Istifadeci Muzakiresi Sahzade Arxiv 1 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Şahzadə! |
Tez-tez soruşulan suallar | Salam, Şahzadə. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Sortilegus 13:28, 29 yanvar 2010 (UTC)
Salam
redaktəSalam. Azərbaycan dilində olan Vikipediyaya bir daha xoş gəlmisiniz! Fəaliyyətinizi maraqla izləyirəm. Son dövrlər Azərbaycan xalq oyunları haqqında yaratdığınız dəyərli məqalələrə görə Sizə öz təşəkkürümü bildirirəm. Hörmətlə:--Sortilegus 21:15, 20 Mart 2010 (UTC)
Rəqəmlərin magiyası
redaktəSalam, Şahzadə. Rəqəmlərin magiyası məqaləsi haqqında sizin fikirlərinizi bilmək istərdim. Sizcə, məqalə nə dərəcədə maraqlıdır? Təşəkkürlər, --Tar 88 05:38, 11 Aprel 2010 (UTC)
Kateqoriya
redaktəSalam Şahzadə xanım. Yaratdığınız dəyərli məqalələrə gğrə Sizə təşəkkür edirəm. Bir şeyi diqqətinizə çatdırmaq istəyirəm ki, "Şərbətlər" kateqoriyası "İçkilər" kateqoriyasına, o da öz növbəsində "Mətbəxt" kateqoriyasına aiddir. Şərbətlərlə bağlı yaratdığınız məqalələrdə təkcə "Şərbətlər" kateqoriyası yazmanız kifayətdir.--Vago 07:47, 11 Aprel 2010 (UTC)
Məsləhət üçün təşəkkür edirəm--Şahzadə 07:52, 11 Aprel 2010 (UTC)
Seçilmiş şəkil
redaktəŞahzadə, Ağ zanbaq şəklini Ana səhifəyə qoyulmasına razısansa Buradan səs verə bilərsən.--Tar 88 14:10, 23 Aprel 2010 (UTC)
Bilirsinizmi
redaktəŞahzadə, Ana səhifədəki dəyişikliklər barəsində fikrini Buraya yaz.--Tar 88 13:57, 24 Aprel 2010 (UTC)
Ana səhifə
redaktəKənd meydanında Ana səhifənin yeni görünüşünü müzakirə edilir. Ana səhifənin yeni versiyasını dizayn etmişəm. Ana səhifənin yeni görünüşü haqqında öz fikrinizi yazın.--Tar 88 16:34, 26 Aprel 2010 (UTC)
Etimad səsverməsi
redaktəÖz təşəbbüsümlə 22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən və hal-hazırda davam edən etimad səsverməsində iştirak edərək mənə etimad göstərməyinizi rica edirəm. Ən azından münasibət bildirməyiniz mənim üçün maraqlı olardı. --Cekli829 14:02, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Bitərəf qaldığınız üçün Sizə təşəkkür edirəm! --Cekli829 18:31, 30 dekabr 2010 (Cek vaxtı ilə)
Məsələlərdən bir o qədər dəqiq xəbərim olmadığı üçün bitərəf qalmağı özüm üçün rəva bildim.--Şahzadə 14:43, 30 dekabr 2010 (UTC)
Seçilmiş məqalə
redaktəSalam Şahzadə. Vikipediya:Seçilmiş məqalə namizədləri səhifəsində Frans Kafka məqaləsinin seçilmiş məqalə olması üçün keçirilən səsvermədə həm "lehinə" səs vermisiz, həm də "bitərəf" qalmısız. Mövqeyinizi dəqiqləşdirməyi sizdən xahiş edirəm. Əks halda verdiyiniz səslər etibarsız sayılacaq. Hörmətlə:--Sortilegus 21:25, 30 dekabr 2010 (UTC)
Salam, Sortilegus. Bu mexaniki səhvdir. Əslində Frans Kafka məqaləsinin seçilmiş məqalə olması üçün "bitərəf", Şarl de Koster məqaləsinin seçilmiş məqalə olması üçün isə "lehinə" səs vermişəm. Təsadüfən bir az diqqətsizlik etmişəm. İndi düzəliş apararam. Diqqətinizə görə sizə təşəkkür edirəm.--Şahzadə 07:42, 1 yanvar 2011 (UTC)
"Azərbaycan Bayrağı" nişanı
redaktəHörmətli Şahzadə ! Siz Azərbaycan Vikipediyasında zəhmətkeş fəaliyyətinizə görə "Azərbaycan Bayrağı" nişanı ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 08:53, 23 yanvar 2011 (UTC)
- Hörmətli həmkarımız Acategory! Mənə etimad göstərib zəhmətimə verdiyiniz dəyərli mükafata görə sizə çox-çox təşəkkür edirəm. Çox sağ olun! Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə: --Şahzadə 15:24, 23 yanvar 2011 (UTC)
Səsvermə başa çatıb
redaktəSalam Şahzadə. Neftçala məqaləsinin seçilmiş məqalə olması üçün keçirilən Səsvermə başa çatdığı üçün Sizin səsiniz qəbul olunmur. Uğurlar! --Cek Li Taran 07:18, 12 fevral 2011 (UTC)
Məlumat üçün çox sağ olun. Bir az diqqətsizlik etdim. Sizə uğurlar arzulayıram! --Şahzadə 07:28, 12 fevral 2011 (UTC)
Təbrik edirəm
redaktəHörmətli Şahzadə ! Siz Azərbaycan mətbəxi adlı möhtəşəm şablon yaratdığınıza və Vikipediyada humanist prinsiplərin təbliğində böyük rol oynadığınıza görə "Vikimələklər" nişanı ilə təltif edilirsiniz. Siz eyni zamanda bu mükafatın ilk laureatısınız. Təbrik edirəm. --Acategory 14:40, 13 mart 2011 (UTC)
Hörmətli Acategory ! Təltif etdiyiniz mükafata görə sizə dərin təşəkkürümü bildirirəm. Bu mükafat məni hədsiz dərəcə də sevindirdi. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Hörmətlə: --Şahzadə 15:04, 13 mart 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Vikipediya:Bloklama qaydaları ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Bloklama qaydaları) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 07:52, 7 aprel 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, ----N KOziMüzakirə 07:31, 19 aprel 2011 (UTC)
Qaralama
redaktəSalam, Şahzadə xanım. Bitkilərdə şablonların artıq getməsi Sizi narahat etməsin, inşallah belələrini kateqoriyalaşdırıb avtomatik siləcəyəm (hələ ki texniki imkanlar bu vəziyyətdədir.) -Hörmətlə →VagoMüzakirə 09:29, 1 iyun 2011 (UTC)
Salam Vago. Bitkilərdə şablonların artıq getməsinin texniki səhv olduğunu bilirdim, ancaq onları avtomatik siləcəyinizi düşünməmişdim. Eləcə də şablonun adında da səhvlik var ("Birlepe-qaralama" və yaxud "İkilepe-qaralama"). Çox sağolun.Hörmətlə:--Şahzadə 09:38, 1 iyun 2011 (UTC)
- Texniki olaraq "ə" hərfi ilə bağlı Azərbaycan üçün olan problemləri həll edə bilmirik. O üzdən elə verilib. Onlar sonra redirekt olunacaq.→VagoMüzakirə 09:41, 1 iyun 2011 (UTC)
Salam Şahzadə
redaktəSalam Şahzadə Mənim adım Rızayeva Leyladır. Səninlə tanış olmağıma şadam.
- Salam, Leyla xanım. Mən də sizinlə tanışlığıma çox şadam. Bağışla ki, mesajına gec cavab verdim. Fəaliyyətinizlə maraqlandım, xoşuma gəldi. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Şahzadə 16:52, 24 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Earth Song məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 16:53, 16 iyun 2011 (UTC)
Salam
redaktəÇox sağ olun
- Dəyməz--Şahzadə 17:03, 24 iyun 2011 (UTC)
Salam
redaktəHəmişə atıram.Tələsən vaxtlarda yadımdam çıxır imza atmaq. Mənim 13 yaşım yəni 1998-ci ildə anadan olmuşam 22 aprel. Əgər bilmək olarsa sizin neçə yaşınız var? Hörmətlə--Rızayeva Leyla 18:08, 24 iyun 2011 (UTC)Rızayeva Leyla
Fəaliyyət
redaktəFəaliyyətimə baxanda ancaq iki məqalə yaratmışam. Məncə bu çox azdır. Təriflənəsi əsas sizin məqalələrinizdir. Məqalələriniz çox xoşuma gəldi.--Rızayeva Leyla 18:11, 24 iyun 2011 (UTC)Rızayeva Leyla
Şablon
redaktəSalam, Vago. Vaxtınızın az olduğunu bilsəm də Azərbaycan mətbəxinin geniş və çoxsahəli olduğunu nəzərə alıb Azərbaycan mətbəxi şablonunu bu və digər formada düzəltmək istədim. Ancaq alınmadı. Sizdən xahiş edərdim ki, mənə kömək edəsiniz.Kömək etmiş olsanız çox şad olardım. Hörmətlə:--Şahzadə 17:15, 24 iyun 2011 (UTC)
- Salam Şahzadə xanım, hələ ki bildiyim qədərində düzəltdim, amma nədənsə tam istədiyiniz kimi olmadı, daha doğrusu bir balaca nöqsanlıdır. Səbəbini tapa bilsəm əl gəzdirərəm. Hörmətlə, →VagoMüzakirə 08:13, 25 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Manna məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 13:47, 25 iyun 2011 (UTC)
Salam
redaktəSalam Şahzadə.Sizin neçə yaşınız var?Rızayeva Leyla 17:48, 17 iyul 2011 (UTC)Rızayeva Leyla
- Salam Rızayeva Leyla. Mən də sizinlə həmyaşıdam.--Şahzadə 12:03, 27 iyul 2011 (UTC)
Onda siz də 1998-ci ildə anadan olmusuz hə? amma mən elə bilirdim ki, siz məndən çox böyüksünüz.Rızayeva Leyla 13:02, 27 iyul 2011 (UTC)Rızayeva Leyla
- Bura sosial şəbəkə olmadığından biz özümüz haqqında olan məlumatları çox açıqlamayaq. Bu bizə gələcək fəaliyyətlərimiz zamanı müxtəlif maneələr yarada bilər. Axı bizim yazdıqlarımızı idarəçilər və digər istifadəçilər oxuyurlar (nəzarət üçün). Gələcək Viki görüşlərin birində görüşüb yaxından tanış olarıq. Müzakirə səhifənizdə yarımbaşlıqlar yazarkən düzgün adlandırmadan istifadə edin. Hər dəfə "Salam" yazmaq doğru deyil. Nümunə üçün digər istifadəçilərin müzakirə səhifəsinə baxmanız kifayət edər. Hörmətlə: --Şahzadə 13:29, 27 iyul 2011 (UTC)
Başa düşdüm.Oldu.Hörmətlə.Rızayeva Leyla 13:32, 27 iyul 2011 (UTC)Rızayeva Leyla
- Sizə uğurlar arzulayıram. Hörmətlə: --Şahzadə 14:02, 27 iyul 2011 (UTC)
Tanışlıq
redaktəSalam Şahzadə.Mən sizin Rızayeva Leylanın müzakirə səhifəsindəki yazını gördüm.Deyəsən sizində 13 yaşınız var hə?Skype-niz varsa mümkünsə skype adınızı mənə verin(mən də sizə)orada danışaq. Razısınız?Hörmətlə --Corcinya 16:22, 27 iyul 2011 (UTC)
- Salam Corcinya. Sizinlə tanışlığıma çox şadam. "Skype"-dən istifadə etmirəm. Elektron poçtdan istifadə edirəm. Qeyd edim ki, şəxsi məlumatları burada yayımlamaq olmaz. Bu bizə gələcək fəaliyyətlərimiz zamanı müxtəlif maneələr yarada bilər. Axı bizim yazdıqlarımızı idarəçilər və digər istifadəçilər oxuyurlar (nəzarət üçün). Hörmətlə: --Şahzadə 14:02, 27 iyul 2011 (UTC)
Salam.Mən də sizinlə tanışlığa şadam.Siz məni düz başa düşmədiniz.Ad deyəndə mən əsl adınızı yox skype adınızı,yəni necə ki,bura(vikipediyaya)əsl adınızı yox loqininizi yazmısınız skypedədə elə adınızı verərmək lazımdır ki,sizi tapa bilim.Sizin elektron poçt loqininizi onda mənə deyinki,sizi tapım.Əgər razısınızsa məndə deyim.Hörmətlə --Corcinya 16:22, 29 iyul 2011 (UTC)
- Corcinya bir daha salam. Sizinlə yaxından tanış olmaq mənim üçündə çox xoşdur. Siz elektron poçt ünvanınızı mənə yazın. Mən sizə məktub yaza bilərəm. Hörmətlə: --Şahzadə 11:42, 10 avqust 2011 (UTC)
Corcinya zəhmət olmasa, mənə e-mail ünvanınızı göndərin. Mənim nə skypedə, nə də facebookda ünvanım yoxdur. Hörmətlə:--Şahzadə 12:49, 10 avqust 2011 (UTC)
siz mənim sizə yazdığım facebook adı səhifənizdən niyə sildiz?mənim mail.ru adım çoxdu.ikisini sizə deyim:Qraf Erik,ikincisi Джо Блек.--Corcinya 16:22,10 avqust 2011 (UTC)
Leyla mail.ru daki loqinini yəni mail.ru adını mənə ver ki səni tapım mən sənə vermişəm --Corcinya 16:22,16 avqust 2011 (UTC)
Salam Corcinya. yəqin ismarıcınız Leylaya yox mənədir. Mən sizin istifadəçi səhifənizdə olan e-ünvanınıza məktub göndərdim.
P.S. Öyrətmək olmasın, müzakirə səhifənizi silməyin. Həmin səhifəni arxivləşdirmək lazımdır. bunun üçün digər təcrübəli istifadəçilərin müzakirə səhifələrinə nəzər yetirin. Sizə uğurlar. Hörmətlə: --Şahzadə 09:23, 16 avqust 2011 (UTC)
Forum
redaktəSalam Şahzadə xanım. 2 həftəlik fasilədən sonra Sizi AzVikidə görmək çox xoşdur. Amma bir xahişim var. Mümkünsə, məqalələr yaradarkən xarici keçidlərdə forumlara istinad etməyin. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 07:50, 10 avqust 2011 (UTC)
Salam Cekli. Bunu bilmirdim. Gələcək fəaliyyətlərimdə nəzərə alaram. Məsləhət üçün təşəkkür edirəm. Hörmətlə; --Şahzadə 07:58, 10 avqust 2011 (UTC)
Sizə Leyla yazdığıma görə üzür istəyirəm.buna vərdiş etmişdim.nəysə olar ki,siz mənim mail.ru adresimə birdə göndərəsiniz elə indi.bu yazını oxuyan kimi.mənim mail.ru adresimin poçtunda mesajlar çox idi buna görə də sizinkinin hansı olduğunu bilmədim.
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! VP:TYV qaydalarına əməl olunması ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı#VP:TYV_2011) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 06:39, 17 avqust 2011 (UTC)
Tanışlıq
redaktəXahiş edirəm Şahzadə hansı ünvanınız varsa mənə verəsiz.Sizinlə əlaqə saxlamağı çox istəyirəm.Facebook olsa daha yaxşı olar.Hörmətlə.Rızayeva Leyla 04:45, 21 avqust 2011 (UTC)Rızayeva Leyla
Salam Rızayeva Leyla. Mən də sizinlə yaxından tanışlığıma çox şad olardım. Qeyd edim ki, mənim nə facebook da nə də skype da ünvanım yoxdur. Əgər sizin e-mailiniz varsa, mənə düzgün yazın. Ancaq şəxsi məlumatların burada açıqlanmasının əleyhinəyəm. Odur ki, yaxın zamanlarda ola bilsin ki, Corcinya ilə şəxsən görüşdüm. O zaman e-mailimi ona verəcəm. Szinlə də görüşmək fikrim var. --Şahzadə 14:11, 5 sentyabr 2011 (UTC)
Müəllif hüquqları pozuntusu
redaktəSaıam Şahzadə. Xalçalara dair yaratdığınız məqalələr Azərbaycan Xalçaları olduğu kimi götürülmüşdür. Bu saytda müəllif hüquqları qorunduğuna dair qeyd vardır. Müəlliflik hüquqları əsas Vikipediya prinsiplərindən biridir. Lütfən nəzərə alın. --N KOzi FORUM 09:32, 5 sentyabr 2011 (UTC)
Salam Vugar 1981. Vikipediya qaydalarına əsasən hər bir məqalənin mənbəsi, istinadı və ya xarici keçidi olmalıdır. Hər bir istifadəçi öz yaradıcılığını burada tətbiq edə bilməz. Ona görə də mən məqalədə mənbə olaraq həmin saytı mənbə kimi göstərmişəm. --Şahzadə 09:42, 5 sentyabr 2011 (UTC)
- Yenə salam. Mənim demək istədiyim odur ki, məsələn sizin yartadığınız Qarayazı xalçası məqaləsi mənbə olaraq göstərdiyiniz saytla eynidir, cümlələr və sözlər olduğu kimi götürülmüşdür. Bu müəllif hüquqları pozuntusudur. Mənbələrlə işləyən zaman onları olduğu kimi copy-paste üslubu ilə məqalələrə yerləşdirmək olmaz. Bu mənbədən istifadə edərək məqaləni öz cümlələrinizlə yazmalısınız. --N KOzi FORUM 09:57, 5 sentyabr 2011 (UTC)
Məsləhətinizi nəzərə alaram. Diqqətinizə görə sağ olun. --Şahzadə 10:10, 5 sentyabr 2011 (UTC)
məndə. facebook-da ya da mail.ru daki loqin adınızı mənə verin ki sizə dostluq göndərə bilim.mənim ki Joe Blek-di.rusca Джо Блек.siz mənə loqin adınızı mütləq verin --Corcinya 16:22 6 sentyabr 2011 (UTC)
mail.ru adınızı zəhmət olmasa bu ayın 15-inə kimi verin.çünki mən dərs vaxtı yalnız bir həftəlik tətillərdə facebook-a girəcəm--Corcinya 16:22 7 sentyabr 2011 (UTC)
Əlaqə
redaktəSalam Şəhzadə.Əgər Facebook-da səhifə açsaydız orada əlaqə saxlamaq yaxşı olardı.Amma belədirsə necə məsləhət bilirsinizsə elə olsun.HörmətləRızayeva Leyla 10:33, 6 sentyabr 2011 (UTC)Rızayeva Leyla
e-mail adını verdə mənə.mənim ki Joe Blek-di Джо Блек-rusca --Corcinya 16:22 6 noyabr 2011 (UTC)
Salam, Corcinya. Sizi bir müddətlik fasilədən sonra burada görməyimə şadam. Mən təklif edirəm ki, sizinlə görüşüm. Bunun üçün sizinlə nə vaxt görüşə bilərəm? Sualımı cavablandırmanızı xahiş edirəm. Hörmətlə: --Şahzadə 11:25, 6 noyabr 2011 (UTC)
salam.bu gün(6 noyabr) saat 20:00-da alınmasa sabah saat 13:00-da.sizə deyim ki mən elə tətil vaxt günün 90%-i internetdə oluram.siz e-mailinizin adını yazın mən sizə dostluq göndərim.--Corcinya 16:22 6 noyabr 2011 (UTC)
Qasımuşağı xalçası poçt markası üzərində
redaktəŞəkil:Qasımuşağı xalçası poçt markası üzərində.jpg faylını AzVikiyə yüklədiyiniz üçün Sizə təşəkkür edirəm. Nəzərinizə çatdırım ki, həmin marka ilə eyni vaxtda Çex Respublikasında üzərində xalça təsviri olan daha bir marka da buraxılmışdır. Mən tam olaraq həmin xalçanın hansı olduğunu dəqiqləşdirə bilmədim. Çünki marka üzərində Koberec ČELABERD sözləri yazılmışdır. Daha ətraflı məlumat buradadır. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 10:20, 29 noyabr 2011 (UTC)
Xalça mövzusu üzrə mənə yaxından kömək etmiş və mənəvi dayaq durdugu üçün: diqqət və mənəvi köməyinizə görə sizə, məqalələrin hazırlanmasında köməyə görə 83 yaşlı Səmərqa (Hümbətova Səmərqa Bulud qızı) nənəyə, qonşulara, məktəbdə "xalça dərnəyi"nin müəlliməsinə və digərlərinə çox-çox təşəkkür edirəm. Qeyd edim ki,poçt markası üzərində Qasımuşağı xalçası ilə yanaşı üzərində xalça təsviri olan daha bir marka Çələbi xalçasıdır. Sizə uğurlar arzulayıram.--Şahzadə 12:47, 4 dekabr 2011 (UTC)
Allah Səmərqa nənənin ömrünü uzun etsin! Xalqımızın bu dəyərli adət-ənənəsinə diqqətlə yanaşdığınız üçün Sizə təşəkkür edirəm. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:56, 5 dekabr 2011 (UTC)