Istifadeci Muzakiresi Sabuhi From Baku Arxiv 6 - Wikipedia
Hello
redaktəHi. Can you help me - translated into Azerbaijani--El-ßäbrega (müzakirə) 15:24, 2 yanvar 2016 (UTC)
- Hi. What do you want to translate into Azerbaijani ?--Asparux Xan Bulqar (müzakirə) 15:31, 2 yanvar 2016 (UTC)
- Asparux Xan Bulqar, For template. Please, translate this sentence. "This user was against the Armenian Genocide denial"--El-ßäbrega (müzakirə) 16:06, 2 yanvar 2016 (UTC)
- Bu istifadəçi erməni soyqırımının inkarına (past perfect tense) "qarşı idi".--Asparux Xan Bulqar (müzakirə) 16:35, 2 yanvar 2016 (UTC)
- Thank you very much, brother Azerbaijani--El-ßäbrega (müzakirə) 16:58, 2 yanvar 2016 (UTC)
- Մենք չենք եղբայրներ, մենք պարզապես պաշտոնակիցներ. ))) Ես թուրք է ազգությամբ եւ Ադրբեջանը է իմ հայրենիքն է.--Asparux Xan Bulqar (müzakirə) 18:20, 2 yanvar 2016 (UTC)
- Asparux Xan Bulqar, For template. Please, translate this sentence. "This user was against the Armenian Genocide denial"--El-ßäbrega (müzakirə) 16:06, 2 yanvar 2016 (UTC)
İlham Eliyev
redaktəSalam niyə İlham Əliyevin səhifəsində düzəlişimi yenidən silmisiniz?Sarksyana ermənicə yazılıbsa İlham Əliyevə də azerbaycanca ve türkçə yazılmalıdır.Diqqət edin ki,nəyə düzəliş edirsiniz. AzerbaijanRoya (müzakirə) 08:29, 23 yanvar 2016 (UTC)
- Salam. Mənim səhvim olub olaylar.az saytında olan keçidə baxıb düzəlişi qaytarmışdım. Ancaq sizin də istədiyiniz kimi düzülüşü düzülüşü (bildiyi dillər) prezident.az saytına uyğunlaşdırdım.--Asparux Xan Bulqar (müzakirə) 09:27, 23 yanvar 2016 (UTC)
Qum kəndinə aid məqalə
redaktəQum kəndinə dair etdiyim düzəlişlərin geri qaytarılma səbəbini yazmanızı xahiş edirəm. Bir halda ki, xütbəni məsciddə "molla" deyil, məscid imamı verir və Azərbaycan dilində "xütbə aparır" deyil, "xütbə verir" birləşməsi mövcuddur. Molla islam dininə aid termin də deyil, fars sözüdür. Müasir dövrdə yas yerlərində məscil aparan şəxslərə deyilir.
Quran nüsxəsi
redaktəSalam. Keçən dəfə sizinlə Quran nüsxələri haqqında danışmışdıq. Mənim nəzərdə tutduğum nüsxələrdən biri bu idi.--samral müzakirə 00:38, 28 yanvar 2016 (UTC)
- Ehtimallar.--Asparux Xan Bulqar (müzakirə) 07:53, 28 yanvar 2016 (UTC)
- Quranın nüsxələrinə edilən şəkk-şübhə nədənsə Aristotelin, Platonun, Herodotun, Ptolomeyin əsərlərinə edilmire deyirəm :)--samral müzakirə 19:51, 28 yanvar 2016 (UTC)
- Mənim yazmadığım sözləri adıma çıxmanız düzgün deyil.--Asparux Xan Bulqar (müzakirə) 19:56, 28 yanvar 2016 (UTC)
- Quranın nüsxələrinə edilən şəkk-şübhə nədənsə Aristotelin, Platonun, Herodotun, Ptolomeyin əsərlərinə edilmire deyirəm :)--samral müzakirə 19:51, 28 yanvar 2016 (UTC)
Salam. Bir çox Həsənəli var. Onlardan biri də Qaraqoyunlu hökmdarı Həsənəlidir. Aydın olsun deyə mən də o məqalənin adını Həsənəli (Qaraqoyunlu) etmişdim. Siz nə səbəbə və hansı mənbəyə, istinada əsasən o məqalənin adından mötərizələri götürmüsüz?--samral müzakirə 21:21, 20 fevral 2016 (UTC)
- Əleyküm salam həmkar. Həsənəli (Qaraqoyunlu) — > Həsənəli Qaraqoyunlu dəyişikliyini etmişəm. Hökmdar olmuş çox Həsənəli adlı tarixi şəxs ola bilər: amma Qaraqoyunlu ulusu içində sultan titulu daşıyan şəxs cəmi bircə dənədir. Adın o şəkildə işlənilməsi Kitab-i Diyarbəkriyyədə müşahidə olunur. Kitabın Bakı və Ankara (2014) nəşrindən həmin şəxslə əlaqədar hissələri məqaləyə daxil edəcəm.--Asparux Xan Bulqar (müzakirə) 21:35, 20 fevral 2016 (UTC)
- Kitab-i Diyarbəkriyyə tarixi və önəmli mənbədir. Düzdür. Biz bunu inkar etmirik. Lakin 1-2 tarixi kitabdakı adlandırma ilə məqalə adı dəyişməzlər. Məqalə adı dəqiq və geniş yayılan olmalıdır. Qaraqoyunlu xanədanlığının Azərbaycan və İrandakı son hakimi Həsənəlinin geniş yayılan adı elə Həsənəli, dəqiqləşmə üçün də ən uyğun variant mötərizədə Qaraqoyunlu yazılmasıdır. Əbu Səid kimi.--samral müzakirə 00:31, 21 fevral 2016 (UTC)
- Əlbəttə eyni tələbi mən də sizin isararınız üçün istəyə bilərəm. Mümkünsə müzakirəni məqalənin müvafiq müzakirə səhifəsinə köçürüm. İradlarınızı mənbələri ilə orda qeyd edin. İntervikilər birinci dərəcəli yox ikinci dərəcəli yamsılama istinadlarıdır. Çünki adlandırma məsələsində qaydalar bizə öz elmi ədəbiyyatımıza öncül yer ayırmağı "tövsiyyə" edir.--Asparux Xan Bulqar (müzakirə) 07:14, 21 fevral 2016 (UTC)
- Kitab-i Diyarbəkriyyə tarixi və önəmli mənbədir. Düzdür. Biz bunu inkar etmirik. Lakin 1-2 tarixi kitabdakı adlandırma ilə məqalə adı dəyişməzlər. Məqalə adı dəqiq və geniş yayılan olmalıdır. Qaraqoyunlu xanədanlığının Azərbaycan və İrandakı son hakimi Həsənəlinin geniş yayılan adı elə Həsənəli, dəqiqləşmə üçün də ən uyğun variant mötərizədə Qaraqoyunlu yazılmasıdır. Əbu Səid kimi.--samral müzakirə 00:31, 21 fevral 2016 (UTC)
PDF versiyası
redaktəSalam həmkar. Kənd məqalələrində düzəliş etdiyiniz PDF versiyası sözü üzərində tıklayanda mənbə açılmır, skaçat və ya soxranit et sual olunur. Bəlkə https://behruzmelikov.files.wordpress.com/2013/11/qerbi-azerbaycanin-turk-menseli-toponimleri.pdf bunu arxivləşdirib linkə əlavə edəsiz. --Araz Yaquboglu (müzakirə) 13:29, 22 fevral 2016 (UTC)
- Əleyküm salam Araz bəy. Kitabın PDF versiyası əslindən (skan) fəqrli olaraq əllə yığılıb və səhifələnməsi kağız nəşrinə uyğun deyil. Göstərdiyiniz linkdəki və mənim prezident kitabxanasının saytından arxivləşdirdiyim eyni fayldır. 3-5 meqabayt arası ölçüsü var. Gərək duyan endirə bilər ))). Bir çox keçiddə o linki istifadə etmişəm. Amma yəqin ki, bu tipli əvəzləməni məqalələri gözdən keçidikdə davamlı edəcəm: ona görə yeni bu tip dəyişiklikdə istədiyiniz kimi bu linkdəki arxivləşdirilmiş linki istifadə edərəm. Bu linki bir az axtarsam da qarşıma çıxmamışdı ona görə əlimdə olandan istifadə etmişdim.--Asparux Xan Bulqar (müzakirə) 14:11, 22 fevral 2016 (UTC)
- Belə də edə bilərsiz. Hər iki linki istifadə edin bir istinadda. Çünki bəzən biri işləmir. --Araz Yaquboglu (müzakirə) 14:14, 22 fevral 2016 (UTC)
- Mənə də xəbər edərsiz əlavəniz olsa və ya burada (İstifadəçi:Araz Yaquboglu/Kəndlər) redaktə edin.--Araz Yaquboglu (müzakirə) 14:15, 22 fevral 2016 (UTC)
- Göstərdiyiniz səhifədə istədiyiniz versiyanı göstərdim. Növbəti redaktələrdə eyni cür istinaddan istifadə edəcəm. Tej-əhməd dağı məqaləsində nümunə üçün redaktəni uyğunlaşdırdım.--Asparux Xan Bulqar (müzakirə) 14:23, 22 fevral 2016 (UTC)
- Mənə də xəbər edərsiz əlavəniz olsa və ya burada (İstifadəçi:Araz Yaquboglu/Kəndlər) redaktə edin.--Araz Yaquboglu (müzakirə) 14:15, 22 fevral 2016 (UTC)
- Belə də edə bilərsiz. Hər iki linki istifadə edin bir istinadda. Çünki bəzən biri işləmir. --Araz Yaquboglu (müzakirə) 14:14, 22 fevral 2016 (UTC)
Dəvət
redaktəSalam. Bildiyiniz kimi azərbaycanca vikipediyada bir çox problem və mübahisələr var. Biz belə düşünürük ki, bu problemlərin səbəbləri qaydaların zəifliyi və müəyyən idarəçilərin məsuliyyətsizliyidir. Bəzi idarəçilər ümumiyyətlə vikipediyaya girmir. Nəinki fəal idarəçi fəaliyyəti ilə məşğul olsunlar. Bəzi idarəçilər qaydalarla hərəkət etmir. Ürəyi istəyən məqaləni, siyahını, şəkli silir. Ürəyi istəyən məqaləni mühafizəyə alır (yəni kilidləyir). Söz soruşursan ürəyi istəyən cavabı verir ya da heç vermir. Digər idarəçilərdən aktiv olan var, bəli. Lakin onların da çoxsu bu cür neqativ-mübahisəli hallarla başlarını ağrıtmamaq üçün və bir idarəçi digərinin işinə qarışmasın, yəni idarəçilər arasında düşmənçilik-ədavət yaranmasın deyə bir çox ədalətsizlik və mənfi, problemli hallara susurlar. Neçə dəfə bu barədə idarəçilərə ayrı ayrılıqda və ümumilikdə müraciət etmişəm və başqa edənlər də olub. Nə qədər istifadəçi də bu haqsızlıq və ədalətsizliyə dözməyib vikipediyanı birdəfəlik tərk edib. Biz də bütün bu hallara görə META-da bütün idarəçilərin idarəçiliyinin yenidən səsverməyə çıxarılıb sonradan onların müvəqqəti (məsələn 1 illik, 2 illik və s.) seçilməsi təklifini etmişik. Əgər istəyirsinizsə siz də bu siyahıya imza qoymaqla, həm öz dəstəyinizi nümayiş etdirə, həm də şərh-rəy yazmaqla öz dəyərli təkliflərinizi səsləndirə bilərsiz.--samral müzakirə 00:10, 24 fevral 2016 (UTC)
- Salam həmkar. Başdan düzgün yol seçmədiz: səbrli olmaq lazımdır. Qoşulduğunuz qrupa öndərlik edənləri idarəçilər ya da viki-nin vəziyyəti maraqlandırmır. İtirdikləri statusun bərpasına bütün vikiyolları istifadə edərək nail olmağa çalışdılar: təkcə mədəni (etiket və nəzakət) yoldan başqa. Alınmadı və bu cəhd onlar üçün sonuncu ümid yoludur. Bəli idarəçilər içində aktiv də passiv də (onlar üzərilərinə götürdükləri minimum öhdəliyi yerinə yetirirlər) olanı var redaktə baxımından. Amma siz idarəçi deyəndə yəqin bütün gününü kompüter arxasında viki-də keçirən başa düşürsüz: mümkündürsə idarəçilərlə əlaqəli qaydaları nəzərdən keçirin və səhv fikirdə olduğunuzu görəcəksiz. Heç bir istifadəçi şəxsi aktivlik kriteriyasına görə idarəçiləri passivlikdə ittiham etməməlidir: ittiham təkcə qaydalar icra edilməyəndə mümkündür. Konkret bir idarəçi ilə əlaqli probleminiz vardırsa şikayəti uyğun qaydada etmək lazımdır. çünki statusun geri alınması prosesi ilk öncə azviki-dən, idarəçilər içində müzakirədən başlayır, onlar metaya müraciət edir və bundan sonra səsverməyə idarəçi olmayanlar da qoşulur. Mən tərbiyə normasını heç yerdə qorumayan şəxslərin ortaya atdığı (söhbət sizdən və ya orda hazırda imzası olan bir neçə şəxsdən getmir) və absurd olan ideyanı dəstəkləmək fikrində deyiləm deyə əlbəttə gərəksə (ki, gərəkməyəcək) təkcə əlehinə səs verəcəm.--Asparux Xan Bulqar (müzakirə) 08:52, 24 fevral 2016 (UTC)
- Asparux Xan Bulqar fikrinizə hörmətlə yanaşıram. Əvvəla hal-hazırda vikidə 3 idarəçi var ki, 2-3 ildi onların fəaliyyəti demək olar ki, 0-a bərabərdir. Təəssüf ki, bu mənada qaydalarımızda boşluq da var. Bu 1. 2-cisi də məsələn elə sırf Sefer azeri-dən bir çox idarəçi və istifadəçilər narazıdır. İdarəçilərə müraciət səhifəsinə baxsanız buna bir daha əmin ola bilərsiz. Nəinki Kənd meydanı və başqa səhifələr, bu idarəçidən İdarəçi müzakirəsində də 2 dəfə idarəçilər tərəfindən etimad səsverməsi keçirilməsi təklif edilib. Lakin azvikidə sözükeçən bəzi idarəçilərin bu məsələyə passiv yanaşması nəticəsində bu iş hələ də öz həllini tapmayıb. O ki qaldı oradakı müraciətdə bəzi başqa istifadəçilərin də imzasının olmasına, peyğəmbərimizin (s) bir sözü var ki, "Bir insan hətta kafir belə olsa, onun özünə yox sözünə baxın." İndi biz də elə. Biz baxmayaq filankəs elə, filankəs belə. Biz onun sözünə, mövqeyinə baxaq ki, məsələn məhz bu məsələdə haqdı mı, düzdü mü? Əsas budur.
Thank you!
redaktəThank for you acknowledge for my edition in İğdır ili. --Gato Preto (müzakirə) 12:15, 27 fevral 2016 (UTC)
- If you need some help on Portugal articles I can help you, please contact me by portuguese wikipedia here: [1]. Best wishes, --Gato Preto (müzakirə) 12:17, 27 fevral 2016 (UTC)
Vikilüğətdə səsvermə
redaktəSalam. Vikilüğətdə fəza adının dəyişdirilməsi ilə əlaqədar səsvermə keçirilir. Xahiş edirəm öz dəyərli vaxtınızı ayırıb fikrinizi bildirəsiniz. Hörmətlə, Aabdullayev851 (müzakirə) 17:00, 28 fevral 2016 (UTC)
Dəvət
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Vrangel məqaləsinin "Seçilmiş məqalə" statusunu əldə etməsi ilə əlaqədar, Sizi Vikipediya:Laboratoriya/Vrangel səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
Aydın Məmmədov
redaktəSalam həmkar. Bu istifadəçi ömürlük bloklanmış Aydın Məmmədovdur: kukla bir hesab yaradarak Nuxa qəzası məqaləsində vandallıq edir. Mümkünsə qaydalara uyğun hesabın redaktə imkanlarını məhdudlaşdırın.--Asparux Xan Bulqar (müzakirə) 18:28, 1 mart 2016 (UTC)
- Uyğun münasibət göstərildi.--Serka@nl@nd 18:37, 1 mart 2016 (UTC)
- Təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 18:41, 1 mart 2016 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam İlisu məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/İlisu səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Hörmətlə:--Namikilisu 14:43, 9 mart 2016 (UTC)
Həmçinin bax
redaktə- Lazımımız olacaq. Bəzi məlumatlar var. --Araz Yaquboglu (müzakirə) 20:26, 12 mart 2016 (UTC)
- [2]
- Burada kəndlərin siyahıları var
- Burada kəndlərin siyahısı rayonlar üzrə var
- Təşəkkür edirəm bəy, bəli hamısı lazımlı istinadlardır.--Asparux Xan Bulqar (müzakirə) 21:17, 12 mart 2016 (UTC)
- Məndəki mənbələrdə olan bu — 238. Faruq Sümər . Oğuzlar, Bakı, «Yazıçı», 1992. Sümər Faruqun səhifəsində olan PDF olandı? --Araz Yaquboglu (müzakirə) 13:53, 13 mart 2016 (UTC)
- Bəli Araz bəy fəqət skan olunmuş əsil kitab deyil: əllə yığılıb yəni səhifələnmə uyğun deyil.--Asparux Xan Bulqar (müzakirə) 13:58, 13 mart 2016 (UTC)
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. — Bu kitabın 2-ci cildinin linki var? --Araz Yaquboglu (müzakirə) 08:42, 18 mart 2016 (UTC)
- Bəli Araz bəy əlbəttə var (1 və ya 2). Hər ikisindən də endirə bilərsiz.--Asparux Xan Bulqar (müzakirə) 08:55, 18 mart 2016 (UTC)
- Bəlkə lazımın olar. Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı", Bakı, "Bəxtiyar-4", 2014. 253 səh.
- Salam. Bəli yarıyar.--Asparux Xan Bulqar (müzakirə) 08:08, 19 mart 2016 (UTC)
- Bəlkə lazımın olar. Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı", Bakı, "Bəxtiyar-4", 2014. 253 səh.
- Bəli Araz bəy əlbəttə var (1 və ya 2). Hər ikisindən də endirə bilərsiz.--Asparux Xan Bulqar (müzakirə) 08:55, 18 mart 2016 (UTC)
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. — Bu kitabın 2-ci cildinin linki var? --Araz Yaquboglu (müzakirə) 08:42, 18 mart 2016 (UTC)
Samralın qadağan siyasi partiya təbliğatı və vandalizm üzündən ömürlük bloklanması ilə bağlı vəsatət
redaktəSalam. Samral, Azərbaycan İslam Partiyası və İslam fundamentalizm təbliğatı ve vandalizmlə məşquldur. Bu səbəbdən onun ömürlük bloklanması tələb olunur.
Samral, Azərbaycan İslam Partiyası və İslam fundamentalizm təbliğatı edir. Azərbaycan İslam Partiyası 1995-ci ildə rəsmi olaraq qadağan edilib. 1995-ci ildən sonra heç bir rəsmi fəaliyyəti olmayıb. Dünyəvi Azərbaycan dövlətində dini partiyaların yaradılması qadağan. Rəsmi və faktiki varisi yoxdur.
Ancaq istifadəçi inadla yalan yerə, hüquqi və faktiki olaraq qadağan olan partiyayı, Azərbaycan İslam Partiyası, Azərbaycan siyasi partiyalarının siyahısı, Şablon:Azərbaycanın siyasi partiyaları və Mövsüm Səmədov səhifələrində fəal göstərir. İstifadəçi xüsusilə Azərbaycan İslam Partiyası və Mövsüm Səmədov səhifələrində partiya təbliğatı edir. Vikipediya, siyasi, dini və ya başqa baxışlar üçün, təbliğat yeri deyil.
Bundan əlavə Azərbaycan qanunlarına görə də təbliğatı qadağan. Bu partiyanın anti-dövlətçilik əməlləri nəzərə alınaraq fəaliyyəti qadağan edildi. Vikipediya anti-Azərbaycan, anti-dövlətçilik təbliğatına alət olmamalı.
Hörmətlə --Menikure Müzakirə 02:13, 16 mart 2016 (UTC)
Ayrı
redaktəSalam Səbuhi bəy,
Sizə wikimeda commons-la bağlı mənə kömək etməyiniz üçün yazıram. Mümkünsə mənimlə email vasitəsilə əlaqə saxlayın sizə qarşılaşdığım problemi danışım. ([email protected]). Əvvəlcədən minnətdaram!
--145.120.11.24 10:55, 17 mart 2016 (UTC)
- Salam. Bura da yaza bilərsiz. Hər gün ən azı bir dəfə baş çəkirəm və yazdığınızı oxuyacam.--Asparux Xan Bulqar (müzakirə) 11:35, 17 mart 2016 (UTC)
Oldu. Məsələ belədir ki, mənim açdığım belə bir məqalə var: https://az.wikipedia.org/wiki/?axtar=Milli_D%C9%99st%C9%99 Loqosu isə ingilis müzakirələrindən sonra silindi və tövsiyyə olundu ki, [email protected] məktub yazdım. 28 Fevralda yazdım, hələ də cavab gəlmədi [Ticket#: 2016022810011205]. Məsələ belədir ki, loqo mənə məxsusdur və hər bir sənədi var. Sadəcə olaraq dedilər lisenziyalaşdır o emailə məktub yazaraq, və daha sonra istifadə edə bilərsən. Nə cavab yazırlar, nə də konkret hansı faylları onlara göndərəcəyimi bilmirəm. Bununla bağlı kömək edə bilsəz çox minnətdar olaram. --145.120.11.24 11:56, 17 mart 2016 (UTC)
Unutmuşdum daxil olmağa. --Shamil55 (müzakirə) 12:26, 17 mart 2016 (UTC)
- Həmkar təəssüf ki, ilkin müəllifliklə əlaqəli yəni sizin məsələnizdə təcrübəm yoxdur; ikinci dərəcəli müəllif hüquqları ilə əlaqədar problemlərin həlli şahidi olmuşam. Əgər səhv bilmirəmsə (yüksək ehtimalla) commonsda müəllif hüquqları təsdiqlənmir, sadəcə istifadə hüququ təsdiqlənir. Və isifadə hüququ üçün çox sayda lisenziyalar var. Tövsiyə edirəm ki, bu haqda kömək üçün kənd meydanında yazasınız.--Asparux Xan Bulqar (müzakirə) 13:31, 17 mart 2016 (UTC)
Oldu, Səbuhi bəy. Minnətdaram. Ora indi yazıram. --Shamil55 (müzakirə) 02:08, 24 mart 2016 (UTC)
Həmçinin bax
redaktəSalam əzizim. Mənim başım artıq pozuldu. Bir aydınlaşdır və qaydaya sal. Hacıkənd dəqiqləşdirmə səhifəsinə bax. Hacıkənd bələdiyyəsi tərkibindəki qəsəbələr hansıdı? En vikidə Hacıkənd (Göygöl) bu hansıdı? --Araz Yaquboglu (müzakirə) 16:24, 17 mart 2016 (UTC)
- Əleyküm salam Araz bəy. Sualınız üçün cavab: Gəncə şəhər inzibati ərazi dairəsinin Kəpəz rayonu təkibində yerləşən Hacıkənd bələdiyyəsi Hacıkənd və Göygöl qəsəbələrini əhatə edir; Göygöl rayonunda isə Hacıkənd adında yaşayış məntəqəsi yoxdur. (""Bələdiyyələrin əraziləri torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası № 827-IIIQ saylı Qanunu" (az.). e-qanun.az. 29.05.2009. İstifadə tarixi: 2015-06-29. Arxivləşdirilib.).--Asparux Xan Bulqar (müzakirə) 17:56, 17 mart 2016 (UTC)
- Düzəltdim.--Asparux Xan Bulqar (müzakirə) 20:08, 17 mart 2016 (UTC)
Salam. Sizi lap bezdirdim. Biz Qamışqut kimi kəndləri belə çıxır ki, Borçalı qəzasının kəndləri kimi də Kateqoriya:Borçalı qəzasının kəndlərinə daxil etməliyik? --Araz Yaquboglu (müzakirə) 13:01, 19 mart 2016 (UTC)
- Əlüyküm salam. Narahat olmayın, əsla bezdirmirsiz. Yox ehtiyyac yoxdur. Onsuz da elə bir inzibati vahid 1929-cu ildən daha yoxdur.--Asparux Xan Bulqar (müzakirə) 13:37, 19 mart 2016 (UTC)
Silmək
redaktəSalam həmkar mümkünsə bunu silin. Hansı məqalə üçün yüklənmişdisə orda azad faylla əvəz etdim.--Asparux Xan Bulqar (müzakirə) 18:13, 19 mart 2016 (UTC)
- Həll edildi.--Ağ iβlis (müzakirə) 18:16, 19 mart 2016 (UTC)
- Həmkar sizi bir də narahat edirəm: bu məqalədə şablonda rayon sözünü "Bələdiyyə" sözü ilə əvəz etməliyəm. Amma nədənsə alınmır. Baxa bilərsizmi texniki olaraq nəyi düz etməmişəm ? Nəticədən asılı olmayaraq indidən təşəkkkür.--Asparux Xan Bulqar (müzakirə) 14:36, 20 mart 2016 (UTC)
- Heç bir narahatçılıq yoxdur. Kiçik bir boşluğa görə olub.--Ağ iβlis (müzakirə) 14:39, 20 mart 2016 (UTC)
- Sağ olun.--Asparux Xan Bulqar (müzakirə) 14:42, 20 mart 2016 (UTC)
- Heç bir narahatçılıq yoxdur. Kiçik bir boşluğa görə olub.--Ağ iβlis (müzakirə) 14:39, 20 mart 2016 (UTC)
- Həmkar sizi bir də narahat edirəm: bu məqalədə şablonda rayon sözünü "Bələdiyyə" sözü ilə əvəz etməliyəm. Amma nədənsə alınmır. Baxa bilərsizmi texniki olaraq nəyi düz etməmişəm ? Nəticədən asılı olmayaraq indidən təşəkkkür.--Asparux Xan Bulqar (müzakirə) 14:36, 20 mart 2016 (UTC)
2 önəmli səsvermə
redaktəSalam. Bütün vikipediyaçıları 2 önəmli səsvermədə iştiraka dəvət edirəm.
Səsvermələr bu 2 qayda haqqındadır.
1-Qeyd:Bu səsverməyə Arbitraj Komitəsi şablonunda da göstərilən Arbitraj Komitəsi qaydasının bütün alt başlıqları (AK-ya müraciət, AK-ya müraciət forması, AK-ya təqdim edilmiş ərizələr, AK-nın qərarları, AK-da dayandırılmış ərizələr və AK-nın seçilmə qaydaları) da daxildir.--samral müzakirə 20:49, 23 mart 2016 (UTC)
Salam. Bunları ayrı-ayrı yaradaq ya necə edək. Fikriniz maraqlıdır. en:Adamkhan, Armenia və Adamxan. --Araz Yaquboglu (müzakirə) 16:25, 28 mart 2016 (UTC)
- Salam Araz bəy. Eyni yaşayış məntəqəsidir. Öz dilimizdə olan versiyanın intervikiləri də münasibdir. İlk göstərdiyiniz ingiliscə uyğun deyil.--Asparux Xan Bulqar (müzakirə) 17:45, 28 mart 2016 (UTC)
Təşəkkür
redaktəSalam həmkar. Mənə bu həftənin sonuna kimi imkan vermədiyiniz və müzakirəni sona çatdırdığınız üçün təşəkkür edirəm. Əvvəldə indi də və ümumiyyətlə müzakirənin aparılması üçün dəqiq vaxt məhdudiyyətimi müəyyən edilmişdi ? Edilmişdisə bundan niyə xəbərim yoxdur ? Axı dəfələrlə yazdım ki, bu dəfə ya elə ya da belə amma müzakirə sona çatacaq yaxın günlərdə və ona görə etdiyiniz mənim üçün aydın olmadı.--Asparux Xan Bulqar (müzakirə) 21:21, 29 mart 2016 (UTC)
- Salam. Diqqətimdən yayınıb bu məsələ. Əgər həftə sonuna qədər sizə vaxt lazımdırsa yekunlaşdırmanı 1 həftə sonra edə bilərik. Əgər ciddi mənbələr ortaya qoyacaqsınızsa. Təbii ki, bizim istədiyimiz də elə budur. Hörmətlə:--Sortilegus (müzakirə) 21:27, 29 mart 2016 (UTC)
- Elə indi də yekunlaşdıra bilərsiz: mən gözləyərəm. Yekunlaşdırmadan sonra Axundovdakı 5 cildlik yeni Milli Ensiklopediyada əgər iddiama uyğun material olsa və mən təkrar bənzər müzakirə başlığı açsam yəqin ki, məni bloklayacaqsız ? ))) Ona görə iki variant var: 1) bazar gününə kimi gözlənilir və mən həmin cildləri yoxlayıram; 2) O cildləri mənim yerimə jüri yoxlayır. AME-dan başqa da iki nəşr var: bazar gününə kimi onları da tapsam nə yazıldığını foto sürətlə paylaşacam. Yox hərhansı səbəbdən alınmırsa şəhər və rayon adlarının gürcücə verilməsinə etiraz etmirəm. Kənd adları üçün mənbə göstərdiyim də mütləq unudulmamalıdır.--Asparux Xan Bulqar (müzakirə) 21:35, 29 mart 2016 (UTC)
Tərəf
redaktəvandalizm niyə görməməzlikdən!!? Manaviko (müzakirə) 14:15, 2 aprel 2016 (UTC)
- Siz bir milləti təhqir etmisiz. Üstəlik digər istifadəçinin şərhini pozmusuz: bu vandalizmdir.--Asparux Xan Bulqar (müzakirə) 14:39, 2 aprel 2016 (UTC)
- təhqir yox, sual var! həqiqət var! Siz bir milləti təhqir etmisiz! siyasi fikrinizle təhqir etdiniz. wikipediada milli ensiklopediya yazmaq yoxdur!!! Manaviko (müzakirə) 15:02, 2 aprel 2016 (UTC)
- Bloklanmağınız üçün şikayətçi olacam. Mümkünsə məni narahat etməyin. "Azərbaycanlı" sözü elmi ədəbiyyata 1835-ci ildə daxil olub (Mirzə Kazımbəy daxil etmişdir), 1937-ci ildən millətimizin rəsmi adıdır. Azəri sözü heç vaxt rəsmi nə də özünü adlandırma şəklimiz olmayıb. Ümid edirəm ki, şərh yazarkən təhqirdən çəkinməli olduğunuzu anlayacaqsız. Sizə uğurlar. (çoxlu !/nida işarəsi qoymaq əmr tonundan xəbər verir, bu isə yolverilməzdir.)--Asparux Xan Bulqar (müzakirə) 15:07, 2 aprel 2016 (UTC)
- Aryen-Âzerî Aleksandr Kâzım Bəy Azəricə yox mu dedi!? Azəri millətinin dilini təhqir etmis mi? Azəri millətinin dili 1834. ildə ne olup? Yoxsam isimsiz? Azəri sözü heç vaxt rəsmi nə də özünü adlandırma şəklimiz olmayıb iftirâniz üçün ve bloklanmağınız üçün şikayətçi olacam! wikipediada milli ensiklopediya yazmaq yoxdur! Manaviko (müzakirə) 16:29, 2 aprel 2016 (UTC)
- Azərbaycan dilini bilmirsizsə bildiyiniz dildə yazın. Yazdıqlarınızdan fikrinizi anlamaq olmur: artıq başa düşürəm ki, bizim dili bilmirsiz.--Asparux Xan Bulqar (müzakirə) 16:50, 2 aprel 2016 (UTC)
- Yazdıqlarımdan fikrimi anlamaq çok yahsi olur. Aryen-Âzerî Aleksandr Kâzım Bəy 1835-ci ilde Azəricə yox demedi. Wikipediada milli ensiklopediya yazmaq yoxdur Azəricə sözü çok qadim. Sen nə məktəb tədqiq ettin? Türkiyədə hər kəs Azerice der !!! Manaviko (müzakirə) 18:10, 2 aprel 2016 (UTC)
- Azərbaycan dilini bilmirsizsə bildiyiniz dildə yazın. Yazdıqlarınızdan fikrinizi anlamaq olmur: artıq başa düşürəm ki, bizim dili bilmirsiz.--Asparux Xan Bulqar (müzakirə) 16:50, 2 aprel 2016 (UTC)
- Aryen-Âzerî Aleksandr Kâzım Bəy Azəricə yox mu dedi!? Azəri millətinin dilini təhqir etmis mi? Azəri millətinin dili 1834. ildə ne olup? Yoxsam isimsiz? Azəri sözü heç vaxt rəsmi nə də özünü adlandırma şəklimiz olmayıb iftirâniz üçün ve bloklanmağınız üçün şikayətçi olacam! wikipediada milli ensiklopediya yazmaq yoxdur! Manaviko (müzakirə) 16:29, 2 aprel 2016 (UTC)
- Bloklanmağınız üçün şikayətçi olacam. Mümkünsə məni narahat etməyin. "Azərbaycanlı" sözü elmi ədəbiyyata 1835-ci ildə daxil olub (Mirzə Kazımbəy daxil etmişdir), 1937-ci ildən millətimizin rəsmi adıdır. Azəri sözü heç vaxt rəsmi nə də özünü adlandırma şəklimiz olmayıb. Ümid edirəm ki, şərh yazarkən təhqirdən çəkinməli olduğunuzu anlayacaqsız. Sizə uğurlar. (çoxlu !/nida işarəsi qoymaq əmr tonundan xəbər verir, bu isə yolverilməzdir.)--Asparux Xan Bulqar (müzakirə) 15:07, 2 aprel 2016 (UTC)
- təhqir yox, sual var! həqiqət var! Siz bir milləti təhqir etmisiz! siyasi fikrinizle təhqir etdiniz. wikipediada milli ensiklopediya yazmaq yoxdur!!! Manaviko (müzakirə) 15:02, 2 aprel 2016 (UTC)
Təhqir
redaktəSalam həmkar. Bu istifadəçi məqaləyə təhqir daxil etmişdi. Geri qaytardım. İndi isə məni narahat edir. Bloklanmalı olduğunu düşünürəm. Mümkünsə təftiş edin. Öncədən təşəkkür edirəm.--Asparux Xan Bulqar (müzakirə) 16:59, 2 aprel 2016 (UTC)
- Bloklandı. Bu cür qərəz nümayiş etdirən istifadəçilərin AzVikinin gələcək işini pozmağa yönəldiyini düşünürəm. --Babək Akifoğlu (müzakirə) 18:20, 2 aprel 2016 (UTC)
- Təşəkkür edirəm bir daha.--Asparux Xan Bulqar (müzakirə) 18:23, 2 aprel 2016 (UTC)
Salam. Siz bir çox məqalələrə bu formada AME:A-nın keçidli adını əlavə etmisiz. Bu keçidlərdə bir şeyi səhv edirsiz. Arxivləşdirmə linkində. Belə ki, arxivləşdirmə linkini bu şəkildə http://web.archive.org/save/http://www.ebooks.az/download/hJTyWQZD.pdf verirsiz. Görürsüz arada save sözü yazıb. Çünki arxivləşdirmə tam getməyib. Bu arxivləşdirmə getmə mərhələsidir. Siz ensiklopediyanın keçidini əlavə edərkən arxivləşdirilmiş linklə əlavə etmək istəyirsizsə bu linkdən https://web.archive.org/web/20160325232933/http://www.ebooks.az/view/hJTyWQZD.pdf rahat şəkildə istifadə edə bilərsiz.--samral müzakirə 21:46, 4 aprel 2016 (UTC)
- Salam. İstifadə etdiyim link arxivləşmirdi, üstəlik həmin versiyada bəzi səhifələr çatışmırdı. Siz göstərəndə isə deyəsən həmin səhifələr var.--Asparux Xan Bulqar (müzakirə) 23:45, 4 aprel 2016 (UTC)
Şablon
redaktəHəmkar salam. Sizə çox əziyyət düşür: əmn də əlavə etdiyim üçün üzr istəyirəm. Bu şablonu bizim dilə çevirə bilərsizmi ? Bəzən çox işə yarıyır.--Asparux Xan Bulqar (müzakirə) 16:08, 5 aprel 2016 (UTC)
- Salam. Əziyyət yoxdur, amma bu şablondan bizdə artıq var axı: {{Comment}}--Ağ iβlis (müzakirə) 16:12, 5 aprel 2016 (UTC)
Dərbənd epiqrafiyası
redaktəSalam. Bağışlayın sizi yenə narahat edirəm. İranika saytında belə bir şeylə qarşılaşdım [3]:
Group 1. This is comprised of the inscriptions of Dariuš, on behalf of whom more than half of all known inscriptions were made. They were cut on the northern wall of the town and present four subgroups: (a) name (nos. 11, 26, 31: Dariuš); (b) name and title (nos. 7, 10, 24, 27-29: Dariuš ī Ādurbādagān āmārgar “Dariuš, āmārgar [chief fiscal officer] of Ādurbādagān”; Figure 1); (c) building data, name, and title (nos. 1, 2, 4-6, 25; for example: az ēn ābarbar Dariuš ī Ādurbādagān āmārgar “From this upwards Dariuš, āmārgar of Ādurbādagān [made]”; ēn ud az ēn ābarbar Dariuš ī Ādurbādag[ā]n āmārgar “This and from this upwards Dariuš, āmārgar of Ādurbādagān [made]” (no. 1, Figure 2); pahnāy čahar ī Dariuš ī Ādurbādagān āmārgar “Width four [cubits], Dariuš, āmārgar of Ādurbādagān”; (d) building data, year, name, and title (no. 3; see below). The study of the location of Dariuš’s inscriptions in the system of masonry shows that they were cut after the building of the northern city wall had been finished, and the dated inscription no. 3 fixes the final date of construction, not an intermediate stage of the building work (Gadjiev, 2000, pp. 126-27). |
Məqalədə verilən Figure 1 və Figure 2-i kommonsa yükləmək olur? Çünki şəkilləri Azərbaycan (ekzonim) və Azərbaycan (tarixi ərazi) məqalələrinə əlavə etmək istəyirəm.--Shahrux (müzakirə) 21:08, 6 aprel 2016 (UTC)
- Əleyküm salam. Həmkar ilk olan əlyazmadan kopyadır onu yükləmək mümkündür. İkinci isə müəllif hüququ ilə qorunan şəkildir (2002-ci ildə çəkilib deyəsən) onu yükləmək əlbəttə olar: amma silinə də bilər və bu zaman qarşısını ala bilməyəcəyik.--Asparux Xan Bulqar (müzakirə) 21:24, 6 aprel 2016 (UTC)
- Cavab üçün təşəkkürlər. Ancaq birincin yükləyəcəm.--Shahrux (müzakirə) 11:07, 7 aprel 2016 (UTC)
Kənd meydanı
redaktəSalam. Kənd meydanındakı müzakirədə sonda sizə bu təklifi etmişəm "Asparux Xan Bulqar siz də razısızsa münsif idarəçilər son-yekun qərarı versinlər." Amma siz cavab yazmamısız. Zəhmət olmasa imkan olan kimi cavab yazardız.--samral müzakirə 23:37, 7 aprel 2016 (UTC)
- ?--samral müzakirə 15:22, 12 aprel 2016 (UTC)
- Sabuhi from Baku məndən küsmüsüz? Niyə cavab yazmırsız? Başa düşmədim. Bu nə hərəkətdi?--samral müzakirə 00:06, 15 aprel 2016 (UTC)
Həmçinin bax
redaktəİşlədiyiniz siyahıda Getap kəndinin keçidini Qasıməli edin. --Araz Yaquboglu (müzakirə) 16:49, 11 aprel 2016 (UTC)
- Bəli səhv etmişəm. Düzəltdim Araz Yaquboglu bəy.--Asparux Xan Bulqar (müzakirə) 17:00, 11 aprel 2016 (UTC)
Diyar
redaktəSalam. Siz ümumi qərarda qəbul edilmiş həll qaydasına görə hər hansı bir azərbaycandilli akademik mənbəyə istinad edib məqalə adlarından diyar sözünü silə bilərdiz. Adları silərkən hansı mənbəyə istinad etmisiz ? Üç gün içində sualıma tutarlı cavab yazmasaz adların bərpası və sizin bloklanmanız üçün (provokasiyada ittihamla) müvafiq qaydada şikayət edəcəm. Əslində heçbir akademik mənbəyə yox sadəcə ömürlük bloklanmış Aydın Məmmədovun və özünüzün də istəyinizlə münaqişə yaratmaq istəyinizdən dolayı bunu etdiyinizi onsuz da bilirəm. O səbəbdən sizi qəbul edilmiş ümumi qərara hörmət etməyə dəvət edirəm.--Flagellum Dei (müzakirə) 07:50, 11 may 2016 (UTC)
- Səhifələri elə günə salmısız ki, gözləyəsi olmadım: çünki hörmətli həmkar bir neçə ildə dəfələrlə müzakirə edilmiş və qəbul edilməmiş təklifi heç kimə hörmət etmədən və üstəlik müvafiq səbəbi/mənbəni göstərmədən dəyişikliklər etmək ya provokasiyadır, ya vandallıqdır ya da hörmətsilikdir. Artıq şikayət edirəm.--Flagellum Dei (müzakirə) 08:06, 11 may 2016 (UTC)
- Salam Sabuhi from Baku. Əslində yadınızdadırsa mən sizin müzakirə səhifənizə keçən dəfə bir şey yazdım və siz heç bir cavab yazmayaraq mənə qarşı hörmətsizlik etdiz. Bu 1 hörmətsizlik. 2-ci hörmətsizliyiniz də Dördgünlük müharibə məqaləsinin müzakirə səhifəsində tanımadığım bir IP ilə müzakirə apardıqdan sonra sonda sanki o IP mən imişəm kimi mənim adımı çəkdiz, mən sizdən bu əsassız hərəkətinizin səbəbini soruşanda isə yenə də susduz ki, bax bunlardır əsil hörmətsizliklər. İndi mənim əslində tam ixtiyarım var ki, sizə qarşı eyni hörmətsizliyi edim və sizə cavab verməyim. Ama mən siz yox, Səmral olduğuma görə sizə cavab verəcəm. Deməli belə, siz mənə deyirsiz ki, diyar sözünü silməyimlə əlaqədar mənbə göstərim. Bu istəyiniz çox məntiqsizdir. Niyə? Çünki diyar sözünün olmalı olduğunu deyən sizsiz və bunun üçün siz mənbə göstərməlisiz. Mən sadəcə və sadəcə adları intervikiyə uyğunlaşdırmışam. Səbuhi bəy mən siz deyiləm ki, emosialarla hərəkət edib məsələn Marneuliyə 50 il əvvəlki adını yazam. Aşağı sözünü kvemo, yuxarı sözünü zemo, daxili sözünü isə şida sözü ilə əvəz etmişəm, çünki demək olar ki, bütün vikilərdə (en, ru, fr, alm başda olmaqla) mən etdiyim kimidir. Bundan əlavə dövri mətbuatda da məsələn elə Azərbaycan Televiziyasında Kvemo Kartli bölgəsi deyilir, tay Aşağı Kartli diyarı yox.--samral müzakirə 08:35, 11 may 2016 (UTC)
- Mən ardımca müzakirələrdə məni təhqir edən kəslərlə heçnə müzakirə etmirəm. Vikinin önəmi mənim üçün heçə enmiş kimi azalıb. Bura nağıl yazmaq lazım deyil (tay elədir filan fəsməkan; TV belə deyir nə bil 50 il ad... ilaxır). Sizdən rica etdim ki, dəyişikliyi edərkən müvafiq mövzu üzrə qəbul edilmiş qərara hörmət edin.--Flagellum Dei (müzakirə) 08:51, 11 may 2016 (UTC)
- Əvvəla mən heç yerdə sizi təhqir etmənişəm bu 1. 2-cisi hansı qərara hörmətsizlik etmişəm? Bəzi yerlərdə Aşağı Kartli diyarı yazmısız, bəzi yerlərdə Kvemo Kartli mxaresi. Mən gördüm ki, bu qarışıqlıq və çaşbaşlıq yaradır, götürüb intervikiyə uyğunlaşdırdım.--samral müzakirə 08:55, 11 may 2016 (UTC)
- Siz nə deyirsiz deyin həmkar mən yazdığınız hər şeyi görürəm (istər viki olsun istər başqa yer) )). Təhqir etdiyinizi yaxşı bilirəm mənim haqqımda nə düşündüyünüzü də məni marqlandırmır, sadəcə cavabı niyə yazmadım onu izah etdim. Ümumiyyətlə çalışıram ki, sizinlə polemikaya girməyim. Daxili keçidləri isə siz artıq həll edilmiş şəkildə düzəltməli idiniz. Məqalə adlarında dəyişikliklər etməyə cəhd etməklə yox (alındı dəyişmisiz, alınmadı qalıb və daha da bərbad günə düşüb). Mümkünsə qərara uyğun düzəlişlər edin ki, artıq mənə də xoş olmayan bucür müzakirələr etməyək. Heç kəsə hörmət etməyən və təhqirlər yağdıran eks istifadəçiyə çox əvvəl izah etmişdim: niyə ad elə yazılır niyə dediyi/dediyiniz kimi yazılmır, o səbəbdən təkrara getməyəcəm. Artıq əlavə edəcəyim heçnə görmürəm. Və şikayəti də etmişəm. İdarəçilər dediyinizi dəstəkləsə buyurun, artıq mövzu ilə aşırı maraqlanmıram.--Flagellum Dei (müzakirə) 09:02, 11 may 2016 (UTC)
- Flagellum Dei yenə də həmişəki kimi mənbəsiz, əsassız və boş danışıb məni də əsəbiləşdirirsiz. Xahiş edirəm ki, danışanda ya fikrinizi əsaslandırın, ya da məni narahat etməyin. Bir daah təkrar edirəm ki, etdiyim bütün dəyişikliklər qəbul edilmiş qərara, akademik mənbələrə və intervikiyə uyğundur. Bu müzakirədə məğlub olduz, səhv çıxdız. Hələ də danışırsız.--samral müzakirə 08:00, 12 may 2016 (UTC)
- Samral adları dəyişəndə zəhmət çəkin akademik mənbəni də istinad olaraq göstərin (yazmısız: ... akademik mənbələrə ....uyğundur; fəqət nədənsə həmin mənbələri göstərmirsiz + qərarı diqqətlə bir də oxumalısız çünki həmkar orda "intervikiyə uyğunlaşdırmaq" deyə bir bənd yoxdur). Yeni nəşr edilmiş Dünya coğrafiyası ensiklopediyası və 6 cildlik Azərbaycan Milli Ensiklopediyası var. Qərar elə şəkildə verilib ki, görüntü bir cür reallıq başqa cürdür: yəni əslində iki tərəfin də iddiasını təmin etdi )). Siz adları mənbə göstərmədən dəyişməyə davam etsəz bloklanmağınıza nail olacam: çətin olmayacaq, çünki mənbəsizkütləvi dəyişiklik vandallıq olur. Siz də bilirsiz ki, Ermənistanda və Gürcüstandakı yerləri tam əks etdirən nə (yeni) xəritə nə də sovet dövrünə aid azərbaycan dilli mənbə var (coğrafi), bu səbəbdən əl-qolunuz bağlıdır. Yeni dövrün nəşrlərindən isə xəbəriniz yoxdur: ona görə mənə sərf edir ki, siz adları mənbəsiz dəyişəsiz mən isə sonda əsaslandırıb sizin bloklanmağınıza nail olum )). Ona görə özünüz üçün də yaxşı olar ki, mənbəsiz adları dəyişməyəsiz. Zəhmət çəkin mənbələri tapın, sonra dəyişin. Dediyim kimi vikinin mənim üçün önəmi yoxdur artıq: amma şəxsən sizin qərəziniz diqqətimdədir.--Flagellum Dei (müzakirə) 08:46, 12 may 2016 (UTC)
- Flagellum Dei siz özünüz qərarı diqqətlə oxuyun. Orada yazıb ki, Xəritəçəkmə Komitəsinin nəşrləri, ASE və s. Məsələn Marneuli bu 2 misalda Marneulidi ya Sarvan? Marneuli. Siz əvvəlcə özünüz 1 mənbə təqdim edine :) 2ay müzakirə getdi bir normal mənbə təqdim edə bilmədiz. Yenə də mənbəsiz və əsassız sözlər sıralayırsız :).--samral müzakirə 10:37, 12 may 2016 (UTC)
- Samral nağıl yazmayın. Məqalə adlarını kütləvi dəyişdirməyə niyyətli sizsiz: ona görə də "qərarın bəndlərinə uyğun" dəyişmək istədiyiniz hər bir ad üçün akademik mənbə göstərməlisiz. İndiki halda məsələ bu qədər bəsitdir.--Flagellum Dei (müzakirə) 10:40, 12 may 2016 (UTC)
- Flagellum Dei çənə cəngavərliyinə varsızda. Yaxşı hamısına bir-bir mənbə göstərəcəm.--samral müzakirə 19:51, 12 may 2016 (UTC)
- Samral özünüzü ələ alın: baxıram yavaş–yavaş tənqidlə təhqiri səhv salırsız. Başqa həmsöhbətlərinizlə məni qarışdırmaq lazım deyil. Sizə redktələrinizdə qəbul edilmiş qərarın bəndlərinə riayyət məsələsində dəqiq olmalısız yazmışam. Kənara çıxmasaz yaxşıdır.--Flagellum Dei (müzakirə) 20:11, 12 may 2016 (UTC)

Sizin üçün bir ulduz!
redaktəİstinad ulduzu | |
Yaratdığınız və təkmilləşdirdiyiniz məqalələrə, həmçinin mövcud məqalələri istinadlarla zənginləşdirdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Zaur Turan (1994) (Müzakirə) 17:23, 13 may 2016 (UTC) |
Dəvətnamə
redaktəSalam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycanın Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın çıxışına həsr olunan məqaləyə səs verməyə dəvət edirəm. |
Dəvətnamə
redaktəSalam həmkar. Üzr istəyirəm siz səhv yerə səs verdiniz. Bura lazımdı.--Calal99 (müzakirə) 20:25, 12 sentyabr 2016 (UTC)
Dəvətnamə
redaktəSalam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycan güləşinin əfsanəsi, 2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı Dünya Çempionatının 4 qat medalçısı 5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə dəvət edirəm. |
Немного пахлавы для вас!
redaktəCənab Səbuhi, Sizin yenidən fəaliyyət göstərdiyinizi görüb hədsiz sevindim! Hərçənd Facebookda səhifənizi silmisiniz və Sizinlə əvvəlki kimi, xoş və sərbəst diskusiya aparmaqdan məhrum olmağıma baxmayaraq, yenə də Sizin fəaliyyətinizin ən böyük pərəstişkarı olaraq daim qalacam. Bir gün yenə əvvəlki kimi, söhbətləşəcəyimizə ümid edir, Sizə xoşbəxt həyat və can sağlığı arzulayıram. Farid Aliyev (müzakirə) 13:52, 4 oktyabr 2016 (UTC) |
Dəvətnamə
redaktəSalam Hörmətli həmkar. Sizi laboratoriya səhifəsində Azərbaycan güləşinin əfsanəsi, 2008, 2012 və 2016-cı illərin Olimpiya medalçısı Dünya Çempionatının 4 qat medalçısı 5 qat Avropa çempionu, I Avropa Oyunlarının qalibi Mariya Stadnik haqqında hazırlanan məqaləyə səs verməyə dəvət edirəm. |
Dəvətnamə
redaktəSalam Hörmətli həmkar. Sizi laboratoriyada Sant'İvo alla Sapienza məqaləsi üçün keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
İP-redaktələrinin patrullanması
redaktəSalam, hörmətli həmkar. Sizi Azviki üçün aktual problemlərdən biri olan İP-redaktələrinin patrulanması ilə bağlə kənd meydanında keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə: --Baskervill müzakirə 13:56, 22 dekabr 2016 (UTC)