Istifadeci Muzakiresi Gulnar82 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Gülnar82! |
Tez-tez soruşulan suallar | Salam, Gülnar82. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
— Baskervill (müzakirə) 15:36, 14 iyun 2020 (UTC)
Sual
redaktəSalam.Sizdən bir şey soruşa bilərəm?--Advellerd Talk 06:32, 28 iyun 2020 (UTC)
Salam.Bəli.Əslində mən də Sizdən kömək istəyərdim.Mənim vikipediyaya əlavə etdiyim məlumatlar silinir.Səbəb nədir?
Vikipediyaya yerləşdirdiyim məlumatların hər birinin mənbəsini qeyd edirəm, buna baxmayaraq hər dəfə silinir.Mənə kömək etsəydiniz şad olardım.Gülnar82 (müzakirə) 12:34, 28 iyun 2020 (UTC)
Mehdi Mehdizadə
redaktəSalam, zəhmət olmasa bu məqaləyə qeyri-ensiklopedik məlumatların yerləşdirməyin. Bununla məqalənin keyfiyyətini aşağı salırsız. — Thunder Storm (müzakirə) 13:06, 28 iyun 2020 (UTC)
Salam. Ensiklopedik əhəmiyyətlilik məqaləsini oxuyub tanış oldum.Yerləşdirdiyim məlumatların hər birini etibarlı mənbədən əldə etmişəm. Artıq neçənci dəfədir ki, xəbərdarlıq edilmədən, bildiriş göndərilmədən məlumatları silirsiniz. Nəzərinizə çatdırıram ki, bu məlumatların əldə edilməsi, işlənməsi, redaktəsi və yerləşdirilməsi üçün kifayət qədər zaman və zəhmət sərf edilib. Məlumatları silərkən bu məsələləri nəzərə almağınızı xahiş edirəm. Mehdi Mehdizadə vikipediyasında qeyri-ensiklopedik məlumat dedikdə konkret nəyi nəzərdə tutursunuz? Mənə bu barədə zəhmət olmasa açıqlama verin. Yerləşdirdiyim məqalələrin hər birini mötəbər mənbələrdən əldə edərək istinadlar vermişəm. Vikipediyada M.Mehdizadənin özünün müəllifi olduğu kitab və elmi məqalələrin, onun haqqında yazılan kitab və məqalələrin adlarını, pdf və linkləri yerləşdirmişdim. Akademikin müəllifi olduğu kitablar və onun haqqında yazılan kitabların əksəriyyəti dünyanın ən böyük, məşhur və ən əhəmiyyətli platformaları olan Archiv.org, Calameo.org, WORLDCAT -da yerləşdirilib. Məqalələrinin link və pdf-nin bir hissəsini www.journal.edu.az (Azerbaijan Journal of Educational Studies) saytından, bəzi kitabların elektron versiyasını isə Azərbaycan Milii Kitabxanasından əldə edib məqalələri hazırlamışam. Yəni yerləşdirdiyim məqalər bu etibarlı mənbələrdən əldə etdiyim kitablara istinadən hazırlanıb və sırf olaraq Akademikin bioqrafiyası ilə bağlıdır. Bilmək istərdim, burda hansı ensiklopedik qaydalar pozulub? Sildiyiniz məqalələr isə bunlardır: M.Mehdizadənin Həyatı və elmi pedaqoji fəaliyyətinin əsas tarixləri, Mehdi Mehdizadə adına mükafat laureatları, Haqqında deyilənlər, Haqqında yazılan kitab və məqalələrin siyahısı, pdf və linkləri, Dövri mətbuatda dərc edilmiş məqalələrin adı və pdf-ləri. Bunlar məgər qeyri-ensiklopedik məlumatlar hesab olunur? Hətta bir gün əvvəl "Elmi və pedaqoji fəaliyyəti" adlı məqaləni də silmişdiniz. Bu məqalə Akademikin sırf elmi-pedaqoji fəaliyyətini əks etdirir, onu silmək nə üçün, anlamadım? Yəqin mənimlə razılaşarsınız ki, ictimai və elm xadiminin vikipediyasında onun elmi fəaliyyəti əks olunmalıdır. Onun kitab və məqalələri də elmi-pedaqoji fəaliyyətinin əksidir. Buna əsaslanaraq demək olar ki, Akademikin vikipediyasında müəllifi olduğu kitablar da, məqalələr də, elmi fəaliyyyəti ilə bağlı bütün fəaliyyətlər də yerləşdirilə bilər. Hətta düşünsək ki, bu mənbələrdən elmi fəaliyyətlə məşğul olanlar və ümumiyyətlə hər kəs yararlana bilərsə, onda onun kitab və məqalələrinin vikipediyada yerləşdirilməsinin nəyi pisdir ki bunu anlaya bilmirəm. Düşünmürəm ki, silinən məqalələrdə onun keyfiyyətini aşağı salan və akademikin fəaliyyəti ilə bağlı qeyri-ensiklopedik, qeyri-elmi məlumatlar yerləşdirilib . Akademik Mehdi Mehdizadə bütün fəaliyyətini Azərbaycan təhsilinin inkişafına həsr edib və mən də bir vətəndaş olaraq onun vikipediyasını zənginləşdirmək üçün bu işi yerinə yetirməyi özümə borc hesab edirəm. Xahiş edirəm, yazdığım mesajı diqqətlə nəzərdən keçirəsiniz. Açıqlamanızı gözləyəcəyəm.Gülnar82 (müzakirə) 22:30, 28 iyun 2020 (UTC)
- Gulnar82 salam ilk olaraq deyim ki sizin yazdığınız məlumatların mənbəsi olsa belə tez-tez stil kitabçası və neytrallıq pozulur.Daha aydın və tərəfsiz yazmağı məsləhət görərdim.--Advellerd Talk 05:20, 29 iyun 2020 (UTC)
- Salam. Mesajımı cavablandırdığınız üçün minnətdaram. Qeyd edirsiniz ki, məqalələrdə tez-tez stil kitabçasının qaydaları pozulur. Stil kitabaçasında qeyd olunur.
- 1)Məqalələrdə istifadəçi öz şəxsi mülahizələrini yazmamalıdır. --Mən vikipediyada qətiyyən öz şəxsi fikirlərimi yazmamışam.
- 2)Yazdığı mətnin mənbəsi mütləq göstərilməlidir. Mənbə göstərilməyən mətnin doğruluğu şübhə doğurduğundan, onun silinmə ehtimalı daha böyükdür. ---Yazdığım məqalələrin bütün mənbələri dəqiqliyi ilə göstərilmişdir.
- 3) Vikipediya saytından digər saytlara keçid nəzərdə tutulur. Xarici keçidlərdə bu qaydaya əməl etmişəm. Daxili keçidləri də etmişdim amma onlar təəssüf ki silinib.
- 4)Mürəkkəb adlar qaydalara əsasən yazılıb. Məqalə bölümlərə və alt başlıqlara ayrılıb.
- Siz zəhmət olmasa konkret deyin stil kitabçasının hansı qaydası pozulub?
- Sonra bildirirsiz ki neytrallıq pozulur.
- 1) Vikipediya:Neytral mövqe“ başlığında yazılır. Qoy faktlar sənin əvəzinə danışsın” – bu neytral nəzər nöqtəsini ifadə edir Orada qeyd olunur ki, vikisəhifələrində məlumatları faktlar formasında yerləşdirsəniz, hər kəs bu şəxslərin xarakteri haqqında real təsəvvür alacaq. Mən də yalnız mövcud faktlara əsaslanaraq məlumatları yerləşdirirəm.Yəni orada tərəfsiz, real faktlara əsaslanmış məlumatlar əks olunub. Məs."Haqqında deyilənlər" başlıqlı məqalə silinib.Mən burda yalnız faktlara əsaslanan mətn hazırlamışam.Götürdüyüm mənbələri də qeyd etmişdim. Ziya Bünyadovun da viki səhifəsində bu cür başlıq var. Orda amma silinməyib. Biz heç bir halda deyə bilmərik axı onu ora yerləşdirən tərəfkeşlik edib,akademiki tərifləyib.Bütün bunlar faktlara əsaslanır. Silinən məqalələrdən biri də M.Mehdizadənin Həyatı və elmi pedaqoji fəaliyyətinin əsas tarixləridir. Orda yalnız xronologiya yerləşdirilib.Onun tərəfkeşliklə nə əlaqəsi var?
- Siz mənə silinən məlumatları orada düzgün şəkildə yerləşdirməyə kömək edə bilərsiniz? Olar ki onları yenidən qaytarıb düzgün necə hesab edirsinizsə öz düzəlişlərinizi edib yayımlayasınız? Öncədən minnətdaram. Gülnar82 (müzakirə) 16:28, 29 iyun 2020 (UTC)
Mehdi Mehdizadə
redaktəSalam.Mən öyrənmək istəyirdim ki bu səhifədə ən üst hissədə şablon şəkil nə səbəbdən silinib?Gülnar82 (müzakirə) 10:57, 31 iyul 2020 (UTC)
Məktəbəqədər və ibtidai təhsil (jurnal)
redaktəSalam. Öyrənmək istəyirdim ki, şablonda jurnalın şəkli nə səbəbdən silinib? — Gülnar82 (müzakirə) 17:44, 12 avqust 2020 (UTC)
- Salam. Şablona yerləşdirdiyiniz şəkil Commonsdan silinib. Çünki jurnal, kitab və s. üz qabıqları müəllif hüquqları ilə qorunur və onları yalnız xüsusi lisenziya ilə yükləmək mümkündür. Vaxt edib doğru versiyada yükləyəcəm və ondan sonra silinməyəcək. — Sofy ₪ 08:29, 15 avqust 2020 (UTC)
Yüklədim — Sofy ₪ 08:48, 15 avqust 2020 (UTC)
Təşəkkür edirəm — Gülnar82 (müzakirə) 10:33, 16 avqust 2020 (UTC)
Mehdi Mehdizadə "Şəkillər"
redaktəCavablandırıldı |
Sual: Salam. Mən Mehdi Mehdizadə vikipediyasına şəkillər yükləmişdim. Amma bu gün gördüm ki bütün şəkillər silinib. Yazılıb ki Commons qaydalarına uyğun yüklənməyib. Xahiş edirəm, mənə onları vikipediyada yenidən yükləməyə kömək edəsiniz. Bu şəkillərin bəzilərini onun haqqında yazılan Akademik Mehdi Mehdizadə ömrünün işığı (V.Xəlilov, H.Musayev, Bakı. 1998, 2012) kitabından, bəzilərini isə ailəsinin verdiyi şəkillərdən çəkib yükləmişdim. Xahiş edirəm onları qaytarmağa mənə kömək edəsiniz. Öncədən təşəkkür edirəm. — Gülnar82 (müzakirə) 17:36, 7 sentyabr 2020 (UTC)
- Salam. Özünüz tərəfindən çəkilməyən və müəllif hüquqları ilə qorunan faylar vikianbara yüklənə bilməz. Yüklənsə də müəyyən lisenziya ilə yüklənir. Siz şəkillərdən bir neçəsini mənim gmailimə göndərə bilərsinizmi? Mənbəni də qeyd etsəniz yaxşı olar. Gmailim: [email protected] — Surə 🗯 17:58, 7 sentyabr 2020 (UTC)
Aydındır. Əlbəttə, göndərərəm indi.Çox çox təşəkkür edirəm Sizə.. — Gülnar82 (müzakirə) 18:02, 7 sentyabr 2020 (UTC)
Respublika Təhsil Şurası
redaktəCavablandırıldı |
Sual: Salam. Vikipediyada yaratdığım "Respublika Təhsil Şurası" adlı məqaləmin səhifəsinə 14.06.2021-ci il tarixində Arif Gürşadoğlu adlı istifadəçi daxil olaraq "Respublika Təhsil Şurası" İctimai Birliyinin sədri başlıqlı hissədə dəyişiklik etmişdir. Burada yazdığım məlumatı - 2021-ci ildən İB-yə sədr təyin edilən Mehdi-zadə Samir Ramiz oğlunun adını bu hissədən silərək, oraya naməlum bir ad qeyd etmişdir. Buraya sənəd və ya şəkil yerləşdirmək mümkün olsa idi, mən Sizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarış sənədini göndərərdim. Orada Mehdi-zadə Samir Ramiz oğlunun 2021-ci il aprelin 13-ü tarixində sədr seçilməsi aydın şəkildə qeyd olunub, Çıxarış Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imza və möhürü ilə təsdiqlənib. Bundan əlavə həmin istifadəçi xarici keçidlərdə də yazılan doğru məlumatları silib. Vikipediyada həqiqəti əks etdirməyən məlumatların yazılması, şəxsi maraqlara görə doğru xəbərlərin silinməsi yolverilməzdir. Çox xahiş edirəm Vikipediya qaydalarına uyğun olaraq Arif Gürşadoğlu adlı istifadəçiyə xəbərdarlıq edəsiniz. Mən öz mail ünvanımı da burada qeyd edirəm, ehtiyac olarsa zəhmət olmasa, mənə yazın, Sizə Dövlət Reyestrindən Çıxarışı göndərim. Məsələni araşdırıb mənə də məlumat versəz şad olaram. Çox sağ olun.
E-mail: [email protected]— Gülnar82 (müzakirə) 15:37, 15 iyun 2021 (UTC)
- Salam hörmətli həmkar. Vikipediya açıq ensiklopediya olduğu üçün hərkəsin məqalələr üzərində redaktə etmək hüququ var. Təbiiki səhv redaktə edən təcrübəsiz istifadəçilər də olur, belə hallar zamanla aradan qaldırılır. Qeyd edim ki, məqalədə etibarlı mənbələrdən istifadə etsəniz bu kimi halların qarşısını almaqda siz də kömək etmiş olarsınız. Əlavə sualınız olarsa, buyurub müraciət edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar. — Xeyal (müzakirə) 11:07, 16 iyun 2021 (UTC)
Elmi tədqiqat, Elmi iş, Təbiət və Elm, Qədim diyar (jurnalar)
redaktəSalam.
Mən ötən həftə başlıqda adları qeyd edilən 4 beynəlxalq elmi jurnalın Vikipediya səhifəsini yaratmışdım. Jurnallar haqında bu saytda ətraflı məlumat var. Ehtiyac olarsa, tanış ola bilərsiniz: https://aem.az/
Amma Emin adlı istifadəçi tərəfindən hər 4 jurnal silinib. Müzakirə bölümündə ondan kömək istədim, mesajımı cavablandırmadı.
Zəhmət olmasa mənə jurnalların vikipediya səhifəsini yenidən bərpa etməkdə yardım edin. Təcrübəli istifadəçilərdən kömək istəyirəm.
Köməkliyinizlə nə lazımdırsa düzəliş edək.
Öncədən təşəkkürümü bildirirəm. Gülnar82 (müzakirə) 21:12, 19 dekabr 2022 (UTC)
- Salam, hörmətli Gülnar82. Müraciətinizi gec cavablandırdığım üçün üzr istəyirəm. Həmin jurnalları fərqləndirən özünəməxsus cəhətlər varmı? Çox məşhurdurmu? Bu jurnallara istinadlar olurmu? Mətbuatda, digər mənbələrdə bu jurnalların fəaliyyəti ilə bağlı məlumatlar varmı? Bunlar təsdiq olunarsa, məqalələr bərpa edilə bilər. Həmçinin məqalələrin məzmununu bir mənbədən kopyalamısınız. Bu da yolverilməzdir. Neytral mənbələrdən istifadə edərək yeni məqalə yazmalısınız.— Eminn (müzakirə) 15:35, 15 yanvar 2023 (UTC)
- Salam hörmətli Emin bəy. Buyurun, heç bir narahatlıq yoxdur, cavablandırdığınız üçün Sizə çox minnatdaram.
- Bildirim ki, hər 4 jurnal Azərbaycan Elm Mərkəzi tərəfindən təsis edilib, "Elmi iş" jurnalı 2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, №2212, "Təbiət və elm" jurnalı 2019-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, №4243, "Qədim diyar" onlayn jurnalı 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, №3534, "Elmi tədqiqat" onlayn jurnalı isə 2021-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, №4346-dır. Onlardan ikisi onlayn jurnaldır.
- Jurnallar haqqında tam ətraflı məlumat Azərbaycan Elm Mərkəzinin https://aem.az/ saytında qeyd edilib. Jurnallar bir çox beynəlxalq indekslərə daxildir. İndekslər saytda hər jurnala aid bölmədə Beynəlxalq indekslər bölməsində verilən linkləri vasitəsilə təqdim edilir. Zəhmət olmasa baxa bilərsiniz. Nümunə olaraq bir neçəsinin linkini burada tanış olmaq üçün Sizə təqdim edirəm.
- ICI-Index Copernicus International - Bu indeks bazası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi məqalələr və jurnallar qarşısında qoyduğu əsas index bazasından biridir ki, "Elmi iş", "Təbiət və elm" və "Qədim diyar" jurnalları bu bazaya daxil olmuşdur. "Elmi tədqiqat" jurnalının fəaliyyət ili az olduğundan hələki bazaya müraciət olunmayıb. Digər adı çəkilən jurnalların linkləri təqdim edirəm.
- https://journals.indexcopernicus.com/search/details?id=122755 "Təbiət və elm"
- https://journals.indexcopernicus.com/search/details?id=122754 "Qədim diyar"
- https://journals.indexcopernicus.com/search/details?id=66346 (Elmi iş)
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının saytında bu bazaya qoyulan tələb (xanada indeksin adına diqət edin) qeyd edilib http://www.aak.gov.az/single/411
- Həmçinin CAS Source Index (CASSI) Search Tool bazası haqında bildirim. "Təbiət və elm" jurnalı qərargahı ABŞ-da olan bu indexs bazasına da qəbul edilmişdir. Bildirim ki bu indexs bazası da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi məqalələr və jurnallar qarşısında qoyduğu əsas index bazasından biridir. Linkini təqdim edirəm.
- https://cassi.cas.org/publication.jsp?P=eCQtRPJo9AQyz133K_ll3zLPXfcr-WXf6ysRpnbrN0QFxh6puAzkNzLPXfcr-WXfMs9d9yv5Zd9dPe2jm4Ja1TLPXfcr-WXfMs9d9yv5Zd_kbzMXI9hTcwaDWGA1GXkD
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının saytında bu bazaya qoyulan tələb (xanada indeksin adına diqət edin zəhmət olmasa) qeyd edilib.Chemical Abstracts Service qısaltması - CAS
- http://www.aak.gov.az/single/400
- Salam, hörmətli Gülnar82. Müraciətinizi gec cavablandırdığım üçün üzr istəyirəm. Həmin jurnalları fərqləndirən özünəməxsus cəhətlər varmı? Çox məşhurdurmu? Bu jurnallara istinadlar olurmu? Mətbuatda, digər mənbələrdə bu jurnalların fəaliyyəti ilə bağlı məlumatlar varmı? Bunlar təsdiq olunarsa, məqalələr bərpa edilə bilər. Həmçinin məqalələrin məzmununu bir mənbədən kopyalamısınız. Bu da yolverilməzdir. Neytral mənbələrdən istifadə edərək yeni məqalə yazmalısınız.— Eminn (müzakirə) 15:35, 15 yanvar 2023 (UTC)
Məlumat üçün bildirim ki, hər 4 jurnalın Beynəlxalq ISSN mərkəzi tərəfindən təsdiq edilən Print ISSN və E ISSN vardır. Elmi iş jurnalı https://portal.issn.org/api/search?search[]=MUST=default=Scientific+Work&search_id=23522313 Təbiət və elm jurnalı - https://portal.issn.org/api/search?search[]=MUST=default=T%C9%99bi%C9%99t+v%C9%99+elm+&search_id=23522329 Elmi tədqiqat - https://portal.issn.org/api/search?search[]=MUST=default=Elmi+t%C9%99dqiqat&search_id=23522339 Qədim diyar - https://portal.issn.org/api/search?search[]=MUST=default=Q%C9%99dim+diyar&search_id=23522528 Zəhmət olmasa daxil olub nəzərdən keçirin.
Bildirim ki, jurnallarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına düşməsi üçün artıq keçən aydan müraciə olunub. Yanvarın sonu siyahıya alınmasını gözləyirik. İndiyə kimi orada siyahıda olmasa da, bu qurum jurnallarda çap edilən məqalələri qəbul edib.
- Emin bəy, bildirirsiz ki məqalələrin məzmununu bir mənbədən kopyalamısınız. Bu jurnallar eyni mərkəzin olduğundan ola bilər ki jurnalların məqsədi bir məzmunda ola, Amma hər jurnalın fərqli Redaksiya heyəti, fərqli Arxivi vardır. Hər jurnalın bölməsində saytda yəni jurnalların Arxivləri tam olaraq yüklənib.
- Zəhmət olmasa, bir daha baxış keçirib jurnalların vikipediya səhifələrinin bərpa edilməsinə köməklik göstərin.
- Öncədən minnətdarlığımı bildirirəm. Gülnar82 (müzakirə) 14:44, 20 yanvar 2023 (UTC)
Müraciət
redaktəSalam, hal hazırda müzakirəsi davam edən məqalə üçün yenidən müzakirə açmaq nəyə görədir? Zatən bns-də müzakirə davam edir. - Onyeddi (müzakirə) 16:26, 20 yanvar 2023 (UTC)