Istifadeci Muzakiresi Seko Selimov - Wikipedia
Xahiş biraz gözləyin
redaktəHörmətli Araz bəy xahiş edirəm, mən məqaləni yaratdıqdan sonra biraz gözləyəsiniz. Az öncə etdiyiniz dəyişiklik mənim redaktəmlə eyni vaxtda oldu. Məndə bu məqama fikir vermədim və bayaqdan üzərində işlədiyim River Volley Pyaçentsa Məqaləsindəki redaktəm qeydə alınmadı. Əlavələrinizə görə təşəkkürlər --Sehrab (talk) 13:43, 18 mart 2014 (UTC)
- Salam həmkar. Haqlı iraddır. Mən bir az tələskənlik etdim. Elə hal (eyni vaxtda redaktə) baş verəndə etdiyiniz əlavəni kopya edib məqalədən çıxın yenidən daxil olub vstavit edin. Bir daha bağışlayın. --Araz Yaquboglu (talk) 13:48, 18 mart 2014 (UTC)
Kipr Respublikası yoxsa Cənubi Kipr?
redaktəSalam. Siz Cənubi Kipr kateqoriyasını silib Kipr Respublikasına köçürmüsünüz. Mən bildiyimə görə Şimali Kipr müstəqil dövlət deyil. Bu dövlətin cənubda qalan ərazisi isə müstəqildir və Cənubi Kipr olaraq adlandırılır. Bunun üçün mənbə göstərməyə ehtiyac yoxdur məncə, mənbə üçün "google"a axtarışa ilk öncə Cənubi Kipr sonra isə Kipr Respublikası yaza bilərsiniz. Bu dövlət ümumiişlək dildə də Cənubi Kipr kimi tanınır. əlavə baxın Kipr Respublikası Məqaləsində də qeyd olunub ki bu ölkə Azərbaycanda Cənubi Kipr olaraq tanınır. Hörmətlə --Sehrab (talk) 10:19, 20 mart 2014 (UTC)
- Salam. Azərbaycanda Cənubi Kipr söylənilir, çünki tanınmamış Şimali Kipr Türk Respublikası da mövcuddur. Amma dünyada tanınan dövlət məhz bizim qeyri-rəsmi olaraq "Cənubi Kipr", bütün dünyanın isə sadəcə Kipr və ya Kipr Resbublikası adlandırdığı dövlətdir. Hətta türkdilli vikipediyada da dövlətin adı tr:Kıbrıs Cumhuriyeti olaraq qeyd edilib. Hörmətlə:--Sortilegus (talk) 20:45, 20 mart 2014 (UTC)
Lazımsız kateqoriyalar
redaktəSalamlar. Kateqoriyalar bölməsində işləyən ən aktiv idarəçilərdən biri kimi bu sualı sizə ünvanlamaq istədim. Hər hansı voleybolçunu məsələn, götürək Madelayn Montano məqaləsini burada məqaləyə Kolumbiya voleybolçuları kateqoriyasını əlavə etdikdən sonra voleybolçular kateqoriyasını əlavə etməyin nə yeri var? Onsuzda Kolumbiya voleybolçuları kateqoriyası voleybolçular kateqoriyasının alt kateqoriyasıdır. Təklifim budur ki, belə məqalələrdə üst kateqoriyaları silək. Bu hala başqa məqamlarda da rast gəlinir.--Sehrab (talk) 07:40, 21 mart 2014 (UTC)
- Salam həmkar. Dediyiniz məsələ tam siz deyən kimidir. Bəli onsuzda Kolumbiya voleybolçuları kateqoriyası sonda Voleybulçular kateqoriyasının içərisində olur. Belə hallara rast gəldikcə təmizləmək lazımdır. --Araz Yaquboglu (talk) 14:52, 21 mart 2014 (UTC)
Loqo və şəkil
redaktəSalam zəhmətkeş Vikiçi. Fəaliyyətinizdə sizə uğurlar arzu edirəm. Məsləhətim budur ki, şəkil və loqolar yükləyərkən faylın adını AzVikidəki məqalənin adına uyğun yazardız. Məsələn: Fayl:120px-Logo MKS Dabrova Gorniczaloqo.jpg belə yox Fayl:Loqo MKS Dabrova Gornicza.jpg və ya Fayl:MKS Dabrova Gornicza-loqo.jpg olsa daha yaxşı olar. Heç olmasa faylın qarşısındakı 120px- olmasa da olar. --Araz Yaquboglu (talk) 16:39, 24 mart 2014 (UTC)
- Salam. Başa düşdüm. Bundan sonra diqqət yetirərəm.--Sehrab (talk) 16:49, 24 mart 2014 (UTC)--
Sual
redaktəSalam sizdən bir söz soruşacaqdım.Sualım budur ki,Vilavan Apinyaponq məqaləsində səhvən əlavə etdiyim Kateqoriya:İqtisadçı QVK kateqoriyasını necə silim? --Sehrab (talk) 20:20, 27 mart 2014 (UTC)
- Salam kateqoriya məqalənin içində olduğundan nəzərinizdən qaçıb. Kateqoriyaları həmişə məqalənin sonunda yazın. Mən həll etdim. --Araz Yaquboglu (talk) 20:24, 27 mart 2014 (UTC)
Silinən şəkil
redaktəSalam. Naz Aydemir məqaləsindəki şəkili niyə sildiniz və ya niyə dəyişdirdiniz? Siz yüklədiyiniz şəkil köhnə versiyadır. Qeyd edilən şəkildə voleybolçu Fənərbaxçanın formasındadır. Naz Aydemirin bu komanı tərk etməsindən isə iki il ötür. Mən yüklədiyim şəkil yeni versiya idi. Ölçüləri də normal və gözəbatandır. Hər-halda şəkli silməmişdən qabaq mənə bildirməniz daha yaxşı olardı. Nutsara Tomkom məqaləsinin ana şəklində etdiyiniz dəyişiklik düz idi. Mən də bu tip məqalələri yaradarkən vikimediaya baxıram. Ancaq arada öz işlərimi də əlavə edirəm ki, azviki digər vikilərin kopiyaçısı olmasın və ya başqalarının səhvini təkrarlamasın. Hər-halda siz məndən daha təcrübəli istifadəçisiniz, dəyişiklərinizə diqqət və hörmət edirəm. --Sehrab (talk) 18:54, 1 aprel 2014 (UTC)
- Salam. Əslində şəkillər Commonsa yüklənməlidir. Düzdür bir voleybolçunun lap bir neçə formada və görkəmdə şəkili ola bilər. Ancaq məsləhətdir ki, Commonsa yüklənsin. Çünki burada yüklənən şəkillər vaxt gələcək ki, silinəcək. Mən Commonsda olduğundan elə etdim. Bir də ki, bir oyunçu çox komandada oynaya bilər bu o demək deyil ki, hansı şəkil olmalıdır. Məncə bunun o qədər də fərqi yoxdur. Şəkillər ciddi lisenziyalar, mənbələr tələb edir (Yükləmək üçün). Gərək fotoqraf məlum ola, onun icazəsi ola, şəkil heç yerdə yüklənənə qədər yayımlanmaya və s. və i.a. Çalışın ki şəkilləri Commonsa yükləyəsiz. Sizə işlərinizdə uğurlar arzu edirəm. Çox zəhmət çəkirsiz. Eşq olsun sizə. --Araz Yaquboglu (talk) 05:54, 2 aprel 2014 (UTC)
- Babək bəyə Dediyiniz tire ("-") ilə defis ("—") işarəsi haqqında bildirim ki, redaktə zamanı aşağıdakı açılan İşarələr: pəncərəsində 1-ci işarədən (—) istifadə etməlisiz. --Araz Yaquboglu (talk) 07:43, 13 aprel 2014 (UTC)
- Necə? Məsələn bu məqalədə Dəvətlə qatılan komandalar bölməsində qoyduğum işarə doğrudurmu? --Seko Selimov (talk) 07:57, 13 aprel 2014 (UTC)
- Həmin məqalədə mən birin qoydum baxın. Səhifəni qeyd et sözü ki var düz onun altındadı. İşarələr. --Araz Yaquboglu (talk) 08:04, 13 aprel 2014 (UTC)
- Necə? Məsələn bu məqalədə Dəvətlə qatılan komandalar bölməsində qoyduğum işarə doğrudurmu? --Seko Selimov (talk) 07:57, 13 aprel 2014 (UTC)
- Təşəkkürlər köməyinizə görə. Birdəki bu məqalədə etmək istədiyim, ancaq edə bilmədiyim bir şey də var. Orada Komandalar bölməsindəki üç komandanı Dəvətlə qatılan komandalar bölməsinə adi istinad yönləndirməsindəki kimi keçid etmək istəyirəm, ancaq belə bir şeyin mövcudluğu haqqında məlumatım yoxdur. Ona görə də daxili xarici keçiddən istifadə etmişəm. Bu da məqalənin görünüşünə bir qədər xərər gətirib.
- Elə bir şey Qeydlər: kimi edilməlidir indi baxaram. --Araz Yaquboglu (talk) 08:38, 13 aprel 2014 (UTC)
- Bir variant tapıb elədim. Xoşunuza gəlməsə nə vaxtsa yeniləmək də olar. --Araz Yaquboglu (talk) 09:39, 13 aprel 2014 (UTC)
- Çox sağolun, vaxtınızı aldığıma görə də üzr istəyirəm.--Seko Selimov (talk) 10:16, 13 aprel 2014 (UTC)
- Bir variant tapıb elədim. Xoşunuza gəlməsə nə vaxtsa yeniləmək də olar. --Araz Yaquboglu (talk) 09:39, 13 aprel 2014 (UTC)
Salam həmkar. Mənim əlavəmi niyə geri qaytardız. Səhvimi deyərdiz bilim. --Araz Yaquboglu (talk) 15:00, 14 aprel 2014 (UTC)
- Əleykümə Salam. Hər hansı bir səhv yox idi, sadəcə çin voleybolçuları olan yerdə çinli voleybolçuları əlavə etməyin yeri yoxdu. Digər vikilərdə də belə hal müşahidə olunmur. Çində doğulanlar əlavəsini isə indi gördüm, məqaləyə geri qaytardım. --Seko Selimov (talk) 13:49, 15 aprel 2014 (UTC)
- Salam həmkarım. Əvvala hər hansı istifadəçiyə etdiyiniz mesajı həmin istifadəçinin İstifadəçi müzakirəsi səhifəsində yazmalısız. Çünki onda onun xəbəri olacaq. Siz yazdığınız kimi isə xəbərləri olmur. "Çin voleybolçuları" kateqoriyası söhbətində isə Çinli voleybolçular başqa Çin voleybolçuları başqa. Çinli voleybolçu Azərbaycan komandasında oynasa biz ona Azərbaycan voleybolçuları və Çinli voleybolçular kateqoriyasını yazacağıq. Deməli Çinli Çində oynayırsa onda mən yazan kateqoriya ("Çin voleybolçuları" və "Çinli voleybolçular") uyğundur və düzdür. Bunların biri onun milliyətini, biri isə oynadığı dövləti göstərir. --Araz Yaquboglu (talk) 09:37, 15 aprel 2014 (UTC)
- Mən sizin dediyinizin əksini iddia etmirəm. Nadir voleybolçular öz ölkəsindən kənarda oynayır. Belə olduqda onlar oynadıqları ölkənin də vətəndaşlığını qəbul edir və 2 vətəndaşlı olur. Məsələn Neriman Özsoy Bolqarıstanda anadan olmuş türk voleybolçudur. İngilis dilli vikipediyada bu faktı nəzərə alaraq onu Bulgarian emigrants to Turkey yəni bolqar türkləri kateqoriyasına əlavə ediblər. Hər-halda belə məqamlarda məsləhət görərdim ki, biz italyanca vikipediyadan dərs götürək. Çünki, onlar vikidə voleybol sahəsində açıq-aşkar liderdilər. İtalyanlar belə küçük incəliklər yerinə bəhs etdiyimiz voleybolçunu daha faydalı olan Çinin olimpiya bürüncünə sahib idmançıları kateqoriyasına əlavə ediblər. (Cinesi vincitori di medaglia di bronzo olimpica) Hörmətlə --Seko Selimov (talk) 13:49, 15 aprel 2014 (UTC)
- Salam həmkarım. Əvvala hər hansı istifadəçiyə etdiyiniz mesajı həmin istifadəçinin İstifadəçi müzakirəsi səhifəsində yazmalısız. Çünki onda onun xəbəri olacaq. Siz yazdığınız kimi isə xəbərləri olmur. "Çin voleybolçuları" kateqoriyası söhbətində isə Çinli voleybolçular başqa Çin voleybolçuları başqa. Çinli voleybolçu Azərbaycan komandasında oynasa biz ona Azərbaycan voleybolçuları və Çinli voleybolçular kateqoriyasını yazacağıq. Deməli Çinli Çində oynayırsa onda mən yazan kateqoriya ("Çin voleybolçuları" və "Çinli voleybolçular") uyğundur və düzdür. Bunların biri onun milliyətini, biri isə oynadığı dövləti göstərir. --Araz Yaquboglu (talk) 09:37, 15 aprel 2014 (UTC)
Tələsməyin
redaktəSalam. Xahiş edirəm, iş gedir şablonu məqalədə olduqda müdaxilə etməyə tələsməyin. Fikrim sizə irad tutmaq deyil, sadəcə bu zaman məqaləni yaratmağa yeni başladığımdan digər məqalələrdəki oxşar təcrübələrdən istifadə edirəm və redaktə zamanı həmin məqalələrdən qalan yanlış məlumatlar da olur. Bu intervalda sizin etdiyiniz əlavələr də səhv olur. Hörmətlə --Seko Selimov (talk) 12:43, 21 aprel 2014 (UTC)
- Doğru deyirsiz. Sizi anladım. --Araz Yaquboglu (talk) 13:25, 21 aprel 2014 (UTC)
Futbol turnirləri
redaktəSalam Cekli. Sizə təklifim budur ki, Tolerantlıq Kuboku 2014 və Ali məktəb tələbələri arasında futbol üzrə Respublika çempionatı kimi futbol turnirləri məqalələrini qeyri-peşəkar və yaxud da həvəskarlar arası futbol turnirləri kateqoriyasında toplayaq. Çünki indiki vəziyyətdə onlar Libertadores Kuboku kimi dünya səviyyəli yarışlarla eyni kateqoriyadadırlar. Hörmətlə --Seko Selimov (talk) 08:38, 23 aprel 2014 (UTC)
- Gec-tez Sizin dediyiniz kimi olacaq. Çünki kateqoriyalaşma hələ tam yekunlaşmayıb. Bu proses daim inkişafdadır. Hörmətlə, --►Cekli829 09:40, 23 aprel 2014 (UTC)
2014
redaktəSalam 2014 məqaləsi çox səliqəsiz vəziyyətdədir. Burdakı siyahılarda qrammatik uyğunluq yoxdur. Eyni qayda ilə yazılmalı olan vəfatlar bölməsində şəxslərin adından öncə və sonra gah "-", gah "—", gah da "," işarəsi qoyumluşdu. Özü də əlavələrin çoxsu təcrübəli istifadəçilər tərəfindən edilmişdir. Bu nə dərəcədə düzgündür? --Seko Selimov (talk) 10:50, 26 aprel 2014 (UTC)
- Belə məqalələrdə belə qüsurların olması çox normaldır. Çünki onlar tam təkmil məqalə deyil. Onları təkmilləşdirərək qüsurları aradan qaldırmaq mümkündür. Hörmətlə, --►Cekli829 11:54, 26 aprel 2014 (UTC)
Hərf tərcüməsi
redaktəSalam. Xorvat dilindəki š hərfinin bizim dildəki qarşılığı "ş" hərfidir yoxsa, "s"? İvana Miloş (Ivana Miloš) məqaləsininin adı ilə əlaqədar qərarsız qalmışam. Bəzi mənbələrdə bu oyunçunun adı Milos verilsədə, bəzilərində Miloş kimi qeyd edilmişdir. Bu haqda məlumatınızın olduğunuzu düşündüyümdən sualı sizə ünvanladım. --Seko Selimov 17:12, 28 aprel 2014
İdman növləri kateqoriyasının silinməsi barədə.
redaktəSalam. Təklif edirəm ki, Ölkələrinə görə idman növləri kateqoriyasını silək və bu kateqoriyanı Ölkələrinə görə idman kateqoriyasına köçürək. "Sanballı" vikilərin hamısında belədir. İndiki halda çox ciddi səhvlərə yol verilib. Futbolla digər idman növləri (həndbol, basketbol və.s) ayrı-ayrı kateqoriyalarda göstərilib. İndiki vəziyyətdə belə çıxır ki, futbol idmandı, voleybol isə idman növüdü.(Məsələn baxın) Seko Selimov 17:39, 5 may 2014 (Bakı vaxtı ilə)
- Salam. Əslində kateqoriyalaşdırma kimi indiki daha düzgündür. Böyük vikilərdə bu cür kateqoriyalaşdırma aparılıb. Məsələn, deyək ki, Kateqoriya:Macarıstanda idman içərisində Kateqoriya:Macarıstan idmançıları, Kateqoriya:Macarıstan milli idman komandaları və
Kateqoriya:Macarıstanda idman növləri kateqoriyaları var. Orda sadəcə yerində olmayan Kateqoriya:Macarıstanda futbol kateqoriyasıdır ki, o Kateqoriya:Macarıstanda idman növləri kateqoriyasının içinə daxil edilməlidir. Onda hər şey olur normal. Amma siz dediyiniz ki, Kateqoriya:Macarıstanda idman növləri kateqoriyasını ləğv etsək, onun içərisindəki Kateqoriya:Macarıstanda voleybol, Kateqoriya:Macarıstanda şahmat kateqoriyaları gəlib düşəcək Kateqoriya:Macarıstanda idman kateqoriyasında Kateqoriya:Macarıstan idmançıları, Kateqoriya:Macarıstan milli idman komandaları kateqoriyaları ilə yanaşı. Yəni indi sizə qəribə görünən və pərakəndəliyi yaradan Kateqoriya:Macarıstanda futbol kateqoriyasının yanında pərakəndiliyi artıran daha 2 kateqoriya (gələcəkdə isə onlarla kateqoriya) olacaq. İndi isə sadəcə dediyim kimi Kateqoriya:Macarıstanda futbol kateqoriyasını Kateqoriya:Macarıstanda idman növləri kateqoriyasının içinə daxil edirik və bununla da hər şey səliqəli şəkildə öz həllini tapır. Hörmətlə:--Sortilegus (talk) 21:10, 5 may 2014 (UTC)
İqtisadçı QVK məqaləsi barədə
redaktəSalam İqtisadçı QVK məqaləsi labatoriyaya niyə təqdim edilmir? Başqa dillərdən tərcümə olunmuş iri həcmli məqalələr dərhal SM-yə namizəd göstərilir. İqtisadçı Voleybol Klubu məqaləsi üzərində artıq iki ay yarımdır işləyirəm. Vikipediyaya gəlişimin əsas səbəbi bu məqalə idi. Düşünürəm ki, məqalədə istinad problemi yoxdur. Əvvəllər müəlliflik hüquq pozuntusu olan şəkillər var idi. Onların hamısınə silmişəm. Şəkillərin hamısı commonsdandır. Həmçinin bu məqalənin nəzdində 40-dan artıq məqalə yaratmışam. (Qırmızı keçidləri minumuma endirmək üçün) Həmin məqalələrin keyfiyyətindən də xəbərdarsınız. İndi labaratoriyaya təqdim olunmaq üçün nə mane törədir? Hörmətlə →Seko Selimov 14:08, 7 may 2014 (Bakı vaxtı ilə)
- Təqdim olundu. --Araz Yaquboglu (talk) 12:01, 7 may 2014 (UTC)
- Salam həmkar. Məqalədəki istinadlardan 2 və 3 saylı mənbələri mən qaydaya saldım. Çalışın ki, o biri istinadları da o tipdə düzəldəsiz. Onun içərisində informasiyanın nə vaxt yayımlandığı, hansı saytdan olduğu və son yoxlama tarixləri var ki, bu da gələcəkdə əgər o saytlar bağlansa və ya hətta işləməsə belə bu tipdə olanda arxivləşmiş olur və qüvvəsini itirmir. --Araz Yaquboglu (talk) 12:41, 7 may 2014 (UTC)
- Salam. Başa düşdüm. Eyni qaydada davam eləməyə çalışacam. Köməyinizə görə təşəkkürlər. →Seko Selimov 17:48, 7 may 2014 (Bakı vaxtı ilə)
- Salam həmkar. Məqalədəki istinadlardan 2 və 3 saylı mənbələri mən qaydaya saldım. Çalışın ki, o biri istinadları da o tipdə düzəldəsiz. Onun içərisində informasiyanın nə vaxt yayımlandığı, hansı saytdan olduğu və son yoxlama tarixləri var ki, bu da gələcəkdə əgər o saytlar bağlansa və ya hətta işləməsə belə bu tipdə olanda arxivləşmiş olur və qüvvəsini itirmir. --Araz Yaquboglu (talk) 12:41, 7 may 2014 (UTC)
Kateqoriya barədə
redaktəSalam. Əsrlərə görə kateqoriyalardakı işiniz görüb sizdən bir şey soruşmaq istədim. Fransada keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatı 1956-nı Kateqoriya:1956-cı ildə Fransa kateqoriyasına əlavə etmək olar? →Seko Selimov 22:00, 11 may 2014 (Bakı vaxtı ilə)
- Bəli doğru buyurursuz olar.--Araz Yaquboglu (talk) 17:02, 11 may 2014 (UTC)
Dünya çempionatları haqqında
redaktəSalam. Sizə bir sualım olacaqdı. Voleybol üzrə qadınlararası dünya çempionatı məqalələrininin hamısını bu sayt əsasında yazıram. Dünya çempionatlarının hamısında mənbə kimi həmin saytı göstərməyə ehtiyac var ya yox? →Seko Selimov 16:29, 13 may 2014 (Bakı vaxtı ilə)
- Hər bir məqalənin sonunda belə bir mənbə göstərsəniz, kifayət edər. Yeri gəlmişkən, göstərdiyiniz əla fəaliyyətə görə təşəkkürlərǃ AzViki üçün belə bir fəaliyyət həqiqətən də əvəzedilməzdir. Hörmətlə, --►Cekli829 11:38, 13 may 2014 (UTC)
- Anladım. Köməyinizə və xoş sözlərə görə təşəkkürlərǃ →Seko Selimov 16:46, 13 may 2014 (Bakı vaxtı ilə)
QVK barədə
redaktəSalam. Məqalələrin adlarını dəyişərkən ilk öncə bu haqda müzakirə səhifəsində bildiriş etməyiniz daha yaxşı olardı. Siz məqalənin adını dəyişməklə ([1]) ilk öncə Kateqoriya:İqtisadçı QVK kimi onlarla kateqoriyaları təqzib etmiş olurusunuz. Sonrakı qaldı səbəbinizə. QVK sonluğu işlədilmir deyəndə bu Qadın Voleybol Komandası sözünün qısaldılışıdır. İngiliscədə WVC ixtisarına uyğun gəlir (WVC Dynamo Moscow məqaləsindəki kimi) İnşallah gələcəkdə, kişi voleybol klublarını yaradarkən də VK başlığında istifadə edəcəm. Sizə bir misal çəkim. Götürək yaratdığım məqalələrdən biri Fənərbaxça QVK məqaləsini. Bu komandanı Fənərbaxça VK adlandıraq. Onda eyni adlı kişi voleybol klubunu necə adlandıraq? Onu da Fənərbaxça VK? Gələcək də çətinliklə üzləşməyim deyə bu prosesin dərdinə çarə tapmağa indidən başlamışam. Birdə ki, Dinamo Moskva QVK məqaləsində də Fənərbaxçadakı kimi olduğundan mən onun adını Dinamo Moskva Qadın Voleybol Komandası etmişdim. Araz bəy isə Qadın Voleybol Komandasını ixtisar edib QVK etdi. Yəni bu həm də idarəçilərimizdən birinin təklifi idi. Belə ciddi dəyişikliklər etməmişdən öncə heç olmasa kiçik bir ismarış göndərməyinizi rica edərdim. Müzakirə edək ki, çətinliklər olmasın. Siz həm də belə etməklə mənim iş rejimimi pozmuş olursunuz. Hörmətlə →Seko Selimov 21:45, 11 may 2014 (Bakı vaxtı ilə)
Salam. Sizinlə tamamilə razıyam, məqalənin adını dəyişməzdən əvvəl (hansı ki ilk olaraq adını Siz dəyişmisiniz) müzakirə etmək lazımdır. Vikipediya sizin şəxsi saytınız deyil ki, öz işinizi rahatlaşdırmaq üçün nəsə edəsiniz. QVK sonluğu uydurma bir sonluqdur. İstənilən söz birləşməsini belə qısaltmaq düzgün deyil. Kişi klubları üçün VK, qadın klubları üçün VK (qadınlar) yazmaq daha məqsədə uyğun olardı. Gəlin araşdıraq görək, QVK sonluğunu Qadın Voleybol Klubu olaraq başa düşən neçə nəfər var? Bura tək sizin üçün deyil axı, minlərlə istifadəçi istifadə edir, oxuyur. Onlar üçün anlaşıqlı olmalıdır. Belə etməklə vikipediyanın prinsiplərini pozmuş olursunuz. Xahiş edirəm diqqətli olun, voleybol klublarının ad məsələsinə yenə qayıdacam indi bir qədər vaxtım yoxdur.--Emin • ismarış 12:58, 13 may 2014 (UTC)
- Bir daha salam. Mənim fikirlərimdən vikipediyanın şəxsiləşdirdiyimi çıxardınızsa sizə bir söz demirəm. Burada mənim nə maddi marağım ola bilər ki? Hər halda hər birimiz az vikinin inkişafı üçün çalışırıq. Bu məsələ iki nəfərin arasında həll olunacaq məsələ deyil. Mütləq müzakirəyə çıxardılmalıdır. Təklif etdiyiniz mötərizə variantı isə inkişaf etmiş vikilərdə istifadə edilmir. Həmçinin mən də klubların adında mötərizədən istifadə etməkdən yana deyiləm. Sizə çəkdiyim nümunə bir sıra vikilərdə istifadə edilməkdədir. Onda qadın voleybol komandası söz birləşməsini saxlayaq. İxtisar etməyək. Mən sadəcə gələcəkdə öz işlərim üçün deyil, digər istifadəçilərin də rahatlığı üçün belə etmək istəyirəm qeyd etmək istəmişdim. Əgər gələcək də çətinliklə üzləşməyim deyə bu prosesin dərdinə çarə tapmağa indidən başlamışam cümləsini fərqli tərzdən yozmaq istəyirsinizsə o sizin şəxsi işinizdir. Bir daha qeyd edirəm azvikidə voleybol sahəsini irəlilətmək, gələcəkdə bu mövzuda keyfiyyətli portal və.s hazırlamaq üçün planlı şəkildə işləyirəm. Mənim təklifim analoqu olmayan bir təklif deyildi. →Seko Selimov 18:20, 13 may 2014 (Bakı vaxtı ilə)
- Öz yazdığım ismarışı üç dəfə oxudum, orda sizi maddi marağınız olduğunda itdiham etdiyimi görmədim. Yox, əgər siz nəyisə etiraf etmək istəyirsinizsə, qarışmıram. Sizin təklifinizə əsasən, İqtisadçı Qadın Voleybol KLubunun adı İBQVK da ola bilər. Belə getsə, ASDFGH tipli adlar da ola bilər :) Özünüz yazmısınız ki, gələcəkdə çətinlik çəkməyim deyə belə edirəm. Sizə bu fəaliyyətinizdə uğurlar arzu edirəm, məsləhətlərinizə görə də çox sağ olun :)--Emin • ismarış 13:29, 13 may 2014 (UTC)
- Görünür, sizinlə nəsə müzakirə etmək olmayacaq. Yazılarınızda təcrübənizdə qaynaqlanan rahatlıq var. Vikipediya idarəçilərə heç belə danışmırlar. Nə isə. Sizə bir şeyi başa sala bilmədim ki, biz bunu özümüzdən uydurmuruq. Sadəcə olaraq ingilis dilindəki WVC (Woman Voleyball Club) yazılışı tərcümə edirik. →Seko Selimov 18:37, 13 may 2014 (Bakı vaxtı ilə)
- Təcrübəli olduğum üçün yazılarım normaldır, ona görə də rahatam. Vikipediya idarəçiləri müzakirələrdən qaçırlar, adətən. Dəyərli ingilis dilli vikipediyanın hörmətli istifadəçiləri müzakirə edib qərara alıblar ki WWC sonluğundan istifadə etsinlər. Onlardan asılı deyilik və olmamalıyıq, mən belə düşünürəm. Bu vikipediya Azərbaycan dilli istifadəçilərindir. Fəaliyyətinizdə uğurlar arzu edirəm.--Emin • ismarış 13:45, 13 may 2014 (UTC)
Dear Seko Selimov, it's just to thank you for the help you gave me on correct this page. Have a nice week end!
Rei Momo (talk) 16:02, 30 may 2014 (UTC)
- Not at all. Thank you, too! →Seko Selimov 16:08, 30 may 2014 (UTC)
Thank you
redaktəWell, I cant correct your pages in Italian or Portuguese, if you need. Please, I want to make this new Template, tell me if it's all correct that I'll make:
- Şablon:Sarı
Thank you and have a nice week end!
Rei Momo (talk) 16:36, 30 may 2014 (UTC)
- This template is true. I could't understand the problem. →Seko Selimov 16:08, 30 may 2014 (UTC)
- Well, because it's was made from me, that i don't speak Azeri. Ok, I'll charge it now! Thanks a lot! Rei Momo (talk) 16:47, 30 may 2014 (UTC)
- Please, I've charged two Sablon on my personal page. Can you watch it, please? Is appears a <noilcude> but I don't know why. Can you help me? Thanks again! Rei Momo (talk) 16:56, 30 may 2014 (UTC)
- I was corrected. See, please. →Seko Selimov 17:08, 30 may 2014 (UTC)
- Please, I've charged two Sablon on my personal page. Can you watch it, please? Is appears a <noilcude> but I don't know why. Can you help me? Thanks again! Rei Momo (talk) 16:56, 30 may 2014 (UTC)
- Well, because it's was made from me, that i don't speak Azeri. Ok, I'll charge it now! Thanks a lot! Rei Momo (talk) 16:47, 30 may 2014 (UTC)
- Thank youuuuuuu. I mande also the new category Kateqoriya:Maraqlar:Karate
- See you soon Rei Momo (talk) 17:12, 30 may 2014 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam Aleykum Barnaba İncili məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Barnaba İncili səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Fayl adları
redaktəSalam zəhmət deyilsə bu faylların adlarını dəyişin. Bunun adını Fayl:1994-cü il dünya çempionatı rəsmi loqosu.jpeg digərləri ilə uyğunlaşdırın. Bu üç faylda da qadınlararası sözündə səhv var.[2] [3] [4] Birdə mümkünsə bundakı 2010-u 2014 edin. [5]. Əvvəlcədən təşəkkürlər! →Seko Selimov12:23, 6 iyun 2014 (UTC)
- İstəyiniz məqsədəuyğun olduğu üçün yerinə yetirildi. Hörmətlə, --►Cekli829 12:34, 6 iyun 2014 (UTC)
- Bu fayl yaddan çıxıb →Seko Selimov 17:35, 9 iyun 2014 (UTC)
Kişi milli voleybol komandalarının adları
redaktəSalam. Kişi milli voleybol komandaların adları futboldakı kimi milli voleybol komandası olmalıdır, yoxsa milli voleybol komandası (kişilər)? →Seko Selimov 11:41, 10 iyun 2014 (UTC)
- Salam həmkar. Futboldakı kimi hamısını eləsək yaxşıdır. Digər vikilərdə də elədir. Məsələn, Almaniya milli voleybol komandası bu kişilər üçün, amma qadınlar üçün bir siz yaratdığınız variant da ola bilər Almaniya milli voleybol komandası (qadınlar), bir də mən belə bir variant təklif edirəm - Almaniya qadın milli voleybol komandası. Məncə, ikinci variantda mötərizə olmadığına görə daha məqbuldur, amma israr etmirəm. Sadəcə düşünürəm ki, gələcəkdə mötərizəni məsələn, yaşlara görə açmaq olar. Deyək ki, Almaniya milli futbol komandası (21 yaşlılar) və ya Almaniya qadın milli futbol komandası (18 yaşlılar) və s. Çünki, sizin mötərizəli variant kimi yazsaq onda gərək belə yazaq: Almaniya milli futbol komandası (qadınlar, 18 yaşlılar). Hər halda bu məsələni digər istifadəçilərlə də müzakirə edək. Onsuz da qadın milli komandaları haqqında yaradılan bu tip məqalələrimizin sayı çox deyil, standart müəyyənləşdirəndən sonra onları o standarta uyğunlaşdıra bilərik. Yeri gəlmişkən voleybol komandaları və çempionatları haqqında yaratdığınız dəyərli məqalələrə görə təşəkkürlər. Hörmətlə:--Sortilegus (talk) 13:43, 10 iyun 2014 (UTC)
- Təkliflərinizin çox münasib olduğunu düşünürəm. milli voleybol komandası + (qadınlar) variantı məndən öncə vardı. Mən sadəcə qəbul olunmuş variantdan istifadə edirdim. Ümumiyyətlə əsas komanda məqalələrində mötərizədən istifadə etmək mənim fikrimcə də doğru deyil. Əgər dəyişidiriləcəksə tez bir zamanda bu dəyişiklik olsun. Çünki bu tip adlara kifayət qədər işlənməyən keçidlər var. Mən də yavaş-yavaş onları dəyişim. →Seko Selimov 15:09, 10 iyun 2014 (UTC)
- Dəyişək. İnanmıram ki, ciddi etiraz olsun. Hörmətlə:--Sortilegus (talk) 15:46, 10 iyun 2014 (UTC)
- Qadınlarda bir problem qaldığını düşünmürəm. Digər vikilərə bir də baxdım. Həmin əsas vikilərdə kişi milli komandalarında azərbaycanca qarşılığı "kişi" olan sözdən mütləq istifadə edilib. [6],[7], [8] Futboldan fərqli olaraq voleybolda qadın voleybolunun daha böyük populyarlıq kütləsinə malik olmasını nəzərə alaraq, təklifim budur ki, biz də kişi milli komandalarını fərqləndirmək üçün Ölkə adı+kişi milli voleybol komandası variantından istifadə edək →Seko Selimov 06:39, 12 iyun 2014 (UTC)
- Siz deyəndən sonra mən də baxdım, hardasa 80% vikilər siz deyən kimi "kişi" və "qadın" kəlimələrini adlarda yazıblar. Əslində, mən məsələn düşünürəm ki, kişilər üçün yığmalarda yazmasaq yaxşıdır. Çünki futbolda, yazmırıq, amma voleybolda yazırıq - standart bir şey olmur. Gələcəkdə də kimsə deyək ki, axtarış sistemində axtaranda birində yazmayanda o birisində də yazmayacaq və ya əksinə. Amma bir məsələ də var ki, xüsusilə ingilis vikisində bu cür adlandırmalara önəm verirlər və əgər yazıblarsa onun demək nə isə vacib və ya gərəkli bir tərəfi var ki yazıblar. Burda praktikada olub ki, ingilis vikisindəki variantı doğru bilməyib öz doğru bildiyimizi qeyd etmişik, 1-2 il sonra diqqətimizdən qaçan bir detal ortaya çıxıb və məlum olub ki, ingilis vikisində belə yazmalarının əsası varmış və biz də hamısını əziyyət çəkib bir-bir geri qaytarmışıq - ingilis vikisindəki kimi etmişik adlandırmanı. Ona görə məncə burda "kişi" və "qadın" yazaq. Səhv etmirəmsə həndbbolda da belə ayırma var, futbol və basketbolda yoxdur. Hörmətlə:--Sortilegus (talk) 13:02, 13 iyun 2014 (UTC)
Şablon problemi
redaktəSalam. Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi məqaləsində Voleybol üzrə qadınlararası dünya çempionatı 2014 məqaləsinə geri istiqamətləndirmək lazım gəlir. Bunun digər vikilərdə də çox gözəl analoqları var. (fransızca və italyanca vikidə). Məsələn, italyanca vikidə 2014-cü ilin dünya çempionatına çox sadə şəkildə istiqamət verilib. Bunun üçün bu şablona ehtiyac var. O şablonun digər vikilərə çıxışı tamamilə fərqlidir. Bizdə də fərqli başlıq altında həmin şablonu tətbiq etməyinizi rica edərdim. Bir qədər mürəkkəb olduğundan mən edə bilmədim. Hörmətlə →Seko Selimov 11:41, 10 iyun 2014 (UTC)
- Hələlik belə hazırladım. Bir qədər də təkmilləşdirmək olar. Hörmətlə, --►Cekli829 13:37, 12 iyun 2014 (UTC)
- Təşəkkürlər! Mövzunu yanlış izah etməyimi də təcrübəsizliyimə verin ) Hörmətlə →Seko Selimov 13:41, 12 iyun 2014 (UTC)
Haker sözü ilə bağlı
redaktəHörmətli Seko Selimov. Kənd meydanında bizim hansısa sözü düz yazmadığımızı göstərmişdiniz. Təşəkkürlər. Biz də sizə həmin sözü düz yazdığımızı göstərirmək istəyirik. İpləri dəyişmək, və s. məsələsində isə, biz əvvəl 20 nəfərlə eyni vaxtda azvikiyə hücum təşkil etməyi planlaşdırırdıq. Kəşfiyyat xarakterli əməliyyatlarımız nəticəsində bizə məlum oldu ki, 20 nəfər yox, cəmi 5 nəfər eyni vaxtda hücumda iştirak etsə azvikinin işi paralic vəziyyətinə düşəcəkdir. Hörmətlə, Şəkili hakerlər qrupu.
- O, məqalənin adı məncə düzgün deyil. Ümumişlək dildə bu söz "xakker" kimidir. Müzakirə açıla bilər. Vikipediyada adlar orfoqrafik lüğətə əsasən qoyulduğundan belə nəticələr ortaya çıxır. On minlərlə kitabda "fel" kimi qeyd edilən terminin vikidə feil olması buna nümunədir. Nə isə mövzumuz bu deyil. Yenə də xakkerlik ayrı şeydir. Sizin etdiyinizi bu gün on yaşlı bir uşaq da edə bilər. Eyni cümlələri altmış səhifəyə köçürmək nə igidlikdir ki, siz özünüzə haker deyirsiniz. Gələcəkdə baxıb qürur duyacağınız işlərlə məşğul olmağınızı tövsiyə edərdim. Bu sizin şəxsi işinizdir. Mən yenə də sizin bir nəfər olduğunu düşünürəm. Bu tip proqramlar bu gün sosial şəbəkələrdə çox məşhurdur. Hörmətlə →Seko Selimov
- Əslində bunu ilk olaraq idarəçilər belə adlandırıblar. Biz haker deyildik. Bəli bizim tərəfdən indiyə qədər eyni vaxtda yalnız 1 ipdən hücum olubdur. Bilmək istəyirdik ki 1 ip dayandıralana qədər nə qədər irəliləyə bilər. Məlum oldu ki, televizorda dünya çempionatının oyunu gedəndə idarəçilərdən heç kim kompüter arxasında oturmur. 1 aypi ilə 100 məqaləni dağıtmaq olar. Səhər saat 6-dan 8-a qədər də idarəçilərin yatan vaxtlarıdır. Biz azvikinin bütün zəif nöqtələrini öyrənmişik. 20 hakerin hər birinin azı 10 istifadəçi adı var. Hələ ki hücumu təxirə salmışıq, gözləyirik görək idarəçilər nə qərar verirlər. Amma onu da bilirik ki idarəçilərin qərar qəbul etmək səlahiyyəti yoxdur. Bura açıq ensiklopediya yox, Sortilegus diktaturasıdır. Diktaturada qərarı yalnız diktator qəbul edir, yerdə qalan "məsul" şəxslər isə onun qərarına əl çalır. Biz vikipediya qaydalarına zidd heç nə istəmirik. Biz Arbitraj komitəsinin fəaliyyətə başlamasını istəyirik. Kimlər ki vandallıqla məşğuldurlar, bu komitənin yaradılması onları qorxuya salıbdır, bilirlər ki komitə yaranandan sonra vandallıq edə bilməyəcəklər, əvvəl etdikləri vandallıqlara görə isə mütləq cəzalanacaqlar. Hörmətlə, Şəkili hakerlər qrupu.
Xahiş
redaktəSalam cənab Seko Selimov, çox xahiş edirəm, bu [9] səsvermədə siz də iştirak edəsiniz! Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 20:41, 25 iyun 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Olimpiya məşəli məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/Olimpiya məşəli səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Kömək
redaktəSalam mümkünsə bu şablona futbolçu şablonundakı kimi medallar bölməsini əlavə edərdiniz. →Seko Selimov 16:04, 8 iyul 2014 (UTC)
- Salam. Yekaterina Qamova məqaləsində örnək kimi əlavə elədim. Hörmətlə:--Sortilegus (talk) 23:43, 8 iyul 2014 (UTC)
- Diqqətinizə və dəstəyinizə görə təşəkkür edirəm! Ancaq bir dənə də şablonun ölçülərini qaydaya salsanız çox əla olar. Ölçüləri ingilis dilli vikipediyadakı kimi olsa yaxşı olardı. Çünki, Yekaterina Qamova məqaləsində də görünür ki, şablon həddən artıq çox yer tutur. Mən dəyişməyə çalışdım, onda da illlərnən klubların adları hərəsi bir tərəfə düşdü. Hörmətlə →Seko Selimov 08:10, 9 iyul 2014 (UTC)
- O şablonun əslində bütün içini redaktə etmək lazımdır. Məsələn, "millikomanda", "oynadığıklub" və s. birlikdə yazılmamalıdır. "altyapı" ümumiyyətlə nədir, bilmədim. "güncəlləmə"-filan türk dilindən olduğu kimi köçürülüb, ona görə elə yazılıb. İstəyirsiz mən bütün dəyişiklikləri eləyim, sonra birlikdə müzakirə edib əlavələr və düzəlişləri də edək. Amma belə olan halda yəqin ki, şablon işlənən məqalələrin hamısında onu bir-bir dəyişmək lazım olacaq. Cəmi 50 məqalədir. Onu da köməkləşib 1 günə düzəldə bilərik. Sayı artsa gələcəkdə çətin olacaq dəyişiklik etmək. Ya da elə belə olduğu kimi saxlayaq. Necə məsləhətdir? Hörmətlə:--Sortilegus (talk) 12:32, 9 iyul 2014 (UTC)
- Doğru qeyd edirsiniz. Şablon türkcə vikidən götürülmədir. Ancaq onlarda da bu şablon normal qaydada, səliqəli şəkildədir. [10] Altyapı isə həvəskar karyera mənasındadır. Dəyişilsə məncə də pis olmaz. Mən vikipediyada yeni olduğumdan olan imkanlardan maksimum yararlanmağa çalışıram. Əlbəttə ki, köməyiniz məni də məmnun edər. Hörmətlə →Seko Selimov 13:45, 9 iyul 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Lomonosov (şəhər) məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/Lomonosov (şəhər) səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Müqəddəs Vit kafedralı məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/Müqəddəs Vit kafedralı səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam İbn Xəldun məqaləsinin Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya səhifəsində keçirilən səs vermədə Sizin də iştirak edib məqalənin SM namizədi olmasına səs verməyinizi xahiş edirəm. |
Hörmətlə:--Yusif Sərrac (talk) 13:08, 28 avqust 2014 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam Aleykum On iki imam məqaləsinin Seçilmiş siyahıya namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya/On iki imam səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |