Istifadeci Zakir1948 - Wikipedia
Zakir Bayramlı, tam adı Bayramov Zakir Həmid oğlu 20 iyul 1948-ci ildə Şabran ( keçmiş Dəvəçi) rayonunun Sumaqava kəndi
Zakir Bayramlı
Zakir Bayramlı, tam adı Bayramov Zakir Həmid oğlu 20 iyul 1948-ci il Şabran rayonunun Sumağava kəndi, şair-publisist və yurnalist Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
Zakir Bayramlı
| |
---|---|
Zakir Bayramov |
şair-publisist,jurnalist
Şəxsi məlumatlar
Doğulduğu tarix 20 iyul 1948 76 yaş
Doğum yeri Şabran rayonu, Sumaqava kəndi, Azərbaycan SSR, SSRİ
Təhsili Bakı Plan-uçot texnikumunun planlaşdırma şöbəsi, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsi, Azərbaycan KP Mk-nın Marksizm- Leninizm Universitetinin ideoloji kadrlar fakultəsinin siyasi iqtisad şöbəsi
Fəaliyyəti şair-publisist, jurnalist , 20 iyul 2011-ci il tarixdən pensiyadadır , yaradıcılıqla məşğuldur.
Həyatı
Zakir Bayramlı 1948-ci ildə Şabran rayonunun Sumaqava kəndində müəllim ailəsində anadan olub. 1959-cu ilə kimi Sumağava kəndində yaşayıb. 1960-cı ildə Şabran şəhərinə köçüb. 1963-cü ildə Şabran şəhər Tofiq Abbasov adına 1 saylı orta məktəbin VIII sinfini, (orta məktəbi texnikumda təhsi almaqla yanaşı axşam ümumtəhsil məktəbində başa çatdırıb) 1966-cı ildə isə Bakı Plan-uçot yexnikumunun planlaşdırma şöbəsini bitirib. İlk əmək fəaliyyətinə 1966-cı ildə Şabran rayonundakı 10 saylı Texiki -Peşə məktəbində hesabdar vəzifəsində işləməklə başlayıb. 4 ay orada işlədikdən sonra ştatı ixtisar düşdüyünə görə gənc mütəxəssis kimi payon Təhsil Şöbəsinə mühasib vəzifəsinə köçürülüb. 10 ay orada işlədikdən sonra 1967-ci ilin noyabr ayında ikiillik icbarı hərbi xidmətə çağırılıb. Hərbi qulluğunu Ukrayna və Moldova respublikalarında keçib. Hərbi hissənin ərzaq təchizatı xidmətində katib vəzifəsində çalışıb. 1969-cu ildə ordudan tərxis olunduqdan sonra əvvəlki ışinə davam edib.
Yeniyetmə çağlarından ədəbiyyata böyük həvəs göstərib.1963-1966-cı illərdə texnikumda oxuduğu dövrdə nüfuzlu şair və yazıçılarımız - Cabir Novruzun, Kələntət Kələntərlinin və Sabir Əhmədovun rəhbərlik etdikləri üç ədəbi məclisin üzvü olub."Abşeron", "Qurucu" və "Şabran" rayon qəzetlərinin ştatdankənar müxbiri kimi də fəaliyyət göstərmişdir. Ədəbi yaradıcılığa ilk addımlarını hələ keçən əsrin 60-cı illərindən atıb. Zakirin ilk məqalə və şeirləri "Abşeron" qəzetində işıq üzü görüb.Sonralar onun şeirləri və digər bədii yazıları "Azərbaycan gəncləri","Ədəbiyyat və incəsənət" qəzetlərində, "Kirpi" və "Əbədi Şirvan" jurnallarında, həmçinin "Şabran nəğmələri","Səni vəsf edirəm Dəvəçi", "Çıraqqala" və "Çıraqqala işığında" adlı bədii toplularda oxuculara təqdim olunub.Yeniyetmə və gənclik illərində rayondakı "Çıraqqala" ədəbi məclisinin üzvü olmuşdur. Qırx ildən çoxdur ki, "Şabran" ədəbi məclisinin üzvüdür.
Son illərdə ədəbi yaradıcılıqla yanaşı jurnalistika üzrə də məhsuldar fəaliyyət göstərir. Təkcə 2023-2024-cü illərdə şeir,qəzəl ,rübai və bayatıları ilə yanaşı onun 40-dan artıq iri həcmli məqaləsi respublikamızın mərkəzi mətbuatında çap olunmuşdur. Məqalələrin hamısı masir günümüzlə səsləşir. Yazıların əksər hissəsi gənclərimizin ideya-siyasi tərbiyəsinə və vətənpərvərlik məsələlərinə həsr olunub. Məqalələrrin cəmiyyət səviyyəsində faydalı olduğunu nəzərə alaraq həmin yazılarin 2025-ci ildə “Gənclər, sizə deyiləsi sözüm var ! “ adlı kitabda çap olunası nəzərdə tutulub.
1972-1980-cı illərdə rayon Təhsil Şöbəsinin baş mühasib işləyib.Rayon İcraiyyə Komitəsinin qərarı ilə ciddi kadr ehtiyacına görə rayon Sosial Təminat Şöbəsinə baş inspektor vəzifəsinə köçürülmüşdür. 1980-1984-cü illərdə həmin vəzifədə çalışmışdır. 1984-cü ildə rayon rəhbərliyinin qərarı ilə yenidən rayon Təhsil Şöbəsinə, əvvəlki vəzifəsinə qaytarılmış və 2011-ci ilədək baş mühasib kjimi şöbənin mühasibat uçotu şöbəsinə rəhbərlik etmişdir. 2011-2013-cü illərdə isə rayonun 11 saylı Kənd Tikinti Trestində kadr üzrə müfəttiş vəzifəsində işləmişdir. 2011-ci ildən yaşa görə pensiyadadır. Heç yerdə işləmir,ancaq yaradıcılıqla məşğuldur.
Təltifləri və mükafatları
“Qızıl qələm” media mükafatı laureatı diplomu
Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə Azərbaycan Jurbalistlər Birliyinin diplomu
Vətən müharibəsində xalqımızın Zəfər qələbəsinə həsr edilmiş məqalələrinə görə və anadan olmasının 75 illik yubileyi münasibəti ilə Azərbaycan Jurnalistlər Birliyinin diplomu
Kitabları
40 il təhsilə bağlı ömür (2008), Bakı,”Şirvannəşr”, 280+ 28 səh.
Bir ömür yaşadım (şeirlər) (2012), Bakı,”Müəllim” nəşriyyatı, 142 səhifə
Min ilə bərabər yüz il (2014), “Müəllim, 516 səh.
Günəşdən nur alanlar (2015), “Müəllim”, 448 səh.
İkinci görüş (2015), “Müəllim”, 196 səh.
Arzuları qovuşduran məkan (2016), “Müəllim”,354 səh.
Dünyaya açılan pəncərə (2017), “ Müəllim”, 456 səh.
Mən çağlayan bir bulağam (2017), “Müəllim”,112 səh.
Seçilmiş əsərləri I cild (şeirlər, qəzəllər, təmsillər, bayatılar və poema) (2018), “Müəllim”, 220 səh.
Uğurlara gedın yollar (2018), Bakı, “Müəllim”, 478 səh.
Qocalıqdan cavanlığa qayıdış (2020), Bakı, “Müəllim”,464 səh.
Mənim şeir dünyam (şeirlər) (2020) ,Bakı,”Elm və təhsil” nəşriyyatı, 168 səh.
Qocalıqdan cavanlığa qayıdış kitabının yenidən işlənmiş və təkminləşdirilmiş nəşri (2021),Bakı, “Müəllim”, 294 səh.
Musiqi çeşməsi (2023), Bakı, “Müəllim”, 254 səh.
Məqalələri
(Bura yalnız 2023-2024-cü illərdə mərkəzi mətbuatda çap olunan məqalələrin bir hissəsi daxil edilib)
“ Xalq qəzeti”
Çıraqqala-igid babaların Laçın yuvası
“Çıraqqala”nın sənət şöləsi
Torpağı ver əkinçiyə...
“525-ci qəzet”
Təlim-tərbiyədə şəxsi nümunə: inkişaf üçün mühüm təkan
Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq
Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə
Gəncliyin uğurlu gələcəyinin yolu özünütərbiyədən keçir
Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə - zərərli vərdişlər
Müəllim nüfuzu: təlim-tərbiyədə müstəsna amil
Gəncliyə uğur qazandıran keyfiyyətlər: möhkəm xarakter, güclü iradə
Azərbaycan təhsilinə Hacı Zeynalabdin Tağıyev töhfələri
Təhsildə və təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin təbliği
Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi
“Ədalət” qəzeti
Zorakılıqla bağlı narahat düşuncələrim...
Gənc ailələrdə zorakılığın yaranma səbəbləri.
Uşaq zorakılığına qarşı mübarizə: Cəmiyyətin ən ağrılı problemi.
Müasir dünyada erkən nikahlar: Zorakılığın təzyiq və məcburetmə forması.
Qadınlara qarşı zorakılıq: dünyanı sarsıdan qorxunc bəla
Zərərli vərdişlər: fiziki və psixoloji asılılığın ən dəhşətli forması
Tütün: aludəçilik yaradan ən qorxunc düşmən
Alkoqolizm asılılığı: bəşər nəslinin ən qəddar və yırtıcı düşməni
Dünya XXI əsrin bəlası “Ağ ölüm”lə üz-üzə
Zərərli vədişlərin sağlamlığa mənfi təsiri
Nəfs: insanı həm uğura və həm də uğursuzluğa aparan böyük güc
Ləzzət və peşmançılıq
Yaltaqlıq və nəzakət
Xəsislik və qənaət
Məişət zorakılığı: ailənin, cəmiyyətin və dövlətin ortaq problemi
Sevgi və nifrət
Fəzilət və rəzalət
Sadəlik və təvazökarlıq haqqında
Ən qiymətli təbii sərvət
Xeyir və şər
Müəllif haqqında yazılmış məqalələr
Nizami Rəhmanlı “Demək istədiyimi deyə bildimmi?” “Ədalət” qəzeti, 5.08.2017
Vaqif Yusifli “Zakir Bayramlının çağlayan bulağı”, “Ədalət “ qəzeti 5.12.2017
Əbülfət Mədətoğlu “Zakir Bayramlının poeziya dünyası”, “Ədalət” qəzeti, 21.09.2018
Aydın Tağıyev “Çağlayan bulağ”ın nəğmələri, “Kaspi” qəzeti, 3 02.2018
Vaqif Bayramov “Vətən məhəbbəti, yurd sevgisi”, “Xalq qəzeti” 6.10.2019
Nizaməddin Şəmsizadə “Şairin vətən məhəbbəti və torpaq sevgisi”, “525-ci qəzet” 1.02.2020
Nizaməddin Şəmsizadə “Həyat kitabı” ” 525-ci qəzet”, 3.07.2021
Nizaməddin Şəmsizadə “Lirik janrlar müasirlik mərhələsində” “Ədəbiyyat qəzeti” 3.07.2021
Vaqif Bayramov “Hər kəs yüz il yaşamasa...”,7.04.2022
Əıi Rza Xələfli “On üçüncü görüşün ucalığında”, “Kredo” qəzeti, 2.06.2022
Əbülfət Mədətoğlu “75-ci ilin iyunu” “Ədalət” qəzeti, 7.07.2023
Aydın Tağıyev “Hər günü naxış tək toxunan ömür”, “525-ci qəzet” 28.07.2023
Aydın Tağıyev “Bax, belədir təbiətim...”, “Ədəbiyyat qəzeti” 5.08.2023
Nəşr tarixi “11” noyabr 2024-cü il.