Istifadeci Muzakiresi Amd628 3 Yanvar 2008 - Wikipedia
Salam
redaktəXahiş edirəm bu şəklə baxın. Burada qanunauyğun olmayan bir şey varmı. [Şəkil:Zirzemi (1990).JPG]. Bütün məqalələrdə bu cür afişaya oxşar şəkillər düzəltmək fikrindəyəm.
--Vusal1981 08:19, 1 Avqust 2007 (UTC)
partiya qurultayı
redaktəO iş tamam http://az.wikipedia.org/wiki/?axtar=M%C3%BCsavat_Partiyas%C4%B1n%C4%B1n_qurultaylar%C4%B1 --Uannis 08:25, 1 Avqust 2007 (UTC)
Tamamadır halloldu.--Uannis 10:56, 3 Avqust 2007 (UTC)
Merhaba. Bugün doğum ve vefat illeri kateqoriyaları açmayı düşündüm ama
* Kateqoriya:Doğum ili-1048 * Kateqoriya:Vəfat ili-1131
veya
* Kateqoriya:1048-ci ildə doğulanlar * Kateqoriya:1131-ci ildə vəfat edənlər
Hangi şekilde açacağım bunu bilemedim. Bu kateqoriyalar açıldıktan sonra değiştirilmesi mümkün olmayacak ve yıllarca öyle kalacak. Bu sebepten iyice düşünmeliyiz. belki kend meydanında bu konuyu tartışmak olabilir.--Ùannis 09:03, 4 Avqust 2007 (UTC)
Məncə XXXX-ci ildə doğulanlar (vəfat edənlər) forması daha düzgündür. Doğum ili-XXXX biraz düzgün çıxmır mənə belə gəlir, konteksdən xəbəri olmayana bir məna ifadə etmir. --TimBitsتِمبِتس 20:32, 4 Avqust 2007 (UTC)
Şablon:Qaralama düzensiz meqeleler için "Şablon:Yarımçıq" eksik meqeleler için aradaki fark bu kateqoriyi düzeltiyorum.--Ùannis 15:32, 6 Avqust 2007 (UTC)
Vikiquote layihəsindən xəbərim var. Hələlik bir iki kinonu də əlavə edəndən sonra oraya köçürərəm ki, zəngin görsənsin.
Açar sözlərin hər biri ilə əlaqədar məqalə yaradacağam. Amma məqalələrin içərisində bir Azərbaycan kinosu ilə əlaqədar bir bölüm olacaq ki, bu sözlər hansı filmlərə aiddir deyə aydın olsun.
O ki qaldı başqa bir müzakirəyə bunu şişirdib bizi güdənləri qıcıqlandırmaq lazım deyil. Məncə məsələni bağlasaq yaxşıdır. İstifadəçi səhifəsi olmadan edilən dəyişikliklər vikipediyada çox vaxt etibarsız sayılaraq silinir. Mən bunu qəsd etmişdim.
--Vusal1981 07:06, 8 Avqust 2007 (UTC)
Gədəbəy şəkilləri
redaktəMerhaba.Gedebey resimlerinden Üzerinde reklam olan Şəkil:Gedebey04.jpg gibi resimler silinebilir mi peki?--Ùannis 09:42, 14 Avqust 2007 (UTC)
- Salamlar. Bu şəkilləri əksərinin üzərində bu saytın ünvanı var. Həmçinin məqalənin daxilində də var. Yəni bu saytın adını silmək istəyiriksə bu məqamlarıda gərək nəzərə alaq. Həmçinin bu saytda gədəbəy haqqında fikrimcə kifayət qədər məlumat var. Əgər bu şəkillərin həqiqətəndə silinməsini vacibi hesab edirsənsə şb:sil artır. Uğurlar--A_M_D m-f 10:18, 14 Avqust 2007 (UTC)
tərcümə MediyaViki:Captchahelp-text
redaktəTərcümə etdim amma nəsə ürəyimcə olmadı. Bir bax, lazımsa düzəliş et, uğurlar--A_M_D m-f 09:15, 16 Avqust 2007 (UTC)
- Belə normal görsənir. Baxıb bəlkə bir iki dəyişiklik edərəm. --TimBitsتِمبِتس 09:18, 16 Avqust 2007 (UTC)
Kömək...
redaktəMən Aralık, Iğdır səhifesini yaraddım. Azərice imla kurallarını bilmirem siz o məqaləyi kontrol edebilermisiniz? "--İğdirlisabri76mesaj" 9 Sentyabr 2007
Re: Ramil Səfərov
redaktəWhy did you do it? This link belongs to this article. There is not any problem. Next time write your comments in azerbaijani, otherwise nobody will answer you, here everybody don't know english.--A_M_D m-f 15:06, 1 Oktyabr 2007 (UTC)
- Wikipedia is a place where we work together to help out, I can speak English since that is my native tongue. Some users here know English but refuse to speak it, that website is straight out dumb and violates wiki rule NPOV it is praising a murderer who killed a man with a axe to the head unless you support people like that I suggest you remove the link, further stuff will be reported to wiki main base. --Yegoyan 22:47, 1 Oktyabr 2007 (UTC)
About wikipedia I agree with you, it is our goal too. How you can explain that this article violates NPOV rule, if you dont know this language. There are only basic information about R.Safarov. And this link about him like other links in ru wiki. Are they objective to your mind? I don't think so --A_M_D m-f 07:21, 2 Oktyabr 2007 (UTC)
- So if there was a website praising the murderers of someone would you think that it is NPOV? --Yegoyan 21:52, 5 Oktyabr 2007 (UTC)
Azad ensiklopediyada erməni vandalizmi
redaktəAmd628, salam. Mən Vikidə təzəyəm, hələlik daxil etdiyim məqalələr azlıq təşkil edir. Lakin məni narahat edən başqa məsələdir: ERMƏNİ VANDALİZMİ. Azərbaycan bölməsində bu o qədər də nəzərə çarpmasa da, Vikinin RUS bölməsi məni dəhşətə gətirdi. Azərbaycanın milli dəyərləri haqqında və ya hər hansı tərəfdən Azərbaycanın adı çəkilən məqalələrin demək olar ki, hamısında erməni nəfəsi açıq aydın hiss edilir. Neytrallıqdan əsər-əlamət yoxdur. "Нагорный Карабах", "Губадлы", "Лачин", "Зангилан" , "Низами" və s. Mən imkanım olduqca onlarla (erməni vandalları: Fhen, Saroyan, Hayk, Karen87 ....və onların tərəfkeşləri) mübarizə aparmağa çalışıram. Lakin hiss edirəm ki, bu meydanda təkəm. Xahiş edirəm, rus bölməsindəki vandalizmlə necə mübarizə aparmaq haqqında mənə məsləhət verəsiniz və rus dilini mükəmməl bilən istifadəçiləri bu işə cəlb edəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm. P.S. Sizdən öncə Vüsala müraciət etdim. Hər ikinizdən cavab gözləyirəm. Ira 19:47, 6 Oktyabr 2007 (UTC)
- Salamlar. Vikipediya təzə olmağınızı sizdə heç bir sıxıntı yaratmasın, amma düzü sizin burada olduğunuz müddət artıq təcrübə üçün kifayətdir.
- Erməni vandalizmi məsələsi daim diqqətimdədir. Amma mən bu məsələyə daha çox azvikidə diqqət ayırıram (son zamanlar ermənilərlə olan yazışmamı göstərə bilərəm). O ki, qaldı digər vikilərdə bunlara qarşı mübarizəyə bu istiqamətdə fəaliyyət göstərməyi heç də yararsız hesab etmirəm, lakin bir neçə məqamlar var ki, onu deməliyəm:
- Mübarizəmiz təkcə ermənilərlə deyil və erməni fəallığının maksimal rast gəlinən yeri heç də ruviki deyil. Azərbaycan sərvətlərinə qarşı ən ağır mübarizələr envikidə gedir. Misal üçün en:Safavid dynasty məqaləsində neçə millətin nümayəndəsi ilə mübarizə aparıldığına fikir verin(müzakirəyə və oradakı arxivlərə baxın, ən azı onların həcminə).
- Sözün açığına qalarsa bu cəhətdən ruvikini mən nisbətən daha obyektiv hesab edirəm. Təkcə Qarabağ məsələsində deyil. Məhz Ruvikidə Nizaminin (Həmçinin səfəvilər haqqında informasiyalarda) fars dilli ədəbiyyatın nümayəndəsi (bütün şerlərini fars dilində yazdığı üçün onun başqa dilli ədəbiyatın nümayəndəsi olmasını iddia edə bilmərik) olaraq baxılır, fars şairi kimi deyil. Şükürlər olsun artıq envikidə bu mövzudada neytrallıq yaradılmışdır (sözsüz bunu azərbaycanlıların səyi olmadan yaradıldığını düşünmək düzgün deyil).
- Bu cür muzakirələrdə daha çox dünyada tanınmış olan mənbələrə istinad edilir. Bizim istinad etdiyimiz mənbələrin əksəri isə əksərən Azərbaycan dilində olduğu üçün sübut kimi elə də effektli olmur, yəni elə informasiyalar var ki, onlara yalnız öz dilimizdə rast gəlirik, digər dillərdə olmaması səbəbi məni çox maraqlandırır. Bu artıq daha böyük səviyyəli bir problemdir (vikipediyalılıq deyil).
- Yuxarıda qısa da olsa sizə bu sahədə problemlərimizi izah etməyə çalışdım. O ki, qaldı mənim digər dilli vikilərdə onlara qarşı mübarizəmə - mən ilkin dövr fəaliyyətimi ancaq bu istiqamətdə qurmağa çalışdım. Lakin orada Azərbaycanın sərvətlərini müdafiə edən azərbaycanlı istifadəçilərin profesionallığı məni o dərəcədə şad etdi ki (Səfəvilər-in müzakirəsini oxumaqla buna şahid olmaq olar), düzü özümü bəzi məsələlərdə diletant hesab etdim və fəaliyyətimin onların fəaliyyətinə ziyan vura biləcəyindən ehtiyatlandığım üçün özümü bütünlüklə azvikinin qurulmasına sərf etmək qərarına gəldim. Özünü bu sahələrdə daha inamlı hiss edə bilən varsa, buyursun. O ŞƏXSƏ UĞURLAR.
- Sonda nisbətən gec cavaba, uzun-uzadı yazılarıma görə görə üzrlər :)
- Şadam ki, vikipediyada birgə fəaliyyət göstəririk, vikimizin əsas problemi fəal istifadəçi azlığıdır Uğurlar--A_M_D m-f 16:01, 8 Oktyabr 2007 (UTC)
Cəmiyyət xəbərsizdir
redaktəAmd, salam. Vikidəki problemlərdə mənimlə həmfikir olmağınıza şox şadam. Bu problemlər bir azərbaycanlı kimi məni çox narahat edir. Azərbaycanlılardakı laqeyidlik isə məni əsəbləşdirir. Yeganə çıxış yolu vətəndaşları və dövlət strukturlarını bu məsələdə xəbərdar etməkdir. Bu məsələ barəsində AMEA-nın prezidenti M.Kərimova da xəbər verilibdir. ABŞ-da keçirtdiyim seminarda da Viki və onun problemləri mövzusunda çıxışım oldu. Problem iştirakçıların marağına səbəb oldu.
Hələlik tanıdığım adamları bu işə cəlb etməyə çalışıram. Onlardan biri artıq ruvikidə fəaliyyət göstərən İnterfase-dir. Saq olun. Ira 07:23, 10 Oktyabr 2007 (UTC)
- Problemlər var və çalışırıq oları həll edək. Vikipediyanı Azərbaycan cəmiyyətində tanıtmaqda da az iş görməmişik (düzdür hələ daha çox görməliyik) . məsələn forumlarda və hətta Tv-də azviki və viki haqqında informasiya verilməsini təşkil edə bilmişik. Bu yöndə etdiyiniz addımlar inanıram ki, Vikipediyamızı daha geniş elmi kütləyə tanıdacaqdır.uğurlar--A_M_D m-f 17:11, 11 Oktyabr 2007 (UTC)
Xəyirli Bayramlar
redaktəMən sizdən qabaxta davranayım dedim :-). Size tatlı ikram edemirəm ama Iğdır yörəsinin yemeği olan Kuymağı armağan edirəm.--İğdirlisabri76müzakirə 07:42, 12 Oktyabr 2007 (UTC)
- Bayramınızı tebrik ediyorum.. --Hasan Sami 06:12, 14 Oktyabr 2007 (UTC)
Təbriklərə görə minnətdaram. Gec də olsa öz növbəmdə hamını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, neçə belə illərə :)--A_M_D m-f 11:21, 14 Oktyabr 2007 (UTC)
Sual
redaktəMən İdarəçi olmaq istirəm ama necə olacağımı bilmirəm. Necə olabilərəm?-- İğdirlisabri76müzakirə 13:32, 24 Oktyabr 2007 (UTC)
İnterviki
redaktəİntervikilərə görə təşəkkür edirəm. Onların necə qoyulduğu barədə harada oxumaq olar? Bunu bilsəydim məqalələri özüm qaydaya sala bilərdim. Əvvəlcədən təşəkkür edirəm.Ira 19:21, 26 Oktyabr 2007 (UTC)
Salamlar. dəyməz. Vikipediya:Yeni istifadəçilərə kömək 8-ci addımı oxuyun. --A_M_D m-f 09:18, 28 Oktyabr 2007 (UTC)
Fəal məzmun --> Seçkin məqalə
redaktəSalamlar. Bu dəyişikliyə nə ehtiyac var? Fəal məzmun daha uyğundur və əvvəllərdə buna etiraz edən olmayıb. Uğurlar --A_M_D m-f 14:33, 29 Oktyabr 2007 (UTC)
Merhaba. Ben baktım Seçkin maqale de azericeye uyuyoır. Türkçe ile azericeyi daha da yakınlaştırmak içinb yaptım. Kötü bir şey yapmadım ya--Uaaannis 16:43, 29 Oktyabr 2007 (UTC)
Salam. Bunları bir-birinə qarışdırmaq lazım deyil. Seçkin və ya seçilmiş məqalə müəyyən keyfiyyət standardına cavab verən məqalələrdir. Bunlar yüzlərlə ola bilər, hətta arzuolunandır ki, minlərlə olsun. Fəal məzmun isə cari olaraq ana səhifədə yer alan məqalələrdir ki, bunlar vaxtaşırı dəyişir. --TimBitsتِمبِتس 16:51, 29 Oktyabr 2007 (UTC)
Şəkil:Button rtl.png
redaktə- Salam AMD, Diqqətiniz üçün təşəkürlər. Mən bundan artiq diqqətli olmalıyam. Olar ki bu şəkil pəncərəsindən başqa bir yerdə işlənsə belə bir iş tikrar olmaz. --Mehrdad 02:54, 4 Noyabr 2007 (UTC)
Vikipediya çox maraqlı layihədir
redaktəSalam, AMD. Xoş sözlərə görə təşəkkürlər. İradınızı qəbul edirəm. elm.az və ikt.az saytlarının yaradılmasında mənin əməyim olduğundan oradakı inf-nın hər kəsin tanış olmasını istəmişdim.
O ki, qaldı daxil etdiyim məqalələrə. Bütün bu mövzular mənə çox yaxın olduğundan və bu haqda hazır materiallarım olduğundan onları bura daxil etmək heç də çətin deyil. Əksinə maraqlıdır. Belə ki, mövzularla bağlı digər dillərdəki vikilərdə mən yeni çox şey öyrəndim. Bir də ki, məqsədim məndən hər hansı mövzu üzrə informasiya istəyən tələbələrimi Vikipediyaya yönəltməkdir. Vikipediyanın Azərbaycanda tanınması üçün bundan yaxşı üsul hələ ki, tapmıram.
Bu virtual ölkənin sakinləri ilə (dostlar və düşmənlərlə) tanışlığım davam edir. Mən də sizin və digər administratorların fəaliyyətlərini izləyirəm. İnanın ki, çox maraqlıdır. P.S. Bu yaxınlarda wikipedia.az domenini almaq üçün İntransa müraciət etdikdə domenin Fariz Abasov tərəfindən alındığını bildim. Məni sevindirən o oldu ki, biz onunla artıq virtual tanışıq - rus vikipediyasında oturur. Görürsüz, nə qədər maraqlıdır. Sizə bir daha təşəkkürümü bildirirəm Ira 09:11, 4 Noyabr 2007 (UTC)
Məshəti Gəncəvi
redaktəSalamlar. Düzü bu məqalə niyə silinsin, başa düşmədim. Bu səhifənin daha dolğun variantı hansıdır? Uğurlar--A_M_D m-f 17:42, 4 Noyabr 2007 (UTC)
Salam.
"Məshəti Gəncəvi" məqaləsi "Məhsəti Gəncəvi" adıyla "Azərbaycan ədəbiyyatı"nda daha dolgun şəkildə var:) Orda daha bir neçə silinəsi məqalə qeyd etmişəm. Mümkünsə onlara da baxın.
--Sortilegus 18:04, 4 Noyabr 2007 (UTC)
- :)Baxdım.Azərbaycan ədəbiyyatında çox məqalələrə əl gəzdirmisiz.təşəkkürlər.
- Belə hallarda məqalələri silmək yox istiqamətləndirmə səhifəsinə çevirmək daha məqsədəuyğundur. Beləki burhanəddin bürhanəddinə çox oxşadığı üçün istifadəçi onu 1-ci formadada axtara bilər. Sistem bu halda belə bir məqalənin olmadığını deyəcək və bu da səhvdir. Başqa bir məsələ-Məqalə adının dırnaqda olması məqsədəuyğun olmadığı üçün dastani əhməd həramini dırnaqsız etdim.
- Birdə VikiMənbə layihəsi var. Orada yazıçıların şerlərini, əsərlərini yerləşdirirlər. Vikipediya isə ensiklopedik məlumatlar üçün məkandır. Yəni şerləri orada yerləşdirmək daha düzgündür. Uğurlar--A_M_D m-f 18:29, 4 Noyabr 2007 (UTC)
Təbii ki, yazıçıların geniş həcmli romanlarını, şairlərin "palaz-palaz" poemalarını burda yerləşdirmək düzgün deyil. Amma seçmə şeirləri, kiçik həcmli hekayələri və ya böyük həcmli əsərlərdən parçaları vermək olar. Bunun özü də elə ensiklopedik məlumatdır. Təxminən burada bir filmdən bir neçə şəkil yerləşdirmək kimi bir şeydi. Şairin və ya yazıçının yaradıcılığı (burda bəzən qarışıq salırlar - "filankəs filan ildə filan əsəri yazıb" - belə məlumatlar "Yaradıcılığı" yox, "Həyatı" bölməsində getsə daha məqsədəuyğundur) onun yazdıqlarıdı. Burada o nümunələri oxuyanlar maraqlanarlarsa VikiMənbə-dən həmin sənətkarın əsərlərini tapıb oxusunlar. Amma VikiMənbə-yə o əsərləri yerləşdirən "oğul" lazımdı:) O işi boynuma götürməyi söz verə bilmərəm:) Hər halda ümid edək ki, o işlə də məşğul olanlar tapılacaq və dolğun bir məlumat bazası (konkret, Azərbaycan ədəbiyyatını nəzərdə tuturam) yarada biləcəyik. --Sortilegus 20:00, 5 Noyabr 2007 (UTC)
Salam
redaktəSalam AMD. Vladimir Putin səhifəsində şablon olaraq tərcümeyi hal qutusunu yerləşdirmisiniz. Məncə arada elə də fərq yoxdur. İkincisi məsələ Azərbaycan Kinosu-Şəxslər kateqoriyasını niyə çıxarmısınız. Əgər şəxs Azərbaycan sənədli filmində arxiv kadrlarda görünürsə o zaman avtomatik olaraq Azərbaycan Kinosu-Şəxlər kateqoriyasına daxildir. Dünya Audiovizual qayda və İMDB krtieriyalari belədir. Ona görə xahiş edirəm Kateqoriyanı və Filmoqrafiya, Həmçinin bax kimi bölümləri çıxarmayın. Düzdür indiki vəziyyətdə kinoaktyor kimi görsənir Putinin səhifəsi :)) ancaq inkişaf etdirərək bu vəziyyəti düzəltmək olar. Filmoqrafiya da sadəcə olaraq bir əlavə bölüm ola bilər. Eynilə Həmçinin Baxdakı Azərbaycan Kinosu. Bir az qarışıq yazdım deyəsən. Uğurlar.
P.S.: İMDB-də Putin haqqında səhifə var. Gələcəkdə Aşıq Ələsgər haqqında səhifə olmayacağına necə inanmaya bilərsiniz? Ona görə yaxşısı budur mənim istifadə etdiyim şablondan istifadə olunsun. Daha genişdir hətta şəxsin ölüm səbəbi də əlavə etmişəm. Əgər həyatda olanlara, İMDB səhifəsi olmayanlara siz deyən şablonu olmayanlara mən deyən şablonu əlavə etsək aləm bir birinə qarışar.
http://us.imdb.com/name/nm1269884/
--Vusal1981 17:50, 5 Noyabr 2007 (UTC)
Salam. Məlumata görə təşəkkürlər. İndən belə qeyd etdiyiniz şablona uyğunlaşdıraram yaratdığım səhifələri. Sözün düzü istifadə etdiyim şablon buradakı bir dostumuzun yaratdığı şablondu və İMDB nə olan şeydi heç bilmirəm:) Amma məncə onlar xırda məsələlərdi - Cəmi bircə gün sərf edib səhifələnin dizaynını, kateqoriyalarını, şablonlarını düzəltmək olar. Əsas çalışıram ki, səhifə olsun və ən azı əsas informasiya səhifəyə qeyd edilsin. Uğurlar
P.S.Amma Vüsalla hansı mənadasa mən də razıyam.--Sortilegus 18:13, 5 Noyabr 2007 (UTC)
- Salamlar.
- Onda hər bir görkəmli insan haqqında sənədli film çəkirlər, deyirsiz indi onlar hamısı kino xadimləridir? Baxın Putinin rus dilindəki versiyasına. Maşallah kateqoriya cəhəddən boldur. Orada kinoya aid bir kateqoriya görürsünüzmü? yaxşı bəs ingilis versiyası necə? düzü mən bu cür kateqoriya görmədim (məqalənin özünə də sürətli göz gəzdirdim, heç orda da sənədli filmlər barəsində bir söz yoxdur). O ki, qaldı filmoqrafiya bölməsinə, yenə də iri vikilərdən nümunə- məşhur insanlar hansı sənədli filmlərə çəkiliblərsə məqalə daxilində uyğun bir yerdə bu barədə yalnız sözlə məlumat verilib. Bəs biz niyə belə etməyək?
- Aşıq Ələsgəri kimsə bəyəm lentə alıb ki, o ora düşsün :) nəysə sala bilsək bizim böyük uğrumuz olar- mədəniyyətimizi tanıdarıq.
- Şablon barəsində: Yenə iri vikilərə müraciət edirəm. Orada alimlər üçün bir, incəsənət xadimləri üçün bir, başqa biriləri üçün isə başqa bir şablon və s. hazırlanıb. Buyurun baxın- en:Aristotle və ya həmçinin baxın en:Wikipedia:WikiProject Biography/Infoboxes. Bu barədə və s. və ilaxır...
- İndi vikimizdə bu cür külli miqdarda səhvlər var və nə vaxtsa biz onları düzəldəcəyik (şübhəsi olan varmı?). Gəlin bu cür səhfləri indidən buraxmayaq. Bunun indiki zamanda texniki cəhətdən istifadəçilərimiz üçün çətin olduğunu da başa düşürəm və çox gözəldə bilirəm ki, indi ilkin yerdə məzmunun keyfiyyətinə fikir vermək lazımdır.
- Nisbətən gec cavab verdim, üzrlər. Uğurlar :) --A_M_D m-f 14:52, 6 Noyabr 2007 (UTC)
- Əleykümə salam. Kino xadimləri deyil, ancaq kino şəxsləridir. Ona görə mən belə şəxslər üçün Arxiv kadrlara düşənlər, iştirak edənlər, çəkilişə kömək edənlər v. s kimi səhiəflər də açmışam. Biz başqa vikipediyaların bütün elədiklərini vəya eləmədiklərini burada edə vəya etməmə məcburiyyətimiz yoxdur. Bunu ki, siz mənə əvvəlki müzakirələrdə demisiniz. Bizim müxtəlif sahələrə aid olan şəxslər barədə fikirlərimizin toqquşması normal haldır. Çünki yenə deyirəm kinematoqraf istənilən sahəni və bu sahənin şəxslərini əhatə edə bilər. Azərbaycan Kinosu-Şəxslər kateqoriyasına müxtəlif millətdən, müxtəlif sahələrdən olan şəxslər daxil ola bilər (ermənilərdən başqa :)). Bu sahəni tədqiq edən biri olaraq əminliklə deyə bilərəm ki, Vladimir Putinin hansı Azərbaycan filmlərində iştirak etməsini Filmoqrafiya adlı bölümdə əlavə edərək göstərilməsi səhifənin sadəcə olaraq zəngin görsənməsinə və bu şəxs haqqında daha geniş tədqiqat aparılmasını göstərir. O ki qaldı digər vikilərdə niyə bunu qeyd etmirlər. Bu onların öz şəxsi işidir. Məncə belə bir qadağan yoxdur. Biz niyə 1-ci olmayaq.
- O ki qaldı Aşıq Ələsgərə, onun şəklinin istifadə olunduğu, şerlərinin oxunduğu bütün filmlər aşığın səhifəsindəki filmoqrafiya bölümünə düşür. Buna ingiliscə Archive Footage, Poems deyirlər. İMDB-də hətta 16-cı əsrin adamlarını da görmək olar.
- Baxın Leonardo da Vinci. Ancaq o kino xadimi kimi qeyd edilməyib. İnsanlara vəya bu şəxsi tədqiq edənlər üçün əyani vəsaitdir ki, bu sənədli filmləri alıb baxsınlar və oradan öz tədqiqat işləri üçün istifadə etsinlər.və.s. Mən bunu 10 ildir tədqiq edirəm və əhəmiyyətini nə qədər yazsam da bitməz. Ona görə Azərbaycan Kinosu-Şəxslər kateqoriyası silinməməlidir. Hətta gələcəkdə Arxiv Kadrlarda İştirak edənlər kateqoriyasını da əlavə etmək fikrindəyəm. Əgər qanunsuz bir iş varsa buraya yazın müzakirə edək. Putin səhifəsinə bu kateqroyanı əlavə edirəm.
- Şablonu dəyişməməyi mən sadəcə məssləhət gördüm. Ancaq mənim kateqoriyamda hamısı eyni olmalıdır, mənim öz işimin asan olması üçün. Çünki İMDB detallarını gələcəkdə əlavə edəcəyəm. Mən istəyirəm ki, bir şəxsi tədqiq etmək istəyən Vikipediyanı daha üstün tutsun İMDB kimi saytlara müraciət etməsin. Məsəlnə [[1]] barədə kadrları hansı filmlərdən tapmaq olar sualına cavab almaq üçün o gərək ki, Filmfonda müraciət etsin. Detal olaraq isə bu Vikipediyadan götürə bilər. Bunların hamısının mükəmməlliyi indi xəyal kimi görünür, ancaq insan hər şeyə qadirdir. --Vusal1981 19:06, 6 Noyabr 2007 (UTC)
Salamlar.
Düzü mənim kino arxivləri və s. bu kimi yerlər barədə o qədər də məlumatım yoxdur. Buna baxmayaraq tam əminliklə deyə bilərəm ki, nə Putin, nə Da-vinçi, nə dəki Aşıq Ələsgər kino sənyaesinə aid olan şəxslər deyillər. Şərt hər hansısa bir filmə düşmək deyil. Tutalım ki, sənədli kino çəkilişləri zamanı küçələrdə təsadüfi seçmə əsasında şəxslərə yaxınlaşır və onlardan tanınmış bir şəxs (kino bu şəxs barəsindədir) barəsində soruşurlar, yəni bu adam sənədli filmdə iştirak etdi... İndi bu adam da kino xadimidir? və ya yüzlərlə belə x ı r d a misallar.
Nəzərə alsaq ki, Vikipediya da haqqında məqalə olan şəxslərin əksəri cəmiyyətdə tanınmış şəxslər olurlar, demək onlar haqqında kino və ya sənədli film çəkilməsi çox normal və geniş yayılmış bir halda. Beləliklə sizin prinsiplərinizlə işləsək şəxslərin b ö y ü k bir qismi kino kateqoriyasına düşməli şəxslər oldular.
Bəs kino kateqoriyasına hansı şəxslər düşməlidirlər? Birbaşa kino sənayesinə aid olan şəxslər. Yəni rejissorlar, aktyorlar, ssenaristlər, operatorlar, montajçılar, redaktorlar, film direktorlar, film menecerləri və s. Daha Putinin və ya Aşıq Ələsgər yox.
...Biz başqa vikipediyaların bütün elədiklərini vəya eləmədiklərini burada edə vəya etməmə məcburiyyətimiz yoxdur. Bunu ki, siz mənə əvvəlki müzakirələrdə demisiniz. ---mövzudan asılı olaraq bu sözü deməyimi istisna etmirəm. Lakin arxivləri qısa zamanda nəzərdən keçirdim və belə bir sözümə rast gəlmədim. Yəni mən texniki məsələlərin həllində daim iri, daha təkmil vikiləri misal gətirmişəm və indi də öz fikrimdəyəm.
Bir şey müşahidə etmişəm-iki üç istifadəçi aktivləşərkən mütləq fikirlər toqquşması olur. Uğurlar :) --A_M_D m-f 14:58, 7 Noyabr 2007 (UTC)
- Əleykümə salam. Sondan başlayaraq deyim ki, bizim fikir ayrılığımız həmişə olub. Dünyanın ən düz vaxtında belə. Siz yenə kino xadimləri sözünü işlətdiniz. Məsələni yenə qarırşdırırsınız. Götürək Lider tv-nin çəkdiyi Bakı Bağları sənədli filmi. Titrlərin sonunda filmin çəkilişlərinə kömək edənlərin adları əbəs yerə yazılmır. Bunlar isə bağların sakinləridir. Çünki çəkiliş zamanı müsahibə verməklə onlar artıq sənədli filmə düşürlər. Küçədən keçənlər də reportaj xarakterli vrilişlərdə düşə bilərlər. Yenə deyirəm bunu mən özümdən çıxarmıram qayda belədir. Niyə başa düşmək istəmirsiniz.
- Siz mənə qanunsuz olanını göstərin. Bir kateqoriyanın niyə problemini çıxarırsınız. Söhbət bir kateqoriyadan getmirsə Şəxslər kateqoriyası kimi Azərbaycan Kinosu-Şəxslər kateqoriyası da müvəqqəti qoyulur. Məqalə inkişaf etdirildikdən sonra ola bilsin bu kateqoriyaya ehtiyac olmasın. Yəni əlavə bir neçə kateqoriya qoyulduqdan sonra bu kateqoria götürülür. Digər vikipediyalarda belə bir şeyi görə bilməzsiniz. Hətta ingilis vikipediyasında ən məşhur şəxslərin filmoqrafiyası da verilməyib. Deməli bu şəxsin filmoqrafiyasının verilməsi qadağanddır və biz də onda vrməyək. Axı bələ məntiq harada görülüb.
- Putindir, Aşıq Ələsgərdir, hətta ən qatı cinayətkar belə filmə düşə bilər. Bizim kimisə ixtisara salmaq ixtiyarımız yoxdur. Mən hər bir işi mükəmməl görməyə çalışıram. Kinonu ona görə möcüzə adlandırırlar. Şəxs ölür ancaq o yenə də filmlərdə iştirak edir.. Qəribədir elə deyilmi.?
- P.S. : İngilis vikipediyasını mən də araşdırdım. Buyurn Hitlerin səhifəsinə baxın : Adolf Hitler. Hitler in various media adlı 10-cu bölümə nəzər yetirin. Orada Hitleri lentə alan sənədli filmlər göstəilmişdir. İstənilən sənədli filmə müraciət etdikdə orada Hitler starring-yəni filmdə iştirak edən kimi göstərilir. Misal olaraq bu məqaləyə baxın : [[2]] Amma o kino xadimi deyildi.--Vusal1981 16:53, 7 Noyabr 2007 (UTC)
Salamlar. Kino xadimi məsələsini qoyuram bir kənara, onu istənilən qədər uzatmaq olar. Hitlerdən başlayaq- Hitler məqaləsi kino və ya kinoya aid bir kateqoriyaya aid edilibmi? yox. Onun olduğu sənədli filmlər barəsində məqalə daxilində məlumat vermək isə məqalənin məzmununu daha da zəngin edir və heç kəs buna qarşı deyil-buyurun Putinin olduğu sənədli filmlər barəsində filmoqrafiya bölməsində istədiyiniz qədər məlumat verin. Lakin gördüyünüz kimi o kino kateqoriyasına əlavə edilməyib. Hitlerin, Putinin, Aşıq Ələsgərin kino kateqoriyasına daxil edilməsinin heç bir məntiqi əsası yoxdur. Reyqanı, Şvartseneqer və s. kimi siyasi xadimlər kino kateqoriyasına aid etmək olar və səbəblər məlumdur, amma Putin, Aşıq Ələsgər və digərləri belələrindən deyildirlər. Yuxarıda kimləri kino kateqoriyasına əlavə etmək olarsa göstərmişəm. Gətirdiyim arqumentləri bir daha gətirmək istəmirəm.
Məsələ çox uzandı, təkrarçılığa yol vermək istəmirəm, ona görə də gəlin belə edək. Siz İngilis (türk, rus-da ola bilər) vikipediyasında Putin məqaləsinə Kino şəxsləri adlı kateqoriya əlavə edin, görək onların reaksiyaları necə olacaq? Fikrimcə şablon məsələsindən fərqli olmayacaq. Mən ingilis vikisində və türk vikisində Putin məqalələrini daimi izləməyə götürürəm. Uğurlar--A_M_D m-f 15:32, 8 Noyabr 2007 (UTC)
- Deyəsən doğurdan da çox uzandı məsələ. Amma siz başa düşmək istəmirsiz ki, Azərbaycan Kinosu-Şəxslər kateqoriyası müvəqqəti əlavə olunur. Gələcəkdə kateqoiryalar zənginləşəndə çıxarılacaq və ola bilsin ən sonda Azərbaycan Kinosu-Şəxslər silinəcək.. Mənim ingilis vikipeiyasında işləməyə vaxtım yoxdur. --Vusal1981 16:22, 8 Noyabr 2007 (UTC)
Salamlar. Onda çıxarılmış məqalələrə əlavə etməyə ehtiyac yoxdur, o cümlədən Putin məqaləsinə. Birdə Şəxslər kateqoriyası özü bu funksiyanı yerinə yetirir. Çünki Şəxslər kateqoriyasına əlavə edilmiş məqalələr daha sonra milliyyətə, peşəyə və s. kimi xüsusiyyətlərə görə bölünürlər. Uğurlar--A_M_D m-f 18:05, 8 Noyabr 2007 (UTC)
- Əleykümə salamlar. Elə Azərbaycan Kinosu-Şəxslər də o zaman çıxarılacaq ki, o bölünəcək aktyorlar, rejissorlar, iştirak edənlər, arxiv kadrlarda iştirak edənlər, çəkilişə kömək edənlər kimi kateqoriyalara. Ancaq Putinin səhifəsini mən yaratdığım üçün orada artıq Azərbaycan Kinosu-Şəxslər kateqoriyasını yerləşdirmişdim. Siz silib başqa kateqoriya yazmısınız. İdarəçi olsanız da xəbər etmədən bunu etməyə ixtiyarınız çatmır. Hər halda burada hamı eynihüquqludurlar. Hətta Filmoqrafiya bölümünü də çıxarmışdınız. Haqqında sənədli filmlər bölümü uyğun deyil. Çünki bəzi filmlərdə o iştirak etmir arxiv kadrlara düşüb. Haqqında sənədli filmlər yalnız Filmoqrafiya bölümü daxilində ola bilər. Ona görə Filmoqrafiyanı qaytardım və eynilə də Azərbaycan Kinosu-Şəxslər kateqoriyasını da. Uğurlar...--Vusal1981 21:03, 8 Noyabr 2007 (UTC)
- Yenə qayıdırıq əvvələ. Kino və ya buna dair kateqoriyaya rejissorlar, aktyorlar, ssenaristlər, operatorlar, montajçılar, redaktorlar, film direktorlar, film menecerləri və s. aid edilməlidir.
- Sizin məntiqizlə hərəkət etsək kino kateqoriyasına hər bir şəxsi aid etməliyik. Putini siyasətçi, prezident, dövlət xadimi, idmançı və s. bu kimi kateqoriyalara aid etmək olar. Çünki burada bir mətiqi bağ var, amma onu kino kateqoriyasına əlavə etmək üçün kino ilə heç bir məntiqi əlaqəsi yoxdur. Özünüzdə misal göstərdiniz ki, Hitler məqaləsində onun iştirak etdiyi filmlər barəsində kifayət qədər məlumat verilmişdisə də onu kinoya dair heç bir kateqoriyaya əlavə etməmişdilər.
- Bunu digər vikilərdə niyə tətbiq etmək istmərisiz? Gəlin onlara da (ingilis olmur türk olsun) tətbiq edək və yoxlayaq. Görək buna digər vikilərdə necə münasibət göstərirlər. Məsələnin tez həllinə nail olmaq üçün bu ən uyğun təklifdir.
- P.S.Putinin olsa-olsa rus kinosuna aidiyyatı var. Azərbaycanda o sənədli filmə çəkilməyib, yoxsa çəkilib? Birdə ki, mən nə etmişəmsə bərabərhüquqlu istifadəçi kimi etmişəm. Hər halda idarəçilərin də fikir yürütməyə və onları reallaşdırmağa hüquqları var və məndə bu hüququmdan istifadə edirəm. Uğurlar --A_M_D m-f 12:01, 9 noyabr 2007 (UTC)
Azərbaycanda o sənədli filmə çəkilib dəfələrlə. Azərbaycan Kinosu-Şəxslər daxilində Arxiv Kadrlarda İştirak edənlər (belə kateqoriya var)vəya uzun olsa Azərbaycan Kinosunda arxiv kadrlarda iştirak edənlər və Azərbaycan kinosunda iştirak edənlər kimi kateqoriyalar yaradandan sonra Putini vəya Hitleri kateqoriyaya atmaq olar. İndiki məqamda Putin kino xadimi kimi görsənir ancaq mən işimi asanlaşdırmaq üçün belə edirəm.
Və putin ssəhifəsində bundan sonra heç kəs deyə bilməz ki, Azərbaycan Kinosunda arxiv kadrlarda iştirak etməklə azərbaycan kino işçisi olmuş olur.
Siz fikrinizi yürütməzdən qabaq reallaşdırırsınız. Əlbəttə mən də belə səhvlər etmişəm təcrübəsizlikdən. Siz ki məndən daha əvvəl burada işlər görmüsünüz. Ancaq istifadəçiyə hörmət edib ona aid olan hər hansı bir məqalədə nəyisə silməzdən əvvəl bildirin və səbəblərini yazın.
Yenə deyirəm mənim heç bir vikidə iş görməyə vaxtım yoxdur. İşim başımdan aşır. Azərbaycan kinosuna aid olanların hamısı indi hələlik mən deyən kateqoriyadadır. 5000-nəfərdən artıq. Onlar gələcəkdə hər biri müxtəlif subkateqoriyalara yerləşdiriləcəkdir. Əgər belə aktivlik göstərmək istəyirsinizsə mənə kömək edin və siz özünüz onların hamısını yerləşdirin. Putin ancaq siyasət və s kateqoriyay aid etmək məntiqsizlikdir. Deməli Reyqan prezident olandan sonra onu artıq aktyor kateqoriyasına aid etmək olmaz. Axı Putin yenə də azər. kinosuna aid edilmir. Sadəcə fərqləndirilir ki, hansı şəxlər azər. kinosunda iştirak edib vəssalam. Bununla mən müzakirəni bağlayıram. Uğurlar. Bu qədər burada yazınca iki film məqaləsi də açmışdım. İnciməyin siz mənim vaxtımı alırsınız.
--Vusal1981 13:09, 9 noyabr 2007 (UTC)
- Salamlar. Mən Putininin ümumiyyətlə rus və ya Azərbaycan kinolarına aid olub olmamasını müzakirə etmirəm. O ümummiyyətlə kino kateqoriyasına aid edilməməlidir. Reyqana gəldikdə isə bunu mən misal gətirmişəm və demişəm ki, Reyqanı həm kino, həmdəki digər kateqoriyalara aid etmək olar,çünki bu adam aktyor kimi (kino industriyasına məxsus bir şəxs) fəaliyyət göstərib. Putin, Aşıq Ələsgər, Da-Vinçi və s. kimi şəxsləri isə yox.
- Digər vikilərdə isə yalnız bir kateqoriya artıramaq lazımdır, daha iri bir məqaləyə ehtiyac yoxdur ki, vaxtda çox lazım olsun. Vikipediyanın heç bir versiyasında bu cür "orijinallıq" yoxdur və inanmıram ki, onlar buna imkan versinlər. Məsələni həll etmək üçün başqa bir təklifiniz varsa buyurun, deyin. --A_M_D m-f 15:13, 9 noyabr 2007 (UTC)
Təklifi etmişəm artıq. Elə belə də qalsın. Gələcəkdə problem çıxsa özüm öz əllərimlə siləcəyəm. Oldumu? İngilis vikipediyasında o qədər əhəmiyyətsiz kateqoriyalar var ki, yaşayanlar, içki içənlər, siqaret çəkənlər kimi. Belə kateqoriyaların yanında mənim kateqriyama əhəmiyyətsiz deyə bilməzsiniz. Əgər mən digər kateqoriyaları inkar edib desəydim ki, yalnız əni kateqoriyam olmalıdır, bu səhv olardı. Ancaq bu əlavə kateqoriya olaraq olmalıdır. Bir də özünüzü bu qədər digər vikilərdən aslı hesab etməyinizi siz yaraşdırmıram.
Artıq 5-ci dəfədir ki təkrara edirəm Vikimediya və İMDB ikisi də ABŞ portlallarıdır. Və İMDB-nın yaradıcılırı o qədər axmaq deyillər ki, kino şəxslərinin içərisinə Putini, Hitleri və s daxil etmişlər. Mən bu barədə çox oxumuşam. Ona görə belə əminliklə yazıram. Kinofilmlərinin qəhrəmanları-aktyorlardırsa, sənədli filmlərin də qəhrəmanları siyasətçilər və s-ddirlər.Bundan yan keçə bilmərik. Mən İMDB kriteriyalarını hamısından üstün tuturam. Vikipediyada da bir neçə kinoyla maraqlananlar çalışırlar ki, viki İMDB-dən üstün olsun.--Vusal1981 17:01, 9 noyabr 2007 (UTC)
- :) Salamlar. Onsuzda vikipediyada kifayət qədər problemlər var. Mən istəyirdim ki, biri az olsun, amma alınmadı. Bu da qısa bir vaxt üçün "donmuş" qalsın, amma Putinin və əksər bu kimi şəxslərin kino kateqoriyasına düşməsinin heç bir məntiqi əsası yoxdur. Bunu bilək. Uğurlar. Gec cavaba görə üzrlər--A_M_D m-f 07:13, 11 noyabr 2007 (UTC)
Mənim bir ideyam var
redaktəSalam Amid628. İnglis Vikipediyasının Vikilüğət bölməsi çox zəngindir. Bizim Vikilüğət çox bərbatdır. Yalnız 200-yaxın söz var. Sizin səhviniz ondadır ki, (yəni mən Vikilüğəti redaktə edənləri deyirəm) siz bir sözün 10-15 dildə tərcüməsini yazmaq istəyirsiniz. Mən belə bir məsləhət görərdim, nece baxırsan. Deyirəm bəlkə gücü ancaq əsas, vacib dillərə verək. Məsələn İnglis, Rus dillərinə. Mən Rus dilini bilmədiyim üçün buna kömək etməyə qadir deyiləm, amma İnglis dilində VikiLüğəti zənginləşdirməyi özümə borc bilirəm. Buna icazə varmı ki, lüğətlərin köməyindən faydalanasan. İkinci onu demək istəyirəm ki, bəlkə deyə bilərsən ki, VikiLüğət çox da elə vacib deyil. Çoxları elə fikirləşir ki, Vikipediya daha vacibdir. Yəni ensiklopediyanı nəzərdə tuturam. Ona görə mən Vikipediyanın bir bölməsini, Fizika bölməsini inkşaf etdirmək istəyirəm. Mənə kömək etmək istəyənlər varsa buyursun. Bu sahəni seçməyimin əsas səbəbi Fizika elminə olan dərin maraq və həvəsdən irəli gəlir. Həm də eyni zamanda Azəri Vikipediyasının Fizika bölməsi məni heç qane etmir. İndi burda keçim əsas məsələyə. Buna icazə varmı ki, kitablardan istifadə edim. Mən özüm indi vətəndən uzaqda ingıisdilli ölkədə yaşayıram. Mənim Fizika aid kitablarım var, həm İnglis həm də Azərbaycan dilində. Olar ki, kitablardan istifadə edib, Vikipediyanı zənginləşdirim. Köçürtmək istəmirəm, sadəcə istəyirəm ki, kitabları çox diqqətlə oxuyum bunun anladığım kimi konspektini yazım. Daha sonra digər kitablara, internete, digər dillərdə olan vəsaitlərə baxım. Onları müqasiyə edəndən sonra nəticənin mükəmməl olmasına şübhə etmirəm. Hamınızı mənə kömək etməyə çağırıram. Şamil
- Salamlar Shamil 92
- İnanın Vikipediyamızın bu dəqiqə ən xırda dəyişiklik edən istifadəçilərə belə çox böyük ehtiyacı vardır. Buna görə də istənilən bölümü məqalə ilə zənginləşdirməniz çox xeyirli ola bilər. Xüsusilə dəqiq elmlər sahəsini. Bunun üçün əsas istək məqalənin ensiklopedik olmasıdır, nümunə üçün ingilis dilində olan anoloji məqalələrə də baxın. Orada gəzməklə nəyin yazılmalı, nəyin isə yazılmamalı olduğunu çox gözəl görmək olar.
- Vikilüğətdə sözlərin tərcüməsi nə qədər çox dildə olarsa bir o qədər yaxşı. Bu sözlərin ingilis dilli qarşılığını bilənlər yazsın, digər dildə olanları isə bu dili bilən insanlar yazacaqlar. Yəni heç bir dili sıradan çıxarmaq lazım deyil. Vikilüğəti isə digər layihələr kimi çxo vacib hesab edirəm :D
- İndi isə keçək icazələr məsələsinə :) Biz (idarəçilər) burada heç bir hökm, icazə vermək və s. səlahiyyətlərə malik deyilik. Biz yararsız məqalələri silir, vandalları blok, qaydalara riayət olunmasına nəzarət edirik. Bizlər də adi istifadəçiyik. Yəni bu vikipediyaya sonradan qatılmış, Azərbaycan dilində ensiklipedik məlumat bazasını zənginləşdirmək arzusunda olmuşuq. Vikipediyanın gözəl olmasına isə hamımız çalışmalıyıq və bu hamımızın borcudur. Təkrar edirəm bizdən icazə almağa ehtiyac yoxdur.
- Bacardığım istənilən köməyi etməyə hazıram. Uğurlar.--A_M_D m-f 14:10, 12 dekabr 2007 (UTC)
Yazıları niyə silirsiniz?
redaktəSalam Amd628. Mən Kənd Meydanında riyazi formulaları nece yazmağı soruşmuşdun. Amma bilmirəm kimsə deyəsən silibdi. Çünki, nə mənə kömək edən oldu, nə də yazdığım mətni kənd meydanında gördüm. Sualım bu idi, "Mən riyazi formulaları necə yaza bilərəm? Mənim LaTeX deyilən proqramdan başım çıxmır. Bunu necə öyrənə bilərəm?" Əgər mənim səhvimdirsə əvvəlcədən üzr istəyirəm. Yəni ola bilər ki, nəsə yadımdan çıxıb, bəlkə "səhifəni qeyd et" düyməsinə basmaq yadımdan çıxıb. Amma mənim məqaləni yazmışdım. Təşəkkürlər. Şamil
- :) Salamlar
- Yazıları heç kim silməyib. Sadəcə onları kənd meydanın sonuna Timbits köçürdüb. Yazıların xronolji qaydada düzülməsi daha düzgündür. Cavabı isə çox dandır vermişəm :) Müzakirə səhifələrində "redaktə" sözünü yanında "+" işarəsi olur. Ondan istifadə etmək məsləhətdir.
- Səhvlik olmasın deyə kənd meydanındakı yazıları bu kopyalayıram.
- Belə xırda anlaşılazlıqlar çox olur, xətrinə dəyməsin. Uğurlar --A_M_D m-f 14:05, 14 dekabr 2007 (UTC)
Üzr istəyirəm mənim səhvimdir. Çalışacam əlimdən gələn köməyi edim. Şamil
Bioloji terminlər
redaktəverdiklərin üçün çox sağol. zəhmət olmasa bunları da dəqiqləşdirsən...
- xromosom/xromozom? iki adda da məqalə var vikidə biri silinməlidir. xromosom olduğunu düşünürəm ancaq əmin deyiləm.
- genome: genom/qenom/genoma/qenoma??
- nucleotide: nükleotid/nükleotida?? --Aruz İmzasız: səhv parametrlər daxil edilib
- Salamlar. Demək belə:
- xromosom
- genom
- nukleotid
- İmzanı unutma. Uğurlar--A_M_D m-f 19:26, 16 dekabr 2007 (UTC)
Wikimedia fayllarına link verilməsi
redaktəSalam AMD. Terminlər üçün sağol. Başqa bir mövzuda bir suala cavab rica edirəm. Təxmin edirəm ki, vikimedyada olan faylları az.vikipediyaya təkrar yükləməyə gərək olmadan burada məqalələrdə istifadə edə bilirik. Belə bir şey mümkündür mü? cavab pozitiv isə necə? mən tapa bilmədim. --aruz 20:57, 17 dekabr 2007 (UTC)
bir soz
redaktəsalam timbits. vikide cox kohne sayilmaram sizi de cox yaxsi tanidigimiz deyebilmeyeceyem ancaq feal oldugum muddet erzinde samballi fikirleriniz, terefsiz isiniz diqqetimi cekdi. uzun sozun qisasi odur ki, sizin kimi adminlere ehtiyaci var az.vikinin. tebii ki, adminlikden cixma sizin sexsi qerarinizdir. ancaq bir istifadeci olaraq fikrim belke deyerli olar dusundum. sevgiler --aruz 20:44, 17 dekabr 2007 (UTC)
- Gec də olsa deməliyəm-Tam razıyam. --A_M_D m-f 16:22, 19 dekabr 2007 (UTC)
- P.S.Aruzla Tam razıyam :D--A_M_D m-f 18:36, 20 dekabr 2007 (UTC)
- Xos sozler ucun tesekkurler. Men bir yere getmirem, yene de isime davam edeceyem. Sadece indiki halda cox mesgulam ve bu hele uzun muddet davam edecek. Ona gore de bos yere idareci vezifesini saxlamaga gerek gormedim.--TimBitsتِمبِتس 18:33, 20 dekabr 2007 (UTC)
IRC kanal
redaktəSalam China 630
İRC kanal haqqında sualınızı kimsənin cavab vermədiyini gördüm. Gec cavab yazdığım bağışlayın. Bunu təşkil etmək lazımdır. Təəssüf ki, bu gün bu kanalın daim işlək qalması üçün nə yetərsay aktiv istifadəçimiz nədəki bu işi təşkil edə bilən, texniki işlərdən güclü başı çıxan istifadəçimiz yoxdur. Bu səbəb İRC kanalın yalnız adı var.
Fəaliyyətinizi incələdim və məndə elə təəssürat oyandı ki, vikipediya haqqında əvvəldən yetərincə məlumatınız var. Açığı buna sevinirəm. Vikipediya haqqında məlumatı olan və buna öz qüvvəsini sərf edən istifadəçilərə çox böyük ehtiyacımız var, ümid edirəm ki, azvikinin bu ehtiyacını ödməkdə birgə fəaliyyət göstərəcəyik. Bütün etdikləriniz üçün TƏŞƏKKÜRLƏR. Uğurlar--A_M_D m-f 16:55, 22 dekabr 2007 (UTC)
Salam.
Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, yaxın bir zamanda biz (azvikiçilər) qisa bir toplantı keçirə bilərik (virtual olsa belə). Strategiyamızı və planlarımızı aydınlaşdırıb işləməliyik.
Hörmətlə, Çingiz.
--China 630 12:52, 23 dekabr 2007 (UTC)
- Böyük məmuniyyətlə. Bu missiyanı hələ ki kənd meydanı tam yerinə yetirə bilər. Sözlərinizdə belə başa düşdüm ki, proqramlaşdırma və vikipediyaya kömək edə biləcək digər texniki məsələlərdə bacarığınız var. Çox gözəl. uğurlar--A_M_D m-f 17:33, 23 dekabr 2007 (UTC)
Yerdəyişmə
redaktəSalamlar Vusal.
Səsvermənin qaydalrın dəyişdirilməsinə dair keçirildiyi üçün onun Vikipediya:İdarəçi səsverməsi/Vusal1981 səhifəsində olmasına, sizin adınız altında keçirilməsi düzgün deyil. Bu səbəbdən onu aid olduğu qanuna dair səhifəyə köçürdüm. Ümid edirəm etiraz etməzsiniz. İradınız varsa, buyurun çəkinmədən müraciət edin. Uğurlar--A_M_D m-f 17:54, 23 dekabr 2007 (UTC)
- P.S. Yeni səhifəni göstərməyi unutmuşam - Vikipediya:Səsvermə/qaydaların dəyişdirilməsi1 Əlavə giriş sözlərini də dəyişdim- bu cür müraciət düzgün deyil. Bu müraciəti siz öz namizədliyiniz irəli sürdüyünüz səhifədə verə bilərsiniz. Birdə bu cür səsvermələri adətən 15 gün müddətinə keçirirk. Bitmə müddəti 5 yanvar oldu. Uğurlar--A_M_D m-f 17:57, 23 dekabr 2007 (UTC)
Etirazım yoxdur. Ancaq hələlik mənim idarəçilik səsverməm dondurulduğu üçün birbaşa həmin səhifəyə redirect keçid etdim ki, müraciət etdiyim şəxslər çaşmasın. Yəqin ki, siz də buna etiraz etmirsiniz. İkinci məsələ budur ki, konkret təklifi siz yeni səhifədə qeyd etməmisiniz. Burada səsvermə dəyişikliyin edilməsi üçün yox konkret təklif üzərində qurulub. Hər istifadəçinin səs qoyma hüququ var. Artıq 9 nəfər səsverib və səs vermə mənim irəli sürdüyüm əlavə üçün edilir prosesi heç kim dayandıra bilməz. Bu qanun pozuntusudur.. Burada dəyişiklik etmək vəya yazmamaq qanuna uyğun deyil. Ona görə də mən konkret təklifi yeeni səhifəyə əlavə edirəm. Üçüncüsü siz mənə sübut edə bilərsinizmi niyə 7 gün yox 15 gün artırdınız. O zaman artırıla bilər ki, yetərsay səs olmasın hələ ki bir həftə tama olmayıb, bir az tələsmisiniz. Xahiş edirəm dəyişiklik etmədən əvvəl bildirin sonra. 15 günə qədər uzatmaq mənə görə məntiqsizdir. Əsaslı dəliliniz varsa 15 günə qaldırarıq amma indiki halda artıq səsvermə başlayı və gün müəyyən edilib. Qüsura baxmayın mən hələlik köhnə qaydaları bərpa edirəm. 4-cü isə mənə idaərçilik səslərinimsilə bilmərsiniz, bu istifadəçinin hüquqlarının pozulmasıdır. Yalnız istifadəçinin özü peşman olub geri götürə bilər. İndiki halda səsvermə ləğv edilməyib, dondurulub. Onu da silməyə heç kəsin haqqı yoxdur. Onu da bərpa edirəm. Nə qanunsuz bir iş görürəmsə xahiş edirəm mənə bildirin. Hər halda biz də bir iki kitab oxumuşuq.
--Vusal1981 18:27, 23 dekabr 2007 (UTC)
- Əleykümə Salam!
- Sözün açığı mən qanun layihəsinin istifadəçilərə müraciət formasında olmasını daha düzgün hesab edirdim. Sözsüz bu mənim subyektiv fikrim idi və sizə bununla əlaqədar fikrinizi bilmək üçün müraciət etdim. Burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz, sadəcə yerdəyişmə zamanı üzə çıxan müvəqqəti anlaşılmazlıq. Qoy belə olsun, hələki nöqsanlı bir şey görümürəm.
- 3-mən sizə mesajımda bunun səbəbini yazmışam-əksərən bu cür səsvermə 15 gün keçirilir. ona görə 15 etdim. Amma indi fikirləşirəm ki, siz tam haqlısız - məsələ nə qədər tez həll olunsa bir o qədər gözəl. 7 gün-əla.
- 4-söhbət hansı səslərdən gedir? başa düşmədim. Mən heç bir səsi hələ ki, silməmişəm. Nəsə qüsurlu bir iş görmüşəmsə üzrlər amma...
- Sizin kitab oxumağınıza heç bir şübhəm yoxdur və bundan sonrada mənim də təsadüfən etdiyim nöqsanlarımı göstərsəniz sevinərəm. --A_M_D m-f 19:02, 23 dekabr 2007 (UTC)
Bağışla salamı unutdum. Salam Əleyküm. 4-cü məsələ odur ki, siz mənim idarəçilik üçün başlatdığım səsvermədəki dəstək və qarşı bölümlərini ümumiyyətlə hər şeyi təmizləmişdiniz. Anlaşılmazlıq varsa buyurun. O ki qaldı noqsanlara onu siz özünüz özünüzdə daha yaxşı taparsınız. Əgər varsa :)
--Vusal1981 19:06, 23 dekabr 2007 (UTC)
- Salam, salam :)
- Bax heç bunu da mən etməmişəm. Özünüz baxın [3], və ya - [4]
- Uğurlar--A_M_D m-f 19:18, 23 dekabr 2007 (UTC)
[5] səhifəsin baxın. idarəçilik səsverməsini geri qaytararkən əvvəlki dəstək və qarşıları yerləşdirməmisiniz. Söhbət idarəçilik səsverməsindən gedir.
--Vusal1981 19:31, 23 dekabr 2007 (UTC)
- Salam.Mən əvvəlki versiyalardan birini bərpa etmişəm --A_M_D m-f 19:36, 23 dekabr 2007 (UTC)
Salam. Siz şərhinizi dəstək bölümündə yazmısınız. Orada yalnız dəstək verən şəxslər fikirlərini yazmalıdır. Ona görə mən sizin şərhiniz şərh bölümünə köçürdüm, yoxsa hamı elə bilər ki siz də mənə səs verirsiniz. :)
O ki qaldı dəstək məsləsinə mən burada yazıları və əlavəni oxumadan səs verən bir nəfəri də görmədim. Hamı məsələnin hələ ki maddəyə əlavədən getdiyini bilirlər. Sadəcə olaraq belə bir hadisə ilk dəfə olaraq mənim başıma gəlddiyi üçün məni nümunə olaraq gətirirlər. Hər halda istifadəçi müstəqil fikrini yazır və bilir ki, yeni qayda mənim idarəçi seçilməyimə şans verəcək. Mən burada heç bir qaydasızlıq görmürəm. Sağ olun.
--Vusal1981 14:26, 24 dekabr 2007 (UTC)
Çünki TimBits etibarsız kəliməsini işlətdi. Mən də əvvəl idarəçi səsverməsi üçün göndərdiyim şəxslərə bir daha başqa cür məktub göndərdim ki, yəni söhbət qanuna əlavədən gedir. Ancaq bunu etməyə də bilərdim. Çünki elə səhifəyə baxan bilir ki, söhbət nədən gedir. Mən heç bir qanunsuz hərəkət etmək istəmirəm. Hər şey şəffaf olmalıdır. Əgər siz də mənə yazılan fikirləri qanunsuz sayırsınızsa o zaman özünüz o fikilrəi şərh bölümünə köçürün. Ancaq səsvermədə bir nəfərin də səsi etibarsız sayıla bilməz. Bu nə deməkdir ki?
Dəvət
redaktəAruz, salam. Fikrini bilmək maraqlı olardı. Adını dəvətlilər siyahısında görməyib üzüldüm, dedim mən dəvət edim :D --A_M_D m-f 19:15, 24 dekabr 2007 (UTC)
Salam. Doğrudan da sənin fikrini bilmək çox yaxşı olardı. 100 faiz eelə bilirdim ki, səni dəvət etmişəm. Uğurlar!
--Vusal1981 20:43, 24 dekabr 2007 (UTC)
- Sağolun dostlar. fikrimi ifadə ettim orada. -Aruzmfəal13:33, 28 dekabr 2007 (UTC)
- Mən də düşünürdüm ki, görəsən bu "dəvətlilər siyahısı" nə demədki həqiqətən elə ciddi bir siyahı var da mənim xəbərim yoxduuu? Biraz az ora bura baxanda başa düşdüm ;) -Aruzmfəal13:39, 28 dekabr 2007 (UTC)
Salam. Səsvermə artıq bitmişdir. Xahiş olunur idarəçi səlahiyyətinizdən istfadə edərək səsverməni hesablayın. Vəya niyyətiniz yoxdursa ddigər idarəçilərə müraciət edim. Çünki artıq səsvermə 28 dekabr, 02:53 tarixindən etibarən bitmiş sayılır və hesablanması lazımdır. Sağ olun.
yaradilan bos meqaleler
redaktəsalam AMD. son zamanlarda yuzlerce bos meqale yaradilib. en gulunc ornəyi Vüqar dir. hec bir melumat olmadigi kimi, bu sexsin kim oldugu bele belli deyil. soyad bele yoxdur. bu vikipediya pillelerinde azvikinin meqale sayisi ucun edilirse, bu tamamen menasiz oldugunu dusunurem. 20 mine yaxin meqale var ancaq bir dene bele seckin meqalemiz yoxdur hele. var yoxsa? Mence bu barede genis bir tartisma acmaq lazimdir kend meydaninda. Vusalin dediklerimden basa dusduyume gore, bos meqale yaratma isi onceden muzakire edilib. Yeni bos meqale yaradib oraya qoymaq, hem de onlarca. bu ne mena ifa edir?
Ayrica herhansi bir spesifik televiziya verilisi de meqale olmaga baslayib. Mene hec mentiqli gelmir. Elece de 1-2 defe bir verilisde calgi ifa etmis bir sexs haqqinda da meqaleler. azviki kulluk halina gelir hissine qapiliram.-Aruzmfəal11:18, 29 dekabr 2007 (UTC)
- Salam.
- Boş məqalələr haqqında fikrinlə tam razıyam. Bu cür məqalələr təkcə silmə kriteriyalarına görə deyil, sürətli silmə kriteriyalarına görə silinməlidirlər. Yəni bu cür məqalələri silmək üçün heç bir müzakirəyə ehtiyac yoxdur. Silinməlidir.
- Bu vəziyyət elə də uzun davam edə bilməz. Sadəcə 20.000 həddini gözləmək niyyətim var. Ümumi vikilərin siyahısına fikir vermisənsə vikilər 20.000-lik həddi keçməsi qeyd edilir. növbəti hədd 100.000-dir. Azvikinin 20.000 həddi keçəməsini arzulayıram. 20.000-dən sonra yaradılan hər bir boş məqalə 1-2 gün vikidə qala biləcək. Digərlərinin nə deməsindən asılı olmayaraq bu cür məqalələr sürətli silmə kriteriyalarına görə silinəcək.
- Vüsalla əvvəllər nə müzakirə aparılıbsa sona çatmamış-dondurulmuş qalıb. Səbəb Vüsalın zamanla düzgün yola gələcəyinə ümid etmək olub, amma dediyin kimi buna daim göz yummaq olmaz.
- Başqa bir məsələ-istifadəçinin nə mövqedən çıxış etməsindən asılı olmayaraq onunla azcada olsa kobud şəkildə danışmaq düzgün deyil. Qarşılıqlı hörməti gözləmək burada vacibdir.
- Belə gedərsə yaxınlarda bu mövzuda geniş bir müzakirə açmaq fikrim var. Müzakirələrdə fəal olmanı arzulardım. Uğurlar--A_M_D m-f 15:22, 29 dekabr 2007 (UTC)
Mənim yaratdığım məqalələri hansı haqla silirsiniz? Sizə 10-larca misal göstərə bilərəm ki, mənim açdığım məqalələri sonradan necə ikişaf etdiriblər. Mənə kömək edib həmin məqalələri inkişaf etdriməkdən deyirsiniz ki, onlar silinməlidir. KOBUDluğun ən yekəsini siz edirsiniz. mən yox. Ən böyük şəxsi qərəzliy də siz edirsiniz. Silirsiniz buyurun silin. Mən sizdən meta vikiyə şikayət edəcəyəm. Bu qədər ədalətsizlik olmaz artıq yetər. Mənim 47000 redaktəmə bir qram hörmət etmirsiniz. Özünüz isə 3 ildə vur tut 3000-4000 redaktə etmisiniz. Məqsədiniz nədir. Məni bloklamaq?
Məsələni Kənd mEydanında müzakirə etmədən heç bir hərəkət edə bilməzsiniz. Bəs yayda mən bu işə başlayanda məni tərifləyirdiniz? O zaman niyə bunları demədiniz. Buna ŞƏXSİ MÜSTƏVİ deyirlər. Vəsaalam.
--Vusal1981 17:14, 29 dekabr 2007 (UTC)
- İlk öncə qarşıdan gələn hər iki bayramınızı səmimi qəlbdən təbrik edirəm
- İkinci xəbərdarlıq - Kobud sözlər işlətməyin, digər istifadəçiləri kobud söz işlətməkdən çəkindirin.
- Mən məqalələrin nə əsasla silinə biləcəyini izah etmişəm. Buyurun digər vikilərə baxın (C-3). Bu mətn bütün vikilərdə təxminən eynidir. Bu cür məqalələr nəinki silmə kriteriyalarına hətta sürətli silmə kriteriyalarına görə dərhal silinməlidir. Bu vaxta kimi bu məqalələrin saxlanılması özü böyük güzəştdir.
- Məqsədim sizi bloklamaq olsaydı sizə bu qədər xəbərdarlıq etməzdim, dərhal bloklayardım. Birdə istifadəçi hər dəfə bloklanarkən onun bloklama müddəti artır. xəbəriniz olsun
- Vüsal statistik göstəriciləri, kəmiyyət ilə keyfiyyət məsələsini qarışdırmaq lazım deyil. Mən sizin ensiklopediya quruculuğu haqqında səhv fikirlərinizin olduğunu demişdim, bu isə sözlərimin bariz sübutu oldu. Şadam ki, bu məsələdə də yanılmamışam.
- O ki, qaldı sizin yaratdığınız məqalələrin zənginləşdirilməsinə- bu gülməli arqumentdir. Təsəvvür edin-şəxs vikipediyaya daxil olur və cəmiyyətin yaxşı tanıdığı bir şəxs haqqında məqalə yaratmaq istəyir. Bu şəxsin adını axtarır və görür ki boş, yalnız şablondan və kateqoriyadan ibarət bir səhifə var. Daha sonra başlayır zənginləşdirməyə. Yəni istifadəçi artıq bu şəxs haqqında məqalə yaratmağa meyilli idi. Sizin yaratdığınız boş məqalə olmasaydı belə o məqaləni yaradacaq və zənginləşdirəcəkdi. Beləliklə bu məqalələr statistik göstəriciləri artırmaqdan başqa bir şey deyil.
- Bilirəm dərhal yeni sual verəcəksiniz-"Siz idarəçilər hara baxırdınız, mən bu qədər əzad çəkmişəm indi isə siz onları silirsiniz" (Vüsal mən bu sözləri yazarkən sizin yeni mesaj yazmanızdan əsla xəbərim yox idi. Amma necə də düzgün tapmışam :) ). Cavab verirəm: Biz əvvəllərdə xəbərdarlıq etmişik- bu qədər boş məqalə yetər. Siz əhəmiyyət verməmisiz. Başqa bir tərəfdən qəbul edirəm: Mənim də daxilimdə balaca da olsa statistika canavarı var :) . Erməniləri və Gürcüləri (xüsusilə gürcüləri-çünki onların məqalə sayı bizim məqalə sayımızdan dəfələrlə artıq idi) statistik göstəricilərdə keçmək lazım idi. Ona görə də boş məqalələrlə də olsa 20.000-i keçməyin lazımlı olduğunu düşünürəm. Bu yeni statistik keyfiyyət mərhələsidir. Növbəti belə mərhələ 100.000-dir. Siz ki 100.000-i boş məqalərlərlə keçməyi planlaşdırmırsız?
- O ki, qaldı meta məsələsinə- inanın bunu çox istəyirəm. Çünki şahidi olmuşam ki, siz səhvlərinizi başqa vikilərdən dedikdə düzəldirsiz. Azvikidə deyilən sözü siz çox zaman ciddi qəbul etmirsiz. Ən azından şablon məsələsinin türk vikisində həll olunduğunu yadıma salanda bu yolun düzgün olacağı fikrindəyəm. Bəlkə də metadan bu məqalələri silmək üçün əlavə istifadəçilər gəldi.
- Çox xahiş edirəm - artıq bu məqalələri zənginləşdirməyə başlayın. Zənginləşdirmək üçün materialınız yoxdursa belə hay-kuyə də ehtiyac yoxdur.
- Uğurlar--A_M_D m-f 17:58, 29 dekabr 2007 (UTC)
O ki, qaldı sizin yaratdığınız məqalələrin zənginləşdirilməsinə- bu gülməli arqumentdir.
Mənim yazdıqlarım belə gülməlidirsə onda belə bir səhifə açın AMD-nin məsləhətləri. Biz də sizə müraciət edib məsləhət alaq ki, belə gülməli fikirləri yazmayaq. Hər halda özünüzü buranın məsləhət ağacı hesab etmisriniz. Yadıma siyasətçilərin kinematoqrafiyaya daxil olması mübahisəsi düşdü.
Söhbət həmin şəxsin məqaləni artıq inkişaf etdirmək niyətindən getmir. Söhbət bu qədər şəxsin adının bir arada gördüyünü görərək zəngin bir iş görüldüyün və sadəcə bu işin inkişafı üçün həvəsləndiyini təmin etməkdir. Baxın keçən il ən çox məndən başqa istifadəçilər müraciət edib hansı sahələrə meyl ediblər incəsənət və ədəbiyyat. O ki qaldı 100000 məqaləyə xatırladım ki, məqlələrin 80 faizi yaradılıb. 5 min məqalə mənə bəsdir ki, ondan sonra keçim məqalələrin inkişaf etdirilməsinə. Siz hələ də başa düşmürsünüz ki, mən təkəm. Şəxs haqqında məlumatım olmasa da, ən azında onun filmoqrafiyası doldurulacaq. Artıq bunbları sizə izah etməkdən barmaqlarım yorulub.
Şikayətə gəlincə artıq şikayət məktubunu hazırladım. Oraya sizin fəaliyyətinizin incələnməsi də daxildir. Bunu saqın xəbərdarlıq kimi qəbul etməyin. Olanı yazıram.
--Vusal1981 18:24, 29 dekabr 2007 (UTC)
- Sözləri kontekstdən çıxardıb ona şərh yazmaq heç də deyilmiş fikirə cavab vermək deyil.
- Deyirsiz ki, məqalələri zənginləşdirəcəksiz. Maraqlıdır sizə artıq bu məqalələri zənginləşdirməyə başalmağı nə maneçilik edir? İlk öncə yaratdığınız məqalələrin heç olmazsa 1000-ni zənginləşdirin, daha sonra başlayın növbəti 5000 məqalələri yaratmağa.
- Meta yerli vikilərdən icazə almadan idarəçi təyin edə bilər. Biri artıq var-drini. Hal-hazırda onun fəaliyyəti başqa istiqamətdədir. Amma istənilən an boş məqalələri məqalələri silməyə başlaya bilər. belə olduqda sizi müdafiə etməyə heç bir arqument olmayacaq. yaratdığınız məqalələri zənginləşdirməyə başlasanız "vüsal həqiqətəndə məqalələri zənginləşdirir, silmək lazım deyil" deyə bilərik.
- Meta-ya müraciət məsələsinə gəldikdə. Əvvəldə demişəm-bunu məndə çox arzulayıram. İdarəçiləri yalnız bir məsələ də günahka bilə bilərlər-niyə bu qədər boş məqalə yaradılmağa icazə verilib? Başqa heç nə də. Amma bu məqalələr sinidikdən sonra azvikidə məqalə sayının birdənbirə düşməsi heç də yaxşı olmayacaq.
- Uğurlar--A_M_D m-f 18:44, 29 dekabr 2007 (UTC)
Siz idarəçi kimi heç mənim gördüyüm işlərə baxmamısınız. Baxsaydınız belə gülməli yazmazdınız. Baxın hər gün mən ən azı 5 boş film-məqaləni zənginləşdirirəm. Ona görə təkrar-təkrar deyirəm ki, hələ vaxtım yoxdur. Bu zənginləşdirdiyim məqalələrdən də yeni şəxslər barədə məqalələr çıxır. Məqalə sayının aşağı düşməsini hamıdan az mən arzulayıram. Məncə metavikidən bu boş məqalələri görməyə bilməzlər. Görüblər və həqiqətən fikirləşiblər ki, "vüsal hər gün boş məqalələr yaratsa da daha öncə yaratdığı boş məqalələri də hər gün zənginləşdirir, silmək lazım deyil" deyə düşünürlər. Ona görə Drini mənim fəaliyyətimə toxunmur, sizdən başqa --Vusal1981 18:57, 29 dekabr 2007 (UTC)
Müzakirənin ardı- Kənd meydanında
Danışıqları biraz istehaz biraz da üzüntü ilə təqib edirəm. Həqiqətən hesapladığım düzgündürsə 5min 10min boş məqaləmizin olması yaxşı şey deyil. Gəl məncə sən də içindəki statistika canavarını öldür :) Siyahıda ki siyahı ha. nece olur ki bu? scrip zad yazmaq lazımdır buna? :) -Aruzmfəal19:08, 29 dekabr 2007 (UTC)
- Siyahı sadəcə screenshot-dur. Canavar isə hər müzakirədən sonra haldan düşür, ölümə doğru gedir :)--A_M_D m-f 19:44, 29 dekabr 2007 (UTC)
- P.S. Vikidaş :) vikipediyaçı, vikipedist, vikipedian eşitmişdim amma buun eşitməmişdim. Gözəl azərbaycancalaşdırmadır. İcazənlə bundan sonra mən də bu sözü istifadə edəcəm.--A_M_D m-f 19:52, 29 dekabr 2007 (UTC)
- AMD, sən də lap məni cahil yerinə qoydun haaa. Əlhamdülillah, screenshot olduğunu bilirəm. Zarafatla bu qədər girişi bir anda eləyəbilmək üçün script lazımdır yəqin demək istədim. Ancaq bəlli ki manual olaraq əlavə edilib hamısı. Nəisə... Vikidaş üçün izin də sənündür, ancaq hərdən copyright haqqını da yaddan çıxarma ;) -Aruzmfəal23:26, 29 dekabr 2007 (UTC)
tech service please
redaktəbəzi vikimediya fayllarını istifadə edə bilmirəm. məsəl üçün bu [6]. vikimediyada göründüyü halda nədən
işləmir? -Aruzmfəal23:44, 29 dekabr 2007 (UTC)
- Bu şəkilin vikimediyadakı ünvanını tapa bilmədim. Amma Landau-nun başqa bir şəkilini isə mən problemsiz qoyuram. Buyur bax
Image:Lev Landau.jpg|Bu da şəkil
- Bəlkə dediyin şəkil ümumiyyətlə commonsa heç yüklənməyib? en-vikidə var amma commonsda yoxdur. Belə hallar olur. Onda şəkili manual pc-yə ordan isə az-vikiyə yüklə.
- Vikidaşa görə çox sağol, müəllif hüquqlarını çalışaram qoruyum :)
- Əstəğfürulah (bilmirəm bu sözü düz yazdım ya yox :) )-mən elə demək istəməmişdim. Sadəcə fikrini səhv başa düşmüşəm, üzrlər :) Hə bu manual edilib amma bu cür əməliyyatları yerinə yetirmək üçün proqramlar var. Sadəcə bu məsələ ilə o qədər də maraqlanmadığımdan belə proqramların işləmə prinsipləri haqqında o qədər də məlumatım yoxdur. China-630-un texniki məsələlərdən başı çıxır. Məncə köməyə ehtiyacın olsa o edə bilər.
- teach service :)
- Uğurlar--A_M_D m-f 11:52, 30 dekabr 2007 (UTC)
Yeni İlinizi təbrik edirəm!
redaktəAMD, salam. Mən də Sizi Yeni İl və qarşıdan gələn Azərbaycanlıların Həmrəylik Günü bayramları ilə TƏBRİK EDİRƏM! Özüm haqqında məqaləni Vikipediyaya gəldiyim ilk günlərdə yaratmışdım. İndi isə məqaləni silə bilmirəm (mümkün olsaydı, o, başıbəlalı məqaləni çoxdan silərdim). Xahiş edirəm, bu işdə mənə yardım edin. Tələbələrim İnternetdə mənim adımı yazıb, axtarış verərkən, birinci bu məqalə çıxır və bu da məni narahat edir. Digər məsələ - düzünü desəm, Vüsalın administrator seçilməsini çox arzulayırdım. Mənə elə gəlir ki, bloka görə bu cür sərt cəza düzgün deyi. Blok yalnız qatı vandallar üçün(Azərbaycanı, onun mədəniyyətini, tarixini, nəaliyyətlərini gözü götürməyənlər üçün), özü də həmişəlik qoyulmalıdır. Vüsalın məqalələri mənim xoşuma gəlir. Kino ilə maraqlanıram və boş vaxtlarımda bu məqalələri açıram. Mənə elə gəlir ki, müəyyən vaxtdan sonra Siz və digər administratorlar bu məsələyə bir də qayıtsanız pis olmazdı. Bir daha təbriklər. Ira 06:51, 30 dekabr 2007 (UTC)
- Salam
- Memty artıq silib. Bərpa etmək istəyirdim ancaq deyirsinizsə sil-qoy qalsın.
- İradə xanım əvvəla deyim ki, səsvermə qanuna aid idi, vüsala deyil. Bu qanun çox lazımlı qanundur və təsadüfi namizədlərdən vikini çox gözəl müdafiə edir. Amma Sizinlə də tam razıyam ki, qanun sərtdir. Mehrdad bu sərtliyi yumuşaltmaq üçün gözəl təklif irəli sürdü, daha sonra mən azca inkişaf etdirdim. lakin bu təklifə baxan olmadı və qanun vüsalın təklif etdiyi kimi müzakirəyə getdi- qəbul olunmadı.
- Vüsal çox aktiv, vikipediyaya vaxtını sevə-sevə sərf edən birisidir. Buna görə daim hörmətə layiqdir. Lakin heç də hər aktiv istifadəçi idarəçi seçilməməlidir. Uzun müddət (Vüsalla vikiyə demək olar ki, eyni dövrdə gəlmişik) fəaliyyət nəticəsində vüsalda idarəçiliyi normal aparmaq üçün bəzi keyfiyyətlərin olmadığı üzə çıxıb. Sözlərimlə sizin mövqeyinizə əsla təsir etmək niyyətim yoxdur.
- Blok qaydanı pozanlar üçündür. Vikipediyada istifadəçilər bir-birini başa düşüb konsensusa gələ bilməsələr vikipediya heç yarana bilməzdi. Hər şey konsensus müəyyənləşdirir. Gördüyünüz kimi umumi standartlara belə Vüsal əyilmək istəmir.
- Uğurlar--A_M_D m-f 12:06, 30 dekabr 2007 (UTC)
IRC
redaktəIRC niçin çalışmir bilirsiz? Bu gün denemişim ama cavab yoxdur. Tekrardan yeni iliniz mübarek. --Bahar (yenə mən!) ✍ 19:07, 30 dekabr 2007 (UTC)
- Salam. Mən indi gidim və mesaj yazdim-işləyir. Sizin adınız görünür hətta.--A_M_D m-f 19:15, 30 dekabr 2007 (UTC)
portallara biologiya
redaktəYeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
buraya Portal:Biologiyanı əlavə edə bilmədim. daha doğrusu qaynaq kodu tapabilmədim. Zəhmət olmasa bir əncam çəkəbilərsənmi? Yeni ilini, Həmrəylik bayramın :) təbrik edirəm bay di vey (azərbaycanlilarsdirma :D). 2008də seçkin məaqalə sayısının 100lərə çatması diləyiylə. -Aruzmfəal14:26, 31 dekabr 2007 (UTC)
- Salam
- Düzlətdim.
- Mən də öz növbəmdə hər iki bayram münasibətilə səni səmimi qəlbdən təbrik edirəm. Vikipediyamızın daha da çiçəklənməsini, aktiv istifadəçilərin qat-qat artmasını arzulayıram.
- bay di vey? bu hansı dildədi belə? Tarixi nadiri oxumuşam amma belə şeyə rast gəlməmişəm :)
- Uğurlar--A_M_D m-f 07:22, 1 yanvar 2008 (UTC)
- təşəkkür edirəm. o tarixi nadirdə yazmaz, o məşədinin köhnə vikisidir. by the way :) -Aruzmfəal15:21, 1 yanvar 2008 (UTC)
- Belə de başa düşəkdə :)
Ərəb xətti məqalələrdə interviki
redaktəSalam. Mən gördüm siz ائرمنیستان məqaləsindən interviki-ni silmisiniz. Əgər ərəb xətti məqalələrdə, intervikini yazmağın işkalı var, mən bundan sonra ərəb xəttinə çevirdiyi məqalələrdə onları yazmıyım. Musa
- Salam Musa.
- yazınızı gec gördüm üzrlər
- gördüyünüz kimi azvikidə hələki hər iki qrafikanın normal işləməsini təmin edə bilməmişik. Bu da bir sıra problemlər yaradır. Bununla əlaqədar olan problemlərdən biri də interviki problemidir. Buraya baxın Gördüyünz kimi digər vikilərdən interviki linkdə hansı məqalənin göstərilməsi ilə problemlər yaranır. Azvikinin hər iki qrafika üzrə tam işləməsini hələki tam təmin edə bilmədiyimiz üçün lütfən ərəb qrafikalı məqalələrə interviki keçidləri qoymayın. Uğurlar--A_M_D m-f 18:51, 1 yanvar 2008 (UTC)
- Salam.
- Cavab vermağınıza görə təşəkkür elirəm və bu müşkilatıda anlıyıram. Bundan sonra məqalələrdə intervikini qoymaram və əvvəlki məqalələrdəndə səy edərəm pozam. Musa 09:15, 2 yanvar 2008 (UTC)
Uannis şikayət
redaktəSayın Amd. İstifadəçi müzakirəsi:Uannis burada sayın vüsal defalarca kişisel saldırıda bulundu. İlk başlarda bir şey demedim ama yazdıkları çok kaba. Kısa bir süre engellenmeyi hakettiğini düşünüyorum. Lütfen gereğini yapın. Saygılar--Uaaannis 18:54, 1 yanvar 2008 (UTC)
- Bu cür olduğuna çoxda təccüblənmədimş
- Mən bir xəbərdarlıq daha edəcəyəm. Çünki sonra haqsız yerə bloklandım deyəcək--A_M_D m-f 18:57, 1 yanvar 2008 (UTC)
Teşekkürler. Saygılar--Uaaannis 19:00, 1 yanvar 2008 (UTC)
Yaxşı təklifiniz nədir. İcazə vermək mənim yaratdığım bütün məqalələrdəki şəkil və musiqi fayllarını silməyə göndərmək. Onun türk vikipediyadan qovulduğunu və buradakı vikipediyanı nə günə qoymaq istədiyini. Belə yolla vikipediya inkişaf etməyəcək. Axı razılaşdırılmış qərara qəbul edilməyib ki. fayllar silinsin. Əgər müsbət cavab almasam. Mənim özüm bloklanmadan buranı tərk edəcəyəm. Bu xəbərdarlıq deyil, qərarımdır. Yəqin ki, bunu bəziləri çox istəyir. Amma unutmayın ki, çıxsam yaratdığım məqaləlrin hamısını özüm siləcəyəm (qanunsuz boş məqalələri). Əgər Uannis mən gedəndən sonra əlini dayandırsa. Onda burada şəxsi qərəzlik sezib metaya şikayət edəcəym. Xahiş edirəm nəzarət edin. Heç biriniz mənə kömək etmədiniz. İndi isə silirsiniz. Mən təklifimi etmişdim. Və boş məqalələrin, şəkillərin yaradılmasına göz yummağınızda siz də günhkarsınız. Unutmayın. Siz idarəçilər. Əvvəlcədən xəbərdarlı etməyərək təbii ki.
--Vusal1981 19:12, 1 yanvar 2008 (UTC)
- Vüsal heç kim sizin buranı tərk etmənizi istəmir, heç istəməyə haqları da yoxdur. Vikipediya-azad açıq ensiklopediyadır.
- Məqalələr ümumvikipediya prinsiplərinə uyğun bir şəkildə düzəldilməlidir. Buna heç bir güzəşt yoxdur. Məqalələri və faylları qaydaya uyğun bir şəkildə etiketləyin. Lütfən qısa müddətdə bu deyilən işləri görün. Azvikinin göstəricilərinin kəskin azalmasını heç arzulamıram amma vikipediyanın təmiz bir mənbə olmasını hər şeydən üstün tuturam.
- Sizə texniki məsələlərdə kömək etmək istəyirəm amma inanın indi vaxt məhdudiyyəti məni fəaliyyəti səmərəli bir şəkildə artırmağa imkan vermir. Hələlik ancaq bu tempdə fəaliyyət göstərməyə məcburam.
- Çalışın Uannisin bu sahədə fikrilərinə fikri verin. Onun tr-vikidən qovulma səbəbi tamam ayrıdır.
- Artıq boş məqalələr yaratmayın.
- Uğurlar --A_M_D m-f 19:22, 1 yanvar 2008 (UTC)
- O ogg fayllarının gələcəkdəki işləvi nə olacaq? Bir kino üçün o qədər faylın, həm də vizual deyil səsli faylın olması gərəksiz görünür. Yəni enində sonunda silinməlidir o zaman o fayllar. Bir də Uaannis, vikiTR də nədən əngəlləndiyinizi soruşmaq olar mı? -Aruzmfəal19:19, 1 yanvar 2008 (UTC)
- Uannis özü cavab versə yaxşı olar--A_M_D m-f 19:22, 1 yanvar 2008 (UTC)
- Cevap verdim.--Uaaannis 19:25, 1 yanvar 2008 (UTC)
- Uannis indi Vüsal qarşı qoyduğumuz əsas tələb pis vəziyyətə olan məqalələri zənginləşdirməyə başlamasıdır. Şəkillərə hələ ki, sil-etiketləri qoymaq lazım deyil. Tədricən məqalələr inkişaf etdikcə bu şəkillər istifadəsiz fayllara çevriləcək və onlar silinəcək. Vüsal bundan sonra heç bir yeni məqalə yaratmamalı və mövcudları inkişaf etdirməlidir. Uğurlar--A_M_D m-f 19:29, 1 yanvar 2008 (UTC)
Merhaba amb. Vüsal artık sınırları aştı. Lütfen engelleyin. Beni karalamaya çalışıyor. Ben buna dayanamam http://tr.wikipedia.org/wiki/?axtar=Kategori:Vikipedi:Uannis_kullan%C4%B1c%C4%B1s%C4%B1n%C4%B1n_kuklalar%C4%B1 buradan da görüldüğü gibi benim 1 kuklam vardı. Kullanıcıların üzerine iftira atılması hoş değil. Lütfen engelleyin.--Uaaannis 19:41, 1 yanvar 2008 (UTC)
O zaman tələb edirəm həmin faylları geri qaytarsın və səhifələri düzəltsin. Mən hambal deyiləm.
--Vusal1981 19:42, 1 yanvar 2008 (UTC)
- Bir daha xəbərdarlıq etmək niyyətim yoxdur.
- Biz artıq bu məsələni müzakirə etmişdik. 1-saatdan sonra cavabınızı gözəlyirəm--A_M_D m-f 19:46, 1 yanvar 2008 (UTC)
İzninizle kend meydanındaki saldırısını silirem.--Uaaannis 19:47, 1 yanvar 2008 (UTC)
- Uannis qoyun qalsın. müzakirədə ardıcıllıq pozulmasın. Onsuzda cavab vermisiniz. --A_M_D m-f 19:51, 1 yanvar 2008 (UTC)
- Ama bunu okuyanlar benim kötü biri olduğumu düşünecek. Ben kötü niyetle hiç bir şey yapmadım benim tr vikiden onlarca arkadaşım var. Hatta 1 kişiyle abi-kardeş olduk. Ben tr vikide vito adlı biri ile küçük bir tartışma yaşadım ve sonucu kötü oldu. Ama inanın bildiğiniz gibi değil. Burada yazmasam daha iyi olur. MSN adresim [email protected]. Eklerseniz bu konuda bol bol konuşmak isterim. Neden engellendiğimi tam anlamıyla öğrenmenizi istiyoprum. İyi günler--Uaaannis 19:54, 1 yanvar 2008 (UTC)
- Tərəflər yazılmış yazılara gələcəkdə istisna edə bilərlər. Ona görə qoyun qaysın. İstərsəniz altından sizin tr-vikidə ki, səhvlərinizin burada olmadığı barədə yazı yaza bilərəm. ya da bu sözləri altından copy edin: Uannisin tr-vikidə bloklanma səbəbi başqadır, burada özünü nümunəvi istifadəçi kimi göstərmiş və qaydaları pozmamışdır. Uğurlar --A_M_D m-f 20:08, 1 yanvar 2008 (UTC)
- Copy-paste ettim. Çox teşekürler. Men şimdi yatmaya gidirem. Yarın görüşmek üzere. Mutlu yıllar!--Uaaannis 20:13, 1 yanvar 2008 (UTC)
- təşəkkürlər. İrc kanalimiz işləyir. orada müzakirə apara bilərik. O ki qaldı msn-ə sözün düzü indi elə də çox vaxtım yoxdur, amma bir gün mütləq danışarıq--A_M_D m-f 20:17, 1 yanvar 2008 (UTC)