Istifadeci Muzakiresi Crepusculum Arxiv 3 - Wikipedia
Botlar
redaktəSalam. Mən tutaq ki, Kateqoriya:Belarusda doğulanlar səhifəsini Rus Vikidə tapıb oradan başqa dildə olan botları Az Vikidə Kateqoriya:Belarusda doğulanlara əlavə edirəm. Mən təzədən bir-bir digər dillərdə olan həmin kateqoriya üzrə az:Kateqoriya:Belarusda doğulanlar keçidini bir-bir əlavə etməliyəm yoxsa özü avtomatik əlavə olunacaq. Araz Yaquboglu (talk) 19:42, 4 yanvar 2013 (UTC)
- Əleykümə salam. Mən fikir vermişəm, botlar əsasən məqalələr üzrə işləyə bilir. Məsələn şablon, portal və ya kateqoriyaların digər dil bölmələrinə bot ilə əlavə olunması bir az problemli məsələdir. Şəxsən mən yaratdığım bütün portalların digər dil keçidlərini bir-bir özüm əlavə edirdim. Əslində bunu botlar edə bilər, sadəcə botların bu sahə üzrə olan fəaliyyətini nizamlamaq lazımdır. Bu barədə mən bir dəfə idarəçilərdən birinə, müraciət etmişdim, ançaq bir nəticə hasil olmamışdı. Hörmətlə:--Baskervill (talk) 19:49, 4 yanvar 2013 (UTC)
Böyük Britaniya
redaktəSalam sənə bir zəhmət verim. Kateqoriya:Britaniyada vəfat edənlər və Kateqoriya:Böyük Britaniyada vəfat edənlər kateqoriyalarında bir yanlışlıq yoxdu ki, varsa xaiş edirəm həll edin. Araz Yaquboglu (talk) 18:09, 5 yanvar 2013 (UTC)
Ermənistan IP nömrələri siyahısı – Vikipediya istifadəçilərin diqqətinə təqdim edirəm
redaktəBilindiyi kimi, Ermənistan mənşəli IP istifadəçilər vandalizm məqsədiylə məqalələrə ziyan verir.
Erməni IP istifadəçilərin vandalizmi, sözdə neytral görünən ancaq erməni tərəfdarı olan dəyişiklikləri də əhatə edir.
Keçmişdə Azərbaycanda yaşamış olan ermənilər bu məqalələri səlis və düzgün Azərbaycan dilində yazırlar.
Beləliklə ermənilər, Vikipediyada Azərbaycan xalqı, Azərbaycan və onun tarixi haqda saxta məlumat daxil edərək növbəti dəfə dezinformasiya yaradırlar.
Bu imkandan istifadə edib IP istifadəçilərin yerini daha sürətli və asan tapa bilərsiniz və daha sürətli müdaxilə edə bilərsiniz.
Erməni IP istifadəçiləri tərəfindən tələyə düşməyin!
Hörmətlə --Menikure (talk) 03:17, 6 yanvar 2013 (UTC)
Miras
redaktəSalam, Miras səhifəsini silmisiniz, səbəb də onu göstərmisiniz ki, məqalənin ensiklopedik məzmunu yoxdur. Mənim Vikipediya təcrübəmə əsasən bu düzgün deyil:
- Məqaləm ingilis dilində olan Heritage məqaləsində olan cümlənin tərcüməsi idi və həmin ingilisdilli Vikipediyadan eyni əsasla (qeyri-ensiklopedik məzmun) pozulmur. Mən məqalənin digər versiyalarına da linklər qoymuşdum;
- Zənnimcə, istənilən məqalənin yaradıldığı andan bir neçə dəqiqə sonra pozulması ümumiyyətlə qəbul olunan deyil, çünki məqalə yaradılır və yaradıldığı anda ideal olmur. Əksər Vikipediyaçılar onu bir neçə saat ərzində ilkin formaya salırlar, daha sonra isə bir neçə gün onu vikiləşdirib digər işləri görürlər.
Bu iki məqam mənə əsas verir ki, Sizdən məqaləmin bərpasını xahiş edim. Hörmətlə, Konullu (talk) 16:16, 6 yanvar 2013 (UTC)
- Salam. Gün ərzində onlarla qeyri ensiklopedik məqalələr yaradılır və bunların silinməsi zamanı bəzən istəmədəndə olsa lazımlı məqalələr silinir. Mən məqaləni bərpa etdim. Məqalə üzərində digər dil keçidləri olsada, bir cümlədən ibarətdir və ümüd edirəm ki, qısa bir zamanda məqalə bir az daha genişlənər. Anlaşılmazlıq üçün üzürlü hesab edin. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm və sizi "Vikipediya:Seçilmiş şəkil namizədləri" səhifəsində keçirilən şəkillər üzrə olan səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə:--Baskervill (talk) 16:26, 6 yanvar 2013 (UTC)
- Bərpa üçün təşəkkür edirəm. Konullu (talk) 16:31, 6 yanvar 2013 (UTC)
- Mən təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 16:38, 6 yanvar 2013 (UTC)
Knotty Game
redaktəSalam. Knotty Game adlı məqaləni silmisiniz və səbəb olaraq reklam xarakterlilik göstərmisiniz. Xatırladım ki, Knotty Game intellektual oyundur. Məqalədə oyun haqqında məlumatlar, oyun qaydaları və iştirak şərtləri qeyd olunub. Burda hansı reklamı deyirsiniz?
Təşəkkürlər
redaktəSalamlar bəy. Çəkdiyiniz zəhmət üçün sizdən təşəkkür edirəm. Mənim işim qurtuldu. Hörmətlə --Əmir İbrahimi *danışıq* 06:00, 19 yanvar 2013 (UTC)
- Xoşdu. Zəhmət olmasa mənə facebookda dostluq gönədərin. Sizinlə bəzi məsələləri müzakirə etmək istərdim. Hörmətlə:--Baskervill (talk) 14:06, 19 yanvar 2013 (UTC)
- Salamlar bəy. Təəssüflə İranda facebook filterdi və mən oraya gəlməkdə çətinliklə üzbəüzəm. Təkcə burda və ya E-mail vasitəsilə sizinlə ilgi gura bilərəm. Hörmətlə--Əmir İbrahimi *danışıq* 17:54, 19 yanvar 2013 (UTC)
- O zaman mən sizə sualları buradan verim, mən mail işlətmirəm :) Sizinlə Azb viki barədə danışmaq istərdim. Bu inkubatorun ən fəal layihələrindən biri, hətta mən deyərdim ki, birincisi Cənubi Azərbaycanca vikipediyadı. Həmin layihənin açılma ehtimalını siz necə görürsüz? Kürd dilinin 2 bölməsi üzrə ayrıca vikipediya var və nəyə görə Azərbaycan dilindədə olmasın. Sizcə həmin layihə hansı müddətdə sərbəst domen ünvanı əldə edə bilər? Hörmətlə:--Baskervill (talk) 12:08, 20 yanvar 2013 (UTC)
- Hər şeydən öncə bizə göstərdiginiz mənəvi qayğıdan təşəkkür edirəm.) Bilirsiz ki mən şəxsən burda qalmağı bəyənirdim. İndinin özündədə burda normal şərayit yaradılsa qayıdaram (yanı qayıdarıq). Ancaq nə etməli....)) Düzün istəsəniz soruşduğunuz sualın cavabı mənim üçün bəlli deyil. Bu barədə mənim əlimdə aydın bilgi yoxdur. Təkcə umud edirəm çox uzun çəkməyəcək. Hörmətlə--Əmir İbrahimi *danışıq* 20:10, 20 yanvar 2013 (UTC)
- O zaman mən sizə sualları buradan verim, mən mail işlətmirəm :) Sizinlə Azb viki barədə danışmaq istərdim. Bu inkubatorun ən fəal layihələrindən biri, hətta mən deyərdim ki, birincisi Cənubi Azərbaycanca vikipediyadı. Həmin layihənin açılma ehtimalını siz necə görürsüz? Kürd dilinin 2 bölməsi üzrə ayrıca vikipediya var və nəyə görə Azərbaycan dilindədə olmasın. Sizcə həmin layihə hansı müddətdə sərbəst domen ünvanı əldə edə bilər? Hörmətlə:--Baskervill (talk) 12:08, 20 yanvar 2013 (UTC)
Lək dili
redaktəHi, why did you revert this? Are you againist international-reliable sources?--Gomada (talk) 14:29, 24 yanvar 2013 (UTC)
Həmçinin bax
redaktəSalam qardaş. Zahid Əliyev məqaləsindəki redaktələri mənim son variantıma qədər geri qaytar zəhmət olmasa. Mən nəsə bacarmadım. -Araz Yaquboglu (talk) 18:07, 27 yanvar 2013 (UTC)
Fətəli xan Xoyski ilə C.Məmmədquluzadəni qarışdırıblar
redaktəSalam, ola bilsin ki, nələrisə səhv yazam, ya düzgün etməyəm. Bilmədiyimdəndi. Amma http://en.wikipedia.org/wiki/?axtar=Azerbaijanian burada F.Xoyskinin şəkli verilib və C.Məmmədquluzadə yazılıb. Buna biz nəsə edə bilərik?
--Yuli asad (talk) 18:23, 27 yanvar 2013 (UTC)
Salam sualıma görə üzr istəyirəm, amma siz facebookda Yuli Asad adı ilə fəaliyyət göstərmiş, Ülviyyə xanımsız?--Baskervill (talk) 19:53, 27 yanvar 2013 (UTC)
Salam. Bəli, Nihat, Mənəm. Bir şey də soruşum.. İlk dəfə məqalə yaratdım "Həyat varsa" teleserialı başlıqlı. Bilmək istərdim ki, hər şeyi düzgün edə bilmişəmmi Həyat varsa (serial, 2012) --Yuli asad (talk) 16:44, 28 yanvar 2013 (WTC)
- Xoş gördük. Birinci dediyin məsələ artıq həll edilib. Sənin tərəfindən yaradılan məqalə isə əladır. Yəni hər şey qaydasındadır. Fəaliyyətində uğurlar, yeni məqalələrini gözləyəcəm. Hörmətlə:--Baskervill (talk) 10:41, 30 yanvar 2013 (UTC)
HSM bölümü
redaktəSalam, Baskervill. Etdiyiniz bu iki düzəliş [1],[2] geri qaytarılacaq. Buna səbəb "Həftənin seçilmiş məqaləsi" bölümündə olan anlaşılmamazlığı aradan qaldırmaq məqsədi daşıyır. Beləki, məqsəd keçən illərdə bu bölmədə baş vermiş çatışmamazlıqları aradan qaldırmaqdır. Keçən illər ərzində, əsasən isə 2012-ci ildə seçilən bəzi məqalələrin bir çoxu "Həftənin seçilmiş məqaləsi" bölümünə düşmədiyi halda digər məqalələr bir ayda iki dəfə bu bölmədə özünə yer tapmışdır. Bu səbəbdəndə bu il HSM-si bölümü ilin əvvəlindən hazırlanıb. Hal-hazırda SM statusu alan məqalələr və bu il bu bölmədə olmayan digər məqalələr gələn il, 2014-cü ildə bu bölməyə namizəd olacaqlar. Ona görə də çalışacağam yaxın vaxt ərzində 2014-cü ilin HSM şablonunu hazırlayım. O zaman istədiyiniz məqaləni oraya yerləşdirə bilərsiniz, 2013-cü ildə bu bölməyə düşən məqalələr istisna olmaqla. Hörmətlə:-- ■ Sultan mesaj 18:12, 3 fevral 2013 (UTC)
- Salam, mən sadəcə təkar-təkrar məqalələrin Ana səhifəyə çıxmasın deyə belə bir dəyişiklik etmişdim. Həm yeni seçilən və gözəl tərtib olunmuş bir sıra (Azıx mağarası və Hərb və Sülh (roman)) seçilmiş məqalələrin gələn ilə qalması, yaxşı təcrübə deyil. Hörmətlə:--Baskervill (talk) 10:58, 4 fevral 2013 (UTC)
Şəkillər barəsində
redaktəBir daha Salam. Buradakı şəkli özüm çəkmişəm. Yəni bütün hüquqları belə çıxır ki, mənə məxsusdu. Mən müəllif və icazə hissəsinə özümü yazmalı və mənbə hissəsini boş buraxmalıyam? Hörmətlə: --Yuli asad (talk) 12:24, 4 fevral 2013 (UTC)
- Bəli əgər müəllif sənsənsə, mənbə kimi özünü göstərə bilərsən. Azvikidə belə hallar çoxdur. Bir çox istifadəçilər bölgələrdə çəkilən abidə şəkillərində mənbə kimi özünü göstərir. Sadəcə adını və soy adını qeyd etməni məsləhət görərdim, mənbə hissəsində. Sualların olsa, buyur. :) Hörmətlə:--Baskervill (talk) 14:09, 4 fevral 2013 (UTC)
Dəvət
redaktəSalam. Seçilmiş məqalə laboratoriyasında "Seçilmiş məqalə" statusu almağa layiq olduğunu bildirdiyiniz Səyyad Aran məqaləsi hazırda Seçilmiş məqalə namizədidir. Sizi həmin səsvermədə iştirak etməyə dəvət edirik. Həmin məqalənin seçilmiş məqalə statusu alıb-almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Bu məqsədlə münasibətinizi öyrənmək bizim üçün maraqlıdır. Hörmətlə, --►Şahdağlı Cekli 05:11, 7 fevral 2013 (UTC)
Mən nəsə səhv etmişəm.
redaktəSalam. Necəsən? Narahat etməyimin səbəbi : İllüminatlar səhifəsində bu təşkiltı yaradanın adına məqalə olmadığını sanıb yeni məqalə yaratdım. Biraz əvvəl o şəxs haqqında məqalənin var olduğunu gördüm. Məqalə adlarında bir fərq var o da soyadlardadı. Mən məqalə necə silinir bilmirəm. Mənim yaratdığım məqalə : Adam Veispaut. Əvvəlcədən var olan məqalə isə Adam Veyshauptdur. Yardımına ehtiyacım var.. Hörmətlə: --Yuli asad (talk) 17:41, 13 fevral 2013 (UTC)
- Salam Yuli asad. Yaxşıyam sağol, gərək facebookunu aktiv edəsən bəzi məsələlər barədə səninlə danışmaq istərdim :) Sən necəsən bu arada? Həmin məsələ ilə tanış oldum, deməli sənin yaratdığın məqalə Azviki üçün daha yararlı görünür, amma fikir versən digər dil keçidləri həmin məqaləyə əlavə edilib. Daha sadəc dillə dedikdə isə Vikipediya digər vikini həmin şəxsin məqaləsi kimi qəbul edib. Sən vikidə məqalə yaratmazdan əvvəl yaxşısa araşdır gör Azvikidə həmin addda bir məqalə varmı. İndiki halda bir variant görürəm mən, sənin yaratdığın məqalənin məzmunu həmin məqaləyə köçürmək və adınıda dəyişmək. Mən indi bunu edəcəm. Hörmətlə:--Baskervill (talk) 20:23, 13 fevral 2013 (UTC)
- Hazırdı. Sənin yaratdığın məqaləni mən digərinin üzərinə əlavə etdim və bununlada dil keçidlərini yenidən əlavə etməyə ehtiyac qalmadı. Birdə sənə bir məsləhət verim, şəxslərin doğum tarixlərini göstərən zaman məsələn əgər kimsə 6 fevralda anadan olubsa bunu 06 şəkilində yox sadəcə 6 şəkilində göstər. Nə sualın olsa buyur ünvanla. Hörmətlə:--Baskervill (talk) 20:26, 13 fevral 2013 (UTC)
13 fevral
redaktəEtdiyim dəyişikliklər silinib köhnə versiya geri qaytarılıb. Səbəbi bilmək olar ? Baku capital (talk) 06:42, 14 fevral 2013 (UTC) Baku_capital
- Salam, mən hər zaman düzgün olmayan redaktələri geri qaytarıram. Hörmətlə:--Baskervill (talk) 10:31, 14 fevral 2013 (UTC)
- düzgün olmayan nə idi o maraqlıdır? 188.72.189.189 11:34, 14 fevral 2013 (UTC)Baku capital
- Zəhmət olmasa əvvəlki hesabınızla yazın. qaydalara uyğun deyildi. Hörmətlə:--Baskervill (talk) 12:16, 14 fevral 2013 (UTC)
Ümumi danışmayın konkret səbəb göstərin məndə səhvimi görüm.188.72.189.189 06:28, 18 fevral 2013 (UTC) Baku_capital
Təbrik
redaktəSalam Baskervill. İlk öncə bayramınız mübarək. Bir az əvvəl bürokrat tərəfindən Sizə "İdarəçi ulduzu" verilib. Bu münasibətlə Sizi təbrik edirəm. Zaman-zaman qüsurlarınız olsa da fəaliyyətiniz Vikipediyanın fəaliyyəti üçün çox əhəmiyyətlidir. Sizə yeni uğurlar arzu edirəm! Dərin hörmətlə, --►Şahdağlı Cekli 10:19, 21 mart 2013 (UTC)
- Mənə verilən bu mükafata görə təşəkkür edirəm. Son zamanlar Azvikidə elə çox vaxt keçirə bilmirəm, ancaq ümüd edirəm ki, ən qısa zamanda əvvəlki aktiv fəaliyyətimə qayıdacam. Bir daha təşəkkürlər. Hörmətlə:--Baskervill (talk) 13:44, 25 mart 2013 (UTC)
Yardım
redaktəSalam. Sizdən xahiş edirəm ki bu şablonun adını dəyişib "Monqolustan mövzularda" edəsiniz. Diqqətsizlik ucbatından "Monqolustan" əvəzinə "Meksika" yazmışam. Xahiş edirəm düzəliş edərdiniz. --Pasha (talk) 19:33, 23 mart 2013 (UTC)
- Xahişiniz yerinə yetirilib.--►Şahdağlı Cekli 21:00, 23 mart 2013 (UTC)
Sizin münasibətiniz
redaktəSalam. Sizin bu məsələyə münasibət bildirmənizi xahiş edirəm. Səmimiyyətlə: -- ■ Sultan mesaj 20:42, 30 aprel 2013 (UTC)
Maks Barskih
redaktə- --Baskervill Ну пожалуйста помогите, меня не было на Википедии 2 месяца (готовился к экзаменам). Когда я вошел - увидел что мою статью о Макс Барских изменили http://az.wikipedia.org/wiki/?axtar=Maks_Barskix
Его я создал как Maks Barskih, а его изменили на Maks Barskix - это его сценическое имя поправьте да плииз. Сегодня я создал новую статью о Фернандо Ромальо. Опять начал работать, так рад этому!
Vandalizm məqsədiylə Vikipediyada məqalələri pozan Erməni İstifadəçi:Mishukderonun dərhal müddətsiz bloklanması lazım
redaktəSalam.
İstifadəçi:Mishukdero, Ermənicə Vikipediyada istifadəçi və vandalizm məqsədiylə dezinformasiya yaradıb məqalələrə ziyan verir. Bu istifadəçinin dərhal müddətsiz bloklanması lazım.
Hörmətlə Menikure (talk) 10:19, 9 iyul 2013 (UTC)
Görüş
redaktəDİQQƏT! Görüş yeri dəyişdirilmişdir. Vikipediyaçıların "Bakı 7" görüşü AZURE kompleksində yerləşən Gəncə restoranında keçiriləcəkdir. --Proger danış 17:34, 12 sentyabr 2013 (UTC)