Istifadeci Muzakiresi Ayan Bekirov - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Ayan Bəkirov! |
Tez-tez soruşulan suallar | Salam, Ayan Bəkirov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Nəriman 20:49, 24 dekabr 2018 (UTC)
Xəbərdarlıq
redaktəEtdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarını və Vikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm. Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. |
--Nəriman 20:54, 24 dekabr 2018 (UTC)
Nəriman nə ziddir? Heç bir yerdə yazılmayıb Olimpiya medalı əlindən alınıb. Yazırlar alına bilər. Qabaqcadan yalandan medalın lındığını yazmaq Vikipedia qaydalarına ziddir. Mənbəsiz şablonunu götürmək üçün mənbəni göstərmək lazımdır. Harda yazılıb dekabrın 23-ü və harda yazılıb Olimpiya medalı əlindən alınıb? Azərbaycanın əleyhinə yalanı niyə dəstəkləyirsiz? Ayan Bəkirov (müzakirə) 20:59, 24 dekabr 2018 (UTC)
- Burda cəmi 1 gündür ki qeydiyyatdan keçmisiniz və mənə nəyin zidd olub-olmadığını deyə bilməzsiniz. Məni yalanı dəstəkləmək təhqir etdiyinizə görə isə bloklana bilərsiz. Valentin Xristovun medalı barədə Azerifactory ilə danışmalısınız. Çünki məqaləyə o əlavə edib. Mən sadəcə patrul olaraq redaktələrə nəzarət edirəm.--Nəriman 21:04, 24 dekabr 2018 (UTC)
- Bu arada Üç dəfə geri çəkmək qadağası pozduğunuz üçün bloklana bilərsiniz.--Nəriman 21:06, 24 dekabr 2018 (UTC)
Nəri sizə bir sualım var: görmürsünüz yalandır, yalan redaktəni niyə bərpa edirsiz? Yoxlayın, patrulsunuz, yoxlayın, bu sizin vəzifənizdir. Mənim vəzifəm deyil. Yoxlayın, görün harada yazılıb ki, onu olimpiya medalından məhrum ediblər. Mən mənbəsiz şablonu yerləşdirmişəm. Mənbəsiz şablonu yerləşdirilibsə, mənbə göstərmək lazımdır. Bunu bilmirsinizsə, mən deyirəm, bilin. Yalan məlumatları bərpa etmək olmaz. Bunu da bilmirsinizsə deyirəm bilin. Patrulun vəzifəsi doğru redaktəni geri qaytarmaq deyil, redaktənin doğru olub-olmadığını yoxlamaqdır. Bunu yoxlamağa sizə nə mane olur? Nə qazanırsınız yalandan Azərbaycan idmançısının Olimpiya medalından məhrum olunduğunu yazanda? Vikipediya qaydası yalan yazmağa, mənbəni təhrif etməyə yol verirmi? Ayan Bəkirov (müzakirə) 21:17, 24 dekabr 2018 (UTC)
- Artıq idarəçilərə sizi şikayət etmişəm. Siz {{mənbəsiz}} şablonunu əlavə edəndə onda ora yazılmır ki bu yalan məlumatdır. Mənbəsiz şablonu hansısa cümlədə mənbə yoxdursa yazılır.--Nəriman 21:20, 24 dekabr 2018 (UTC)
Nəriman {{mənbəsiz}} şablonu mənbə tələbidir. Məqalədə yazılıb ki dekabrın 23-də analizin nəticələri açıqlanıb, buna mənbə istəyirəm, mənbə göstərin görək hansı mənbədə yazılıb ki analizin nəticəsi dekabrın 23-də açıqlanıb. Bir də mənbə istəyirəm, göstərin görək hansı mənbədə yazılıb ki onu Olimpiya medalından məhrum ediblər? Nə şablonu yerləşdirməli idim başqa? {{mənbəsiz}} şablonu yerləşdirməliyəm də? Məndən niyə şikayət edirsiniz? Məlumatı dəqiqləşdirmək əvəzinə, tələb olunan mənbəni göstərmək əvəzinə nəni niyə təhdid edirsiniz? Qaydanı siz pozursunuz, mən sizdən şikayət etməliyəm əslində. Ayan Bəkirov (müzakirə) 22:35, 24 dekabr 2018 (UTC)
- Məqaləyə şablon əlavə etmək əvəzinə müzakirə səhifəsində məlumatı əlavə edən istifadəçi (Azerifactory) ilə müzakirə aparmalı idiniz. Məni şikayət etmək istəyirsinizsə buyurun: idarəçilərin siyahısı, idarəçilərə müraciət. İdarəçilərə müraciət səhifəsində şikayət edə bilərsiniz.--Nəriman 22:42, 24 dekabr 2018 (UTC)
- Ayan, orada istinad var. 3-cü istinada baxsaz görərsiz. Amma gələcəkdə müzakirə səhifəsinə belə ciddi dəyişiklikləri yazın yoxsa cəzalana bilərsiz.--Azerifactory (müzakirə) 06:52, 25 dekabr 2018 (UTC)
Ayan Bəkirov nəsə yazmamışdan öncə araşdırmaq lazımdır. [1], [2], [3], [4] Hörmətlə.--Anar Məmmədov (müzakirə) 11:14, 25 dekabr 2018 (UTC)
- Azerifactory və Azerifactory, mən sizi başa sala bilmirəm, ya siz məni başa düşə bilmirsiniz? Göstərdiyiniz mənbələrdə yalnız yazılıb ki, olimpiya medalından məhrum edilə bilər, göstərilir ki belə hallarda olimpiya medalından adətən məhrum edilirlər, siz isə yazırsınız ki olimpiya medalından artıq məhrum edilib. Azərbaycanca başa düşməkdə problem yaşayırsınızsa, ingiliscə yazım, rusca yazım. Vikipediya qaydasını siz pozursuz amma məni günahlandırırsınız hətta təhdid edirsiz. Zəhmət olmasa təhrifləri və yalan məlumatı yığışdırın. Əks-halda Kənd meydanına yazacağam. Ayan Bəkirov (müzakirə) 15:00, 25 dekabr 2018 (UTC)
- İnanın bura yazmaqla, kənd meydanına yazmaq arasında fərq yoxdur.--Nəriman 15:06, 25 dekabr 2018 (UTC)
- Neriman2003 Yoxdursa, onda mənə niyə deyirsiz idarəçilərə müraciət et? İdarəçi ilə danış? Bu atletin medalı əlindən alınmayıb, Beynəlxalq Olimpiya Kopmitəsi bunu hələ müzakirə etməyib, siz məni başa düşürsünüzmü? Başa düşürsünüzsə, niyə yalandan yazırsınız ki medalı əlindən alınıb? İstinad etdiyiniz mənbələrdə yalnız yazılır ki, medaldan məhrum edilə bilər, amma heç yerdə yazılmır ki medaldan məhrum edilib. Onu medaldan Beynəlxalq Olimpiya Komitəsi məhrum edə bilər, bu isə hələ məsələ haqqında qərar qəbul etməyib. Mən bir sözü neçə dəfə təkrar etmçəliyəm ki fikrimi sizə başa salım. Siz mənim yazdığımı belə görünür heç oxumursunuz. Ayan Bəkirov (müzakirə) 15:12, 25 dekabr 2018 (UTC)
- Yazdıqlarınızdan asanlıqla başa düşmək olur ki siz həmin idmançının qohumu və ya tanışısınız. Yoxsa bu qədər müzakirə aparmazdınız. Qaldı ki sizə niyə demişəm idarəçilərə müraciət et?. Kənd meydanı mühüm məsələlərin müzakirə olunduğu yerdir. Vikipediya:İdarəçilərə müraciət isə şikayət, xəta bildirişi üçündür.--Nəriman 15:20, 25 dekabr 2018 (UTC)
- Neriman2003, birincisi müzakirəyə mən yox, siz başlamısınız, mən sizin yazdığınıza cavab verirəm, ikincisi, mən Valentin Xristovu heç tanımıram, nəinki qohumuyam və tanışıyam. Mən media təmsilçisiyəm, redaktor Valentin Xristov haqında məqalə hazırlamağı tapşırıb, mən yazdım dedi Olimpiya medalından məhrum edilməsini niyə yazmamısan? Axı Vikipediyada belə yazılıb? Dedim ingilis və rus vikipediyasında belə şey yoxdur, azərbaycanca Vikipediyada səhvdir. Dedi səhvdirsə düzəlt, nə qədər ki bu səhv digər KİV peyda olmayıb, Vikipediya hamının redaktə edə biləcəyi ensiklopediyadır, 3 gündür bir səhvi düzəldə bilmirəm. Haqlı olduğumu bilə bilə məni təhdid edirsiniz, xəbərdarlıq edirsiniz, indi də başlamısınız guya Valentin Xristovun qohumuyam. Bir sözlə biriniz yalan yazırsınız, ikiniz isə yalan yazanın haqlı olduğunu "sübut" etmək istəyirsiniz. Zəhmət olmasa səhifəmə yerləşdirdiyiniz xəbərdarlıq şablonunu götürün. Götürmək istəmirsinizsə, hansı qaydanı pozduğumu təfsilatı ilə izah edin. Əks halda elə bir xəbərdarlıq şablonunu mən sizin səhifəyə yerlkəşdirəcəyəm. Ayan Bəkirov (müzakirə) 16:46, 25 dekabr 2018 (UTC)
- Neriman2003, məni ələ salırsınız? Bu mənbələrdən yalnız birinci mövzuya aiddir, yerdə qalanlar köhnə xəbərlərdir, əvvəlki illərindir. Birinci isə istinad etmək üçün etibarlı mənbə deyil. Xəbəri ya Vikipediyadan götürüb, ya da vikipediyaçılardan kimsə yazıb, çünki heç bir yerdə belə bir rəsmi xəbər getməyib, indi ona istinad edək deyirsiniz? BOK-a istinad etmək lazımdır medal məsələsində. BOK-un rəsmi saytına. Yuxarıdakı Xəbərdarlıq şablonu nə oldu? Götürməyəcəksinizsə və qalmasına izah verməyəcəksinizsə, onun birini də sizin səhifəyə mən yerləşdirəcəyəm. Yalan məlumatları qəsdən Vikipedyada saxlamağa cəhd etdiyinizə və doğru məlumatın daxil edilməsinə mane olduğunuza, bunu edəni blokla hədələdiyinizə və s. hərəkətlərinizə görə. Ayan Bəkirov (müzakirə) 18:10, 25 dekabr 2018 (UTC)
- Salam hörmətli Ayan Bəkirov, Vikipediyanın azərbaycanca dil bölməsinin Nəzakət qaydalarını dəfələrlə pozduğunuzu nəzərinizə çatdırmaq istəyirəm. Lütfən müzakirəni daha nəzakətli formada davam etdirin. Əks halda uzun müddətli bloklana bilərsiniz. Hörmətlə --eldarado ✉ 18:22, 25 dekabr 2018 (UTC)
- Bəs mən insan deyiləm? Burada mənim redaktəmi qəsdən geri qaytarırlar, halbuki azərbaycanca izah edirəm, tam təfsilatı ilə, başlayırlar 3 nəfər birləşib yalançı mənbələr göstərməyə, guya onların dedikləri həmin mənbələrdə var, guya mən səhvəm, xəbərdarlıq edirlər, blokla hədələyirlər... Hörmətli eldarado bunlara niyə xəbərdarlıq etmirsiniz, sizcə bunlar Vikipediya qaydalarını pozmurlar? Bir cumlədə, bir sözü dəyişmək üçün 3 gündür əlləşirəm... Mənim səhifəmə tam əsassız olaraq xəbərdarlıq şablonu yerləşdiriblər, sizin səhifəyə bunu yerləşdirsələr xoşunuza gələrdimi? Özü də burdakı kimi, heç bir əsas olmadan. Çox yoruldum. Bundan sonra Vikipediyaya baş qoşmamağa çalışacağam. Nə istəyirsiniz yazın. Ayan Bəkirov (müzakirə) 18:33, 25 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, heç kimin sizinlə qəsdi qərəzliyi yoxdur. Mənim gördüyüm isə sadəcə sizin nəzakətsiz formasa müzakirələrə qoşulmağınızdır. Məqalədə yanlışlıq varsa redaktə müharibəsi aparmaq əvəzinə, məqalədəki yanlışlığı daha nəzakətli formada müzakirəyə çıxarmalısınız. Baxın mən sizə nəzakət qaydalarını pozduğunuzu bildirdim siz isə mənə cavab yazınızda bir daha həmin qaydaları pozdunuz. Bunun üçün də Vikipediyanın azərbaycanca dil bölməsindəki fəaliyyətiniz tərəfimdən 48 saatlıq bloklanmışdır. Əgər istifadəçilərlə kobud rəftara davam etsəniz müzakirə səhifəniz də bloklanacaq. Ümid edirəm ki, blok müddətiniz bitdikdən sonra müzakirələrə daha nəzakətli formada davam etdirəcəksiniz. Hörmətlə --eldarado ✉ 18:47, 25 dekabr 2018 (UTC)
- Hörmətli Neriman2003 , buradakı redaktənizlə vikipediyanın Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər başlığının 3 və 4 cü bəndlərini pozduğunuz üçün tərəfimdən vikipediyanın azərbaycanca dil bölməsindəki fəaliyyətinizə 12 saatlıq məhdudiyyət qoyuldu. Hörmətlə --eldarado ✉ 18:55, 25 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, heç kimin sizinlə qəsdi qərəzliyi yoxdur. Mənim gördüyüm isə sadəcə sizin nəzakətsiz formasa müzakirələrə qoşulmağınızdır. Məqalədə yanlışlıq varsa redaktə müharibəsi aparmaq əvəzinə, məqalədəki yanlışlığı daha nəzakətli formada müzakirəyə çıxarmalısınız. Baxın mən sizə nəzakət qaydalarını pozduğunuzu bildirdim siz isə mənə cavab yazınızda bir daha həmin qaydaları pozdunuz. Bunun üçün də Vikipediyanın azərbaycanca dil bölməsindəki fəaliyyətiniz tərəfimdən 48 saatlıq bloklanmışdır. Əgər istifadəçilərlə kobud rəftara davam etsəniz müzakirə səhifəniz də bloklanacaq. Ümid edirəm ki, blok müddətiniz bitdikdən sonra müzakirələrə daha nəzakətli formada davam etdirəcəksiniz. Hörmətlə --eldarado ✉ 18:47, 25 dekabr 2018 (UTC)
- Hörmətli eldarado, məni hansı bəndə görə blokladınız? Zəhmət olmasa deyə bilərsinizmi? Dedim burada vəziyyət məni qane etmədi. Haqlı olduğum halda 3 nəfər birləşib mənim haqsız olduğunu "sübut" etməyə çalışdılar. Başqa bir şey dedimmi? Dedim belə vəziyyətdə sizin səhifəyə xəbərdarlıq şablonu yerləşdirsəydilər nə edərdiniz? Onlar 3 idi, siz də qoşuldunuz onlara oldular 4. İki gündür blokla hədələyirdilər, siz də onların istədiyini yerinə yetirdiniz. Nə kobudluq, nə nəzakət qaydası? Mən heç bir qaydanı pozmamışam, nə onlara qarşı nə sizə qarşı, heç kimə də kobudluq etməmişəm. Sadəcə redaktəmi geri qaytara bilmirsiz, çünki doğru olmadığını deyə bilmirsiz, əvəzində kobudluq və nəzakət bəhanəsi ilə bloklayırsınız məni. Guya siz mənə nəzakət qaydalarını pozduğunuzu bildirdiz mən isə mənə cavab yazanda bir daha həmin qaydaları pozdum?! Əslində isə siz əsassız olaraq məni blokla hədələdiniz, mən də göstərdim ki, niyə məni hədələyirsiniz, onlar mənə qarşı kobudluq edirlər, mən onlara qarşı yox? Sizin xoşunuza bu gəlmədi, buna görə məni blokladınız. Mən heç kimə qarşı nəzakətsiz olmamışam, mənbəsiz şablonu yerləşdirmişəm, götürüblər, yazmışam, nəzakətlə izah etmişəm ki bu şablonu nəyə görə yerləşdirmişəm. Burada bir kobudluq tapa bilərsinizmi? Əvəzində mənə qarşı kobudluq edilib, səhifəmə xəbərdarlıq şablonu yerləşdirilib, yenə heç nə deməmişəm, heç kimə kobudluq etməmişəm, səbrlə qarşı tərəfə hər şeyi başa salmağa çalışmışam. Qarşı tərəf növbəti dəfə mənə kobudluq edib, elə indi ona görə bloklamısınız onu. Sonra başqa istifadəçilər gəliblər, yalançı linklər göstəriblər, yenə heç kimə kobudluq etməmişəm. Axırda Nərmin sualıma cavab vermək əvəzinə 5 dənə yalançı link göstərəndə, dedim məni ələ salırsınız? Nə deməliydim, deməliydim zəhmət olmasa məni ələ salmayın? Ələ salırdı da. Kobudluq edən o, nəzakət qaydasını pozan o, ona 12 saat, kobudluq etməyən və kobudluğa məruz qalan mən, mənə 48 saat?! Eldarado zəhmət olmasa mənim adımı buradan silin, bura mənlik deyil, heç elə bil mən burada olmamışam, unudun məni, olarmı? Ayan Bəkirov (müzakirə) 20:37, 25 dekabr 2018 (UTC)
- Neriman2003, məni ələ salırsınız? Bu mənbələrdən yalnız birinci mövzuya aiddir, yerdə qalanlar köhnə xəbərlərdir, əvvəlki illərindir. Birinci isə istinad etmək üçün etibarlı mənbə deyil. Xəbəri ya Vikipediyadan götürüb, ya da vikipediyaçılardan kimsə yazıb, çünki heç bir yerdə belə bir rəsmi xəbər getməyib, indi ona istinad edək deyirsiniz? BOK-a istinad etmək lazımdır medal məsələsində. BOK-un rəsmi saytına. Yuxarıdakı Xəbərdarlıq şablonu nə oldu? Götürməyəcəksinizsə və qalmasına izah verməyəcəksinizsə, onun birini də sizin səhifəyə mən yerləşdirəcəyəm. Yalan məlumatları qəsdən Vikipedyada saxlamağa cəhd etdiyinizə və doğru məlumatın daxil edilməsinə mane olduğunuza, bunu edəni blokla hədələdiyinizə və s. hərəkətlərinizə görə. Ayan Bəkirov (müzakirə) 18:10, 25 dekabr 2018 (UTC)
Hörmətli Ayan Bəkirov, siz vikipediyanın Nəzakət qaydalarının Hansı əməllərə görə istifadəçi bloklana bilər başlığının 11-ci bəndini dəfələrlə pozduğunuz üçün bloklanmısınız. Əgər istifadəçi yanlış olaraq sizə xəbərdarlıq edibsə, buna daha nəzakətli formada etiraz edə bilərdiniz. Məni nə üçün tərəf tutmaqda ittiham edirsiniz? Əgər ədalətsiz qərar verdiyimi düşünürsünüzsə, məndən başqa daha 15"idarəçi var. Onları da müzakirəyə dəvət edə bilərsiniz. Hörmətlə --eldarado ✉ 08:44, 26 dekabr 2018 (UTC)
- Hörmətli eldarado, dediyiniz bənddə qeyri-etik ifadələr yazılıb, mən isə heç bir qeyri-etik ifadəyə yol verməmişəm. Vermişəmsə zəhmət olmasa burada göstərin. Xəbərdarlığa isə ən nəzakətli etiraz məncə elə mənim cavabım ola bilərdi, yazmışam ki,
- Nəriman nə ziddir? Heç bir yerdə yazılmayıb Olimpiya medalı əlindən alınıb. Yazırlar alına bilər. Qabaqcadan yalandan medalın alındığını yazmaq Vikipedia qaydalarına ziddir. Mənbəsiz şablonunu götürmək üçün mənbəni göstərmək lazımdır. Harda yazılıb dekabrın 23-ü və harda yazılıb Olimpiya medalı əlindən alınıb? Azərbaycanın əleyhinə yalanı niyə dəstəkləyirsiz?
- bundan nəzakətli etiraz etmək mümkün olduğunu bilmirəm, siz bilirsinizsə zəhmət olmasa deyin mən də bilim və gələcəkdə belə hallara yol verməyim Ayan Bəkirov (müzakirə) 12:26, 26 dekabr 2018 (UTC)
- Yenə deyirəm o mövzunu mənlə yox Azerifactory ilə danışın. Bu arada IP ünvanla etdiyiniz bu dəyişiklik gözümdən qaçmadı.--Nəriman 16:53, 26 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, ilk olaraq qeyd edim ki, 11-ci bən belədir:İstehza, rişxənd, acılama, sancma, sataşma. Lakin başqa səbəblər də var. İstifadəçiyə müraciət edərkən gah Nəri, gah Nərmin deyərək onu ələ saldız. Yuxarıda daha bir səbəb qeyd olunub, redaktə müharibəsi. Bir yanlışı düzəltməyə çalışsanız belə görün nə qədər ziyan vurduz. Sizin müzakirə üslubunuz vikipediya qaydalarına uyğun gəlmir. Əgər dediyiniz kimi bundan nəzakətli ola bilmirsinizsə mənim sizə bu mövzuda köməyim dəyməyəcək və çox təəssüflər ki, bu cür tərz üslubla müzakirələrə davam etsəniz daha çox bloklanacaqsınız. Hörmətlə --eldarado ✉ 18:18, 26 dekabr 2018 (UTC)
- Hörmətli eldarado mən 12-ci bəndi oxumuşam, 11-ci bəndə görə də mənim bloklanmağım mümkün deyildi. İstiadəçiyə isə mən nə Nəri demişəm, nə Nərmin, mən onun imzasını kopya edib yazmışam, belə göründü. Sonra diqqət yetirdim ki siz adı başqa cür yazırsınız, mən də siz yazan kimi, yazmağa başladım. Göz qabağındadır ki, təcrübəsizlikdən adını düz yaza bilməmişəm. Təcübə əldə etdikdə isə əvvəlki səhvimi təkrarlamamışam. Buna görə isə məni bloklaya bilməzsiniz. İndi görürəm ki sizdən sonra 5-ci vikipediyaçı da onu dəstəkləməyə qoşulub. Hörmətli eldarado icazə verin sizə bir sual verim: Siz də daxil olmaqla bu 5 vikipediyaçı dəqiq bilir ki bu atlet Olimpiya medalından məhrum edilməyib. Bunu bildiyiniz halda məqalədəki bu barədə yalan məlumatı niyə saxlayırsınız? Bəlkə də nəzakətsizlik və kobnudluq hesab edə bilərsiniz, belə hesab etsəniz sizə etiraz etməyəcəyəm. Amma deməliyəm ki sizin hərəkətləriniz məni heyrətləndirirməkdədir, düşünürəm ki bir nəfər yalançı ola bilər, iki nəfər, necə olur ki 5 vikipediyaçı birlikdə yalanı dəstəkləmək, yalan informasiyanı məqalədə saxlamaq üçün hər şeyə hazırdır? Niyə bir nəfər vikipediyaçı amma demir ki, həqiqətən bu atletin medalı hələ əlindən alınmayıb? Bu vəziyyət məni sarsıtdı və Vikipediya haqqında təssəvvürümü, Vikipediyada fəaliyyət göstərmək planlarımı mənfi olaraq dəyişdi. Vikipediyanın mahiyyətini mənə qısa müddətə başa saldığınız üçün sizlərdən hər birinizə təşəkkür edirəm. Ayan Bəkirov (müzakirə) 20:14, 26 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, ilk olaraq qeyd edim ki, 11-ci bən belədir:İstehza, rişxənd, acılama, sancma, sataşma. Lakin başqa səbəblər də var. İstifadəçiyə müraciət edərkən gah Nəri, gah Nərmin deyərək onu ələ saldız. Yuxarıda daha bir səbəb qeyd olunub, redaktə müharibəsi. Bir yanlışı düzəltməyə çalışsanız belə görün nə qədər ziyan vurduz. Sizin müzakirə üslubunuz vikipediya qaydalarına uyğun gəlmir. Əgər dediyiniz kimi bundan nəzakətli ola bilmirsinizsə mənim sizə bu mövzuda köməyim dəyməyəcək və çox təəssüflər ki, bu cür tərz üslubla müzakirələrə davam etsəniz daha çox bloklanacaqsınız. Hörmətlə --eldarado ✉ 18:18, 26 dekabr 2018 (UTC)
- Ayan Bəkirov, istinadı ilk olaraq oxuyun burada bazar açmamışdan əvvəl. İkincisi də, sizin bu mövzüda birdən birə can-yandırmağınız və Vikinin qaydalarını tez qavramağınız Barselona99-un klonu olmağınız təəsüratını məndə yaradır. Həmkarlardan bu istifadəçinin IP-sinin yoxlamağını xahiş edirəm--Azerifactory (müzakirə) 22:52, 26 dekabr 2018 (UTC)
- Azerifactory, Barselona99-un klonu ola bilməz. Barselona99-un blok müddəti bitib. Daha CalalC99 adı ilə fəaliyyət göstərir.--Nəriman 23:13, 26 dekabr 2018 (UTC)
- HörmətliAyan Bəkirov, siz görürsünüz ki, mən mövzu ilə bağlı mövqeyimi bildirməmişəm və məqaləyə heç bir müdaxilə etməmişəm. Buna rəğmən mən də daxil olmaqla 5 vikipediyaçını yalan danışmaqda ittiham edirsiz. Yalan danışmağımızı isbat edə bilməyəcəyiniz təqdirdə uzun müddətli bloklanacağınızı bilirsinizmi? Əgər bilmirsinizsə sizə daha bir şans verirən ki, Vikipediyanın azərbaycanca dil bölməsinin qaydaları ilə yaxından tanış olduqdan sonra məqalə və müzakirələrə müdaxilə edəsiniz. Hörmətlə --eldarado ✉ 08:35, 27 dekabr 2018 (UTC)
- Hörmətli Azerifactory, mən də bu istifadəçinin Barcelona99-un klonu olduğunu düşünmürəm. Hörmətlə --eldarado ✉ 08:38, 27 dekabr 2018 (UTC)
- Hörmətli eldarado mən dediyimi həm sübut etmişəm həm də isbat etmişəm, amma hələ də yalan informasiya məqalədə qalır. Yalan informasiyanı məqalədən götürmək əvəzinə hamınız düşürsürsünüz mənim üstümə. Əvvəl xəbərdarlıq edirsiniz, sonra kiminsə adını guya qəsdən təhrif edib onu ələ slmışam deyə məni bloklayırsınız, sonra deyirsiniz mən kiminsə klonuyam... Bunun əvəzinə yalan informasiyanı məqalədən götürsəniz daha yaxşı olmazdımı? Bir nəfər yalan ibformasiya yerləşdirir məqaləyə, 4 nəfər isə onu yalandan dəstəkləyir. Vikipediya qaydaları belə tələb edirsə sizə uğurlar, mənə isə yaxşı yol, gedim öz işimlə məşğul olum, bir daha Vikipediyada sizi "narahat" etməyim. Bildiyim qədəri yalan informasiyanın məqalədə qalması sizin üçün çox önəmlidir. Ayan Bəkirov (müzakirə) 10:25, 27 dekabr 2018 (UTC)
- Hörmətli Azerifactory, mən də bu istifadəçinin Barcelona99-un klonu olduğunu düşünmürəm. Hörmətlə --eldarado ✉ 08:38, 27 dekabr 2018 (UTC)
- HörmətliAyan Bəkirov, siz görürsünüz ki, mən mövzu ilə bağlı mövqeyimi bildirməmişəm və məqaləyə heç bir müdaxilə etməmişəm. Buna rəğmən mən də daxil olmaqla 5 vikipediyaçını yalan danışmaqda ittiham edirsiz. Yalan danışmağımızı isbat edə bilməyəcəyiniz təqdirdə uzun müddətli bloklanacağınızı bilirsinizmi? Əgər bilmirsinizsə sizə daha bir şans verirən ki, Vikipediyanın azərbaycanca dil bölməsinin qaydaları ilə yaxından tanış olduqdan sonra məqalə və müzakirələrə müdaxilə edəsiniz. Hörmətlə --eldarado ✉ 08:35, 27 dekabr 2018 (UTC)
Yenə əsassız bloklama
redaktəeldarado siz yenə əsassız olaraq məni blokladınız, bu dəfə vandalizm adı ilə. Halbuki mən məqaləni təkminləşdirmişəm, heç bir qaydanı pozmamışam, heç bir vandalizmə yol verməmişəm. Nə istəyirsiniz məndən, deyə bilərsinizmi? Ayan Bəkirov (müzakirə) 14:11, 31 dekabr 2018 (UTC)
- Məqalədə olan bəzi məlumatları istinadları ilə birlikdə silmisiz. Bunu müzakirəsiz etmək viki qaydalara ziddir. Sizin viki fəaliyyətiniz tərəfli və məqsədlidir. Düşünürəm ki, etirazınız da anlamsız və əsassızdı. Hörmətlə--eldarado ✉ 14:15, 31 dekabr 2018 (UTC)
eldarado düşünmək azdır, yoxlamaq və göstərmək lazımdır. Məqalədə olan heç bir ciddi məlumat mənim tərəfimdən silinməyib. Bir özünüzə sual verin, mən nəyə görə məqsədli fəaliyyət göstərməliyəm ki? Yazmısınız "Dekabr 2018-ci ildə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra Valentin Xristovun sidik analizlərində qadağan olunmuş dehidroxlorometiltestosteron (Dehydrochloromethyltestosterone) maddəsi aşkarlanıb və o, oyunlardan müvəqqəti kənarlaşdırılıb.". Əslində isə Valentin Xristov 14 dekabr 2015-cu ildə dopinq-test göstəricisində nandrolon aşkar olunması səbəbindən 8 il müddətinə yarışlardan kənarlaşdırılmışdı, yəni 2023-cü ilə qədər yarışlardan kənərləşdırılmışdı. 2018-ci ildə isə yarışlardan kənarlaşdırıla biləzdi, çünki yarışlardan artıq kənarlaşdırılmışdı. Bu cümləni qaydaya salmışam. Bir də heç bir mənbəsi olmayan, kiminsə şəxsi fikri olan bu cümləni silmişəm: "Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib." çünki orada yazılanlar kifayət qədər dəqiq deyil və bəzi məlumatlar isə mənim tərəfimdən başqa cümlələrdə verilib, mənbə də göstərilib. İndi deyin görək məni niyə blokladınız? Bir dəfə blokladınız guya kimisə təhqir etmişəm, indi də bloklayırsınız ki vandalizmlə məşğul olmuşam. Nə o vaxt nə indi səbəb ortaya qoymadınız. Səbəbi göstərin zəhmət olmasa. Hanı vandalizm, harada gördünüz vandalizmi? Yoxdursa, niyə bloklayırsınız? Vikipediyanı yalnız özünüz redaktə etmək istəyirsinizsə, bunu açıq deyin, mən də bu işlə məşğul olmayım. Ayan Bəkirov (müzakirə) 14:36, 31 dekabr 2018 (UTC)
- Ayan bəy mən sizə redaktələri olduğu kimi saxlayıb BOK-nin qərarlarını gözləmməyi təklif etmədim mi? Bəs siz niyə redaktələri davam etdirmisiniz? Mən sizə bununla bağlı xəbərdarlıq etmişdim. Vikipediyanın işini pozaraq mübahisələri durmadan davam ertdirirsiniz. Ən doğrusu məqalənin ancaq idarəçilər tərəfindən redaktəsinə icazənin verilməsidir. Buna görə həmkarım eldaradonu haqlı sayıram.Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 15:17, 31 dekabr 2018 (UTC)
Qolcomaq bəy, eldarado özü niyə cavab vermir? Əvvəl məni blokladı guya kimisə təhqir etmişəm, indi də bloklayır guya vandalizmlə məşğul olmuşam. Niyə gəlib göstərmir, vandalizmi və təhqiri? Əlbəttə yalan iddia irəli sürdüyünü bilir ona görə də cavab verməyə sözü yoxdur. Gəlib nə deyə bilər axı? Göstərməyə bir şey yoxdur axı? Qolcomaq bəy, indi sizə da cavab verə bilərəm. Birincisi mən mübahisə etmirəm, məqaləni təkminləşdirirəm. Bu gün iş günü deyil, neçə vaxtdır həmin məqalədəki bəzi səhvləri düzəltməkj istəyirdim, vaxt olmurdu. Bu gün bunu etməyə imkan tapdım, yenə qoymadılar. Mənim etdiyim dəyişikliklərdə heç bir mübahisə yoxdur, heç kim də mübahisə etmir, səhv yazılıb, mən də səhvi düzəldirəm, məqaləni təkminləşdirirəm. BOK-un qərarı barədə dedikləriniz isə mənə aid deyildi, qarşı tərəfə aid idi. Çünki mən də deyirəm BOK-un qərarını gözləyin. Qərar qəbul olunana qədər medalın alındığını məqaləyə yazmayın. Bu məsələ bitib artıq. Amma məqalədə başqa yanlışlıqlar da var axı? Onların düzəldilməsi üçün BOK-un qərarını niyə gözləməliyəm ki? Yenə deyirəm, mübahisə etmək üçün heç bir səbəb yoxdur. Mənim etdiyim dəyişikliyi geri qaytarmaq üçün də səbəb yoxdur, olsaydı yazardılar. Səbəb olmadığı üçün bloklayırlar. Yəni demək istəyirlər ki sən kimsən burada işləyirsən, get bura bizlikdir, burada yalnız biz işləyə bilərik. Yalan yazacağıq, doğru yazacağıq, sənlik deyil, özümüz bilərik. Ayan Bəkirov (müzakirə) 16:10, 31 dekabr 2018 (UTC)
- eldarado sizi gözləyirəm, 1 redaktə edən kimi o dəqiqə bloklayırsınız, amma sizə sual verirəm, 2 saatdır cavab vermirsiniz. Zəhmət olmasa yalandan iddia etdiyiniz vandalizmi göstərin, hamı görsün ki mən doğrudan da vandalizmlə məşğul olmuşam, siz haqlısınız. Buyurun, sizi gözləyirik. Deyin görək mənim təkminləşdirdiyim bu versiyada hanı vandalizm və sizi nə qane etmədi: https://az.wikipedia.org/wiki/?axtar=Valentin_Xristov_(a%C4%9F%C4%B1r_atlet,_1994)&oldid=4539918 Əlavələrimin hamısını rusca Vikipediyadan götürmüşdüm. Ayan Bəkirov (müzakirə) 16:14, 31 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, siz yazan zaman burda olmaya bilərəm, ona görə də müraciət etdikdən sonra səbirli olub gözləmək lazımdır. Bundan öncəki müzakirə də məni yalan danışmaqda ittiham etdiz. İndi də deyirsiz məni təhqirə görə blokmamışdız. Zəhmət olmasa göstərin ki, harda qeyd eləmişəm ki, sizin blokunuzun səbəbi təhqirdir? --eldarado ✉ 16:37, 31 dekabr 2018 (UTC)
- Hörmətli Eldarado, mən sizə sual verirəm, sualıma cavab vermədən mənə qarşı yeni ittihamlar irəli sürürsünüz. Amma mən sizin suallarınıza tam cavab verəcəyəm. Deyirsiniz harada demisiniz sizin bloklanmağınızın səbəbi təhqirdir. Cavab verirəm ki burada demisiniz, bunu yazmısınız: Hörmətli Ayan Bəkirov, ilk olaraq qeyd edim ki, 11-ci bən belədir:İstehza, rişxənd, acılama, sancma, sataşma. Lakin başqa səbəblər də var. İstifadəçiyə müraciət edərkən gah Nəri, gah Nərmin deyərək onu ələ saldız. Səbrli olub gözləmək məsləhətinizi məmnuniyyətlə qəbul edirəm, öz növbəmdə mən də sizə səbrli olmağı məsləhət görürəm. Məni kimisə təhqir etdiyimə görə bloklayarkən niyə səbrli olmadınız? Axı sonradan bildiniz ki mən heç kimi təhqir etməmişəm, adın düz yazılmaması təcrübəsizliyimdən irəli gəlmişdi. İndi bloklayanda niyə səbrli olmadınız? Nərimanla sakitcə müzakirə aparırdıq. Dedim nə doğru deyilsə göstərin. Həmin an siz məni blokladınız, müzakirə də baş tutmadı və yeni mübahisə yaratdınız. Ayan Bəkirov (müzakirə) 18:01, 31 dekabr 2018 (UTC)
- Hörmətli Ayan Bəkirov, siz yazan zaman burda olmaya bilərəm, ona görə də müraciət etdikdən sonra səbirli olub gözləmək lazımdır. Bundan öncəki müzakirə də məni yalan danışmaqda ittiham etdiz. İndi də deyirsiz məni təhqirə görə blokmamışdız. Zəhmət olmasa göstərin ki, harda qeyd eləmişəm ki, sizin blokunuzun səbəbi təhqirdir? --eldarado ✉ 16:37, 31 dekabr 2018 (UTC)
- Yenə deyirəm, mübahisə etmək üçün heç bir səbəb yoxdur. Mənim etdiyim dəyişikliyi geri qaytarmaq üçün də səbəb yoxdur, olsaydı yazardılar. Səbəb olmadığı üçün bloklayırlar. Yəni demək istəyirlər ki sən kimsən burada işləyirsən, get bura bizlikdir, burada yalnız biz işləyə bilərik. Yalan yazacağıq, doğru yazacağıq, sənlik deyil, özümüz bilərik. - bu cümlələr nə deməkdir hörmətli Ayan Bəkirov? Siz normal şəkildə müzakirə etməyi bacarmırsız. Çox güman ki, sizin blokunuzu uzatmalı və müzakirə səhifənizi də bloka daxil etməli olacağam. Özünüzün də dediyi kimi bura sizlik deyil. Hörmətlə --eldarado ✉ 16:39, 31 dekabr 2018 (UTC)
- Hörmətli Eldarado, mən sizə sual vermişəm, siz hələ cavab yazmamısınız, mənim yerimdə özünüzü hiss edin nə düşünərsiniz? Başqası mənim yerimdə olarsa nə düşünərdi? Bu mübahisəni siz yaratdınız, nəsə yaxşı bir iş gördüyünüzü deyə bilərsinizmi? Nərimanla bunu sakitcə müzakirə edirdik, o anda blokladınız məni. Vikipediya üçün yaxşı bir iş gördünüzmü? Nə baş vermişdi, nəyin qarşısını aldınız? 3 dəfə redaktə müharibəsi olmuşdumu? Kimisə təhqir etmişdimmi? Nəzakət qaydasını pozmuşdummu? Məqaləyə yalan informasiya daxil etmişdimmi? Ya etibarlı mənbələri və məlumatlarını silmişdimmi? Vandalizm deyirsiniz, hanı, niyə göstərmirsiniz etdiyim vandalizmi? Nəriman gündə 1000 dənə dəyişiklik edir, avtomatik olaraq nə gördüsə geri qaytara bilər, onun yoxlamaq imkanı yoxdur, bəs siz niyə yoxlamırsınız? Mən sizdən iddia etdiyiniz vandalizmi göstərməyinizi istəyirəm. Məni vandalizmlə məşğul olduğumu deməklə məni təhqir etmisiniz. Halbuki mən xoşniyyətli fəaliyyət göstərmişəm, heç bir qaydanı pozmamışam, bunun qabağında məni bloklayırsınız, sonra blokumu uzadacağınızı elan etməklə məni ələ salırsınız. Vandalizmi və bloklama səbəbini açıqlayın zəhmət olmasa. Bu qədər. Ayan Bəkirov (müzakirə) 18:15, 31 dekabr 2018 (UTC)
- Yenə deyirəm, mübahisə etmək üçün heç bir səbəb yoxdur. Mənim etdiyim dəyişikliyi geri qaytarmaq üçün də səbəb yoxdur, olsaydı yazardılar. Səbəb olmadığı üçün bloklayırlar. Yəni demək istəyirlər ki sən kimsən burada işləyirsən, get bura bizlikdir, burada yalnız biz işləyə bilərik. Yalan yazacağıq, doğru yazacağıq, sənlik deyil, özümüz bilərik. - bu cümlələr nə deməkdir hörmətli Ayan Bəkirov? Siz normal şəkildə müzakirə etməyi bacarmırsız. Çox güman ki, sizin blokunuzu uzatmalı və müzakirə səhifənizi də bloka daxil etməli olacağam. Özünüzün də dediyi kimi bura sizlik deyil. Hörmətlə --eldarado ✉ 16:39, 31 dekabr 2018 (UTC)
- Ayan bəy. Zəhmət olmasa vikipediyanın qızıl qydası sayılan Beş əsas prinsiplə tanış olun!. Xüsusi ilə 4-cü bəndə diqqət yetirin. Ən azından sizə edilən hörmətin və nəzakətin qarşılığını verin. Fürsətdən istifadə edərək bayramlarınızı təbrik edərək sizi mübahisələrdən uzaq olamağa çağırıram. Əks halda Vikipediyanın beş əsas prinsinin 4-cü bəndini pozduğunuza əbədiyyən bloklanacaqsınız. Hörmətlə_Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:08, 31 dekabr 2018 (UTC)
- Qolcomaq bəy, mən qaydaları pozmuram, nə 4-cü bəndi nə də digər bəndləri. Həmin qaydalara uyğun olaraq bir məqaləni təkminləşdirirəm. Qaydaları pozan mən yox, onlardır. Yuxarıda hamısını yazmışam. Ayan Bəkirov (müzakirə) 18:44, 31 dekabr 2018 (UTC)
- Ayan bəy. Zəhmət olmasa vikipediyanın qızıl qydası sayılan Beş əsas prinsiplə tanış olun!. Xüsusi ilə 4-cü bəndə diqqət yetirin. Ən azından sizə edilən hörmətin və nəzakətin qarşılığını verin. Fürsətdən istifadə edərək bayramlarınızı təbrik edərək sizi mübahisələrdən uzaq olamağa çağırıram. Əks halda Vikipediyanın beş əsas prinsinin 4-cü bəndini pozduğunuza əbədiyyən bloklanacaqsınız. Hörmətlə_Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 17:08, 31 dekabr 2018 (UTC)
- Mən yenə də "təhqir" sözünü görmədim. Yenə soruşuram harada qeyd eləmişəm ki, təhqir etdiyiniz üçün bloklamışam sizi? Siz sualınızı konkretləşdirib ünvanlasanız cavabsız qalmaz. Hörmətlə--eldarado ✉ 18:17, 31 dekabr 2018 (UTC)
- Məni hansı bəndə görə blokladınız? Zəhmət olmasa deyə bilərsinizmi? sualıma cavab olaraq bildirmisiniz ki, istifadəçini ələ salmışam guya. Doğrudanmı, "ələ salmaq" ifadəsini "təhqir etmək" ifadəsinin sinonimi olduğunu bilmirsiniz? Ayan Bəkirov (müzakirə)
- Hörmətli Ayan bəy. istinadı olan məlumatları və istinadları silmək, idarəçilərin yerləşdirdiyi şablonları əsassız şəkildə qaldırmaq vandalizm sayılır. Blok səbəbində qeyd etdiyim linkdə qeyd etdiyim blok səbəblərini tapa bilərsiniz. Hörmətlə--eldarado ✉ 18:24, 31 dekabr 2018 (UTC)
- Eldarado şablonun kim tərəfindən yerləşdirilməsi mənə məlum deyildi bu bir, şablon lazımdırsa, bunu özümə deyin, özüm yerinə qaytarım. Və mən redaktəyə hələ təzəlikcə başlamışdım, redaktələrimi tamamlamamışdım... İstinadı olan məlumatları və istinadları silmək o halda vandalizm hesab oluna bilər ki, kimsə informasiyanı qəsdən gizlədir. Amma istinad etibarlı mənbə deyilsə, verdiyi məlumat doğru deyilsə, təbii ki silinməlidir. Report saytında kimsə yazacaq ki, atlet 2018-ci ildə yarışlardan kənarlaşdırılıb, biz də ona istinad etməliyikmi? Siz bəyəm bilmirsinizmi ki həmin atlet indi yox, 3 il əvvəl 8 il müddətinə yarışlardan kənarlaşdırılıb? Məqalənin başı ilə ayağı düz gəlmir axı? Amma mənim əlavəlıərimin hamısında etibarlı mənbələrə istinad edilmişdi. Onları pozmaq həqiq vandalizm deyildimi? Bəs niyə sizi, Nərimanı heç kim bloklamır? Zəhmət olmasa blokumu açın, imkan verin bu gün redaktələrimi tamamlayım. Ayan Bəkirov (müzakirə) 18:44, 31 dekabr 2018 (UTC)
- Çox təəssüflər ki, belə mübahisəli və müzakirəsi davam edən mövzularda hansı istinadın və məlumatın doğru və ya yanlış olmasını özünüz tək başına qərar verə bilməzsiniz. Bunu sizə digər idarəçi də bildirdi ki, məlumat təsdiqlənənə qədər gözləyin, siz isə əksini etdiniz. Blok əsassız və səbəbsiz deyil buna əmin ola bilərsiniz. Hörmətlə --eldarado ✉ 18:54, 31 dekabr 2018 (UTC)
- Eldarado nə mübahisə? Hansı darəçi də mənə bildirib ki, məlumat təsdiqlənənə qədər gözləyin? Mənim yazdığımı siz oxumursunuz? Hansı məlumat təsdiqlənənə nədər? Atletin 2015-ci ildə yarışlardan kənarlaşdırılması və 8 il müddətinə kənarlaşdırılması 2015-ci ildə təsdiqlənib, nəyi gözləməliydim? Ayan Bəkirov (müzakirə) 19:02, 31 dekabr 2018 (UTC)
- Bu arada ilk blokun səbəbini tapa bildiz? --eldarado ✉ 18:56, 31 dekabr 2018 (UTC)
- Siz özünüz dediyiniz sözü inkar etmək istəyirsinizmi? Sualıma siz cavab vermisiniz 11-ci bəndə görə bloklamısınız, istifadəçini ələ saldığıma görə. Guya adını qəsdən düz yazmamışam. Mən isə izah etdim ki, mən onun imzasını kopya etmişəm. Necə görünəcək bilməmişəm. Ayan Bəkirov (müzakirə) 19:02, 31 dekabr 2018 (UTC)
- Hörmətli eldarado ötən dəfəki kimi bu dəfə də blokunuzu əsaslandıra bilmədiniz. Mən məqaləni təkminləşdirmişəm, vandalizmə yol verməmişəm, yalandan məni vandalizmə görə bloklamısınız, amma vandalizm faktını göstrə bilmirsiniz. Həm də mənim vandalizmlə məşğul olduğumu deməklə məni təhqir etmisiniz. lərimin geri qaytarılması isə qəti şəkildə vandalizm hesab oluna bilər. Çünki məıqaləyə yerləşdirdiyiim məlumatlar heç bir mübahisə doğurmurdu, hər biri etibarlı mənbəyə əsaslanırdı. Ayan Bəkirov (müzakirə) 19:09, 31 dekabr 2018 (UTC)
- Nə qədər səbirli olub nəzakətsizliyinizə göz yumsam da, hər şeyin bir həddi var artıq. Müzakirələrdə nəzakətli olmadığınız üçün müzakirə səhifəniz də tərəfimdən bloklandı. Uğurlar sizə. --eldarado ✉ 19:17, 31 dekabr 2018 (UTC)