Istifadeci Muzakiresi Amd628 30 Yanvar 2007 - Wikipedia
Xoş gəlmişsiniz
redaktəSalam Amd628, Azərbaycan dilində Vikipediyaya xoşgəlmişsən. --Memty 14:09, 3 Avqust 2006 (UTC)
Təşəkürlər
redaktəSalam Amd628, Siz məqalələri belə gözəl islah edib, onları zənginləşdirməsində çaləşdığınız üçün və ha belə yeni məqalələr yazdiğiniz üçün isitəm öz minnətdarlığımı bildirəm. Sizin kimi Azərbaycan dilini yaxşı bilən həmvətənlərin fəaliyəti bu Vikipedia layıhəsinin nəhayət başaraqlı olduğuna çox ümidlər verir. Sağolun. Mehrdad 16:54, 23 Avqust 2006 (UTC)
Latın qrafikalı Azərbaycan əlifbası
redaktəSalam Mehrdad.
Azərbaycan əlifbasındakı hərflər haqqında məqalələr yazmaq istəyirəm. Bunun üçün şablon yaratmışam. Amma əvvəldən mövcud olan şablon və o uyuşmur. Çünki əksər hərflər eynidirlər və təkrarlanırlar, xüsusilə I şablonun sonuna artırılmış hərflər yeni şablonda var, və onları götürmək lazımdır.
Həmçinin istərdim ki, Latın qrafikalı Azərbaycan hərfləri bir kateqoriya altında birləşsin. Belə ki, Latın hərflərinə aid kateqoriyanı heç də Latın qrafikalı Azərbaycan hərflərinə aid etmək olmaz. Kateqoriyanı yaratmağa cəhd etsəmdə alınmadı. İstərdim ki, bu məsələlərdə mənə kömək edəsiniz.
Bir çox hərflərin şəkillərinə də ehtiyac var. Onları da tapa bilsəniz əla olar.
Əvvəlcədən minnətdaram.--A_M_D 10:10, 1 Oktyabr 2006 (UTC)
- Salam A_M_D, Yazdığınız məqalələrə baxdım, Görünür yaxçı bir iş başlamisız, ancaq bilmirəm nədən ikisi bir birinə bənzər olan şəblonları, yəni"Latin hərfləri" şablonu və "Latın qrafikalı Azərbaycan Əlifbası" şablonu bu məqalələrdə saxlamısiz. Məncə sadəcə bu məqalələrdə şablonların birisin silin.
- Siz istədiyiniz kategoriyanıda tapıb işlətmisiz(Latin hərfləri), çoxda münasibdir.
- Hərflərin şəkillərinə ehtiyac olduğunu başa düşmədim. Bunlar hansı şəkillərdilər. Misal üçün A hərfi yazdığınız kimi Öküz mənasında, bu məqaləyə Ökuz şəkilin artırmağı təklif edirsiniz, yoxsa A hərfin şəkilini dəyışik fontlar/grafikalarda məqaləyə əlavə olmağın istirsiniz?
- Əlimdən hər nə gəlsə sevinərəm. Yaşa Mehrdad 16:20, 1 Oktyabr 2006 (UTC)
Salam Mehrdad.
Mən nəzərdə tutduğum şəkilləri sən əlavə etmisən, Çox Sağol -- digər hərflərə də əlavə edə bilsəydin çox gözəl olardı.
Latın hərfləri ilə Latın qarfikalı Azərbaycan hərflərini eyni bir kateqoriyaya əlavə etmək ən azından düzgün deyil. Bəlkə səhv edirəm amma fikrimcə Ğ, Ə, Ş və s. hərflər latın hərfləri hesab olunmamalıdırlar..... Ona görə mən yeni bir kateqoriyanın yaradılmasını zəruri hesab etdim. Amma bacarmadım-alınmadı.
Sağol, Köməyinə görə minnətdaram A_M_D 21:30, 6 Oktyabr 2006
- Salam A_M_D, O şəkilləri nəzərdə tutduğunuza əmin dəyirdim. Şəkillər Wikicommons da olduqları üçün, əlavə etmələri çox rahatıydı. Wikicommons bir anbar kimidir və bir çox Vikipediyada işlənən şəkillər ordan qaynaqlanırlar. İngilis Vikipediyasıda şəkilləri oradan alır [1]. Mən sadəcə o şəkilləri gətirən sətirləri məqaləyə əlavə etddim.
- Latın qarfikalı Azərbaycan hərflərini bir kateqoriya yaratmada siziylə həmrəyəm. Kateqoriyanı yalnız məqalənin son hissəsində artırmailə yarada bilərsiz. Misal üçün məqalələrin altında artırdıyınız [[Kateqoriya:Azərbaycan Latin hərflərini]] bu Kateqoriyanı yaradır.
- Sizdən bir xahişim var. Lütfən mən tərcümə etdiğim Vikipediya:VikiTə'til şablonlarına baxin və lazim olan islahlari edin. Təşəkurlər. Mehrdad 16:17, 7 Oktyabr 2006 (UTC)
Siz dediyiniz şablonlara baxdım və bir neçə orfoqrafik düzəliş etdim. Həmçinin şablonların istifadəçilərə aid olduğunu düşündüyüm üçün əvvəllərinə <Bu istifadəçi> sözlərini artırdım. Əgər İstifadəçiyə aid deyilsə o sözləri silin.
Sağolun--A_M_D 21:51, 7 Oktyabr 2006 (UTC)
Salam Amd628
redaktəErciyes Gazetesi maddesini Azerbaycan dili ile yazdiğiniz üçün öz minnətdarlığımı bildirəm, taşəkür edirəm. Sayenizde Azeri dilini de öğrenmiş olacam.Yaşa--Hasan Sami 05:29, 14 Oktyabr 2006 (UTC)
Vikipediyanı necə tanıdıra biırik ?
redaktə- Salam A_M_D, Sizcə Vikipediyanı necə Azərbaycanda (ya xod Azərbaycaca yazanlara) tanida bilərik? Mən bir neçə forumda çalışdım bu işi görəm ama olmadı. Bəlkə bir yolu o ola bilər ki, gündəki axtarılan başlıqlar həqqində məqalə yazaq. Sizin bu sonkı məqalələrin çox maraqlı olduğunu güman edirəm (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası). Maraqliyam fikirlərinizi bu barədə bilam.
- İslahlarınızdan çox oyrənirəm, təşəkürlər.
- Mehrdad 17:39, 18 Oktyabr 2006 (UTC)
Salam Mehrdad
Vikipediyaya üzv olduğum ilk gündən demək olar ki, əksər tanışlarıma vikipediya barəsində məlumat vermişəm. Onlardan Vikipediyada bir oxucu kimi yox məqalələri redaktə edən istifadəçi kimi fəaliyyət göstərmələrini xahiş etmişəm. Amma bu kütləviliyi təmin etmir.
Məncə vikipediyanı tanıtmaq üçün televizyadanda istifadə edə bilərik. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən televiziyaların əksərində kompüter və kompüter texnologiyaları haqqında (Məsələn: İTV-Rəqəmsal dünya və s.) verlişlər var. Onlara e-mail yazıb Vikipediya və onun əhəmiyyəti haqqında məlumat verə bilərik (Təəssüf ki, məndə onların e-maili hələ ki, yoxdur. Amma axtarıram....). Öz növbəmizdə onlardan vikipediya haqqında verlişlərində qısada olsa məlumat verə bilərlər. Məncə həmin verlişlərə Azərbaycanda hal-hazırda baxırlar və bu kütləviliyi təmin edə bilər. Bu həmdə onların maraqlarında olmalıdır. Həm azərbaycanlı, həm də maraqlı sujet axtaran jurnalist kimi.
Kütləviliyi artırmaq üçün Azərbaycan dilində fəaliyyət göstərən saytların (Azərbaycanda Rus və İngilis dilindədə fəaliyyət göstərən saytların çoxlu istifadəçiləri var.) adminlərinə həmçinin Vikipediya haqqında məlumat verə bilərik. Onlardan Azərbaycanca Vikipediyanı öz səhifələrində "Saytın dostları" olan hissəsində adını vermələrini xahiş edərik. Vikpediyanı onlara düzgün təqdim edə bilsək bundan boyun qaçırtmazlar.
Vikipediyada redaktə edən istifadəçilərin sayının artmasına həqiqəqtən ehtiyac var. Müqayisə üçün Rus dilində olan Vikipediyanı götürmək istərdim. Sentyabr (keçən ay) ayının ilk 5-günündə onlarda məqalə sayı 100.000-ə çatdı. Hal-dazırda isə 111 672 məqalə var. Azərbaycan dilində olan vikipediyada isə səhv etmirəmsə o zaman 3550-3590 məqalə var idi. Həmin müddət ərzində onlar 12 min məqalə yazıblar. Biz isə 100-ə yaxın. Əhali fərqi olsada bu qədər deyil.
Mənim özümün uzun müddət Azərbaycanca Vikipediyanın varlığından xəbərim olmayıb-təsadüfən rus vikipediyasından bilmişəm. Mən əminəm ki, bu cür layihələrdə iştirak etmək istəyən var--amma onların bu vikipediya haqqında xəbərləri yoxdur. Çalışmaq lazımdır ki, Az-vikipediyasında yaradılan hər bir məqalənin digər vikipediyalarda (xüsusilə türk,ingilis, rus) tapılsın və onlardan Azərbaycan vikipediyasına keçid qoyulsun--mən hər atrırdığım məqaləni rus dilində çalışıram tapım və ora əlavə edim. Çünki bu dilərdədə vikipediyanı istifadə edən azərbaycanlılar var. Bu keçid vasitesi ile onları az-vikipediyasına yönəldə bilərik.
Vikipediyanı tanıtma yolunda uğurlar! --A_M_D
- Göstərdiyiniz yollar hamisi iştirakçı artırmasında böyük kömək ola blər. Televizia verlişləri vastəsilə Viki layəhisin tanıtdırmaqı çox bəyəndim, bu iş olsa böyuk maraq yarada bilər.
- Azərbaican Vikipediyasına qatılanların say azlıqınə bayıs olan, bizim dilin fərqli alifbalarda olduğuda olabilər. İranda ki Azərbaicanlılar 99 fayızə yaxın , öz dillərində yazıb oxuya bimirlər. Şimalda da səhv etməsəm əhalinin bir çoxu hələdə latin əlifba yox kiril işlədirlər. Serb Vikipediyada Kiril-Latin çevirməni çox yaxçi qurublar, bizdə belə iş görməliyik [2](latinca düyməsi latinə çevirir).
- Müqayısə etdiyiniz böyuk saylı Vikipediyalar robotlar vastəsilə yüzlərcə məqaləni bir hərgün yaradirllar. Bizdə bu işi görməliyik, ancaq belə artırmalar data formunda olur yanı məqalə olmur. Türk qardaşlarımız Memty və UgurBasak da bir çox səhifələri (təqvim, günləri...) yaradıblar.
- Mən çalışaram Azərbaican əlaqəli internet saytalarda Vikipediya keçidlərin yerləşdirməsində çalışam. Sizə də Vikipediyanı tanıtmada uğurlar arzulayıram. Mehrdad 15:25, 19 Oktyabr 2006 (UTC)
Salam Mehrdad.
Dediyim kimi, həmin verlişlərin kordinatlarını (email və ya b.) hələ ki əldə edə bilməmişəm. Amma bunun həyata keçməsi üçün var gücümlə çalışacağam. Nəticələr isə pis olmamalıdır.
Serb vikipediyasına girib baxdım- çox əla, bəyəndim. Bu cür sistem Azərbaycan vikipediyasında LATIN-KİRİL-ƏRƏB (Əski) qrafikalı əlifbalara tətbiq olunmalıdır. Bu çox gözəl olar. Bu işdə əlimdən nə gələrsə etməyə hazıram.
Mən istərdim ki, Ana səhifədə bütün istifadəçilərə müraciət olunsun və onlardan vikipediyanın zənginləşməsində daha fəal olmalarına çağıraq. Hər biri həftədə 1 məqalə yazsa bəsdir. Səhv etmirəmsə Az-vikipediyada bu dəqiqə 400-ə yaxın istifadəçi var. Həftədə 400 məqalə az şey deyil........ Eybi yox 400 nəfər yazmasın 150-200 ü yazsın, bu da kifayətdir.
Səninlə razıyam ki, bu dəqiqə Az.Res. əhalinin bir qismi latın əlifbasında yaza bilmir. Amma fikrimcə 60-70 faizi latın qrafikasını oxumağı bacarır. Ən əsası odur ki, Azərbyacanda kı ziyalı təbəqəsi üçün yazının kiril və ya latın qrafikalı olmasında heç bir fərqi yoxdur-xüsusilə internetə çıxışı olanların. Onlar Latın qrafikası ilə sərbəst yazıb oxuya bilirlər. Bizə lazım olanda məhz ziyalılar-ali təhsili olanlardır.
Memty və UgurBasakda etdikləri köməyə görə çox sağ olsunlar.
--A_M_D
- Salam.
- Mən bu yaxınlarda İTV-nin Rəqəmsal dünya verlişindən cavab aldım. Onlar Vikipediya haqqında məlumat yaymağa razıdırlar. Nə vaxt yayımlayacaqlarını deməsələrdə çox guman ki, bu həftənin II( 28 noyabr,Çərşənbə axşamı) günü onu verəcəklər. İstəsən izləyə bilərsən. Verliş Bakı vaxtı ilə saat 21-30 (Bax- http://www.itv.az/heftelikproqram.php ) da İTV-də gedir. Çox güman ki, sabah göstərəcəklər. Sağol
- --A_M_D
- Salam A_M_D, İmtahanlar başa çatdı? İnşallah onları yaxçı keçirtdiniz. Bu İTV ilə əlaqə saxlamaqda yaman dəyərli bir iş görübsüz, bunun böyük əsəri olabilər. Zənn edirəm ki, bir neçə başqa yerlərdə də Vikipediyanı tanıtdırmısız, çün bu günlər yeni istifadəçilərin sayı birdən birə artıb! Deməli biz gərək hazirliq edək. Bir əhəmiyyətli iş Kömək səhifəsi(lari)dir ki yeni gələnlərə redaktə yolların vı Vikipedia qaydalarin başasala. Mən çalişaram bir Xoş Gəldiniz mə'lumatı hazırlayam. Bu işdə sizin köməyinizə möhtac olacayam. Bir səhvli xoş gəldin məlumatı, çoxunu yetmədən qaçırdabilər :-)) .
- Sağolun. Mehrdad 15:52, 27 Noyabr 2006 (UTC)
- Salam Mehrdad. İmtahanlar başa çatmasada az qalıb, bir müddət azadam. İTV əməkdaşları sağolsunlar təklifimizi rədd etmədilər. Çalışacağam ki, növbəti verlişi izləyim, göstərməsələr demək növbəti verlişlərdə göstərəcəklər(Televiziyanın öz qanunları var.........). İstifadəçilərin sayı doğurdan da birdən birə artıb. Hələ ki, yalnız qeydiyyatdan keçib dururlar, bir əlavə etmirlər :-( Bunu mən onların vikipediyadada necə məqalə yarada biləcəkləri və redaktə edəbiləcəkləri haqqında məlumatlarının olmamasında görürəm. Dediyiniz Kömək səhifələri bu işdə yardımçı ola bilər. Amma ilk öncə vaxtı ilə Rustam adlı istifadəçinin code.az unvanında yazdığı məqaləni bərpa etmək lazımdır. O məqalə çox gözəl məqalədir, təəssüf ki, code.az bu dəqiqə bağlıdır və o məqalə artıq netdə yoxdur. Lazım olsa məndə nüsxəsi var. Kömək səhifələrini başqa vikipediyalardan tərcümədə edə bilərik. Başqa təklifin varsa onuda müzakirə edə bilərik.
- Vikipediyanın ön səhifəsi müəyyən mənada "ölüdür" yalnız "Son dəyişikliklər"ə girəndə hiss edirsən ki, vikipediya "yaşayır". Hazır ki, məqalələrin keyfiyyəti isə onları tez-tez yeniləməyə imkan vermir--bəlkə redaktəyə ən çox ehtiyacı olan 5-10 məqaləni Ana səhifədə yerləşdirək və onları ümumi redaktəyə verək. Yeni istifadəçi redaktə etməyə bir şey tapacaq. Yoxsa istifadəçilər tez qaçacaqlar.
- İstənilən yöndə kömək etməyə hazıram.
- --A_M_D
salam
redaktəSalam Amd628, Azərbaycan dilində Vikipediyanın sizlə biryerd zənginləşməsinə çalışmağima sevinirəm yashar
- Mən də həmçinin sevinirəm ki, Azərbaycanca Vikipediyanın zənginləşməsində çalışan sizin kimi həmvətənlərim var. İnşallah birlikdə bu lahiyəni çox inkişaf etdirəcəyik!!! A_M_D
Yardimınıza gora sağolun.Türk xalqları kateqoriyasının təkmilləşməsını vacib bilirəm. yashar
- Şadam ki, köməyim dəydi. İnşallah sonuncu olmaz :) A_M_D
Məhəmmədəli Fərzanə
redaktəsalam. Məhəmmədəli Fərzanənın səfhəsini təkmil etdiyiz uçun təşəkkur edirəm. mən hələ şəkil artmaği oyrənə bilməmişəm.Yashar 18:59, 13 Dekabr 2006 (UTC)
- Salam Yashar.
- Təşəkkür etməyə ehtiyac yox idi, amma yenədə çox sağol. Mən burada nə edirəmsə Azərbaycan dilində ki, internet resursları, xüsusilə də elmi-bədii elmi resursları artırmaq üçün edirəm. Bu işdə isə hamımıza uğurlar.
- Şəkil artırmaq problem deyil. Sol tərəfdə alətlər sandığında Qarşıya yüklə sözü yazılıb. O linki aç və faylı (şəkli) upload et. Daha sonra şəkli hansı məqaləyə artıracaqsansa onun redaktəsinə gir və orada şəkil işarəsini bas və ya ən yuxarıda Şəkil:Misal. sözlərini yaz. Misal.jpg yerinə isə faylın adını yaz (formatı - jpg, bmp, png unutma) və save et. Qurtardı :)) Problem olsa müraciət et.
- P.S. İnternet səhifəni oxudum və bəyəndim, çox gözəl alınıb. Amma onuda deməliyəm ki, orfoqrafik səhvlər çoxdur. Vikipediya məqaləsini xüsusilə bəyəndim. SÜKANI BELƏ SAXLA! A_M_D
Salam, Kamran.
Lütfən yazdığınız məqalələrin ensiklopedik məzmunda olmasına diqqət edin, Vikipediyaya daxil edilən məlumat ensiklopedik məzmunda olmalıdır.
Məqalədə müəllifin adı (və ya nicki) olması zərurət deyil, belə ki, vikipediyanın məqalələri yalnız bir şəxs tərəfindən yazılmır. Bu məqalələri hər bir kəs redaktə edə bilər. Sizin adınıza gəldik də isə onu yazdığınız məqalənin müzakirə səhifəsində buraxa bilərsiz. Məqaləyə etdiyiniz dəyişikliklər isə tarixçədə qeyd edilir. Bundan sonra da burada məqalə yazıb və ya digər məqalələri redaktə edəcəyinizə ümid edirəm, vikipediya hər kəs üçün azad və açıq məkandır.
Yazdığınız mövzu əhəmiyyətlidir, lütfən məzmunu ensiklopedik edin.
Vikipediya ilə bağlı istənilən suallarınıza cavab verməyə və bu yöndə bacardığım köməyi etməyə hazıram.
--A_M_D
- Hörmətli A.M.D.!
- Sizi və sizin temsilinizdə bütün Azərbaycan xalqını "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü","Müqəddəs Qurban Bayramı" və Yeni il münasibəti ilə təbrik edirəm.
- Mövzuya nünasibət bıldirdiyinizə görə minnətdaram. Mən bu mövzunu ilk dəfə, eksklyuziv olarag sizin saytınızda müzakirəyə çıxartmışam.
- Bu mövzu eyni zamanda mənim elmi məgaləmin tərkib hissəsidir. Ona görə də müəlliflik hüququnun Vikipediyada necə qorunub saxlana biləcəyi mənim üçün sualdır. Əgər mümkünsə bu istigamətdə mənə öz məsləhətinizi verəsiniz.
KamranHörmətlə: Kamran Mahmudov E-mail: [email protected]
Salam Kamran.
Məndə sizin hər üç bayramınızı səmimi qəlbdən təbrik edirəm.
Vikipediyanı zənginləşdirdiyiniz üçün istərdim, sizə bir daha minnətdarlığımı bildirəm.
Təəssüf`ki, Vikipediya müəlliflik hüquqlarının qorunmasına zəmanət vermir, bura da yazılan informasiya hər bir kəs tərəfindən istifadə edilə bilər (Məncə Vikipediyanın elə ən gözəl tərəfidə budur). Yazdığınız məqalənin müəlliflik hüququndan narahatsınızsa deməliyəm ki, Vikipediya bu cür məqalələr üçün ideal yer deyil.
Onu da deməliyəm ki, Vikipediya demək olar ki, heç kəsə məxsus deyil - o bütün istifadəçilərə məxsusdur (həmçinin Sizə). Azərbaycanca Vikipediyanın sizin kimi insanlara ehtiyacı çox böyükdür. Biz bir şeylə razılaşmalıyıq ki, Azərbaycan dilində, xüsusilə elmi internet resurslar kifayət qədər deyil. Bu isə ümumi Azərbaycanın (xüsusilə Azərbaycan elminin) inkişafına maneədir. Ona görədə bir daha təkrar etmək istəyirəm Azərbaycanca Vikipediyanın sizin kimi insanlara böyük ehtiyacı var. Yazınızdan hiss olunur ki, Vikipediya haqqında kifayət qədər məlumatınız yoxdur - istəsəniz vikipediyanın türk, rus və ingilis versiyalarına baş çəkin. İnanıram ki, bundan sonra Vikipediya haqqında sizdə dolğun məlumat formalaşacaq.
Sonda bir neçə əlavə:
Lütfən yazınıza yeni abzasdan başlamazdan əvvəl boş məsafə (probel) qoymayın, bu zaman yazı düzgün görsənmir (daha doğrusu işarələnmiş sahədə "səliqəsiz" görsənir). Yazınızın yeni abzasdan başlaması üçün arada boş sətir saxlamaq kifayətdir. Bunu üçün : işarəsindən istifadə edə bilərsiniz
Sonda imzanızı qoymaq üçün isə hər dəfə onu təkrar type etmək lazım deyil, redaktə səhifələrində İmza və Tarix düyməsini basmanız kifayətdir.
Digər istifadəçilərə mesaj yazarkən bunu həmin istifadəçilərin müzakirə səhifələrində yazın, öz müzakirə səhifənizdə deyil.
Ümid edirəm ki, Vikpediyadakı fəaliyyətinizdə yalnız bir məqalə ilə kifayətlənməyəcəksiniz. Bu yolda sizə uğurlar. --A_M_D 18:10, 31 Dekabr 2006 (UTC)
- Hörmətli A.M.D., sizin müzakirə səhifənizdə redaktə düyməsi olmadığından yenə bu səhifədə sizə cavab verırəm.
- Mən Vikipediyada yazdığım "Novruz Bayramının tarixçəsi" məqaləsindən kiminsə istifadə etməsindən narahat deyiləm, ancaq müəllifin kim olduğunun və ya mənbənin bildirilməməsi bu yönlü saytlarda xaosa gətirib çıxara bilər. Elə siz özünüz də bu (Vikipediyanı)metodu qorxulu hallardan biri kimi qiymətləndirmisiniz. Sizin məsləhətinizdən sonra rus dilli Vikipediya səhifəsinə girib Azərbaycan tarixi səhifəsinə nəzər saldım. Bu yazıda "mənfur erməni" düzəlişlərini gördüm. Onda belə çıxır ki, biz əlimizdə qılınc, hər bizim haqqımızda olan məqalənin yanında dayanmalıyıq.
- Mənim Vikipediya haqqinda fikrim müsbətdir, lakin düşünürəm ki, hər yazılan məqalənin müəllifi məlum olmalı, moderator senzurasından keçməli, mütəxəssislər tərəfindən qəbul edildikdən sonra hər hansı bir bilgi mənbəyi ola bilər.
- Mən isə bu mövzunu müzakirə obyekti olsun deyə yazdım. Əgər mənim bu məqaləmdəki "Gəmiqaya" ərazisi ifadəsini hər hansı bir "düşmənimiz" özü bildiyi kimi dəyişdirsə, onda məsuliyyət kimin üzərinə düşəcək? Bu ideyanı ortaya çıxaran şəxs kimi mənim, yoxsa başqasının? Xahiş edirəm məni düzgün başa düşəsiniz.
- Bir də, əgər hər kəs bu məqaləyə istədiyi kimi düzəliş edə biləcəksə, onda xahiş edirəm bu məqaləni öz səhıfələrinizdən çıxarasınız. Hörmətlə:--Kamran 23:12, 31 Dekabr 2006 (UTC)Kamran Mahmudov
Salam, Kamran.
Vikipediyada hər bir məqalənin (həmçinin səhifənin) yuxarı hissəsində adətən məqalə, müzakirə, redaktə, tarixçə, qeydiyyatdan keçmiş istifadəçilər üçün həmçinin izlə (və ya izləmə), adını dəyişdir kimi yazılmışdır (mənim müzakirə səhifəmdə həmçinin). Tarixçə bölməsi məhz siz dediyiniz mübahisələri həll edir. Belə ki, məqaləyə və ya səhifəyə edilimiş hər bir dəyişiklik dəqiqəsinə kimi orada qeyd edilir və məqaləni yaradanın nicki-də (nick olmadıqda İP adres) orada görünür. Kimin nə dəyişiklik etdiyini bilmək olur. Hər hansısa edilmiş dəyişikliyin qeyri-doğruluğundan əminsinizsə onda ona düzəliş edin. Dəyişikliyiniz kimdəsə şübhə yaratsa öz mövqeyinizi məqalənin müzakirə səhifəsində şərhə qoya bilərsiniz. Hər bir edilmiş dəyişiklik (səhv və ya düz fərqi yoxdur) artıq yaddaşa düşür. Əgər məqalə vandalizmə tez-tez məruz qalarsa ona blok da qoymaq olar və ediləcək dəyişikliklər müzakirə səhifəsində müzakirə olunanda sonra admin məqaləyə əlavə edə bilər(Az-viki də belə məqalə yoxdur amma rus vikipediyasında Геноцид армян, Нагорно-Карабахская Республика,Сумгаитский погром məqalələlərinə baxın.)
Mənbəni isə məqalənin daxilində göstərmək olar. Lütfən Mir Möhsün Nəvvab Qarabaği, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Mir Cəfər Abbas oğlu Bağırov, BMW məqalələrinə girin və orada sonda mənbənin nə cür göstərildiyinin şahidi olacaqsınız. Mənbə elektron formatda deyilsə Məmmədəmin Rəsulzadə (bu məqalənin müzakirə səhifəsinə də istəsəniz baş çəkin) və ya Əli ibn Əbu Talib məqalələrinin sonunda olduğu kimi göstərə bilərsiniz.
O ki, qaldı elmi "senzuraya"- biz elə buna da çalışırıq ki, vikipediyada ali-təhsilli istifadəçilərin sayı artsın və onların sayəsində hər bir qırağa çıxma nizamlansın. Buna isə görünür zaman lazımdır.
Rus vikipediyasında kı dediyiniz məqlələrə dəyişikliklər etmək üçün ilkin növbədə müzakirə səhifəsində müzakirə etməlisən, arqumentlərinin tutarlı olsa adminlər sizin fikirlərinizi nəzərə almalıdırlar.
Məqaləninin silinməli olduğunu sanırsınızsa lütfən {{sil}} sözlərini əlavə edin-adminlər silər.
Vikipediya məqaləsinədə baş çəkin, faydalı şeylər çoxdur.
Sağolun --A_M_D 11:02, 1 Yanvar 2007 (UTC)
Şəxslər haqqında məqalələrin adları
redaktəSalam, Tim Bits.
Vladimir İliç Ulyanov məqaləsinin müzakirəsinə yazdığınızı oxudum-müəyyən mənada sizinlə razılaşmaq olar. Amma ensiklopediyalarda (qeyri-vikipediya) şəxslər öz adları və soyadları vasitəsilə göstərilmişdir. Ona görədə bu məqalənin adı Vladimir İliç Ulyanovdur. Digər adlardan isə redirect qoyulmuşdur.
Eyni sözləri Məleykə Abbaszadə haqqında məqalə üçündə deyə bilərəm. Onsuz da onu bu ad altında axtaranlar tapacaqlar (Əvvəldən redirect var idi), amma məqalənin adı ensiklopedik formatda (ad, ata adı, soyad) olsa məncə daha yaxşı olar. --A_M_D 19:45, 4 Yanvar 2007 (UTC)
- Salam. Azerbaycan herfleri ile yazmadigim ucun uzr isteyirem, indiki komputerde Azerbaycan dili ucun klaviatura yoxdu.
- Bu cur qaydalara, ingilisce tebir isletsek, in house rule deyiller. Her bir publisher ozu bu qaydalari mueyyen eliyir. Vikipediya da, daha dogrusu Vikipediyanin bagli oldugu Vikimediya da online da olsa bir publisherdi, burda da esasen bele qebul olunub. Daha dogrusu Ingilisce vikipediyada, basqa dillere baxmamisam. Sovet Ensiklopediyasinda qaydanin siz deyen kimi oldugunu bilirem. Amma Ingilisce Vikipediya bizim ucun bu barede tam olaraq referans ola bilmeyeceyi kimi Sovet Ensiklopediyasi da ola bilmez. Bu qaydani biz ozumuz mueyyen elemeliyik. Mence esas basligin en cox tanin adla, tam adin ise ilk setirde gosterilmesi daha duzgun olardi. Isteyirsiz bu meseleni kend meydanina cixardib hamiynan da muzekire etmek olar.
- Salamat qalin. --TimBitsتِمبِتس 16:52, 5 Yanvar 2007 (UTC)
Salam Tim Bits.
Mənim üçün elə də prinsipial fərqi yoxdur- yəni hər iki variant keçərlidir. Onsuzuda redirect var--onları tapmaq mümkündür. Onda gərək biz bir neçə məqalədə də dəyişiklik edək. Məs - Benito Amilkare Andrea Mussolini, İosif Vissarionoviç Cuqaşvili, Uinston Leonard Spenser Çörçill.
Bir şeyidə deyim, səhv etmirəmsə yeni TERRA ensiklopediyalarında da adlar məhz bu cür göstərilib.
Tətildən döndüyünzə sevindim.
Sağolun. --A_M_D 17:17, 5 Yanvar 2007 (UTC)
- Salam. Bu barede menim movqeyim odur ki, daha cox taninan adlar islensin, cunki bele olanda oxuyuculara da asan geler, quru formalliqdan da bir qeder uzaq olar. Tam ve resmi adi ise giris hissesinde mutleq gostermek lazimdir. Bu prinsip tekce shexsi adlara yox umumen bele bir veziyyetin yarana bileceyi butun meqelelere samil edile biler.
- Tetilden donmek barede ise, duzdur indi daha cox internete gire bilirem amma hele de istediyim seviyyede fealiyyet gostere bilmeyecem. Sene (umid eliyirem sen demekde bir problem yoxdur) fealligindan otru tesekkur edirem, bizim vikipediyanin prinsipini basa dusen bu cur yoldaslara ehtiyacimiz coxdu. Her seye gore tesekkurler. --TimBitsتِمبِتس 18:46, 5 Yanvar 2007 (UTC)
Yaxşı olsun belə - Problem yoxdur. Yaxınlarda yuxarıda dediyim məqalələrində adını dəyişərəm. Yaxşı olardı ki, lap Sən (burada məndə heç bir problem görmürəm, əksinə belə daha çox səmimidir) dəyişəsən.
Fəallığa qalanda isə mən daim vikipediya kimi bir layihə arzusunda olmuşam-indi isə əlimdən gələni çalışıram edim. Düzdür son 1 ayda məndə heç o qədərdə fəal deyiləm (imtahanlar, imtahanlar......), amma bir-iki şey edə bilmişəm.
Səncə biz üç əlifbalı sistemə nə zaman keçəcəyik və bunu kim etməlidir?. Latın və ərəbin bu cür qarışıq yazılışı yeni istifadəçilərin heç də xoşlarına gəlmir (düzünü desəm heç mənimdə-Qazaq ensiklopediyası artıq bu cür işləyir.)--A_M_D 19:02, 5 Yanvar 2007 (UTC)
Vikipediya yalniz Azerbaycan dilinde olmalidir
redaktəSalam, Baki66. Bir daha vikipediyaya xoş gəlmisiniz.
Hər bir səhifənin yuxarısında redaktə funksiyası var. yazısı istifadəçi müzakirələrində də olur (Məs. Mənim müzakirə səhifəm İstifadəçi müzakirəsi:Amd628). İstəsəniz onun vasitəsilə yada kı, redaktə yazısının yanında olan + yazısı vasitəsilə yeni sektor yaradıb cavab yaza bilərsinz. Məktubu hansı istifadəçiyə yazırsınızsa mütləq həmin şəxsin müzakirə səhifəsində qeyd edin.
Ərəb əlifbası ilə Latının bu cür qarışıq olması həqiqətəndə eybəcərdir. Amma Qazax ensiklopediyasına baxdınızsa bunu çox gözəl həll ediblər (Yəqin ki, yuxarıda Кирил, latın, ərəb sözlərini tapdınız-onları basın). Bizdə də həmin cür olamlıdır.
Azərbaycan Vikipediyasının hələ ki, kömək səhifələri hazır deyil-amma hazırlanır. Müvəqqəti olaraq ümumi tanışlığı Vikipediya məqaləsi ilə ala bilərsiniz. Vikipediyanını zənginləşdirilməsi yolunda uğurlar!.
Sonda imzanızı qoyarkən məsləhətdir ki, İmza və Vaxt düyməsindən istifadə edəsiniz.
Sualınız varsa buyurun, əlimdən gələni etməyə hazıram. --A_M_D 17:06, 5 Yanvar 2007 (UTC)
- Salam BAKI66
- Mən sizə mesajlar haqqında bir neçə əlavə söz demək istərdim-Mesajlarınızı mümkünsə istifadəçi səhifəsində yox, istifadəçi müzakirəsi səhifəsində buraxın. İstifadəçi səhifəsini həmin şəxs özü yaradır (Məsləhətdir ki, siz də özünüzə yaradısınız) və özü öz istifadəçi səhifəsini redaktə edə bilər, başqasının redaktəsi düzgün deyil. istifadəçi səhifəsində əksərən özün haqqında məlumat yerləşdirirsən (Hökmən deyil ki, bioqrafiya-nəyi düzgün sanırsan)
- Həmin şəxsə mesajı isə istifadəçi müzakirəsi səhifəsində yazın. Sizin Memty üçün buraxdığınız mesaj düzgün yerdə deyil-lütfən onu ordan götürün və Memty-nin istifadəçi müzakirəsinə (yeni bölüm yaradın - + düyməsi vasitəsilə) buraxın. Bu cür daha düzgündür.
- Məqalələrinizi oxuyuram - çox gözəldir, həcmini böyütsəniz lap əla olar. Çalışın yalnız Maykl Cekson haqqında məqalələrlə kifayətlənməyin.
- Azərbaycanca Vikipediyanının zənginləşməsi məsuliyyətini dərk etdiyiniz üçün sizə bir daha minnətdarlığımı bildirirəm. SÜKANI BELƏ SAXLA.--A_M_D 21:38, 6 Yanvar 2007 (UTC)
Salam Amd 628
redaktəSalam, mən Memptyə yalnış yerə yazmişdim sulaı, pozdum onu oradan. Yardıma görə çox sağolun. Vikipediyanın Ana səhifəsində, orada bir söz yalniş yazılıb 4.236 məqalə toplaıb mənə helə qəlir toplanıb sözu orada olmalidir. Kəndlər üçün kateqoriya yoxdur, mən bilmirəm kəndləri hansı kateqoriyaya qoyum? Birdə musiqi albumlar üçündə kateqoriya yoxdur. Hörmətlə Baki66 --Baki66 00:09, 7 Yanvar 2007 (UTC)
- Salam Bakı66
- Görürəm kənd üçün kateqoriya problemini həll etmisiniz. Kəndlər Kateqoriyasını fikrimcə təyinatı üzrə düzgün seçmisiz.
- Musiqi albomları üçün isə özünüz kateqoriya yarada bilərsiz-bu problem deyil. Bunun üçün bir az uzun amma sadə yol - İlkin növbədə məqalənizdə yaradacağınız kateqoriyanın adını kateqoriya kimi daxil edin. Həmin kateqoriyanın adı qırmızı rəngdə olacaq-daha sonra onun üzərindən basın. üçün açıılmış səhifədə '''{{kateqoriya}}''' sözlərini yazın və yaddaşa verin. Kateqoriya hazırdır.
- Toplaıb sözü mənimdə diqqətimi çəkib. Həmin [[Şablon:BaşYazı|şablon]] redaktəyə qapalıdır. Təəssüf amma mən onu redaktə edə bilmərəm - buna adminlərin icazəsi var. Onlardan xahiş etmək lazımdır.
- Sağolun--A_M_D 08:02, 7 Yanvar 2007 (UTC)
redakteni pozmaq
redaktəSalam Amd628. Menim bu Michael Jacksona aid yazidigim bu mahnilarin meqalelerini kimse pozum. Mence düzgün deyil müzakerede hech ne yazmadan, bildirmeden bütün meqaleleri pozmaq. Men nece onlari qeri getire bilerem? Menim o meqalelere choxlu vaxtim gedmishdi. Birde bu saytin Adminleri kimdir? Hörmetle --Baki66 14:36, 18 Yanvar 2007 (UTC)
Hər şey qaydasindadır, heçkim heçnə pozmayib, mənim səhvimdir :) Hörmətlə --Baki66 14:48, 18 Yanvar 2007 (UTC)
- Şadam ki, sizin məqalələrə zərər dəyməyib. Əgər kimsə qeyri-düzgün dəyişiklik etsə onda əvvəlki versiyanı (tarixçədə sizə lazım olan tarixin üzərindən basmaqla açılır) açın. daha sonra orada redaktəyə girin və yaddaşa verin. beləliklə əvvəlki versiyanı bərpa etmiş olarsınız.
- Qısa zaman ərzində Vikipediya üçün etdiyiniz hər şeyə görə TƏŞƏKKÜRLƏR! Adminlər haqqında sualınız isə yəqin ki, cavab tapmısınız. Mən admin deyiləm. Sadəcə sizin kimi Vikipediya üçün çalışan aktiv istifadəçiyəm. Bundan sonra da əlimdən gələn köməyi etməyə hazıram.
Sağolun--A_M_D 16:50, 18 Yanvar 2007 (UTC)
Siz Admin deyilsiz amma sizi Admin seçərik. Cevablara görə çox sagolun. Siz gərək Admin olasiz. Son dəyişiklərə baxsanız görərsiniz ki, ermeniler vandalismle məşğuldular. Bunlara qarşı bir şey etmək lazımdır. Hörmətlə --Baki66 21:00, 18 Yanvar 2007 (UTC)
- Salam Baki66
- Vandalizm təkcə az-vikiyə aid deyil, o umumvikipediya problemidir. Bunun çarəsi hələ ki, tapılmayıb. O ki, qaldı bugünkü vandalizme-berpa etdim. Bundan sonra da edəcəklər bərpa edəcəyik - ermənilər yenə öz sifətini göstərdilər. Amma bu hərəkət kişi hərəkəti deyildi, fikrimcə biz özümüzə erməni-vikisində belə bir hərəkəti yaraşdırmamalıyıq. Mübarizə aparırıqsa ağılla mübarizə aparmalı və qalib gəlməliyik. Azərbaycanlılar (ümumiyyətlə türklər) heç zaman kiminsə tumanının altından qışqırıb öz sözünü deməyib. Hansı ki, bu gün ermənilər rusun, fransızın, ingilisin tumanının altına gizlənib oradan bizə xox gəlirlər.
- Onun dediyi türk vikisindəki Vito adlı istifadəçinin müzakirəsinəki yazışmalarına baxdım. Fikrimcə o yalandan bu istifadəçinin adını verib. Amma yenədə ona soruşmaq lazımdır. Sözü deyibsə arxasında dursun! Mən artıq soruşmuşam - Cavabını gözləyirəm.
- Hörmətlə--A_M_D 21:43, 18 Yanvar 2007 (UTC)
Bu Ermənilərin hərəkətləri mənimdə heç xoşuma gelmir. Ermənistanda acından ölürlər ona görə bilmirlər nə edsinlər. Hər tərəfdən, Türkiyə və Azərbaycandan sərhədlər bağlıdır ona görə partlayırlar. Allah qoysa torpaqlarımız qeri qayıdacaq, lazım qəlsə müharibə yolu ilə. Hörmətlə --Baki66 18:32, 19 Yanvar 2007 (UTC)
Şah İsmayıl Xətai
redaktəSalam Mehrdad.
Doğrusu mən Şah İsmayıl Xətai məqaləsini nəyə görə əvvəlki verisyaını bərpa etdiyinizi heç cür başa dümədim. Hər iki məqalənin bütövlükdə oxudum və onları birləşdirdim. Türk dilindəki yazıların bir qismindən (kişiliği) də istifadə edib daha sonra onu olduğu kimi müzakirəyə kopyaladım.
Daha sonra, digər dildə olan vikipediyalarda Azərbaycan məqaləsinə interviki (bəlkədə termin düzgün deyil.) artırdıqda Azərbaycan yazır. halbu ki, AzərbaycanCA yazmalıdır. Çünki Türkçe, English və s. sözlər ölkə yox dil adıdır. Bunu necə düzəltmək olar.
Daha daha sonra, Azərbaycan Respublikası məqaləsində ki, xarici keçidlərin bir qismi yararsız linkdir və ya artıq işləmir. Ətraflı müzakirəyə bax. Onlar silinsə yaxşı olmazmı?
Xoş arzularla--A_M_D 16:42, 18 Yanvar 2007 (UTC)
Salam A_M_D, Ola biler kim men sehv etmisem. Siz nece ki yaxci bilirsiz Şah İsmayıl meqalesini redakte edin. onlari redake edin. O Ermeninin redaktelerin gery cekdiyiniz ucun tesekurler. Korakarliqlar coxalmaqdadir, idareciler cox az bas vururlar. Mence siz idarecilige namzed olun, bu size bir daha cox imkan verer ki korakarliqlarin qarsisin alasiz. Azerbaycan dili haqinda duz deyirsiz Azərbaycan olmamali, Azerbaycan dili ya xod Azerbaycanca olmalidir.
Men neche gun sefer de olacagam sizin gozunuz redaktelerde olarsa cox yaxci olar. --Mehrdad 04:45, 19 Yanvar 2007 (UTC)
Salam Mehrdad.
Təşəkkürə ehtiyac yox idi. Amma yenə də sağolun. İkinci vandalizmin nəticələrini aradan qaldırdığınız üçünsə mən də sizə təşəkkür edirəm :)
Azərbaycan sözünü dəyişsəniz gözəl olar. UNUTMAYIN Siz AzErbaycanca yazmısan, AzƏrbaycanca olmalıdır. (Azəri məsləhət deyil, bu sözü məişətdə çox işlədirik-rəsmi olaraq bu söz yoxdur)
Deyəsən kim idarəçi seçilirsə, ondan sonra vikipediyada görünmür--qəribə xəstəlikdir. idarəçilərdən Sizi bir də TimBitsi tez-tez görürük, qalan hamı tətildə. Bunlara deyəsən elə idarəçi adı lazım idi!
Bir şey bilmək istərdim--idarəçi olmaq üçün HTML-i bilmək çoxda vacib deyil ki? Çünki mən bu dili elədə yaxşı bilmirəm (başlanğıc məlumatım var). Oturub öyrənməyə isə vaxt yoxdur, həmdə öyrənməli əlavə material var :(
Birdə ki, mən adımı idarəçilər səhifəsində harada qeyd etməliyəm - İdarəçi namizədlər, yoxsa İdarəçi namizədlər seçkisi altından?--A_M_D 08:57, 19 Yanvar 2007 (UTC)
- Salam A_M_D, Seçgidə sizin seçilmənizə müsbət səs verildi, və İdarəçi (SysOp) seçildiz. Təbrik edirəm. Təcili olaraq seçgi uzatmag lazim deyil, sizin bu işdə başaraqlı olduğuza əminəm. İdarəçilər HTML ya başqa proqrmlama dilləri bilmək məcburiyyətində dayillər. İdarəçi vəzifələri üçün Xüsusi:Specialpages siyahədə İdarəçilər üçün xüsusi səhifələr siyahəsinə diqqət edin. Siz Vandalizm edən hər bir İstifadəçini müəyyən zamanadek bloklaya bilərsiz, və onların redaktələrini əvvəlki halinə qaytara bilərsiz. --Mehrdad 11:02, 21 Yanvar 2007 (UTC)
- Salam Mehrdad.
- Dəstəyə və inama görə minnətdaram.
- Çalışacağam bundan sonra da vikipediya zənginləşsin və tərəfsiz informasiya bazasında çevrilsin. Bu yolda hamımıza uğurlar.
- Amma bildiyin kimi bu sahədə (admin kimi) yeniyəm və ola bilsin ki, tez-tez narahat edim :). Bundan sonra da birgə fəaliyyətimizə ümid bəsliyirəm.
- Sağol --A_M_D 15:14, 21 Yanvar 2007 (UTC)
- Salam A_M_D, Hər sulaınız olsa lütfən çəkinmədən soruşun. Əlimdən nə gəlsə əsgik gəlmərəm. Özünüzdə bir qıssa müddətdə işləri necə aparmağı başa düşəcəksiniz. Sizin kimi yoldaşlariyla çalışmağı özümə şərəf bilirəm. Sizin kimi əməkdaşlar, məni bu layıhənin başaraqlı olmağına daha çox əmin edir. Sağolun. --Mehrdad 15:11, 22 Yanvar 2007 (UTC)
- Salam.Mehrdad
- Xoş sözlərə görə minnətdaram.
- Doğrusu Kumandan Saidferid adlı istifadəçiyə xoş gəldin düşmür. Bu o SaidFeriddir ki, türk vikipediyasında 33 müxtəlif adlarlar girib vandallıq edib, daha sonra IP block olub. Bundan sonra Az-vikiyə hücum edib. Sedin aktivliyi nəticəsində ona da IP block qoyuldu. Bürokratların istifadəçiləri sistemdən silməyə ixtiyarı varsa onun bu və digər iki adını ümumiyyətlə silmək lazımdır.
- Fəal məzmuna aid olan məqalələri mühafizə etmək gözəl fikirdir.--A_M_D 20:54, 22 Yanvar 2007 (UTC)
Vandalizm
redaktəMerhaba Amd628,
Gerçi Türkçe Vikipedi'deki sayfana mesaj bırakmıştım ama buraya da bir şeyler yazayım. Bahsettiğin kullanıcı elbette ki ben değildim. Anladığım kadarıyla kötü niyetli kuklacılık nedeniyle defalarca engellenen tr:Kullanıcı:Saidferid'in işi bu. Kukla listesinden de görebileceğin gibi, bugünlerde epeyce aktif ve son engellemelerin çoğunu uyguladığım için bana karşı sevgi dolu.
Yöneticiliğe adaylığını koymuşsun, tebrik eder ve başarılı olmanı dilerim.
Sevgiler
Vito Genovese 11:38, 19 Yanvar 2007 (UTC)
BABEL
redaktəSalam Baki66
İlk öncə dəstəyə görə təşəkkürlər :)
Görürəm (hər halda mənə belə göründü) Babel şablonu ilə probleminiz var - alman və ingilis dilini bilməyinizi eyni bir vaxtda qeyd etmək istəyirsiniz amma alınmır. Bu halda siz gərək babel-5 (5 rəqəmi userbox-ların sayına uyğun olmaldır) şablonundan istifadə edəsiniz. Yox əgər siz Azərbaycanın bayrağı ilə olmasını istəyirsinizsə onda yarada bilərəm (Siz özünüzdə bunu yarada bilrəsiniz - babel-5 əsasında).
Bu yazını öz səhifənizdə olduğu kimi qeyd edin-- {{babel-5|az|tr-3|de-3|en-2|ru-2}}
Buradakı Azərbaycan bayrağının pixeli bir az aşağıdır. Buna uyğun sizdə daha uyğun və daha yüksək keyfiyyətli şəkil varsa vikipediyaya yükləyin onu qoyaq.
Müşahidələrim əsasında deyə bilərəm ki, siz Sınaq göstərişi düyməsindən az-az istifadə edirsiniz. Ona görə də az işarəli redaktələriniz tez-tez olur. Məqalələri yaddaşa verməmişdən öncə sınaq üçün məsləhətdir ki, bu düymədən istifadə edəsiniz, amma istifadə heç də məcburi deyil - sizə belə daha rahatdırsa bu cür də istifadə edin.--A_M_D 05:49, 20 Yanvar 2007 (UTC)
salam AMD628
Köməyə görə çox sağolun. Siz olmasaydiz, mənim üçün bu vikipediya çətin olardı :) Düz tapdınız Babel şablonu ilə problemim var idi amma sizin yardımınızla həll olundu :) yalnıız mənim şəkil xoşuma gəlmir, Ayərbaycanın bayrağı ilə olsa daha yaxşı olardı. Mən amma bilmirəm o şablon əsasında şəkili necə yökləyim, daha doğrusu bilmirəm necə edəm.
Hörmətlə --Baki66 20:34, 20 Yanvar 2007 (UTC)
Salam Bakı66.
Mesajı mənim səhifəmə buraxmağı unutmusuz, yalnız öz səhifənizə yazmısnız.
{{babel-5(az)|az|tr-3|de-3|en-2|ru-2}} sözlərini əlavə edin hər şey düzələcək. Problem olsan qulluğunuzda hazır :) --A_M_D 21:03, 20 Yanvar 2007 (UTC)
Ədəbiyyat bölümünü məmuniyyətlə zənginləşdirməyə hazıram!
redaktəMemuniyyetle wikipediyanin edebiyyat sahesini doldurmaq isterdim . shairlerimizin sherlerini buraya yerleshdirmek isteyirem . Bunu neca etmali ?
Muellif huququ ne demakdir ?
Bu haqda qisa melumat verilse edebiyyat bolumunu memuniyyetle zenginleshdirmeye haziram .
Hormetle Dervish .
- Salam Dervish.
- Sizin yuxarıdakı sözləriniz məni çox sevindirdi. Demək belə --- ilk öncə bilmək istərdim Ədəbiyyat bölümü dedikdə siz nəyi nəzərdə tutursunuz? Yazıçılar və Şairlər haqqında ensiklopedik məqalələri yoxsa onların yazdıqları əsərləri vikipediyaya yrləşdirmək istəyirsiniz? Əla olardı ki, hər ikisini yerləşdirsəydiniz...
- Yazıçılar haqqında məqalə yaratmaq üçün yazıçının adını (Soyadı və ya Ləqəbi ilə birlikdə) solda görünən axtar qutusuna yazın və gətir düyməsini basın. Əgər istədiyiniz yazıçı haqqda məqalə varsa həmin yazıçı haqqında məqaləni sizə gətirəcək, yox əgər yoxsa sizə bu haqda məqalə yazmaq təklif olunacaq. Təklif olunan keçidin (linkin) üzərindən basın və məqalənin redaktə səhifəsinə istiqamətlənəcəksiniz. Beləliklə məqaləni yazıb sonda Səhifəni qeyd et düyməsini basın. Və budur məqalə artıq yaddaşa düşdü və digər istifadəçilər ondan istifadə edə bilərlər. Amma redaktə qaydaları ilə tanış deyilsinizsə lütfən bura tıqlayın və redaktə qaydaları ilə tanış olun.
- Yox əgər siz ancaq yalnız onların əsərlərini yerləşdirmək istəyirsinizsə, burada bir qədər fərqli fəaliyyət göstərəcəksiniz. Belə ki, vikipediya çox unikal layihədir-onun bacı (istəsəniz qardaş deyin :) ) layihələri var və bu cür materiallar üçün Vikimənbə deyilən layihə var və siz şerləri və əsərləri orada yerləşdirə bilərsiniz. Vikipediyada şair və yazıçılar haqqında bir neçə məqalə var ki, (hələlik bir neçə, sizin köməyiniz nəticəsində inşallah artar) onların şerləri vikmənbədədir. Məsələn Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar və s. (Məqalələrin daxilində aşağı hissələrində bu haqda məlumat olur) Daha sonra Vikipediya məqalələrinə {{wikisource}} sözlərini artırmanız kifayətdir.
- Vikipediyaya dair bacardığım köməyi etməyə hazıram, buyurun sizə nəsə qaranlıq qaldısa müraciət edin.
- Bir də ki, bundan sonra bu cür müraciətləri ya konkret bir istifadəçiyə (mənə etsəniz şad olaram) ya da ki, Kənd meydanına buraxın. Bu zaman sizin mesajlarınıza cavab vermək daha asan olar.
- Bu haqda sizə çox söz deyə bilərəm amma qorxuram informasiydan "zəhərlənəsiz". Tədricən qarşınız çıxan problemləri birlikdə həll edəciyik.
- Vikipediya adından sizə əvvəlcədən TƏŞƏKKÜRLƏR --A_M_D 20:47, 20 Yanvar 2007 (UTC)
A_M_D qardash sag ol suallarima aydinliq getirdin.
Cavabi kend meydaninda yazmaq istedim amma nese yena de bacarmadim . Inshallah oyresherem.
Men edebiyyat bolmesini zenginleshdirmek deyande shair ve yazichilarimizin eserlerini orada yerleshdirmeyi nezerde tuturdum. Memmed Araz ve Bextiyar Vahabzadenin bir iki sherini yazdim.
Yena de neyise duzgun etmemishemse zahmat olmasa izah edin.
Deyerli vaxtinizi aldigim uchun uzr isteyirem.
Hormetle Dervish.
- Salam Dervish.
- Artırdığınız şerlərə baxdım. Çox gözəl alınıb. Belə getsə sizin sayənizdə Ədəbiyyatla bağlı heç bir problem olmayacaq.
- İndi isə keçək problemlərə - Yazdığınız şerlər Azərbaycan hərfləri ilə deyil, yəni onlarda Ə əvəzinə E, Ş əvəzinə SH, Ç əvəzinə CH və s. kimi işarələrdən istifadə edilmişdir. Başa düşürəm ki, gündəlik həyatda siz tez-tez Ə, Ş, Ü və s. hərfləri dəsətəkləməyən proqram və veb-saytlara rast gəlirsiniz və məcbursunuz bu cür simvolardan istifadə etməyə. Amma Vikipediya belə deyil, gördüyünüz kimi mən yazımda Latın qrafikalı Azərbaycan əlifbasının bütün hərflərindən istifadə edə bilirəm. Lütfən sonrakı işlərinizdə bu qüsuru aradan qaldırın. Yox əgər siz klaviturada bu cür hərfləri tapa bilmirsinizsə problem yox, hər bir redaktə səhifəsiniz altından bu hərfləri tapa və istifadə edə bilrəsiz.
- Yazdığını şerlərin hər sətrindən sonra <br> teqini artırmağı unutmayın.
- Daha sonra əvvəl dediyim kimi şer, əsər və s. bu kimi yazıların əsas yeri Vikimənbədir. Amma eybi yox, siz yazın sonra baxarıq görək nə edək.
- Bir də ki, mesaj yazarkən (ümumiyyətlə məqaləyə nəsə artırarkən) çalışın ki, heç nə pozmayasınız. Bunu bilərəkdən etmək cinayətdir, amma inanıram ki, siz bunu bilməyib etmisiz.
- Bundan əlavə mümkünsə təkcə yeni dövr şairlərimiz ilə kifayətlənməyin, orta əsrlər-klassik Azərbaycan poeziyasına da müraciət edin. Bildiyiniz kimi bu sahə bizim üçün təhlükəlidir. Belə ki, bəzi xalqların nümayəndələri parodaoksal görünsə də onları "özününkü etmək" istəyirlər. Sizin yazdığınız əsərlərin bu sahədə köməyi olacağına ümid edirəm.
- Əvvəldə dediyim kimi çox miqdarda informasiya ziyandır, ümid edirəm ki, informasiyadan zəhərlənməmisiz. Bu günlük bu qədər
- Mən dəyərli vaxtımı sizin kimi istifadəçilər üçün qoruyub saxlayıram. Onu məndən almağa tam ixtiyarınız var. Buyurun bundan sonra da müraciət edin. Çalışaram kömək edim --A_M_D 15:41, 21 Yanvar 2007 (UTC)
Oğuztoğrul Tahirli
redaktəSalam Oguztoğrul.
İsitifadəçilərin özləri haqqında məqalə yaratması vikipediya prinsiplərinə ziddir, ona görə də sizin məqaləniz silindi.
İstifadəçilər özləri haqqında məlumatı öz istifadəçi səhifələrində verə bilərlər və siz bu informasiyanı vermisiniz, istəsəni onu redaktə edərək, zənginləşdirin.
Diqqətinizə görə minnətdaram. Köməyə ehtiyacınız olsa buyurun müraciət edin. Vikipediyaya dair istənilən sualınıza cavab verməyə hazıram.--A_M_D 15:53, 21 Yanvar 2007 (UTC)
Mən elə bilirdim, burda canlı insan yoxdu. :-))) Sual vermək olar?
Salam Oğuz Tahirli.
Doğrusu məqalənin silinməsinin sizə bu cür radikal sözlər deməyə vadar edəcəyini düşünməmişdim. Amma etdiyim hərəkət vikipediya prinsiplərinə uyğundur.
Etdiyiniz redaktələrdə heç bir əksiklik görmədim. Amma siz bir şeyi nəzərdən qaçırtmısız. Belə ki, buraya təkcə Azərbaycan respublikasından istifadəçilər qatılmırlar. Bura Cənubi Azərbaycandan daha çox aktiv iştirakçı qoşulur, nəinki, Şimaldan. Bilmirəm bilirsiz ya yox, amma Cənubda Azərbaycanlılar öz dillərində təhsil alma hüquqları yoxdur. (Doğrusu soyadınız cənublu olduğunuza daha çox təssürat yaradır, yazınızın səhvsiz yazılışı isə əksinə). Buna görə də onlar Elmi-bədii Azərbaycan dilindən kənardırlar və məcburdurlar öz ləhcələrindən istifadə etsin. Burada isə mən heç-bir əksiklik görmürəm. Əgər onların etdiyi dəyişiklik Azərbaycan dilinin normalarına uyğun olmayan hissələri dəyişdirilir (tez və ya gec amma dəyişdirilir). Amma istifadəçilərin İstifadəçi səhifələri bu cəhətdən istisnadır. Onlar orada istədikləri sözləri, istədikləri formada, istənilən jarqonlardan istifadə etməklə və s. kimi yaza bilərlər. (Düzdür etik-əxlaqi normalar hamı üçün eynidir.) Etdiyiniz dəyişiklik isə istifadəçi səhifəsinədir. Mən sizin redaktələrinizi geri çəkməyəcəyəm, çünki Mehrdadın bu məsələyə özünün münasibəti daha vacibdir. O çox güman ki, sizə öz münasibətini bildirəcək.
İndi isə belə, bir daha vikipediyaya xoş gəlmisiz. Ümid edirəm ki, qaydaları ilə tanışsız-əgər yox, onda bu yazının üzərindən basın və tanış olun.
Sualınızı istənilən istifadəçiyə istənilən zaman verə bilərsiniz. Mənə versəniz çox şad olaram. Amma lütfən bunu mənim istifadəçi səhifəmə yazın, bu zaman sizə daha tez cavab verə bilərəm.
Əfsuslar olsun ki, düzəltdiyiniz səhvlər bu günkü Azərbaycan vikipediyasında en qədərdir. Amma düşünürük ki, sizin kimi istifadəçilərin sayəsində bu səhvlər zamanla aradan qalxacaq.
Ümid edirəm ki, mətnin yığılması zamanı verlimiş və s. yazı səhvlərini səhv tutmazsız. Belə ki, bu məqalə deyil, yalnız istifadəçilər üçün nəzərdə tutulmuş yazışma səhifələridir. Burada səhv buraxmaq olar :)))
Buyurun sualınızı verin--A_M_D 18:14, 21 Yanvar 2007 (UTC)
Salamlar. Burada hamı nikdən istifadə edir, Mənimsə daha çox adlar yadımda qalır.
Mənim adım Oğuztoğruldur (Oğuz yox), soyadım isə Tahirlidir.
Mən güneyli deyiləm. Bakıda doğulmuşam.
Atam Ədalət Tahirzadə vaxtilə Azərbaycan Respublikasının prezidenti, "Bütöv Azərbaycan Birliyinin" qurucusu olmuş rəhmətlik Əbülfəz bəyin yaxın silahdaşı idi. Xalq Cəbhəsi iqtidarında Atam Təhsil Nazirinin müavini olaraq çalışıb. Və Mən fəxr edirəm ki, bugünkü Azərbaycan intellektinin formalaşmasına birbaşa təsir edən əsas amil- rus ruhlu dərsliklərin Azərbaycan-türk ruhunda dəyişdirilməsi, 93 növ yeni dərslik proqramının həyata keçirilməsinə Atam rəhbərlik edib.Hazırda isə Atam sadə müəllim babadır. Həyatımız lüks keçməsə də, doğma Vətənimiz Azərbaycanın tozu hopmuş duz-çörəyi bizim üçün dünyanın bütün nemətlərindən üstündü.
Özüm tələbəyəm. Azərbaycan Dİllər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin IV (sonuncu) kurs tələbəsiyəm.
İnşAllah, yayda 1 illiyə hərbi xidmətdə olacam.
Dərslə bərabər işləyirəm. Feyzi Reklam Agentliyinin dizayneriyəm.
Milliyətimi soruşana azərbaycanlı yox, türk deyirəm.
Bozqurddan xoşum gəlir. (Bunda Hüseyn Nihal Adsızın "Bozqurdlar" kitabının mühüm təsiri olub).
Nə bilim. Hər bir kəs özünü vətənpərvər sayır. Mən də istisna deyiləm.
Azərbaycan türkcəsində ensiklopedik- virtual lüğətin yazılmasına öz töhfəmi verməyi çox istərdim. Amma zamanım yoxdu. Çünki öz sosial problemlərimi həll etmək üçün işləmək zorundayam. Sizə bacardıqca kömək etməyə hazıram. Siz Mənə sadəcə mövzu verin, Mən onu çatdıra bilsəm işləyim, Siz də yerləşdirin.
Burda xidmətin kommersiya tərəfləri ilə tanış deyiləm, amma gördüyüm işə görə əməkhaqqı alsaydım (təxminən 500$) öz hazırkı işimdən imtina edə, və dərsdən kənar bütün zamanımı Sizə ayıra bilərəm.
Əslinə baxılırsa, bu işə töhfəsini vermək bütün cəmiyyətimizin borcu olmalı, o cümlədən də Mənim. Amma mövcud situasiyanı da izah etdim. Əgər Mən təklif etdiyim variant mümkün deyilsə, heç bir problem yoxdu. Mən bacardığım səviyyədə Sizə yardımçı olmağa çalışacam. Əslində, səmimi olsam, bu işi kiminsə xoşuna gələ bilməkdən ötrü yox, Vətənim qarşısında Özümü borclu saydığıma görə edəcəm.
Nə isə. Çox danışmaqdansa az işləmək yaxşıdı.
Hələlik.
O.Tahirli.
Salam Oğuztoğrul.
Demək belə ilk öncə sizin üçün pis xəbərdən başlayacam-təəssüf ki, Vikipediyanın heç bir kommersiya məqsədi yoxdur. Olsaydı sizə böyük məmuniyyətlə iş təklif edərdik. Vikipediya özü pulsuz ensiklopediyadır. Vikimediya fondu özü istifadəçilərin yardımı hesabına fəaliyyət göstərir. Fikir vermisinizsə səhifənin yuxarı hissəsində ki, bildirişdə fonda kömək etmiş hər kəsə təşəkkür elan edilir. Beləliklə vikipediya qazanc mənbəyi deyil. Mən bilən Vikipediyanın yaradıcısı Cimi Ualles belə işinə görə maaş almır (alsa da təkcə o alar).
Atanıza minnətdarıq ki, Azərbaycan ruhlu bugünkü gənclərin yetişməsində öz töhfəsini vermişdir. Vikipediya da Azərbaycan elminə internet-virtuallıq, İnternetə isə Azərbaycan elmini gətirməklə bu işin davamçısı olmaq istəyir.
Mövzunu seçməkdə hər bir istifadəçi azaddır, bu məcburi deyil. Amma Atanızın 88-93-cü illər hadisələrinin iştirakçısı və şahidi olduğunu nəzərə alsaq Sizə Azərbaycanın bu tarixi dövrünü əks etdirən məqalələr yazmağı tövsiyə edərdim. Amma bir şərtlə ki, məqalələr neytral nöqteyi nəzərdən yazılacaq, yəni subyektiv nöqteyi nəzər olmayacaq--bu vikipediyanın beş əsas prinsipindən biridir. Lütfən iqtidar müxalifət zidiyyətlərini bir kənara qoyun. Bu dövrdə isə Azərbaycanda kifayət qədər tarixi hadisə baş verib və bu gün Azərbaycan cəmiyyətində aparıcı yer tutan şəxslər peyda olub. Bu günkü müstəqil Azərbaycan həmçinin həmin dövrün məhsuludur. Dediyim mövzuda yazsanız Az-vikisindəki böyük bir boşluğu aradan qaldırmış olacaqsız. Amma vikipediyada heç nə məcburi deyil, həmçinin mövzu seçimi.
Sizin yazılarınıza cavabımda səmimilik olsun deyə bir azda mən özüm haqqında--Mən də tələbəyəm (BDU-Sosiologiya),özümü daha çox azərbaycanlı kimi təqdim etməyi xoşlayıram, hərbi xidmətdə olmamışam amma çox qalmayıb (sizdə lap az qalıb-bu işdə sizə UĞURLAR), özümü fanat yox, vətənpərvər sayıram. Adım elə nikimdir (AMD adımın ingiliscə qısaldılmış formasıdır, düşünsəniz tez taparsız--amma beyninizi boş şeyə görə yormayın AMD kifayətdir.) Dediyiniz kitabı oxumamışam, amma söz verirəm ki, qarşıdan gələn tətildə Axundovda onu axtaracam, tapsam oxuyaram.
Düzdür hal-hazırda vikipediyada aktiv bir iki nəfər var. Çox adam son bir ayda passivləşib, həmçinin mən. Mənim passivləşməmə səbəb isə qış imtahanlarıdır. Onların qurtarmasına isə az qalıb. Amma sizi bu sahədə bacardığınız qədər aktiv olmağa çağırıram.
Dizaynerin istifadəçi səhifəsi gərək bu cür olmasın. İstifadəçi səhifənizə əl gəzdirsəniz pis olmaz.
Vikipediyanın zənginləşməsinin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətə malik olduğunu başa düşdüyünüz Sizə üçün minnətdaram. Heç kim Azərbaycan dilində Vikipediyanı kiməsə görə zənginləşdirmir, istifadəçi müəyyən mənada bu məsuliyyəti dərk edir və zənginləşdirir. Bundan sonrada əlimdən gələn köməyi etməyə hazıram.
Keçən dəfə sual vermək istəyirdiniz. Yazınızda suala rast gəlmədim.
Sonda, lütfən mesajlarınızı yazarkən yeni bölüm yaradın və ora yazın, belə sizin mesajlarınızı oxumaq daha da rahat ola bilər.
Sağolun--A_M_D 20:15, 22 Yanvar 2007 (UTC)
Vandalizm
redaktəSalam AMD 628, ermənilər bizim vikipediyaya qirib vandalizm ilə məşğul olurlar. Siz deyə bilərsiniz, vandalizm ilə ilaqədar məqaləni necə pozmaq olar. Elə vaxtlar olur ki, vikipediyada idarəçilər olmur. Bir də qeydiyyatdan keçməmiş bir kəs "Erməni" adlı məqalə açıb. Məqalə bom boşdur, onu pozmaq lazımdır.
Hörmətlə --Baki66 22:42, 23 Yanvar 2007 (UTC)
Salam Baki66.
Doğrusu mən vandalizmə rast gəlmədim amma erməni məqaləsinin yardılmasını vandalizm kimi dəyərləndirirsinizsə səhviniz var. Biz ermənilər haqqında məqalənin olmasına normal baxmalıyıq. Ən azından düşməni tanımalıyıq.
O, ki qaldı məqalənin əvvəlki vəziyyətinə qaytarmağa səhv etmirəmsə sizdə undo düyməsi (əvvəlki vəziyyətinə qaytarmaq düyməsi) olmalıdır. Yox əgər bu düyməni görmürsünzsə ayrı yollada məqaləni bərpa etmək olar. Belə ki, tarixçədə sonuncu düzgün hesab etdiyiniz versiyanı açın, daha sonra həmin verisyanın redaktəsinə girin. Açılan səhifədə sizə bu versiyanın köhnə olması haqqında məlumat (ingilis dilində) çıxacaq. Daha sonra save edin və əvvəlki versiya bərpa olunacaq.
İstifadəçilər məqalə və ya fayl silə bilməzlər.
Erməni məqaləsini isə artıq Mehrdad düzgün istiqamətə yönəldib.
Gözəl məqalələriniz var.
Sağolun. Yenə sualının varsa buyurun :) --A_M_D 12:17, 24 Yanvar 2007 (UTC)
Salam AMD628 Erməni məqaləsi bizim vikipediyada onsuzda var idi ona görə ikinci dəfə düzgün deyil helə bir məqalə açmaq. Məqaləni sizə göstərərdim amma artıq idarəçi o məqaləni deyəsən pozum. İkincisi də mən Erməni meqaləsinin yaradalmasını səhv bilmirəm. Ermənilər bizim vikipediyada qirib vandalizm ilə məşğuldurlar.
Hörmətlə --Baki66 15:58, 24 Yanvar 2007 (UTC)