Istifadeci Muzakiresi Amd628 1 May 2007 - Wikipedia
Mesjlar
redaktəSalam A_M_D, Sizin bir anonim istifadəçiə yazdığınız mesajı, Vikipediyanin İngilis dilində mesajını tərcüməsi yerinə qoydum bura: MediyaViki:Anontalkpagetext. Lazim görsəz lütfən dayiştirin. Başqa mesajları burdə tapabilərsiz: Special:Allmessages Sağolun. --Mehrdad 17:12, 25 Yanvar 2007 (UTC)
Sistem melumatları
redaktəSistem melumatlarını redakte ettiğin için teşekkürler. Yardıma ihtiyacın olursa danışabilirsin. Memty 06:26, 29 Yanvar 2007 (UTC)
- Salam Memty.
- Doğrusu elədə BÖYÜK bir şey etməmişəm, amma redaktələrimi əhəmiyyətli hesab etdiyin üçün TƏŞƏKKÜRLƏR.
- İkinci TƏŞƏKKÜRÜ isə idarəçi seçimindəki dəstəyə görə demək istəyirəm.
- Sistem məlumatlarını redaktə edərkən səhvən MediyaViki:Tooltip-ca-edit adlı bir məqalə yaratdım. Bunu sonra silmədim, doğrusu silib ziyan edəcəyimi düşündüm. Hər-halda bu işdə təcrübən daha böyükdür, ona görə də o lazımsızdırsa sil.
- Mövzudan kənar olsada mümkünsə de - Az-vikipediyasının ilkin yaradıcısı kim? Bunu çox bilmək istərdim
- Mən şadam ki, bu layihədə birgəyik. Ona görədə sənə və Mehrdada xüsusi minnətdaram. Bundan sonra da qarşılıqlı yardıma və səmimi münasibətlərimizə inanıram.--A_M_D 15:56, 29 Yanvar 2007 (UTC)
- MediyaViki:Tooltip-ca-edit adlı melumat doğrudur. (Bax. tr:MedyaViki:Tooltip-ca-edit)
- az-wiki'nin yaradıcısıni bilmiyorum. Vikipediya tarafından azerbaycan dili üçün reserve edilmişti. [1]
- Kolay gelsin. Selamlar. Memty 21:55, 1 Fevral 2007 (UTC)
Con Steynbek
redaktəSalam Müşfiq.
Sevindircidir ki, son zamanlarda qeydiyyatdan keçmiş istifadəçilər Vikipediayadan təkcə istifadə etməyə yox həm də onu zənginləşdirməyə çalışırlar. Həmçinin Siz.
Buna baxmayaraq hər bir yeni istifadəçi Vikipediya prinsiplərinin düzgün bilmədiyi üçün bəzən buraya heç də layihənin məqsədinə uyğun olmayan materiallar yerləşdirirlər. Çox istifadəçi (əksərən tələbələr) Vikipediyanı referats.net, referat.ru refereatoff.ru saytlarının Azərbaycan dilində anologiyası hesab edirlər. BU TAMAMİLƏ YANLIŞ FİKİRDİR. Vikipediya referat və ya dissertasiya bazası deyil, Vikipediya dünyanın 150-dən artıq (həmçinin Azərbaycan) dilində fəaliyyət göstərən virtual ensiklopediyasıdır. Yenə təkrar edirəm Vikipediya hadisələrə neytral nöqteyi nəzərdən yanaşan bir ENSİKLOPEDİYADIR.
Sizin yazdığınız məqalə disertasiyadır, ensiklopedik məqalə deyil. Ümid edirəm ki, siz yaxın zamanlarda bu məqalənin məzmununu ensikloepdik edəcəksiniz.
Bu məqalələri oxumağınızı tövsiyyə edirəm:
Con Steynbek haqqında digər ensiklopediaylardakı məlumatlarada baxın:
Ümid edirəm ki, bundan sonrada Vikipediyanın çiyin-çiyinə zənginləşdirəcəyik :)
Əlimdən gələn hər bir köməyi etməyə hazıram, ehtiyac yaransa suallarınızı kənd meydanına və ya mənim müzakirə səhifəmə yerləşdirin.
Sağolun--A_M_D 07:39, 7 Fevral 2007 (UTC)
- Salam A_M_D, men ilk növbədə sizə yardımınız üçün təşəkkürümü bildirmək istərdim. Və bir də bildirmək istərdim ki, sizinlə əməkdaşlıq etmək olduqca xoşdur. O ki, qaldı menim hazırladığım məqalələrin yerləşdirilməsinə, sizin dəyərli tövsiyyələrinizi yüksək qiymətləndirirəm. Azərbaycan online oxucularının Amerika ədəbi mühiti ilə tanışlığı istiqamətində hər zaman köməklik etməyə hazıram.
- Mən burda yeni olduğumçün səhifədə etdiyim redaktə işlərində mənə yardımçı olmağınızı xahiş edirəm. Bir də Ziya adlı tələbə (Xəzər Universiteti) dostuma da təşəkkür edirəm və bildirmək istərdim ki, onun mənim yaratdığım səhifəni zənginləşdirməsini çox istərdim. O, bunu bir dəfə etmişdi, lakin yenə də qeyd edirəm, burda təzə olduğumdan onun daxil etdiyi şəkilləri Steynbekin şəkillərini və fonu özüm də bilmədən pozmuşam. Buna çox təəssüf edirəmç və ondan yenidən xahiş edirəm ki, bu işdə mənə yardımçı olsun. Çalışaram ki bir daha sizləre bele zehmet vermeyim :-) wikipediyanın zənginləşdirilməsində göstərdiyiniz xidmətlərə görə hər birinizə təşəkkürümü bildirirəm. Məni hər gün gözləyin.... Müşfiq.
- Salam Müşfiq.
- İnanın sözlərinizi oxuyub çox sevindim. Vikipediyaya bir daha xoş gəlmisiz. Şadam ki, kömək üçün mənə müraciət etmisiz :)
- Azərbaycan Vikipediyasını zənginləşdirən hər bir kəslə əməkdaşlıq mənim üçün çox xoşdur.
- Mən əlimdən gələn hər bir köməyi etməyə hazıram. İlkin növbədə sizdə vikipediya haqqında ətraflı təsurat yaratmaq üçün məsləhət görərdim ki, digər dillərdə olan vikipediyalara baş çəkəsiz. Azərbaycanca vikipediya hələki zəifdir. Ona görədə təkcə vikipediyamızda işləməklə vikipediya nə deməkdir başa düşmək olmur. Düzdür qısa zamanda da olsa gözlə görünə biləcək bir-iki iş görülüb, amma yenədə vikipediyamızın güclü bazaya malik olduğunu deməyimiz ən azından özümüzü aldatmaqdır. Düzdür vikipediyamız erməni-vikisindən(təx. 2200) sayca irəli olsada gürcü vikisindən (təx. 12000) geri qalmışdır. Mənə elə gəlir ki, bizim minimal məqsədimiz məhz bu üç vikipediya arasında dayanıqlı irəlidə olmağımızı təmin etməkdir. Maksimaldan isə danışmaq hələ ki, tezdir :-). Dediyim bu vəzifələri yerinə yetirmək üçün isə sözsüz ki, çoxlu aktiv istifadəçi lazımdır, mən təkrar demək istəyirəm-bizə çoxlu aktiv istifadəçi lazımdır. İstifadəçi sayı 700-dən artıq (qeydiyyatdan keçmiş istifadəçi sayından söhbət gedir) olan vikipediyada cəmi 10-15 nəfərin aktivliyi müşahidə olunur. Sevindirici haldır ki, son 3-4 ayda bizim irəliləyişlərimiz var (həm istifadəçi sayında, həmdə məqalələrdə). Şadam ki, sizdə aktiv istifadəçilər sırasına düşmək istəyirsiz. Bu məni çox sevindirir.
- İndi isə keçək konkret problem və faktlara. Əvvəla dediyiniz məqalənin redaktəsində Mehrdad qardaşımızın əməyi daha çoxdur. Ziya adlı istifadəçi isə aktiv istifadəçilərdən biridir. Onun orijinal məqalələri də çoxdur. Amma sizin məqalənizə əl gəzdirən Mehrdadır. Zamanla siz kimin hansı redaktəni etdiyini çox asanlıqla müəyyənləşdirməyi bacaracaqsız. Söz Mehrdaddan düşmüşkən-sadiq və aktiv vikipediyaçılardan biridir. İstifadəçilərə hədsiz köməyi dəyir. Suallarınıza gec cavab verərəmsə (ümid edirəm ki, bu heç zaman olmaz) çəkinmədən ona müraciət edin. İnanıram ki, böyük məmuniyyətlə sizə yardım edəcək. Demək olar ki, Az-Vikisi ilə mənim tanışlığım məhz onun sayəsində olub, sizə də yardım etməyə etiraz etməz.
- Ümid edirəm ki, sizə verdiyim saytlara girib baxmısız və məqalələrin necə yazılacağı haqqında müəyyən təcrübə toplamısız.İstərdim ki, digər vikipediyalardanda bəhrələnəsiz. Yazılarınızdan hiss olunur ki, ingilis dilini mükəmməl bilirsiz, ona görə də ingilis vikipediyasını sizə məsləhət görərdim. Hə yeri gəlmişkən burada yerləşdirilən məlumatlar Azərbaycan dilində olmalıdır. başqa dillərdə yerləşdirmək istədiyiniz məlumatları gərək həmin dildəki vikipediyaya yerləşdirəsiz. Beləliklə Qəzəb salxımını Azərbaycan dilinə tərcümə etməniz vacibidir. Hökmən deyil ki, hamısını. Bu mövzuda Azərbaycan dilində ümumi ensiklopedik məlumat verməniz kifayətdir.
- İnanın, yuxarıda uzun-uzadı yazmaqda məqsədim klaviturada məşq istəyim və ya deyiləsi sözümün çox olduğunu nümayiş etdirmək deyil. Sadəcə istərdim ki, vikipediyamızın ümumi problemləriylə sizi tanış edim. Onu da deməliyəm ki, vikipediyaya siz nə qədər yardım edirsizsə, vikipediya ondan artığını sizə edir. burada istədiyiniz qədər orijinal ideyalar görəcək və dünyagörüşünüzü zənginləşdirəcəksiz.
- Hər şeyi bir gündə yazmaq mümkün deyil, yazsam belə onların hamısını bir gündə oxumaq sizin üçün maraqsız olar. Ona görə də bu dəflik kifayətdir.
- İstənilən sualla müraciət edə bilərsiz. Yeni istifadəçilərə kömək etməyi özüm üçün bir-nömrəli vəzifə hesab edirəm.
- Sağolun--A_M_D 20:52, 8 Fevral 2007 (UTC)
Salam Mehrdad.
Nostradamus məqaləsində altda ərəb qrafikası ilə nəsə yazılıb. Təəssüf ki, bu əlifbanı bilmirəm və orada nə yazıldığını bilmirəm. Bəlkə onu müvafiq səhifəyə köçürdəsən...
Sağol--A_M_D 17:53, 10 Fevral 2007 (UTC)
- Salam A_M_D, Nostradamus məqaləsində ərəb xəttiylə (qrafikası ilə) yazılan qismət latin qrafikalı yazılmış məqalənin qarşılığıdır, onu bir yeni məqaləyə köçürtdüm. Diqqətiniz üşün təşəkür edirəm. sağol --Mehrdad 16:14, 11 Fevral 2007 (UTC)
Müşfiqin mesaji səhv edib Real Həyat adlı yaratdığı məqalədən
redaktəBura köçürtdüm --Mehrdad 16:28, 11 Fevral 2007 (UTC)
Hörmətli A_M_D, mən məktubunuzu oxuduqdan sonra bir daha sizin bu sahədə fədakar fəaliyyətinizi dəstəkləyir və bundan çox məmnun olduğumu bildirmək istəyirəm. O ki, qaldı mən hələ buradakı fəaliyyətimdən razı deyiləm. Ümid edirəm ki, bu gələcəkdə daha da artacaq və daim diqqətinizdə olacaqdır. Mən bura "Qəzəb slxımı" barədə hələlik qısa şərh salmaqla kifayətləndim. Lakin fikrim var ki, uzun zamandır üzərində işlədiyim tərcüməsini redaktə etdikdən sonra buradakı dostların müzakirəsinə verim. Bununçün ingilis dilini mükəmməl bilən oxucularımızın diqqətini də vikipediyamıza cəlb etmək pis olmazdı. Bu istiqamətdə sözügedən məqalə az əhəmiyyətli sayılmamalıdı. Fikirlərinizi bilmək istərdim.
Şəxsinizə çox hörmətlə Müşfiq.
Salam Müşfiq.
Şadam ki, sözlərim müsbət təsir edib. Özfəaliyyətinizi günişləndirmək istəyiniz çox sevindiricidir. Qəzəb salxımında yazdıqlarınızı bəyəndim, ensiklopedik hesab etmək olar. Boynuma almalıyam ki, Con Steynbek haqqında çox az məlumatım var, ona görədə məqlələrinizin ardını səbirsizliklə gözləyirəm.
İndi isə bir neçə xahiş:
Lütfən abzasın əvvəlində boş yer (probel) qoymayın. Bu zamam məqalədəki yazılar bu cür görsənir. Gördüyünüz kimi belə yazı heçdə səliqəli deyil və yazı növbəti sətirə yalnız abzas qurtardıqda keçir, bunu oxumaq isə çox çətindir.
Abzasları bildirmək üçün boş sətir buraxmanız kifayətdir.
Mesajları ya kənd meydanında, yada ki, mənim istifadəçi səhifəmdə buraxın. Hər dəfə mesaj yazarkən yeni məqalə yaratmaq lazım deyil. Yox əgər siz məktublaşmada çətinlik çəkirsinizsə, problem deyil sizə necə asanddırsa elə də yazın, mesaj mənə çatacaq, narahat olmayın ;)
Əgər siz əsər tərcümə edib onu yerləşdirmək istəyirsizsə, bunun yeri vikipediya yox vikimənbədir. Vikimənbə də Vikipediyaya paralel bir layihədir və ora ancaq sənədlər və kitablar yığılır. Vikimənbədən söz düşmüşkən, bu yaxınlarda mən hakerin manifesti deyilən bir sənədi ingilis dilindən azərbaycan dilinə tərcümə etdim. Amma deməliyəm ki, bu tərcümədə mən daha çox məzmunu qaoruyub saxlamışam, məqalənin bədii tərcüməsi isə məni qane etmir.(Bir iki yerdə tərcümə özüm bildiyim kimi etmişəm ki, bədiilik pozulmasın) Bu məqalənin tərcüməsinə əl gəzdirsəydiniz əla olardı-s:Hakerin manifesti
O ki, qaldı ingilis dilində məqalələrə bunun üçün ingilis vikipediyası var. Yəni sizdə elə fikir yaranmasın ki, ingilis vikipediyası ingilislər özləri üçün yaradıblar, Azərbaycan vikipediyasını isə azərbaycanlılar özləri üçün. Yox əsla belə deyil, bütün vikipediyalara bir təşkilat öz kompyuterlərində yer ayırmışdır və bu məlumatların hamısı bir yerə toplanır. Başqa sözlə fərqi yoxdur siz məlumatı hansı dildəki vikipediyaya yerləşdirirsiz. İstənilən dildə vikipediyalara yerləşdirilmiş materiallar bütün internet istifadəçilər üçün açıq olur (Vikipediyanın gözəlliyi məncə bundadır!). Amma İngilis dilində ki, məlumatlar İngilis vikipediyasına Azərbaycan dilindəki, məlumatlar Azərbaycan vikipediyasına yerləşdirilməlidir. İstərdim ki, bu məlumatı üzücü qarşılamayasız, razılaşın ki, ədalətli qərardır.
Buyurun bundan sonrada müraciət edin. Mən aktiv istifadəçilərin artmasında çox maraqlıyam- şadam ki, birini də tapmışam :)--A_M_D 21:37, 11 Fevral 2007 (UTC)
Fair Use
redaktəSalam Vusal.
Mən hüquqşunas deyiləm-müəlliflik hüquqlarından da elədə çox başım çıxmır, amma məncə bu yazım yaranmış problemdən çıxış ola bilər.
Məsələ ondadır ki, Sovetlərdə istehsal olunan əksər kinolar xalqa mənsub hesab olunur. Rus vikipediyasındakı sovet kinoları haqqında məqalələrə (məsələn-məşhur ru:12 стульев (фильм, 1971)) baxsan görərsən ki, onlarda şəkiləri məhz bu hüquq əsasında yerləşdiriblər. Həmçinin http://www.rosculture.ru/movies_list/listing- bu saytda mən Arşın mal alan və bakineç kinolarını tapdım (doğrusu digərlərini axtarmağa vaxtım olmadı). Başqa sözlə bu siyahıda olan bütün kinoların müəllif hüquqları demək olar ki, yoxdur. Məndən bu qədər :)
Müasir dövrdə çəkilmiş kinoların müəllifləri ilə əlaqə saxlayıb onlara bu şəkillərin vikipediyada yerləşdirilməsinin əhəmiyyətini izah etsək, məncə onlar şəkillərəə icazə verəcəklər-bu həmdə onlara reklamdır-bundan istifadə etmək olar.
Həmçinin bu məqaləni oxumağı tövsiyyə edirəm.
Bu şəkillərin vikipediyada qalması üçün maksimum çalışmalıyıq. Sağolun--A_M_D 08:13, 21 Fevral 2007 (UTC)
A_M_D rus vikipediyasından tapdığınız bu fakt çox əlverişli ola bilər. Çünki biz də Fair Use doktrinasını əsas gətirə bilərik. Halbuki mən hər film üçün 8-9 şəkiln yerləşdirmişəm. Eləcə də 12 stul məqaləsinə diqqət yetirsəniz onlar da 8 şəkil yerləşdirib. Mən rus kinolaındakı şəkillərə diqqətlə baxdım. Əksəriyyəti keçən il mart ayından lisenziyasız yerləşdirilib. Niyə onlara bunu qəbahət kimi göstərmirlər. Amma mənim üstümə bu qədər düşüblər. Hətta bəzi bürokratlar da onları dəstəkləyir.
Hörmətli A_M_D sizin timsalda digər bürokratlara da müraciət edirəm. Fair Use doctrinasını əsas gətirərək lisenziya kimi hər şəkildə yerləşdirsək bu kömək edər ya yox. Amma onu da deyim ki mən bu lisenziyanı necə yerləşdirəcəyim barədə təcrübəm yoxdur. Buna görə sizdən kömək gözləyirəm. Bir də ki mən artıq bədii filmlərimizi 1980-cı ilə qədər gətirmişəm. Amma bilmək istəyirəm ki, davam edim ya yox? Sizin mənə kömək əlinizi əsirgəməyəcəyinizə əminəm. Təvazökarlıqdan uzaq olsa da mən bir neçə forumda bu barədə xüsusi səhifə açmışam və bundan sonra heç vikipediyadan xəbəri olmayanlar belə axın axın vikipediyaya gəlirlər. Mənim məqsədlərimdən biri də o idi. Nəhayət ki nail oldum. Çünki hər yaratdığım məqəaləni tanıtmaq üçün forumlarda məqalənin adresini də yerləşdirirəm. Əgər maraqlıdırsa Day.az və Bakillar forumuna diqqət yetirin. Xahiş edirəm bu mesajı digər bürkratlara ötürün.
P.S. Xalqın malı məsələsi də yaxşı fikirdir. Heç olmasa 1992-ci ilə qədər olan filmləri yerləşdirmək olar.
--Vusal1981 11:55, 21 Fevral 2007 (UTC)
Hormetli idarəçilə men isteyirem fealiyyetimi davam etdirim. Yeni Azerbaycan kinosunu zenginleshdirmeye davam etmek isteyirem. Buna siz nece baxirsiniz. Shekil ve musiqi yukleyim ya yox? Men natamam işi sevmirem. 1980-ci ile qeder artıq məqalələri gətirmişəm, heç olmasa bitirim. Hətta mənim əlimdə çoxlu sənədlər var və mən bu sənədlər vasitəsilə kino sənətkarları barədə də məqalələr yaratmaq fikrim var. Mənim fikrim odur ki, Azərbaycan kinosu və kinoda əməyi olan insanlar barədə Google-da axtarış edən hər bir şəxs istənilən məlumatı bu vikipediyada tapsın. Xahiş edirəm bu məsələyə ciddi yanaşaq və şablon vəya bizdən nə tələb olunursa yaradaq. Təssüf ki, belə şeylərdə mənim bacarığım və təcrübəm azdır. Mən yalnız məqalə yaratmaq və məqalə zənginləşdirməklə məşğul olmuşam.
Hörmətlə Vüsal Ağayev (Xarici İşlər Nazirliyinin Əməkdaşı)
--Vusal1981 14:38, 22 Fevral 2007 (UTC)
Vikipediyanı zənginləşdirən hər bir kəsə bacardığım qədər kömək etməyə hazıram. Azərbaycan mədəniyyətinə dair məqalə yazanlara xüsusilə. Uğurlar--A_M_D 20:19, 22 Fevral 2007 (UTC)
teşekkür edirem
redaktəmen hem türkiye hem uzbek hemide azerbaycan vikipedialarına daxil olmaya çalışırem.türkiye vikipedia'sında 1300 maqale zenginleştirmişem.azerbaycan vikipediasınada kalan vaqtımda daxil olmaya çalışırem--Uannis 21:41, 23 Fevral 2007 (UTC)
Əlibəyli
redaktəSalam, Əlibəyli kəndi həm Tovuz rayonundada var həm də Zərdab rayonunda var. Bir kəndin adiyla iki ayrıca səhifə etmək olar?
Hörmətlə --Baki66 19:42, 3 Mart 2007 (UTC)
- Salam.
- Məndə bu problemlə Xanəgah (kənd) məqaləsində rastlaşmışam. Mən çıxışı hələki belə görürəm. Yada kı bunu dəqiqləşdirmə səhifələri vasitəsilə də edə bilərik. Məsələn Əlibəyli (Tovuz) və Əlibəyli (Zərdab).
- Rayonlar haqqında məqalələrə Şablon:Rayon məlumat qutusu -nu əlavə etməkdə mənim köməkdən ehtiyacım var. Mümkünsə məqalərə onları birlikdə artıraq.--A_M_D 21:47, 3 Mart 2007 (UTC)
Çox sağolun, mən o zaman sizin dediyiniz kimi həll edərəm. Rayon şablon qutularını rayonlara mən də elavə edərəm.
Hormətlə --Baki66 11:31, 4 Mart 2007 (UTC)
- Kateqoriya əlavə edərkən hər üç kateqoriya adını (Kəndlər, Azərbaycan kəndləri, Tovuz (və ya başqa bir rayon) kəndləri) daxil etməyə lüzum yoxdur. Tovuz kəndləri kateqoriyasına məqalənin əlavə olunması elə həmin məqalənin Azərbaycan kəndlərinə (Alt kateqoriya kimi) əlavə olunması deməkdir. Azərbaycan kəndləri də öz növbələrində Kəndlər (yenə alt kateqoriya kimi) əlavə olunması deməkdir. ona görədə yalnız Tovuz (və ya başqa bir rayon adı) kəndləri kateqoriyasına əlavə etmək düzgündür.
- Bu məqalələr sayəsində tezliklə 5000-lik baryeri aşacağıq. Sükanı belə saxla :) --A_M_D 21:36, 8 Mart 2007 (UTC)
Salam, məsləhətə görə çox sağolun. Bir də mənim hədəfim 10.000 məqaləni keçməkdir :) --Baki66 17:14, 9 Mart 2007 (UTC)
- İnşallah onu da birlikdə edərik. Amma hələlik real uğrumuzdan danışmaq istərdim. Məndə Tim Bitsin təbriklərinə qoşuluram :) --A_M_D 20:38, 9 Mart 2007 (UTC)
- Salam.
- Bu kəndlərin adları (Qa-raqoyunlu, Qə-səbə, Ha-callı) həqiqətəndə belədir yoxsa necə? Fikrimcə yaranmış problemdən dəqiqləşdirmə səhifələrinin köməyi ilə çıxmaq olar.
- Bu kəndin adı düzdürmü- Əlicanh 1? Mənə elə gəlir ki h yazılışı lı-ya oxşadığından adda səhv var-məqalə adı Əlicanlı 1 olmalıdır.
- Uğurlar--A_M_D 20:47, 10 Mart 2007 (UTC)
Salam.
Mən Azərbaycan kəndlərinin adlarını əzbər bilmirəm amma kəndlərin adlarını http://www.gateway.az veb səhifəsindən götürmüşəm. Qa-raqoyunlu, Qə-səbə, Ha-callıƏlicanh 1 kəndləri götürdüyüm veb səhifəsindədə elə yazılıb, amma dediyniz kimi "yaranmış problemdən dəqiqləşdirmə səhifələrinin köməyi ilə çıxmaq olar" Necə məsləhətdir, elə də edək. --Baki66 21:38, 10 Mart 2007 (UTC)
Well done, AMD628 Anonymous!
redaktəSalam, dostum. Hakerlər və onların manifesti haqda oxudum. Həmçinin mətnin tərcüməsi. Hamısı əladı. İşini çox bəyəndim. Təşəkkürlər, uğurlar. Oğuztoğrul Tahirli. P.S. Tənqidi üstün tutan insandan eşitdin tərifi.
- təşəkkür edirəm. Şadam ki, xoşlamısan. Məqalənin gözəl alınmasında detectorunda məlumatları lap yerinə düşüb. Ümid edirəm daha gözəlini yazacaqsan :)
- Doğrusu gec də olsa Mehrdada məktubunda yazdığına münasibətimi bildimək istərdim. Müzakirə etmək heç də icazə almaq demək deyil. Elə məsələlər var ki, onlar həqiqətəndə müzakirə olunmalı sonra məqaləyə daxil edilməlidir. Məsələn İmadaddin Nəsimini qəzəlində həmin bu sözü müzakirə etmək lazımdır. Fikrimcə Mehrdad bunu demək istəyirdi. Ümid edirəm məni düzgün başa düşdün və "bismillah"ın ardı gələcək :)
- Uğurlar --A_M_D 13:00, 7 Mart 2007 (UTC)
- Salam, Amid.
- Mehrdad bəyə göndərdiyim məktubun əslini Sənə yollayıram, çünki burda adminlərdən ikinizi tanıyıram.
- Özüm reklamda işləyirəm. Plotter aparatı barədə, daha dəqiq desək, plotterdə vinillərin kəsilməsi haqqında məqalə yazmaq istəyirəm. Qiymətlər haqda məlumat vermək üçün öz şirkətimizin adını reklam məqsədiylə deyil, sadəcə informasiya məqsədiylə çəkməyimə icazə veriləcəkmi? Plotter aparatında iş görünüşdən sadə olsa da, təcrübəmdən bilirəm ki, çox çətin və incə sənətdi. Öz biliklərimi yeni dizaynerlərlə paylaşmaq istərdim.
--Oguztogrul 13:54, 13 Aprel 2007 (UTC)
- Salam Oğuztoğrul. Mənim adım Amid deyil. Amma deyə bilərəm adım Əhməddir (ing Ahmed).
- Mehrdadın sözünə qüvvət vikipediya bizim malımız deyil ki, biz burda nəyəsə icazə verək. Sadəcə qaydalardan kənaraçıxmaları nizamlayırıq. Reklam isə qayda pozuntusudur. Digər vikipediyalardada şirkətlər haqqında məqalələr var, bizdə niyə olmasın? Amma heç birində qeyri-ensiklopedik məlumat yoxdur. Başqa sözlə "şirkət bu kimi xidmətlər təklif edir" və ya "əlaqə üçün bu ünvana müraciət edin" bu qəbildən söz olmamalıdır. Ümumiyyətlə bu cür məqalə artıq bizdə mövcuddur-- SPULT (məzmunu zəngin olmasada mövcuddur). Problem yaranarsa əlaqə yaradarıq :)--A_M_D 06:58, 14 Aprel 2007 (UTC)
Salam, Əhməd. İcazə ver, yaşını da soruşum, daha sonra şəxsi suallarla bezdirməyim Səni.
Məncə, "şirkət bu kimi xidmətlər təklif edir" yazmaq heç də wikipedianın obyektivlik prinsipini pozmaq deyil. Çünki bu informasiya xarakterinə malikdir. Əgər yazsaq ki, şirkət bu kimi xidməti ölümünə həyata keçirir, bax, onda Sən deyəndi. :-) Faktı yazmaq, reklam etmək deyil. Faktı şərh etmək reklam etməkdi.
Nə isə.
Hər halda, Mən məqaləni hazırlayım. Siz də qiymət verərsiniz. İndidən deyirəm, şirkətimizin adını çəkəcəm. Sadəcə reklam etməyəcəm. Hər halda, nə Siz uşaqsız, nə də Mən. Normal məntiqlə həmin məqaləni müzakirə edərik.
Amma yəqin 10 günə yaxın vaxt alacaq.
Görüşənədək.
Oğuztoğrul.
- Salam. Problem yoxdur. Hazırla görək nə edirik :)
- Yaşım isə 20 :) --A_M_D 21:11, 14 Aprel 2007 (UTC)
Müşfiqdən mesaj
redaktə(Müşfiq mesajın səhvən sizin İstifadəçi səhifənizə daxil etmişdir, bur köçürdüm)
Con Steynbek. Qəzəb Salxımı və Həyəcanlarımızın qışı. Son vaxtlar mənim təzə məqaləm olmayıb. Əvvəlki redaktələri də siz özünüz etmişdiniz, bəyənmişdiniz. Xahiş edirəm aydınlıq gətirin.
- Yəqin bu məqalələrdən söhbət gedir:
- Ad düzgün daxil edilmədikdə (ola bilər ki, salxım və qış sözlərini böyük hərflərlə yazmısız) bu məqalələri tapmaq olmur.
- Məqalələrin standart unicode şriftləri ilə olması vacibdir. Əvvəlki məqalələrdə bunları düzəltmişəm :)
- Uğurlar--A_M_D 16:30, 7 Mart 2007 (UTC)
Müşfiqin mesajı
redaktəHörmətli A_M_D, tamamilə doghrudur. Nə yaxshi ki, xatırladınız. Açığını deyim bu məni bir az narahat edirdi. Qarşılıqlı müzakirədən keçmiş bu iki məqalənin (Qəzəb salxımı və Həyəcanlarımızın qışı giriş də daxil olmaqla) yenidən bərpa olunmasına etiraz etmədiyiniz üçün təşəkkür edirəm. Mən tezliklə həmin məqalələri yenidən yerləşdirərəm. Mən burdakı fəaliyyətimdən tam razı deyiləmş Lakin ümid edirəm kiç gələcəkdə daha aktiv imkanlarım olacaq. Xatırlatmaq istərdim ki, Amerika yazıçısı C.Steynbek həqiqətən dahi və dünya şöhrətli ədəbiyyatçıdır. Onun Azərbaycan vikipediyaçıları tərəfindən öyrənilməsi məlumatlandırılması fikrimcə çox əhəmiyyətli məsələlərdəndir. Yardımınız üçün bir daha təşəkkür edirəm. Tezlikə görüşəndək. Müşfiq.
vikilüğət
redaktəHəqiqətən də az.vikinin çox adama ehtiyacı var. və mənim üçün vikipediya bir ensiklopediyadan daha çox şeydir. onun üçün mən də sizə təşəkkür edirəm fəaliyyətləriniz üçün. viklüğət məsələsinə gəlincə, yazdığım kimi, son zamanlardaki vikidəki fəaliyyətlərim sırasında termin qarmaşası gördüm onun üçün həm vikilüğəti ayağa qaldırmaq adına həm də vikipediyadaki işlədiləcək, işlədilən sözlər üçün bir qaynaq təşkil etməsi baxımından önəmlidir. ama təəssüf ki, mən hollandada yaşayıram, onun üçün çox kiçik bir iki mənbə xaricində əlimdə yaxşı qaynaq yoxdur. bildiyim qədəriylə internetdə də azərbaycan dili üçün istifadə eləyəbiləcəyimiz qaynaq yox kimidir, yada çox məhduddur. Vikilüğət lahiyəsində aktiv olaraq iştirak etmək istəyirəm. Sizdən bu haqda fikirlər gözləyirəm. Sevgilər --aruz 20:09, 18 Mart 2007 (UTC)
Qaydalar
redaktəSALAM A_M_D evvela bayraminiz mübarek sonra mesajiniza aciqlama versez yaxsi olar men hansqaydalarimi pozmusam
- Salam Onur.
- Sizində bayramınızı səmimi qəlbdən təbrik edirəm!.
- Doğrusu hansı qayda pozuntusundan və hansı mesajdan söhbət gedir - mən xatırlaya bilmirəm. Zəhmət olmasa deyin görək o hansı mesajdır? Fəaliyyətlərinizə baxdım və doğrusu məndə şübhə doğuran bir şey tapa bilmədim. Sonda imza qoysanız gözəl olar. Bir daha bayramınız mübarək.--A_M_D 12:34, 20 Mart 2007 (UTC)
SALAM A_M_D necesiz insallah bayram ehval-ruhiyesi hele sizi terk etmeyib menim size yazmaq meksedim o oldu ki sizden bir mesaj almisdim bu mesajda yazilmisdi-#lutfen qaydalara emel edin #
mende bu meqsedle size yazdim doğrusu bu hecneyi hellk etmir insallah qelbinize toxunacaq söz
söylememisem. Oki qaldi imza atmağa men hele yeniyem bezi qaydalari o qederde yaxşi bilmirem o yüzden .Tekrar bayraminiz mubarek olosun,ne zaman isreseniz mene yaza bilersiz hörmetle ONUR.
- Salam Onur.
- Doğrusu mən o mesajı heç cür xatırlaya bilmirəm. Ola bilsin ki, onu mən hansısa məqalənin müzakirə səhifəsinə yazmışam və ya digər bir şəxsə yazmışam. Yəni artıq bu xırda bir şeydir və keçib getdi.
- Burada inciyəsi bir şey yoxdur (əslinə qalsa mən o cür insanlardan deyiləm), mən çalışıram ki yeni istifadəçilərə maksimum dərəcədə kömək edim, həmçinin sizə. İnternetdə ki, vaxtımın əksər hissəsini burada keçirtməkdə məqsədlərimdən biri də budur. Başqa sözlə bundan sonrada nəsə bir problemlə üzləşsəniz və ya digər istifadəçilərin köməyinə ehtiyac duysanız mən böyük məmuniyyətlə kömək edə bilərəm, təki vikipediya tezliklə zənginləşsin, böyüsün. Azərbaycanın ona ehtiyacı var!--A_M_D 07:48, 22 Mart 2007 (UTC)
Az-Tr wikipedia
redaktəSelamlar, Hoşgeldin mesajı için teşekkür ederim ama maalesef Azerice anladığım ama aslında bilmediğimden makale açamayacağım. Herhangi bir şekilde yardım gerekirse Türkçe (Vikipedi) konusunda ben yardım etmeye hazırım. Nevruz bayramınızı en içten dileklerimle tebrik ederim. --Bahar 12:46, 22 Mart 2007 (UTC) (buradayım)
- Selam
- Eybi yok. Türk ve Azerbeycan vikipediyalarına interwiki artıra bilirsiniz :) Sizinde Novruz bayramınız tebrik ederim!--A_M_D 13:00, 22 Mart 2007 (UTC)
hollanda / hollandiya
redaktəMəsləhət görürəm-- http://www.polyglot.az/ və ya daha dəqiqi http://www.polyglot.az/poliwin.html. Ümid edirəm "Kömək axtarıram" bölməsini ləğv edəcəksən :) --A_M_D 16:31, 23 Mart 2007 (UTC)
sagol amd. 11 il turkiyede yasayanda insan ele bilir ki hollanda ele oz ana dilindedi :) duzelis ucun sagol. ancaq 'base' ucun poliqlot da komek elemedi. goresen azerbaycanin da [http:\\www.multitran.ru] kimi bir lugeti olabilmesi ucun neylemek lazimdir :( aruz 17:34, 23 Mart 2007 (UTC)
- bir sual: diger vikipediyalarda isledilen medyalari bizim vikipediyada istifade elemek ucun mutleq buraya yuklemek lazimdir? vikimediya, ilk gozatisima gore ferqli vikipediyalarda istifade olunan ortaq fayllar ucun yerdir. bu barede qebul goren metod nedir? aruz 18:24, 23 Mart 2007 (UTC)
Poliglotdan: Основание-1. özül qoyma, binövrə qoyma, təsis etmə; özül qoyulma, binövrə qoyulma, təsis edilmə; 2. əsas, özül, binövrə;(base-də bu mənada deyil?) 3. səbəb; 4. hənd. oturacaq;
Multitrana qədər hələ keçiləsi yolumuz var. Amma Azərbaycanda İKT sahəsinə diqqət son zamanlarda xüsusi olaraq artıb, iki-üç ilə olar :). Mən bilən əgər həmin vikipediydakı fayl commonsa yüklənibsə hə olar, yox əgər yüklənməyibsə gərək kompyuterin yaddaşına verib yenidən vikipediyaya yükləmək lazımdır. Mən bu cür bilirəm --A_M_D 19:16, 23 Mart 2007 (UTC)
Belədir, fayl commonda olmasa, onu kompyuterin yaddaşından yükləməlyik. --Mehrdad 16:46, 28 Mart 2007 (UTC)
muzakirelerde 'identation'
redaktəMuzakirelerde : istifade ederek paraqrafi bir tab ic terefe aparmaq yaxsi stildir ancaq renglerin istifade olunmasi mence qarisdirir. en-vikipediyaya goz attim eyni ile : istifade olundugu halda, rengler deyil sade olaraq indentation (identifikaisiya??) emele gelir. yeqin ki, bu adminlerin elinde olan birseydir. teklif ederdim ki, biz de sade formata kecek. aruz 19:22, 24 Mart 2007 (UTC)
- Razıyam. Amma əvvəllər heç belə deyildi. İngilis vikipediyasında olduğu kimi idi, Kənd meydanında da belədir, bu sonradan dəyişildi. Doğrusu mənim texniki işlərdən elədə başım çıxmır, səhv etmirəmsə Sed bacarır. Ondan xahiş etmək olar.--A_M_D 19:30, 24 Mart 2007 (UTC)
Maddi Kömək
redaktəSalam AMD, Maddi Yardm və ya Maddı Kömək sözu haqında fikrimi kənd meydanənda yazdım. Saqolun. --Mehrdad 16:48, 28 Mart 2007 (UTC)
Latın-Kiril-Ərəb
redaktəSalam Sed.
Bildiyin kimi Azərbaycan dili hal-hazırda 3 əlifbadan istifadə etməklə yazılır. Cənubda-Ərəb qrafikalı, Bizdə isə--Latın, orta yaşlı, orta yaşdan yuxarı şəxslər isə latını elədə bilmirlər deyə Kiril. Vikipediyanın hər birində olması vacibdir (Amma məcə kiril əlifbasını çıxa bilərik). Buna baxmyaraq, bu gün Vikipediya heç də hər iki qrafika ilə tam fəaliyyət göstərə bilmir, göstərsədə bu elədə xoşa gələn formada deyil.
Qısa zamanda lazımdır ki, Azərbaycan vikipediyasında da 3 və ya 2 qrafikal əlifba düzəlsin (Qazax-vikisində və ... biridə var amma adı yadımdan çıxıb). Düzü mən aramızada texniki məslələrdən ən yaxşı başı çıxan səni hesab edirəm, ona görədə bunu edə biləcək şəxs məncə ancaq sənsən. Əlimdən gələn nə varsa kömək etməyə hazıram. Bu linkler komek edə bilerler--
- A_M_D əvvəla etimadın üçün təşəkkürlər. Bu məsələ məni də çoxdandır narahat edir qazax (və birdə çindi deyəsən) vikisinin bunu həll etdiyini eşidəndə (bir neçə ay oldu yəqin ki) həyəcanlanmışdım. Yalnız o həllin bizim vikiyə tam uyğun olmadığını gördüm: orda ərəb qrafikası ilə məqalə daxil etmək mümkün deyil. Bu da yəqin ki cənublu soydaşlarımızın bizim vikini istifadəsində əngəl törədəcək.
- Amma sadəcə sistem mesajlarının indiki kimi <latın>/<ərəb> formatında yazılışından qurtula biləcəyimizi fikirləşirəm. Yəni qazaxlardakı kimi hansı qrafika seçili isə o qrafikadakı sistem mesajı gələcək. Amma burda da kiçik bir problem var: düyməsinə basdıqda bütün sistem kirilə-əsas əlifbaya- keçir. Yəni bizdə olsa latına keçəcək. Bir də bu dəyişiklikləri bugzilla deyilən yerə php fayllarını göndərməklə edirlər. Bunun yan təsiri olaraq sistem mesajlarının tərcüməsi(ərəb qrafikası üçün) artıq birbaşa viki üzərindən mümkün olmayacaq.( Bu o qədər böyük bir problem olmamalıdır. Sadəcə tərcümənin sürətini azaldar. (ərəb mesajlarının böyük hissəsi bundan sonra hazırlanacaq)).
- Bütün bunlar barədə fikir və şərhlərə ehtiyac var. Burada Mehrdadın (ərəb qrafikasını ən mükəmməl o bilir) və ümumiyyətlə digər istifadəçilərin də fikirləri yaxşı olardı. --Sed 17:21, 31 Mart 2007 (UTC)
- PS: orda ərəb qrafikası ilə məqalə daxil etmək mümkün deyil dedikdə: redaktə düyməsinə basdıqda sistem dediyim kimi əsas əlifba olan kirilə keçir yəni əslində anladığım qədəri ilə bütün məqalələri kirildə qeyd edirlər. Göstəriş zamanı isə hansı əlifba seçili isə o əlifbaya çevirib göstərirlər. Belə ki kiril vəya latından ərəb qrafikasına çevirmək çox da çətin deyil(mən ancaq təxmin edirəm, ərəb əlifbasını yaxşı bilən birisi dəqiq fikir deyə bilər) amma ərəbdən kirilə və ya latına çevirim mümkün deyil. Belə ki ərəb qrafikasında sadəcə bir iki sait var, məsələn və ərəb qrafikasında yazılmış mətni bütün verilənlər olmayacağı üçün kompyuter avtomatik çevirə bilməyəcək. --Sed 17:36, 31 Mart 2007 (UTC)
- Mən başa düşdüyümə görə redaktəni yalnız bir dildə aparmaq olacaq, amma göstərəndə seçilmiş dildə göstərəcək. Bu pis oldu :(
- Həqiqətə baxsaq burada yazılan məqalələrin ~95% latın qrafikası ilə yazılır. İranda vikipediyaya qadağa qoyulduqdan sonra (götürülübmü?) cənubdakı qardaşlarımızın aktivliyinin (~5% aktivlik) daha da aşağı düşdüyünü müşahidə etmək olar. Ola bilsinki, İranda vikipediyaya qadağa bir müddət sonra götürüldü, amma soydaşlarımıza olan münasibət hamıya bəllidir, inanmıram ki, onlardan hansısa vikipediyaya gəlib burada duzəliş edə bilsin. Bircə Mehrdad bu əlifbadan istifadə edir, o da latın əlifbasını bilir.
- Buna baxmayaraq həmin kəslərin vikipediyadan məlumat toplamaq imkanları olacaq (ərəb qrafikası ilə).
- Əlbətdə vikipediyanı indiki vəziyyətdə saxlaya bilərik, amma bu yeni istifadəçilərin (elə mövcud istifadəçilərin əksərinin də) bu cür görünüş "qorxudur". Mən şəxsən dost-tanışa vikipediya haqqında məlumat verəndə onların ilkin təəsuratları məhz ərəb və latın qrafikasının qarışıq yazılması ücbatından bir az təccüblü-mənfi olur. Doğrusu əksəri elə düşünürki, orada yazılanlar farscadır. Azərbaycanda belə yerlərdə farscaya qarşı olan münasibət barəsində danışmaq məncə əbəsdir, hamıya məlumdur nəyə görə.
- Yaxşı olar ki, bu mövzuda kənd meydanında bölüm açıb, orada bu sistemin müsbət və mənfi keyfiyyətlərini sadalayasan. Hamı orada fikir mübadiləsi aparsın--A_M_D 18:30, 31 Mart 2007 (UTC)
Vandalism
redaktəThanks for reverting vandalism on my user page. Təşəkkür edirəm, --Grandmaster 08:01, 5 Aprel 2007 (UTC)
gun aydin
redaktəgun aydin, men azerbaycan dilli vikipediaya teze gelmishem, meqsedim beynelxalq munasibetlere aid materiallari genishlendirmekdir. lakin Kateqoriya:Beynəlxalq Münasibətlər yarada bilmirem mene komek ede bilersinizmi?--Elsanaturk 19:21, 7 Aprel 2007 (UTC)
- Uzrler! uje duzelde bildim. narahatchiligha gore uzr isteyirem --Elsanaturk 19:28, 7 Aprel 2007 (UTC)
- Bir daha salam. Görürəm bu problemin öhdəsindən mənim köməyim olmadan, artıq gəlmisiz, TƏBRİKLƏR. Başqa bir problem olarsa çəkinmədən müraciət edin. Maksimmal dərəcədə çalışıb kömək edərəm. Sadəcə kateqoriya yaradarkən çalışın {{kateqoriya}} sözlərini də ora əlavə edəsiniz. Bir daha xoş gəldiniz--A_M_D 19:32, 7 Aprel 2007 (UTC)
Cənab AMD628
redaktəSalam SPULT və ya Fərid Əlizadə.
Bir daha vikipediyaya xoş gəldiniz....
Fəaliyyətiniz nəticəsində yaratdğınız və ya redaktə etdiyini bir neçə məqalədə dəyişiklik etdim. Bunları Vikipediyanın qaydalarına uyğun olmadığı üçün edilmişdir:
- Əvvəla istifadəçi özü haqqında məqalə yarada bilməz. Özünüz haqqında informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiz, hansıki mən Fərid Əlizadə məqaləsinin sizin istifadəçi səhifənizə köçürtməklə artıq bunu etdim. Bir daha bu xarakterli məqalə yaradsanız, silinəcək, əgər Vikipediyanın qaydalarını pozmağa ardıcıl cəhd olunarsa, bloklanacaqsız (Fəaliyyətinizin xarakterindən asılı olaraq müəyyən müddətə və ya daimi).
- SPULT məqaləsinin indiki vəziyyətində reklam xarakterli yazılara rast gəlmədim, əgər bundan sonra daxil ediləcəksə silinəcək. Reklam burda yolverilməzdir!.
- Yuxu qrupu haqqında yazılarınızla qismən tanış oldum. Gözəl məqalədir, amma ki, burada "ən yaxşı rep və ya pop qrupu" və s. kimi şişiridci sözlər işlədilə bilməz. Bu məqalənin məzmununu bir azda zənginləşdirsəniz ön səhifəyə qoya bilərik.
Ümumilikdə fəaliyyətinizi normal - bəzəndə müsbət dəyərləndirirəm.
Vaqif Mustafazadənin şəkilini artırmanızı çox bəyəndim. Mümkünsə onun tək şəklini yerləşdirin. Çox xahiş edirəm!
Bu yolda hamımıza uğurlar. Hər hansısa bir köməkdən ehtiyacınız olarsa buyurun, müraciət edin --A_M_D 16:27, 9 Aprel 2007 (UTC)
P.S. Burada müəlliflik hüququ deyilən bir şey yoxdur. Bura daxilən edilən hər bir şey artıq hamınındır, bəzi media fayllar istisna olmaqla.--A_M_D 16:32, 9 Aprel 2007 (UTC)
- Hormetli istifadeci. Xahis olunur muelliflik huquqlari ile qorunmus isleri icazesiz derc etmeyesiniz. Tesekkurler. --TimBitsتِمبِتس 07:10, 10 Aprel 2007 (UTC)
Sizin mənə göstərdiyiniz səylərə çox sevindim. Biz hamımız Azərbaycan dilli Ensiklopediyanın inkişafina görə çox, hətta lap çox çalışmalıyıq. Yuxu qrupu haqqında olan məlumatları çalışaram ki, artıram. Orada qeyd olunan Azərbaycanın ilk ROK qrupu reklam xarakterli deyildir. Bu sadəcə həqiqət olduğuna görədir. Dediyiniz kimi Vagif Mustafazadənin də tək şəklini çalışıb buraya yükləyərəm. Hər hansı bir sualda sizə müraciət etsəm məncə yaxşı olardı. Təşəkkür edirəm! SPULT (İmza sonradan qoyulmuşdur --A_M_D 09:45, 10 Aprel 2007 (UTC))
- Buyurun çəkinmədən müraciət edin, əlimdən gələni edərəm. Vikipediyanın inkişafı ilə bağlı fiirlərinizlə 100% razıyam, bəlkə daha da çox :)--A_M_D 09:45, 10 Aprel 2007 (UTC)
---Mən Vagifin şəklini yerləşdirdim. Yuxu qrupuna aid bəzi əlavələr etdim. Sizin ona verdiyiniz rəy mənə bəlkə də maraqlıdır. Yeni məlumatlar, hətta sizə də maraqlı olacaqdır :)- Bir də, Freddie Mercury Haqqında dəhşətli dərəcədə yorğunçuluğa düçar olduğum məlumat yerləşdirmişəm. Onu da nəzərdən keçirin. --SPULT 10:56, 10 Aprel 2007 (UTC)
---Mənim yeni bir layihəm Rüstəm İbrahimbəyov --SPULT 10:34, 11 Aprel 2007 (UTC)
- Salam SPULT. Fəaliyyətlərinizi bəyənirəm və izləyirəm. Gözəl məqalədir :) --A_M_D 06:39, 14 Aprel 2007 (UTC)
Mənbə
redaktəİranda Azərbaycanlıların sayı haqqında müstəqil mənbələr. Onların hamısında 16 milyonla 23 milyon arasında olan rəqəmlər göstərilir. 1, 2, 3. 74.122.177.68 23:55, 12 Aprel 2007 (UTC)
SPULT > Farid
redaktəSalam Fərid. İstifadəçi adını bu cür dəyişmək düzgün deyil. İstifadəçi adını dəyişmək üçün bürokratlara (Mehrdada və ya TimBitsə) müraciət etmək lazımdır.--A_M_D 06:42, 17 Aprel 2007 (UTC)
Cənab A_M_D mən sizin məktubunuzu İstifadəçi adına olanı aldım. Mən adımı geri dəyişdim. Yuxu qrupunun səhifəsinə aid məlumatları məndən artırmağı xahiş etmişdiniz. Lazımınca məlumat toplayıb orada yerləşdirdim. Onu əsas səhifəyə qoymağı mənə söz vermişdiniz. Xahiş edirəm Yuxuya baxın və səhflər varsa düzənləyib mümkün olsa əsas səhifə edin. Təşəkkürlər! SPULT (İmza sonradan artırılmışdır --A_M_D)
- Çox gözəl. Adla bağlı problemi Mehrdadla həll edə bilərsiz.
- Yuxu məqaləsinə bir iki dəyişiklik edib namizəd məqalələrə əlavə edərəm (amma hal-hazırda yox, sabah :) ), amma bunu sizdə edə bilərsiz- Vikipediya:Fəal məzmun
- Müzakirə səhifələrində fikirdən sonra imza mütləqdir
- Bir daha fəaliyyətiniz üçün təşəkkür edirəm --A_M_D 20:22, 17 Aprel 2007 (UTC)
İstifadəçi ad dəyişməsi
redaktəSalam Mehrdad, necəsən? Ümid edirəm ki yaxşısan :)
İstifadəçi:SPULT, indiki İstifadəçi:Farid öz adını mənə elə gəlir ki adını düzgün şəkildə dəyişməyib. Yoxsa belə düzgündür? Mənə elə gəlir ki onun bürokratların köməyinə ehtiyacı var-- A_M_D 06:40, 17 Aprel 2007 (UTC)
Həmçinin İstifadəçi:Ilmar--A_M_D 06:45, 17 Aprel 2007 (UTC)
- Salam A_M_D, mən yaxçıyam sağol. İnşallah ki sizində halınız yaxçıdır. Bir azca mənim başım işdə qarışıb, çox Vikidə fəaliyyət göstərəbilmirəm. İstifadəçilərin artması və fəal omlaqlarından çox sevinirəm. O türk-ərəb qrafikası haqındada bunda çox sizilə müzakirə etməlıyəm.
Düz deyirsiz, Burukratlar istifadəçi adların dəyişə bilərlər, ancaq istifadəçi özü buna rizayət verməlidir. Mən onlardən soruşaram.
Hələləik. --Mehrdad 16:50, 17 Aprel 2007 (UTC)
- Salam, istəkləri olsa dəyişə bilərlər, bu artiq problem deyil.
- Türk-Ərəb qrafikasına dair istənilən yöndə danışa bilərik. Mən şəxsən bu sistemin tətbiq olunmasının tərəfdarıyam--A_M_D 20:34, 17 Aprel 2007 (UTC)
Linkler
redaktəVerdiyin linklere gore cox sag ol. Helelik problemi hell eliye bilmemisem. Ola bilsin ki, menim komputerimnendi. Komeye gore yene de tesekkur eliyirem. --TimBitsتِمبِتس 04:21, 22 Aprel 2007 (UTC)
Təşəkkür
redaktəSalam Mübariz Q. Nağıyev
İlk öncə fəaliyyətiniz üçün ÇOX SAĞOLUN!
Vikipediyada reklam məzmunlu yazıların yerləşdirilməsi həmçinin müəllifin özü haqqında ensiklopedik məqalə yaratması qadağandır. Bunları əsas tutaraq yaratdığınız məqaləni öz istifadəçi səhifənizə köçürtdüm, Yaddaş məqaləsindəki reklam məzmunlu hissələri sildim. Bu cür məqalələr daima silinmişdir.
Bir daha Vikipediyanı zənginləşdirdiyiniz üçün Sizə MİNNƏTDARIQ!--A_M_D m-f 18:53, 25 Aprel 2007 (UTC)
Düzəlişləriniz üçün təşəkkür edirəm. Bircə məqalələrdəki mənim səhifəmə yönəltmələri redaktə etdim. Səhvlərimlə vaxtınızı aldığım üçün üzr istəirəm. İstifadəçi:Mübariz Nağıyev(İmza sonradan qoyulmuşdur --A_M_D m-f)
Borcumuzdur, bundan sonrada nəyəsə ehtiyacınız olarsa çəkinmədən müraciət edin, əlimdən gələn hər bir köməyi etməyə hazıram. Əlavə bir neçə məqama toxunmaq istərdim:
- Müzakirə səhifələrində fikirinizdən sonra imza qoymanız vacibdir. Bunu imza və vaxt düyməsi vasitəsi ilə və ya ~~~~ (4 tilda) işarəsi vasitəsilə edə bilərsiz. Sonradan yazılmış fikrin kimə aid olduğunu müəyyənləşdirmək üçün bu vacibdir.
- İstifadəçi ad dəyişimi üçün bürokratlara (Mehrdada və TimBits) müraciət etmək lazımdır. Bu cür primitiv şəkildə ay dəyişimi sistemdə istifadəçi adını mən bilən dəyişmir, bunu bürokratlar etməlidirlər.
İştirakınız üçün TƏŞƏKKÜRLƏR! --A_M_D m-f 10:10, 26 Aprel 2007 (UTC)
Məsləhət
redaktəSalam. Bilmirem, meslehet vermeye haqqim var ya yox amma uzr isteyeek icazenle bir seyi qeyd edim ki, mence qadagandir, vacibdir, mutleqdir kimi keskin terminler isledib yeni istifadecileri cekindirmekdense, lazimdir, yaxsi olardi kimi sozlerden istifade edek. Eyni fikri ferqli sozlerden istifade etmekle deyende effekti tamam basqa ola biler. Bir daha uzr isteyirem bu qeydim ucun. --TimBitsتِمبِتس 17:12, 26 Aprel 2007 (UTC)
- Tamamilə haqlısan. Sadəcə bu sözləri o qədər demişəmki, (düzdür bu mənə heçdə bunları təkrar deməməyə haqq qazandırmır) artıq bu tip problemlərlə rastlaşanda belə deyək emosional gərginlik ucbatından nisbətən kəskin sözlər işlətməli oluram. Çalışaram bu sahədə daha diqqətli olam :) Bu cür sözləri harada görsən (sözsüz ki, mən yazdığım) lütfən dəyiş.
- Məsləhət və tənqid gözəl şeydir (hərçənd bəziləri bunu başa düşmür), özünə kənardan baxa bilirsən. Buna görədə məsləhətlərə daim şadam :) --A_M_D m-f 19:39, 26 Aprel 2007 (UTC)
Anlayisiniz ucun tesekkurler. --TimBitsتِمبِتس 05:20, 27 Aprel 2007 (UTC)
Hoşbuldum
redaktəselam. Ben uzun zamandır Türkiye vikipedisi'nde katkı yapmaktayım. Benimle ilgili bilgiler bu sayfadadır Azerbeycan Televizyonu'nu sürekli izlerim. Bu yüzden sizin dilinizi anlıyor fakat konuşamıyorum. Yine de elimden geleni yapmaya çalışacağım. Sevgiler... -- maderibeyzamsj 16:34, 27 Aprel 2007 (UTC)
- Bir daha salamlar. Problem yox, bacardığınız qədər kömək etməniz kifayətdir. Köməyimə ehtiyacınız olarsa çəkinmədən müraciət edin.
- Bir xahiş imzanızdakı (msj) səhvi götürün. Bunu imzanıza olduğu kimi copy edin-- [[Image:Crystal ksmiletris.png|20px]][[ İstifadəçi:Maderibeyza|<font color="purple">'''maderibeyza'''</font>]][[İstifadəçi müzakirəsi:Maderibeyza|<sup><font color="blue">'''msj'''</font></sup>]] . İştirakınız üçün bir daha təşəkkürlər--A_M_D m-f 16:47, 27 Aprel 2007 (UTC)
Bəxtiyar Vahabzadə və Məmməd Arazın şerləri
redaktəSalam Alperx.
İlk öncə yaratdığın məqalələr görə təşəkkürlər..
Bəxtiyar Vahabzadə və Məmməd Arazın şerlərini mən heçdə vikipediyadan silməmişəm, mən yalnız şerləri VikiMənbəyə daşıdım. Bildiyiniz kimi şerlərin və əsərlərin yeri oradır.--A_M_D m-f 20:37, 27 Aprel 2007 (UTC)
Salamlar
Mən vikipediyadan silinmiş sanmışam. Kusura bakma. Salamlar--Alperx 20:57, 27 Aprel 2007 (UTC)
- Bir daha salam. Mümkünsə məqalə adlarını əvvəlki məqalələrin adlarına uyğun olaraq adlandır. Yəni kəndlər haqqında məqalələrin adlarının sonunda il adını işlətmə. kəndin adı yetərlidir. Əgər bu adda başqa kəndlərdə varsa bunu dəqiqləşdirmə səhifələri ilə həll et. Bax- Kateqoriya:Azərbaycan kəndləri. --A_M_D m-f 08:31, 28 Aprel 2007 (UTC)
Maqale adları
redaktəBir daha salam. Mümkünsə məqalə adlarını əvvəlki məqalələrin adlarına uyğun olaraq adlandır. Yəni kəndlər haqqında məqalələrin adlarının sonunda il adını işlətmə. kəndin adı yetərlidir. Əgər bu adda başqa kəndlərdə varsa bunu dəqiqləşdirmə səhifələri ilə həll et. Bax- Kateqoriya:Azərbaycan kəndləri. --A_M_D m-f 08:31, 28 Aprel 2007 (UTC)
- Selam Amd628, bu maqale adlarının bulundukları vilayet adları ile yazılmasında fayda vardır. Sizde bilirsiniz ki, Türkiye'de aynı adı taşıyan çok yer vardır. bunların ayrı yer olduğunu anlamak için vilayet adları ile maqale açılmasında fayda vardır. Kolay gelsin.--Alperx 08:37, 28 Aprel 2007 (UTC)
- Bunun üçün biz həmişə dəqiqləşdirmə səhifələrindən istifadə etmişik (bax- Əlibəyli). Daha sonra eyni adlı kəndlərin adlarının sonuna mötərizədə () yerləşdikləri rayonu əlavə etmişik. Hər bir kəndin sonuna il adını əlavə etmək istəsəniz bunu mötərizədə etməniz daha gözəl olardı. Təşəkkürlər --A_M_D m-f 08:46, 28 Aprel 2007 (UTC)
- dəqiqləşdirmə səhifələrindən istifadə kendler için kullanığımız takdirde çok yer alacaktır. O dediğiniz 2-3 yer adı için güzel oluyor ancak aynı adı taşıyan kend adı burada hem vilayette hem ilçede hemde genel olarak Türkiye'nin diğer vilayet ve illerinde de mevcut olduğu için bu şekilde yazmayı uygun görmüştüm ben.--Alperx 08:54, 28 Aprel 2007 (UTC)
- Çok sağolun, Azeri Türkçesi'nde İl, İlçe'ye ne deniyor? Bizde ki Köy sizde Kend sanırım. Birde Şablon bu Çorum merkez reyon ve kendleri adı doğru mu? Yardıncı olursanız mutlu olurum.--Alperx 09:05, 28 Aprel 2007 (UTC)
- Mən bilən bu sözlərin qarşılıqları bu cür olmalıdır:
- köy-kənd
- il-şəhər, vilayət
- ilçə - qəsəbə (kiçik şəhər)
- Şablonun adını isə Çorum vilayətinin qəsəbə və kəndləri kimi dəyişməyi məsləhət görərdim. Amma məncə buda yazıla bilər.
- Bu sözləri bir iki dostdan soruşub daha dəqiq deyərəm
- Gec cavaba görə bağışlayın--A_M_D m-f 11:49, 28 Aprel 2007 (UTC)
- Mən bilən bu sözlərin qarşılıqları bu cür olmalıdır:
Mən bir iki nəfərdən soruşdum, amma son nəticəyə gəlməmişəm. Bu sözlərin mənasını (tərcüməsini yox!) tam yaza bilərsənmi? --A_M_D m-f 16:46, 30 Aprel 2007 (UTC)
- Yardımlarınız için teşekkür ederim fakat bu bilgiler yetersiz.Yinede Çok sağolun.--Alperx 17:45, 30 Aprel 2007 (UTC)