haqqında məqalə yaratdım, indi onları axı birləşdirən ümumi cəhət Yaponiyada təbiət abidəsi olmalarıdır. Kateqoriya daxil etməyək? Yavaş-yavaş məqalələr yarandıqca şaxələnəcək. Özül qoymaq lazımdır əvvəlcə.--White DemΩn (el psy congroo) 18:04, 26 iyul 2018 (UTC)
- Belə araşdırdım indicə, bizdə təbiət abidələri ilə bağlı xeyli məqalə var imiş. Bir neçə kateqoriya yaratdım indicə. İndi kateqoriya belə görünür. Yaponiyanın təbiət abidələri kateqoriyasını da artıq bərpa etdim.--White DemΩn (el psy congroo) 18:37, 26 iyul 2018 (UTC)
- İndi əladır. Tam sistemləşdirilmiş, standartlaşdırılmış kateqoriyalaşdırma oldu. Bunu artıq heç bir idarəçi silməz. Dediyim kimi kateqoriyalarda sistemləşdirmə çox vacibdi. Yoxsa qarışıqlıq yaranır. Bir də kateqoriyalaşdırma aparanda ingilis vikisinə istinad etmək vacib deyil. Onlarda o qədər məqalə var ki, kateqoriyalaşdırma çox şaxələnib. Bizdə elə şaxələnmə heç 100 il sonra da ola bilməz. --Sortilegus (müzakirə) 22:50, 26 iyul 2018 (UTC)
Silinmə
redaktəSalam. Bu və bu dəyişiklikləri niyə etmisiz? Kateqoriyaları yeni niyə silirsiz? Axı bu vandalizm sayılır. Aykhan Zayedzadeh (müzakirə) 07:09, 28 iyul 2018 (UTC)
- Salam. Birinci düzəlişdə o kateqoriyaları məqalədən silməmişəm, onlar mövcud deyildi. Mövcud olmayan kateqoriyaların adlarını məqalədən çıxarmışam. Mənim dəyişikliklərimi gedi qaytarıb baxa bilərsən. İkinci düzəlişdə xəta verən xarici mənbələrə istinadları məqalədən çıxarmışam. Orada da dəyişikliklərimi geri qaytarıb baxa bilərsən. Sən narahat olma, mən nəyin vandalizm olub olmadığını yaxşı bilirəm. --Sortilegus (müzakirə) 20:52, 28 iyul 2018 (UTC)
İnterfeys admini
redaktəSalam, Sortilegus. Deməli belə, bugün kənd meydanında yazıblar ki, bəs bugündən etibarən Vikipediyaya yeni istifadəçi qrupu gəlib: interfence admin. Ancaq bu statusa malik istifadəçilər MediaWiki fazasındakı .js və .css səhifələrini redaktə edə biləcəklər. Başqa istifadəçilər yox, hətta deyəsən adminlər belə. Özüm də baxdım, doğurdan gətiriblər. Kənd meydanında ingiliscə yazıblar ki, bəs yerli bürokrtalar və stüartlar istifadəçilərə bu yeni statusu versinlər. Əgər mənim fəaliyyətimə diqqət yetirsəz görərsiz ki, MediaWiki fazasında tez-tez redaktə edən istifadəçiyəm və tez-tez qadjetlərin redaktəsində iştirak edirəm. Məsələn, bu yaxınlarda RefToolbar qadjeti işləmirdi, düzəldim. Buna görə bu status mənə lazımdır. Ona görə istəyirəm ki, sizdən ya birbaşa verəsiz bu statusu, ya da səsvermə təşkil edəsiz. Fərqi yoxdu. Özünüz bilən məsləhətdi.--White DemΩn (el psy congroo) 14:32, 30 iyul 2018 (UTC)
- Fikirlərə mən də dəstəyəm. --Araz Yaquboglu (müzakirə) 14:51, 31 iyul 2018 (UTC)
- Salam White Demon. İdarəçilərə bu statusu avtomatik verək. Onsuz da bu günə qədər bu statusları vardı, bilmirəm indi niyə alınıb bu statusları. İstifadəçilərə bu statusun verilməsi ilə bağlı isə mexanizm fikirləşərik. --Sortilegus (müzakirə) 15:52, 31 iyul 2018 (UTC)
Vandalizm
redaktəSiz nə vaxta kimi özbaşnalıq etməyi fikirləşirsiniz? Nə vermisiniz bu kateqoriyalardan ala bilmirsiniz? Bəsdirin. Qoyun normal işimizi görək. --Drabdullayev17 (müzakirə) 03:54, 11 avqust 2018 (UTC)
- Sən bu tonla danışmağa davam eləsən, səni uzunmüddətli bloklayacam. Çünki 1-2 dənə sənin kimi Aykhan Zayedzadeh kimi hikkəli, danışığını bilməyən istifadəçi olanda bütün vikipediyandakı nəzakət prinsiplərini alt-üst edir. Digər istifadəçilər də elə bilir ki, elə bu cür danışmaq olar. İndi sənin dediyin məsələyə gəlincə. Yaradılmayan kateqoriyalar hamısı məqalələrdən çıxarılacaq. Buradan baxa bilərsən siyahısına. Lap əhəmiyyətli olanları təbii ki, təftiş edəndə yaradıram. Amma bu şərt deyil, yaratmaya da bilərəm. Önəmli olan odur ki, istifadəçilər məqalələrə kateqoriya əlavə edəndə bilməlidirlər ki, bu kateqoriyanı həm də yaratmaq lazımdır. Qırmızı keçid varsa heç bir problemsiz o ləğv oluna bilər. Bu heç müzakirə mövzusu da deyil. Sən də harada qırmızı keçidli kateqoriya, məqalə, şablon görsən onun qırmızı keçidini ləğv eləyə bilərsən. Buna görə təcrübəli istifadəçilərdən heç kim sənə vandal deməz. Özün kimi təcrübəsiz və hikkəli istifadəçilərdən hansısa nəsə desə, idarəçilərə müraciət edə bilərsən. Dünən sənin yaratdığın cəmi bir kateqoriyanı silmişəm. Onu sənə izah etmək üçün bu gün bərpa elədim. Kateqoriya:Cefferson qraflığı (Alabama)-da nəqliyyat. Birincisi bu nə adlandırmadır? Sən Azərbaycan dilində mötərizə işarəsindən () sonra tire - işarəsini harada görmüsən ki "(Alabama)-da" adlandırma aparmısan kateqoriyada. Əgər iki-üç ştatda Ceferson qraflığı varsa adlandırma belə olmalıdır Kateqoriya:Cefferson qraflığında (Alabama) nəqliyyat. Ən vacib məsələ Azərbaycan dilinin qaydalarını lazımınca öyrənməkdi, sonra gəlib burada söz güləşdirməyə cəhd edə bilərsən. İkincisi sənə, Ayxana, Səfərə neçə dəfə demişəm ki, ingilis vikisindəki kimi kateqoriyaları şaxələndirməyin. Cefferson qraflığının hələ heç özü haqqında azvikidə məqalə yoxdur, sən artıq oradakı nəqliyyatı kateqoriyalaşdırırsan. Heç Kateqoriya:ABŞ-da nəqliyyat kateqoriyasında 5-6 dənə ələ gələn məqalə var. Sən artıq ölkənin yox, ştatın yox, vurub qraflığın nəqliyyatından danışırsan. Məqaləni Kateqoriya:Alabamada nəqliyyat kateqoriyasının içinə əlavə elədinsə yertərlidir. Çünki özün də görürsən ki, bunu etməyəndə "Kateqoriya:Cefferson qraflığı (Alabama)", "Kateqoriya:Qraflıqlarına görə Alabamada nəqliyyat" kimi kateqoriyaların yaradılması tələb olunur ki, özün də heç onu yaratmamısan, qırmızı keçid olaraq qoymusan qalıb Kateqoriya:Cefferson qraflığı (Alabama)-da nəqliyyat kateqoriyasının içində. Çünki o istiqamətdə azvikidə şaxələnmə yoxdur. Sən indi onu başlasan aparmağa 100 dənə gərək boş kateqoriya yaradasan və bu zəncir kimi uzanıb gedəcək. Gələcəkdə o istiqamətdə olan məqalələrin sayı artdıqca bu şaxələnmə yaranacaq, sən ondan heç narahat olma. Bilirəm bu izahımın da bir xeyri olmayacaq, çünki bu yazdıqlarımı sadəcə başa düşmək istəmirsən. Amma ən yaxşı variant buradan özün qırmızı keçid kimi yaratdığın kateqoriyalara bax. Gör hansını "qurtara" bilirsən. Amma o qırmızı keçidi göyə çevirməyin də (yəni kateqoriyanı yaratmağın) hələ o demək deyil ki, yaradacağın kateqoriya silinməyəcək. Gərəkli olmasa silinəcək.Hələlik bu qədər. --Sortilegus (müzakirə) 09:10, 11 avqust 2018 (UTC)
- Mən bu istifadəçi ilə necə danışım? White Demon, Eldarado, Rufet Turkmen, necə danışım axı!? Durduq yerə adama sataşan bir şəxslə necə danışım axı? Sortilegus adlı istifadəçi "danışığını bilməyən istifadəçi" sözündən istifadə edərək nəzakət qaydalarını (1-ci, 3-cü, 4-cü, 8-ci, 12-ci, 14-cü qaydalar) pozduğuna görə bloklanasını tələb edirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:20, 11 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh sən niyə cəmi 3 idarəçiyə müraciət edirsən ki? Onlar səni hamiliyə-filan götürüblər bəyəm? İdarəçinin fəaliyyətindən şikayətin varsa ümumi Vikipediya:İdarəçilərə müraciət səhifəsinə yaza bilərsən.--Sortilegus (müzakirə) 09:28, 11 avqust 2018 (UTC)
- Sortilegus sizə bir əhəmiyyəti var? Lazım olanda orada da şikayət edərəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:30, 11 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh Elə əhəmiyyəti mənə var da. Məndən şikayət eləyirsən axı. Lazımdı, ora da elə. --Sortilegus (müzakirə) 09:37, 11 avqust 2018 (UTC)
- Sortilegus insanla başqa bir insanla necə mədəni formada danışır onu öyrənin ilk öncə. Lazımdı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:40, 11 avqust 2018 (UTC)
- Məsləhətinə görə çox sağ ol Aykhan Zayedzadeh. Bundan sonra sənin yazışmalarına baxıb mədəni formada danışmağı səndən öyrənərəm. --Sortilegus (müzakirə) 09:44, 11 avqust 2018 (UTC)
- Problem deyil . Maraqlıdır, harada danışmağı bilmədiyimi görmədiz? Ən azından "siz"lə, "sən"in fərqin bilirəm. Mədəni hövzədə kimin "sən belə", "sən elə et" deyir bilmirəm, amma okey. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:47, 11 avqust 2018 (UTC)
- Məsləhətinə görə çox sağ ol Aykhan Zayedzadeh. Bundan sonra sənin yazışmalarına baxıb mədəni formada danışmağı səndən öyrənərəm. --Sortilegus (müzakirə) 09:44, 11 avqust 2018 (UTC)
- Sortilegus insanla başqa bir insanla necə mədəni formada danışır onu öyrənin ilk öncə. Lazımdı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:40, 11 avqust 2018 (UTC)
- Aykhan Zayedzadeh sən niyə cəmi 3 idarəçiyə müraciət edirsən ki? Onlar səni hamiliyə-filan götürüblər bəyəm? İdarəçinin fəaliyyətindən şikayətin varsa ümumi Vikipediya:İdarəçilərə müraciət səhifəsinə yaza bilərsən.--Sortilegus (müzakirə) 09:28, 11 avqust 2018 (UTC)
- Mən bu istifadəçi ilə necə danışım? White Demon, Eldarado, Rufet Turkmen, necə danışım axı!? Durduq yerə adama sataşan bir şəxslə necə danışım axı? Sortilegus adlı istifadəçi "danışığını bilməyən istifadəçi" sözündən istifadə edərək nəzakət qaydalarını (1-ci, 3-cü, 4-cü, 8-ci, 12-ci, 14-cü qaydalar) pozduğuna görə bloklanasını tələb edirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 09:20, 11 avqust 2018 (UTC)
Birinci məsələ mən sizə "siz" deyə xitab edirəmsə siz də bu şəkildə xitab etməlisiniz. Yəni sizin dediyiniz o nəzakət prinsiplərini pozmamaq üçün. Həmçinin sizinlə bu səs tonu ilə danışmağa siz vadar edirsiniz. Sizə dəfələrlə mən və digər istifadəçi və idarəçilər bu mövzuda şikayət etməsinə baxmayaq siz yenə də öz bildiyinizi edirsiniz. İkincisi idarəçi olduğunuz üçün istifadəçini blokla hədələmək hansı nəzakətə və prinsipə sığışır. "Hikkəli, danışığını bilməyən" sözlərini də sizə eyniylə aid edirəm, əgər bu sözlər təhqirdirsə bunu ilk siz istifadə etdiyinizi unutmayın. Qırmızı kateqoriyaların silinməli olduğunu göstərən bir qayda varmı, varsa xahiş edirəm bura yazın. Belə qayda olmadığı üçün bunu silməyiniz özbaşnalıqdır. Yuxarıdakı verdiyiniz nümunəyə gəldikdə isə kateqoriya səhv adlandırılbsa idarəçi kimi bunu düzəldə bilərdiniz, silməniz vacib deyil. Bunun önəmsiz kateqoriya olmasına gəldikdə isə buna siz təkbaşına qərar verə bilməzsiniz. Həmçinin sizə də bir nümunə mən verim. ABŞ tarixini mütəxəsisslər 5 dövrə bölür buna uyğun olaraq da Vikipediyada müvafiq kateqoriyalar yaradılıb. Amma siz onu da silmisiniz. Yuxarıda da bu mövzu ilə əlaqəli kifayət qədər şikayətin olduğunu da nəzərinizə təkrar çatdırıram. --Drabdullayev17 (müzakirə) 11:22, 11 avqust 2018 (UTC)
Kateqoriyalaşdırma
redaktəSalam. Sən bir mənə izah elə ki, Kateqoriya:Anime filmləri kateqoriyası nəyə görə Kateqoriya:Ölkələrinə görə cizgi filmləri kateqoriyasının içində olmalıdır? Mənim düzəlişimi də geri qaytarmısan. "Anime" ölkə adı-zaddı bəyəm? Kateqoriya:Yaponiya cizgi filmləri yarat. Onu əlavə elə Kateqoriya:Ölkələrinə görə cizgi filmləri kateqoriyasına. Kateqoriya:Anime filmləri kateqoriyasını da əlavə elə Kateqoriya:Yaponiya cizgi filmləri kateqoriyasına. Yəni sistemləşmə bunu tələb edir də. Mənim dəyişikliyimi niyə geri qaytarırsan ki? İndi özün elə bax da Kateqoriya:Ölkələrinə görə cizgi filmləri kateqoriyasına. Sənin yaratdığın Kateqoriya:Anime filmləri orada ala qarğa kimi görünür. Bir də animelərlə bağlı həddən artıq çox lisenziyasız, azad olmayan şəkil yükləmisən. Bəzən bir anime filminin az qala hər kadrını məqalədə tapmaq olar. Bunlara ehtiyac yoxdur. Tanışlıq məqsədi ilə posteri, ya 1-2 şəkil oldu bəsdir. Necə ki, filmlər haqqında məqalələrdə bunu edirik. İndilik şəkilləri təftiş edirəm, amma səin yüklədiyin şəkillərə heç toxunmuram. Onları sonra ayrıca təftiş edəcəm. --Sortilegus (müzakirə) 09:22, 11 avqust 2018 (UTC)
- Salam. Bir az nəzakətlə yazsaydınız, pis olmazdı. Birincisi, Yaponiya cizgi filmi anlayışı yoxdu. Anime filmi anlayışı var. Bütün Yaponiya cizgi filmləri elə Anime filmləridir. İkisi eyni kateqoriyadır və anlayışdır. Biri necə o birisinin alt kateqoriyası olsun? Qoy "ala qarğa" kimi görünsün, bunun nə dəxlisi var? İkincisi, mən bir məqalə üçün 1-2 şəkildən istifadə edirəm və lisenziya əlavə edirəm. Heç vaxt lisenziyasız şəkil yükləmirəm. Zəhmət olmasa lisenziyasız şəkilləri mənə göstərərdiz.--White Demツnyo! 09:29, 11 avqust 2018 (UTC)
- Belə bir kateqoriyalaşdırma olmalıdır ki, ölkə bilinsin. Bütün yapon cizgi filmləri animedirsə onda olmalıdır Kateqoriya:Yaponiya animeləri. Yox başqa forması da varsa olmalıdır Kateqoriya:Yaponiya cizgi filmləri - onun içində isə Kateqoriya:Yaponiya animeləri, bilmirəm Kateqoriya:Yaponiya manqaları və s. Sənin yüklədiyin şəkilləri təftiş edəndən sonra müzakirə edərik. --Sortilegus (müzakirə) 09:40, 11 avqust 2018 (UTC)
- Həmin Vikidatada göstərilən kateqoriya prinsibcə səhvdir. 300-ə yaxın anime izləyən və mövzuya hakim olan biri kimi bu mövzuda mübahisə edə bilərəm. İndi fikir verdim ki, EnVikidə də yoxdu belə kateqoriya. Görünür onlar da Anime filmləri olan yerdə Yaponiya cizgi filmləri kateqoriyasını yaratmağa lüzum görməyiblər. İkincisi, Yaponiya animeləri? Elə anlayış yoxdu. Anime elə Yaponiya animasiyası deməkdir. Başqa ölkələrin də animeləri olur? Türkiyə animesi? ABŞ animesi? Elə kateqoriya tamamilə səhv olardı. ABŞ muğamı adlı kateqoriya yaratmağa bənzəyir bu. Şəkilləri təftiş edə bilərsiz. Əminəm ki, mənim yüklədiyim şəkillər arasında lisenziyasızı olanı yoxdur.--White Demツnyo! 09:50, 11 avqust 2018 (UTC)
- Nəsə. Bir ingilislər sənin variantını veriblər. Ölkə adını bildirmək təbii ki, daha doğru olardı. Muğam da "Azərbaycan muğamı" variantı işlənə bilər. Bizdə problem bəzi istifadəçilərin ingilis vikisinin kateqoriyalaşdırmasını olduğu kimi azvikiyə gətirmək istəməsidir. Digər böyük vikilərin çoxunda animenin ölkə mənsubiyyəti var. Hər halda daha geniş çevrədə müzakirə olunmalıdır məncə bu məsələ. İkimizin qərar verəcəyi iş deyil. --Sortilegus (müzakirə) 10:01, 11 avqust 2018 (UTC)
- Muğamı söz gəlişi dedim. Amma Yaponiya animesi variantı prinsipcə düzgün deyil. Anime məqaləsinə göz yetirsəz köməkçi ola bilər sizə. Animenin ölkə mənsubiyyəti olmur. O, elə Yaponiyaya məxsusdur) İngilislər də əvvəl bu kateqoriyanı Yaponiya cizgi filmləri kimi verirdilər, sonra adını dəyişiblər Anime filmləri ediblər. Baxın: [2] İngilislərin sistemini gətirmirəm, mövzuya hakim biri kimi deyirəm. Facebook-da tamamilə Azərbaycanlı animesevərlərdən ibarət 1000-lik "Animanga Your Dream" adlı qrup var. Orada da yazaraq fikirlərimin təsdiqini başqalarının dilindən tapa bilərsiniz.--White Demツnyo! 10:11, 11 avqust 2018 (UTC)
- Nəsə. Bir ingilislər sənin variantını veriblər. Ölkə adını bildirmək təbii ki, daha doğru olardı. Muğam da "Azərbaycan muğamı" variantı işlənə bilər. Bizdə problem bəzi istifadəçilərin ingilis vikisinin kateqoriyalaşdırmasını olduğu kimi azvikiyə gətirmək istəməsidir. Digər böyük vikilərin çoxunda animenin ölkə mənsubiyyəti var. Hər halda daha geniş çevrədə müzakirə olunmalıdır məncə bu məsələ. İkimizin qərar verəcəyi iş deyil. --Sortilegus (müzakirə) 10:01, 11 avqust 2018 (UTC)
- Həmin Vikidatada göstərilən kateqoriya prinsibcə səhvdir. 300-ə yaxın anime izləyən və mövzuya hakim olan biri kimi bu mövzuda mübahisə edə bilərəm. İndi fikir verdim ki, EnVikidə də yoxdu belə kateqoriya. Görünür onlar da Anime filmləri olan yerdə Yaponiya cizgi filmləri kateqoriyasını yaratmağa lüzum görməyiblər. İkincisi, Yaponiya animeləri? Elə anlayış yoxdu. Anime elə Yaponiya animasiyası deməkdir. Başqa ölkələrin də animeləri olur? Türkiyə animesi? ABŞ animesi? Elə kateqoriya tamamilə səhv olardı. ABŞ muğamı adlı kateqoriya yaratmağa bənzəyir bu. Şəkilləri təftiş edə bilərsiz. Əminəm ki, mənim yüklədiyim şəkillər arasında lisenziyasızı olanı yoxdur.--White Demツnyo! 09:50, 11 avqust 2018 (UTC)
- Belə bir kateqoriyalaşdırma olmalıdır ki, ölkə bilinsin. Bütün yapon cizgi filmləri animedirsə onda olmalıdır Kateqoriya:Yaponiya animeləri. Yox başqa forması da varsa olmalıdır Kateqoriya:Yaponiya cizgi filmləri - onun içində isə Kateqoriya:Yaponiya animeləri, bilmirəm Kateqoriya:Yaponiya manqaları və s. Sənin yüklədiyin şəkilləri təftiş edəndən sonra müzakirə edərik. --Sortilegus (müzakirə) 09:40, 11 avqust 2018 (UTC)
Silinmə
redaktəSalam hörmətli Sortilegus. Zəhmət olmasa kateqoriyaları silərkən səbəb yazardız. İstifadəçilərin çoxu səbəbsiz yerə kateqoriyaların silinməsidən narazıdır. Düzdür şaxələndirmə məsələsində sizinlə həmfikir olsamda ancaq kateqoriyalar şaxələndirilməsin deyilən bir qayda da yoxdur. Hörmətlə --Rufet Turkmen (müzakirə) 10:17, 11 avqust 2018 (UTC)
- Əvvala müzakirə aparanda White Demon kimi əhatəli və səbrli müzakirə aparmaq lazımdı. Yoxsa Drabdullayev17 və Aykhan Zayedzadeh kimi yox. Ən azı Sortilegus hamınızdan yaşca böyükdü, bunu nəzərə alın. Qaldı ki, kateqoriya silmə məsələsinə, bəli nümunə göstərilən kateqoriya adlanması sürətli silinməlidir. Qırmızı keçidli kateqoriyalara ehtiyac yoxdu. İkincisi əvvəlcə məqaləni yaradıb sonra ona uyğun kateqoriya yaratmaq lazımdı. Boş, məqaləsiz kateqoriyaya ehtiyac yoxdur. Üçüncüsü isə onu billəm ki, Sortilegus normal olan kateqoriyanı silməz. Çünki bu sahədə mənim də təcrübəm var və Sortilegus çox az-az halda mənim yaratdığım kateqoriyaları silib. Bircə mənim də qəbul etmədiyim bir şey var ki, Sortilegus boş olub, lakin normal olan (vikidatalı) kateqoriyanı silir. Normal kateqoriyaya gec-tez məqalə daxil olacaq. Vəssalam. Bu qədər. --Araz Yaquboglu (müzakirə) 14:32, 11 avqust 2018 (UTC)
- Araz Yaquboglu, maraqlıdır, kimsə sizi təhqir eləsə sakin qalarsız? Mən Sortilegus adlı istifadəçi ilə insan kimi danışmışdım. Sadəcə "xahiş edirəm, kateqoriyaları silməyin" formasında. O isə başladı durduq yerə, müzakirə bitəndən günlər sonra mənə söz atmağa. Yaşa gəldikdə isə, sizin fikrinizə görə orta yaşlı insanların yeniyetmələri durduq yerə təhqir etmə, onlara absurd ittihamlar vermə hüququ var? Dediyim kimi, Sortilegus beş qaydanı pozub. Fikrimdən dönmürəm, o bloklanmalıdır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 15:02, 11 avqust 2018 (UTC)
- Hörmətli Araz Yaquboglu, dəfələrlə nəzakət daxilində bu məsələ haqqında dəfələrlə mən və digərləri yazıb. Amma nə fayda. Yaş məsələsinə gəldikdə bunun məsələyə nə dəxli var tam anlamadım amma mən də uşaq deyiləm. 33 yaşım var. Onun dediyi sözləri əslində təhqir kimi belə qəbul oluna bilər. Bunu siz məndən daha yaxşı bilirsiniz yəqin. Mən sizə bəlkə də onlarla kateqoriya tapa bilərəm ki, boş olmadığı və intervikisi olduğu halda silinib. Bunun üçün bir məntiqli izah varmı? --Drabdullayev17 (müzakirə) 15:23, 11 avqust 2018 (UTC)
- Araz Yaquboglu, maraqlıdır, kimsə sizi təhqir eləsə sakin qalarsız? Mən Sortilegus adlı istifadəçi ilə insan kimi danışmışdım. Sadəcə "xahiş edirəm, kateqoriyaları silməyin" formasında. O isə başladı durduq yerə, müzakirə bitəndən günlər sonra mənə söz atmağa. Yaşa gəldikdə isə, sizin fikrinizə görə orta yaşlı insanların yeniyetmələri durduq yerə təhqir etmə, onlara absurd ittihamlar vermə hüququ var? Dediyim kimi, Sortilegus beş qaydanı pozub. Fikrimdən dönmürəm, o bloklanmalıdır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 15:02, 11 avqust 2018 (UTC)
- Şaxələnməyə qarşı deyiləm. Amma bütün hallarda yox. Məsələn, tutalım filankəs Bostvana parkları kateqoriyasını yaradır, amma artıq bizdə yaradılmış Azərbaycan parkları, Türkiyə parkları və digər eyni tipli kateqoriyaların necə yaradıldığına göz yetirmir, götürür EnVikidəki sistemlə yaradır. Bax onda olur qarışıqlıq. Eyni tipli kateqoriyaların hamısı eyni cür yaradılmalıdır. Yoxsa biri belə, biri elə yox. Yəni kateqoriya yaradanda bizdə eyni tiplisinin olub-olmamasına diqqət yetirmək lazımdır. Digər hallarda şaxələnməyə qarşı deyiləm, çünki xeyli kateqoriya göstərə bilərəm ki, şaxələnmə ilə yaradılıb, 1-2 məqalə və kateqoriyadan ibarət idi, lakin indi məqalə ilə doludur. Şaxələnmə standart şəkildə tətbiq olunduğu müddətcə AzVikiyə ziyan verməyəcəyini düşünürəm.--White Demツnyo! 15:30, 11 avqust 2018 (UTC)
- Qırmızı keçidli kateqoriyalara gəldikdə isə, mən də onların belə saxlanılmasını dəstəkləmirəm. Onları belə boş buraxmaqdansa, ya çıxarılmalı, ya da yaradılmalıdır.--White Demツnyo! 15:32, 11 avqust 2018 (UTC)
- Araz bəy fikrimcə hörmətli həmkarlara heç vaxt hörmətsizlik etməmişəm. Əgər bilmədən hardasa, yanlışlıqla hörmətsizliyim olubsa üzürlü sayın. --Rufet Turkmen (müzakirə) 19:17, 11 avqust 2018 (UTC)
Yeni bürokrat
redaktəSalam Eldarado. Sizi latın əlifbalı Azərbaycan dilində vikipediyanın bürokratı seçilməniz münasibəti ilə təbrik edirəm. Bürokrat üçün ən vacib şərt tərəfsizliyini qorumaqdır. İnanıram ki, siz bu şərtə bundan sonrakı fəaliyyətinizlə tam cavab verəcəksiniz. Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram.--Sortilegus (müzakirə) 21:52, 15 avqust 2018 (UTC)
Kateqoriya adının dəyişdirilməsi
redaktəSalam. Tikililər kateqoriyasının adını Binalar və qurğular olaraq dəyişmək istəyirəm. Çünki ingilis, rus dillərində də belə istifadə olunur. Siz bu mövzuda nə düşünürsünüz? --Drabdullayev17 (müzakirə) 08:52, 22 avqust 2018 (UTC)
- Salam. Gərək yoxdu məncə. Tikililər bir az daha geniş anlamda olsa da başadüşüləndir. "Qurğu" sözünün Azərbaycan dilində fərqli mənaları olduğu üçün qarışıqlıq yaradacaq. Həm də alt kateqoriyası çoxdur. Dəyişsə hamısının adları dəyişməlidir.--Sortilegus (müzakirə) 08:55, 22 avqust 2018 (UTC)
Yuxu qrupunun albom adları
redaktə- Salam. Mən bir müddət öncə qeyd etdiyim albom adlarının hər sözünün baş hərfini böyük hərfə dəyişmişdim. Fikrimcə "Xəzərin sahilində" deyil, "Xəzərin Sahilində" daha uyğundur. Çünki bu bir albom adıdır, cümlə deyil. Demək olar ki, bütün əsas mənbələrdə adları bu cür görürəm. Zəhmət olmasa, bu linkə baxın: [3] --Toghrul Rahimli (müzakirə) 09:55, 25 avqust 2018 (UTC)
- Salam. Türk və ingilis dillərində siz deyən kimi yazılır - albomların, mahnıların, hətta filmlərin və kitabların adlarındakı bütün sözlər böyük hərflə verilir. Amma bizim dildə kiçik hərflərlə. Bu hər halda rus dilinin təsiri ilə belə olub. Ona görə də baxın adı Azərbaycan dilində olan bütün film, mahnı, kitab və s. sadəcə birinci sözün birinci hərfi böyük hərflə yazılır. Amma türk, ingilis və s. dillərdəki mahnılar haqqında burada məqalə yaradanda adları orijinalda saxlayırıq (film və kitab adlarını tərcümə edirik). O dildəki mahnıların adlarındakı bütün sözlər böyük hərflə qalır (adlandırma orijinal olduğu üçün). Hörmətlə:--Sortilegus (müzakirə) 10:01, 25 avqust 2018 (UTC)
Ad
redaktəSalam. Sizcə Manoptera Dəstəsi məqaləsinin adı düzgündür?--Nəriman 12:13, 12 sentyabr 2018 (UTC)
Sual
redaktəSalam cənab Sortilegus bəy. Kateqoriyasız səhifələrdə belə bir məqalə var, Hidrogeoloji quyuların kateqoriyaları. Sizcə bu məqalə ensiklopedikdir ? Fikrinizi bilmək istərdim.--Anar 10:46, 14 sentyabr 2018 (UTC)
- Salam Anar bəy. Məncə ensiklopedik deyil. Bəlkə də "Hidrogeoloji quyular" adlı məqalə yaradıb bu məlumatları orada vermək olar qısa bir bölmə kimi. Bəlkə də buna belə ehtiyac yoxdur. Mənim sahəm olmadığı üçün dəqiq bir şey söyləyə bilmirəm. Hörmətlə: --Sortilegus (müzakirə) 10:54, 14 sentyabr 2018 (UTC)
- Sortilegus bəy məqalənin adını dəyişərək "Hidrogeoloji quyular" qoyaq. Məqalədə onsuzda hidro quyulardan bəhs edir. Hörmətlə.--Anar 15:13, 14 sentyabr 2018 (UTC)
İrad
redaktəMənim yazdığım Gec Təbaşir adlı məqalənin adında və içində bir xeyli dəyişilik etmisiniz. Çox əminliklə deyirəm ki, çox kobud orfoqarafik səhvlərdi. Dövlrəin adı cümlə daxilində böyüklə yazılır. Bəlkə siz rusca vikipediyaya və ya bizim əvvəlki kitablara baxıb etmisiniz. Yenə də qeyd edirəm bu çox kobud səhvdi. Mən geoloqam və bu sahədə işləyirəm. Bu məsələni isə filoloqlardan belə soruşmuşam. Ona görə sizdən xahiş edirəm o etdiyiniz dəyişiklikləri geri qaytarın. Erzuman gia
- Salam. Ola bilər siz haqlısınız. Bunun üçün adlandırmaya etibarlı mənbələrdən istinadlar verin. Məsələn, Azərbaycan dilində nəşr olunan ensiklopediyalarda bu adlandırma böyük hərflədirmi? ASE-də və ya yeni nəşr olunan ensiklopediyada. Əgər elədirsə, təbii ki, adlandırmanı geri qaytararıq və digər bütün adlnadırmalara da bunu tətbiq edərik. Hörmətlə:--Sortilegus (müzakirə) 18:37, 17 sentyabr 2018 (UTC)
- Salam. Hörmətli Sortilegus, Erzuman gia tamamilə haqlıdır siz yenə araşdırma etmədən məqalə adı dəyişmisiniz. Bu dəyişikliyi nəyə əsaslandırısınız bilmirəm amma Azərbaycan dilinin orfoqrafiya qaydalarının 29-cu maddəsinə əsasən məqalə Gec Təbaşir dövrü adlandırılmalıdır. --Drabdullayev17 (müzakirə) 06:18, 22 sentyabr 2018 (UTC)
- Drabdullayev17 düzgün izah verdiyiniz üçün təşəkkür edirəm. Mən də məhz sizin paylaşdığınız qanuna əsasən dövrlərin adlarını böyüklə yazırdım. Belə bir qanunun olduğunu bilridim amma əlimdə qanun şəkilndə bir əsas yox idi. Paylaşdığınız üçün təşəkkür edirəm. Çox təəssüf ki, bütün geologiya kitablarında və ensiklopediyalarda bu qanuna əməl olunmayıb. Səbəb isə odu ki, müəlliflər SSRİ dönəmində rus dilində təhsil almış və dilin qramatikasını bilməmişlər. Rus dilində geoloji dövrlər cümlədə sifət kimi işlənir deyə balaca ilə. Bizim müəlliflər də rus kitablarından onlar kiçiklə yazıb deyə o şəkildə köçürüb. Təssüf doğuran bir məqam da odu ki, bir çox yeni vikiməqalələr yazanlarda ensiklopediyalarda kiçik hərflə yazılıb deyə kiçik hərflə yazır ~~~~
Sual
redaktəSalam Hörmətli Sortilegus, Yer+xəritə şablonu niyə silinibdir ? — Bu imzasız yazı Nuray95 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam Nuray95. Mən silmişəmsə yəqin istifadəsiz şablon olduğu üçün bunu etmişəm. Amma siz adını yazdığınız şablon silinməyib. Silinən şablonun dəqiq adı necədir? Onun adını dəqiq yazsaydınız, tarixçəsinə baxardım, gərəkirsə bərpa edərdim. Hörmətlə:--Sortilegus (müzakirə) 18:50, 9 oktyabr 2018 (UTC)
White Demon ulduzu
redaktəWhite Demon ulduzu | ||
Uzun illər boyunca Azərbaycandilli Vikipediyada davamlı şəkildə verdiyiniz töhfələrə görə təqdim olunur! Ariqato qozaymas!--White Demツnyo! 20:54, 9 oktyabr 2018 (UTC) |
Sual
redaktəSalam. Mən təftişçi qaydalarının qəbulu üçün səsvermə başlada bilərəm?--Nəriman 19:19, 21 oktyabr 2018 (UTC)
Please correct the wrong name. This Russian name of the Ukrainian city came to your language through an intermediary Russian in the period of the USSR. Ukraine is an independent country and it is wrong to use Russian names for our cities. This is the wrong name because it is Russian. Azerbaijan is integrated into Europe very strongly therefore it is necessary to use the European names of the Ukrainian cities. The European name of the Ukrainian cities is to replace with the real Ukrainian name. Look at Turkey - they have long used the real Ukrainian name of Zaporijya Zaporijya and Zaporijya vilayəti - well take root in the Azerbaijani language
- Hello dear Bohdan Bondar, I've seen your request and I must say that there is not many Azerbaijani sources about the name of the city. But I've found two variants - Zaporojye (most common) and Zaporojya, the latter being not that common at all. I've changed the names of the corresponding articles, but a redirect will stay. If you need anything else, you can contact me. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 22:58, 23 noyabr 2018 (UTC)
Lalə Əsədovanın şəkili
redaktəSalam, əziz həmkar! Zəhmət olmasa, Lalə Əsədovanın şəkilini yenidən bərpa edə bilərsiniz? O vandalizm nəticəsində işlənilməyib. — Bu imzasız yazı Азербайджан-е-Джануби (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Азербайджан-е-Джануби bərpa edildi. --Araz Yaquboglu (müzakirə) 16:57, 26 noyabr 2018 (UTC)
- Araz Yaquboglu, təşəkkür edirəm. --Azərbaycan-e-Cənubi 17:10, 26 noyabr 2018 (UTC)
Hüquq fəlsəfəsi
redaktəSalam, Kateqoriya:Hüquq fəlsəfəsi-ni silmə səbəbiniz nədir? Zəhmət olmasa, izah edə bilərsiz? --Firuze Nesibli (müzakirə) 09:17, 27 noyabr 2018 (UTC)
- Firuzə xanım, Sortilegus onu boş olduğu üçün silib. O, boş kateqoriyaların qənimidir. ;) --►Cekli829 10:10, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, kateqoriyada 1-2 məqalə var deyə silmək nə dərəcədə doğrudur?:(( O biriləri hələ tərcümə edəcəkdim. Həm də digər dillərdə də var o kateqoriya. Xahiş edirəm, bərpa edin sizə zəhmət:))--Firuze Nesibli (müzakirə) 10:16, 27 noyabr 2018 (UTC)
- Firuzə xanım, o kateqoriyaya aid hansı məqalələr var? --►Cekli829 11:46, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, silindiyinə görə xatırlamıram:( İngilis dilində olan budur: https://en.wikipedia.org/wiki/?axtar=Category:Philosophy_of_law --Firuze Nesibli (müzakirə) 12:04, 27 noyabr 2018 (UTC)
- Firuzə xanım, bəs Sizcə AzVikidə mövcud olan məqalələrdən hansılarını o kateqoriyaya daxil etmək olar? Əgər hazırda AzVikidə elə bir məqalə varsa, mən kateqoriyanı bərpa edə bilərəm. --►Cekli829 12:10, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, həmin kateqoriyanın ingilis dilində olan variantında aşağıdakı məqalələr qeyd olunub: Arxont, Avtoritet, Ədalət, Pozitivizm, Əsli dəlillər, Hüququn aliliyi, İşgəncə. --Firuze Nesibli (müzakirə) 12:44, 27 noyabr 2018 (UTC)
- Bərpa etdim. --►Cekli829 12:47, 27 noyabr 2018 (UTC)
- Çox sağ olun, Tərxan müəllim!!!--Firuze Nesibli (müzakirə) 12:54, 27 noyabr 2018 (UTC)
- Bərpa etdim. --►Cekli829 12:47, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, həmin kateqoriyanın ingilis dilində olan variantında aşağıdakı məqalələr qeyd olunub: Arxont, Avtoritet, Ədalət, Pozitivizm, Əsli dəlillər, Hüququn aliliyi, İşgəncə. --Firuze Nesibli (müzakirə) 12:44, 27 noyabr 2018 (UTC)
- Firuzə xanım, bəs Sizcə AzVikidə mövcud olan məqalələrdən hansılarını o kateqoriyaya daxil etmək olar? Əgər hazırda AzVikidə elə bir məqalə varsa, mən kateqoriyanı bərpa edə bilərəm. --►Cekli829 12:10, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, silindiyinə görə xatırlamıram:( İngilis dilində olan budur: https://en.wikipedia.org/wiki/?axtar=Category:Philosophy_of_law --Firuze Nesibli (müzakirə) 12:04, 27 noyabr 2018 (UTC)
- Firuzə xanım, o kateqoriyaya aid hansı məqalələr var? --►Cekli829 11:46, 27 noyabr 2018 (UTC)
- Tərxan müəllim, kateqoriyada 1-2 məqalə var deyə silmək nə dərəcədə doğrudur?:(( O biriləri hələ tərcümə edəcəkdim. Həm də digər dillərdə də var o kateqoriya. Xahiş edirəm, bərpa edin sizə zəhmət:))--Firuze Nesibli (müzakirə) 10:16, 27 noyabr 2018 (UTC)
Sual
redaktəSalam cənab Sortilegus bəy. Antivandalizm ulduzu vandalizmlə mübarizə aparanlara verilir ? Yəni vandalizmlə mübarizə aparanlar bu mükafatla təltif olunurlar ?--Anar 15:58, 29 noyabr 2018 (UTC)
Bu məqaləyə baxsaz sizə minnətdar olardım.--Anar 15:59, 29 noyabr 2018 (UTC)
Bərpa
redaktəSalam. Şablon:Futbolçu2 səhifəsini bərpa edə bilərsiniz? Yenidən işləyəcəm.--Nəriman 20:25, 4 dekabr 2018 (UTC)
Hello The name is old. There is no Soviet Union and therefore the time has come to acquaint the Azerbaijanis with the real name of the city Çornobıl . There is no Soviet Union, and therefore it is time to acquaint Azerbaijanis with the real name of the city. The difference in the Ukrainian and Russian names is only one letter.--Bohdan Bondar (müzakirə) 11:44, 6 dekabr 2018 (UTC)
- Hello Bohdan Bondar. In Azerbaijani literatures, the city is called Çernobıl, not Çornobıl. For example, Georgians call Georgia Sakartvelo. Then why are you writing Грузiя in Ukrainian? Write as in the original.--Sortilegus (müzakirə) 20:10, 6 dekabr 2018 (UTC)
- Sortilegus The onslaught of Russian books on the post-Soviet space is very large and is a headache for Ukraine. Unfortunately, we are playing the information war on Russia because we don’t spend so much money.After Russians killed more than 10,000 Ukrainians in the Donbass, Russian names on foreign maps and Wikipedia are particularly unpleasant. Especially they are strange to look in the wikipedia of countries that in 2014 immediately began to provide political and other support as your country.
For a start, you can make an alternative name and in the article emphasize where the Russian name and where is Ukrainian. Here is an example of how you can arrange. https://fr.wikipedia.org/wiki/?axtar=Tchernobyl https://tr.wikipedia.org/wiki/?axtar=Çernobil https://ca.wikipedia.org/wiki/?axtar=Txernòbil
I am sure that the Azerbaijani thinks that Cernobil is the real name. Ukraine does not use Soviet names and uses new ones after renaming in 1990 yeaars .
ABOUT Грузія
They answered my letter to the ukrainian government The Georgian government has not officially appealed to Ukraine to use the real name Sakartvelo or Джорджія Георгія (COUNTRY OF SAINT GEORGE).
When Georgia appealed through the UN to use the real name (10 years or less ago) , then the revanchism of the Russian forces began before the arrival of the protege of Moscow Yanukovych, so we did not respond to the request voluntarily. I know then responded to the request of South Korea--Bohdan Bondar (müzakirə) 21:21, 6 dekabr 2018 (UTC)--Bohdan Bondar (müzakirə) 21:21, 6 dekabr 2018 (UTC)--Bohdan Bondar (müzakirə) 21:21, 6 dekabr 2018 (UTC)
Tərcümə
redaktəSalam. Rusca bilirsizsə "число подвижного состава" sözünü tərcümə edə bilərsiniz?--Nəriman 20:01, 20 dekabr 2018 (UTC)
- Salam. Nəsə dəmiryolu nəqliyyatı ilə bağlı termindir. "Vaqonların sayı" ola bilər. Amma mənim başım çıxan sahə olmadığına görə əmin deyiləm.--Sortilegus (müzakirə) 20:06, 20 dekabr 2018 (UTC)
Kiril - Latın
redaktəSalam həmkar. Necəsiniz? Məqalələrdə Kiril - Latın dəyişmələrinizi görürəm. Maraqlı gəldi onu necə müəyyən edə bilirsiz? Hansısa proqramdı, ya necə? --Araz Yaquboglu (müzakirə) 14:59, 21 dekabr 2018 (UTC)
- Salam Araz bəy. Təşəkkür edirəm, yaxşıyam. İnşallah siz də yazşısınız. Yox, xüsusi proqram yoxdu. Ən çox işlənən sözlərə görə vikipediyada axtarış verirəm. O sözlərin içində də əsasən "a", "o", "x", "e", "k" hərflərinə görə axtarıram. Çünki kiril və latın əsasən bu hərflərdə qarışıq düşür. Bu hərflərdən birini kirillə yazıram. Məsələn, "olan" sözünün axtarışını verirəm vikipediyada, amma birinci "o" hərfini kirillə, digərlərini latınla yazıram. Belə bir axtarış nəticəsi alınır. Bu o anlama gəlir ki, bu siyahıdakı məqalələrin hamısında "olan" kəliməsində birinci "o" hərfi kirillə yazılıb və böyük ehtimal ki, bu məqalələrdə iki əlifba qarışığı var. Sonra bütün məqaləni kompyuterdə vörd faylına köçüçürəm, orada kirillə yazılan hərfləri bir düyməylə latına dəyişirəm, sonra yenə azvikiyə köçürürəm. Bir problem çıxaran məsələ məqalədə rus dilində mənbələrə, xarici keçidlərə istinadlardır. Əgər belə istinadlar varsa vörd sənədi o istindalardakı "a", "o", "e" və s.-i də latın hərflərinə çevirir. Bir bu məsələyə diqqət edirəm. Hörmətlə:--Sortilegus (müzakirə) 21:33, 21 dekabr 2018 (UTC)
- Super. Anladım. Var olun. --Araz Yaquboglu (müzakirə) 14:26, 22 dekabr 2018 (UTC)
- Sortilegus, word-dəki hərf dəyişmə funskiyası vikipediyanın özündə belə var.--Nəriman 21:37, 21 dekabr 2018 (UTC)
- Salam Neriman2003. Onu heç birimirdim. Öyrədərsən burda vaxtın olanda. Hörmətlə:--Sortilegus (müzakirə) 21:40, 21 dekabr 2018 (UTC)
- bölməsində "Ətraflı" adında yazı var. Görmüsüz hər halda. Ona klikləyin redaktə hissəsinin yuxarısında sağ küncdə lupa şəkli görəcəksiz. Odur. Bunla həm hamısını bir dəfəyə istəsəz bir-bir dəyişə bilərsiniz.--Nəriman 21:42, 21 dekabr 2018 (UTC)
- Eyni zamanda К→K dəyişikliyi etsəzdə yaxşı olar. Ən çox idmançı məqalələrində bu cür dəyişikliyə ehtiyac var.--Nəriman 21:44, 21 dekabr 2018 (UTC)
Rise şablonu
redaktəBu şablonlar niyə silinib? Bundan əlavə açıqlamasız silinib. Siz baxmırsız ki, bu digər məqalələrdə problem yarada bilər? --Azerifactory (müzakirə) 11:54, 23 dekabr 2018 (UTC)
- Salam. Problem yaratmaz. İstifadəsiz şablonlar silinib. --Sortilegus (müzakirə) 14:10, 23 dekabr 2018 (UTC)