Istifadeci Ordu Khan - Wikipedia
"Bakı Payızı" 88
redaktə"Bakı Payızı-88"-( Azərbaycanca: Bakı Payızı-88, Rusca:"Бакинская осень-88", İngiliscə:"Baku Autumn-88") Gənc Estrada İfaçılarının Müsabiqəsi. Müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunmuşdur.
Tarixi
redaktəMüsabiqə ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış,lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra "Bakı Payızı" müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə tövhələr verməyə başlayır. "Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni bərpa etmək qərarına gəlir.
Bakı Payızı-88
redaktə1988-ci ildə qəzetlərin birində "Bakı Payızı" müsabiqəsnin bir daha keçirilməsi haqqında elan çap olunur. Maraqlıdır ki,heç də bütün iştirakçılar müsabiqə haqqında kütləvi informasiya vasitələrindən öyrənmirlər. Nəzərə alsaq ki,80-ci illərin sonları yalnız informasiya qıtlığı ilə deyil eləcədə mağazalarda qida məhsullarının,xüsusilə geyim qıtlığı ilə xarakterizə olunurdu,səhnəyə çıxacaq iştirakçılar da hər biri fərqli və zövqlü görünmək üçün müxtəlif üsullardan istifadə edirdi. Bu problemin həllində isə konsertin təşkilatçılarının iştirakçılara böyük dəstəyi olmuşdu.Müsabiqədə müxtəlif janrda ifa edən gənc ifaçıları,qrupları,rəqqasları,yumoristləri,konsertin qonaqlarını görmək mümkün idi. Səhnəyə ilk addımlarını atan gənclər olduqca həyəcanlı və məsuliyyətli idilər. İstər mahnı istər geyim seçimi hər biri ayrı bir məsuliyyəti özündə daşıyırdı. Müğənnilər əsasən gənc bəstəkarların təşkil etdiyi müəyyən qruplara daxil olur və bəstəkarların yeni bəstələrini səhnədə ilk dəfə ifa edirdilər. Konsert günü Eldar Mansurovun,Vaqif Gərayzadənin Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir.
Bakı Payızı-88 in demək olar ki,bütün seçim turları Bakı Musiqi Akademiyasının nəznində olan opera səhnəsində keçirilirdi. Sonuncu final turu isə indiki Heydər Əliyev Sarayında keçirildi.Çünki bu saray opera səhnəsiylə müqayisədə olduqca böyük və möhtəşəm idi. Finala doğru 2 turdan ibarət olan müsabiqənin ilk turunda musiqiçilər xarici mahnı oxuyurdularsa,ikinci turda ifa olunacaq parça azərbaycan dilində olmalı idi. Müğənnilər yalnız musiqi janrında azad seçimə malik idilər. Final günü konsertin birinci yarısı Rauf Hacıyevin ikinci yarısı isə Teymur Mirzəyevin rəhbərlik etdiyi ansamblın müşayəti ilə keçirilir.Aparıcılığı isə Nərgiz Cəlilova edir.Təşkilatçı Sevinc Kərimova quruluşçu rəssam və səhnənin tərtibatçısı İbrahim İbrahimov [1]
Müsabiqənin ən yadda qalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi "Azərbaycanım" mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.[2]
Konsert montaj edilmədən 31 Dekabr Yeni İl Axşamı Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilir.
Konsertin qonaqları
redaktə1.Adışirin Bağırov(Bakı Payızı 85 in diplomantı)un ifasında musiqili komediya
2.Tamilla Aqamiyeva və Yevgeni Baxtin( Bakı Payızı 85 laureatları) Eldar Mansurov və Gülnaz Şıxəliyevin " Könlümün Arzular" dueti
3.Qaya instrumental ansamblının nəznində yaranmış "TALİSMAN" qrupunun çıxışı "Döndərmə"
4."Bakı Payızı 83" və Ümumittifaq Estrada Müsabiqəsinin Laureatı Qorxmaz Əlilinin "Məzəli yumoristik çıxışı"
5."Bakı Payızı-85" laureatı və " Yurmala-88" müsabiqəsnin diplomantı Gulya Miraşiçenkanın çıxışı.
6.Sərxan Sərxan
7."Bakı Payızı-85" laureatı "Ozan qrupu"
8."Bakı Payızı-85" müsabiqəsinin laureatı "Jazz Folklor Ansamblı" və Alim Qasımov
Münsiflər heyəti
redaktə1.Tofiq Quliyev (Münsiflər heyətinin sədri)
Mükafatlar
redaktəİfaçılar üzrə:
1.Aygün Kazımova (I mükafatın laureatı).Mahnı"Yarım eşitsin məni"
2.Abbas Əhmədov (II mükafatın laureatı).Mahnı "Dağlar"
3. Almaz Ələsgərova (III mükafatın laureatı).Mahnı"Səni unutmaq olmur"
4.Sevil Hacıyeva (III mükafatın laureatı).Samir Bağırovla duet "İnanıram"
5.Faiq Ağayev (I dərəcəli) diplomant.Mahnı "Yadımdasan"(Ən əziz gün) Xoreoqrafik duet Alexandr Axundov və Xana Qalsanova.
6.İlqar Xəyal (I dərəcəli) diplomant.Mahnı"Yadelli Durnalar"
7.Samir Bağırov (II dərəcəli) dplomant.Mahnı"Не Улетай"
8. Arzu Rzayev (II dərəcəli) diplomant.Mahnı "Məhəbbət Nəğməsi"
9.Zülfiyyə Xanbabayeva (III dərəcəli) diplomant.Mahnı "Dünya Gözəli"
12.Fuad Bikbayev.Mahnı"Bim Samba"
11.Rzayev Sarabskinin rəhbərlik etdiyi "Vokal instrumental ansambl" (3-cü mükafatın laureatı) ansambl
12. "Jazz Orkestr Retro" (1-ci dərəcəli diplom) ansambl
13."Alians" qrupu (2-ci dərəcəli diplom)
Xoreoqrafiya üzrə:
14.Xana Qalsanova və Alexandr Axundovun rəqs dueti (1-ci mükafatın laureatı)
15."Sintez" qrupu (2-ci mükafatın laureatı)
16. Trio "Step" rəqs (3-cü mükafatın laureatı)
17. Lalə Abdullayeva və "Qalaktika"qrupu (3-cü mükafatın laureatı)
18."Müasir Bal Rəqsləri" Studiası (1-ci dərəcəli diplom)
19.Ernest Osipov (2-ci dərəcəli diplom)
20.Dmitri Karvalis (1-ci dərəcəli diplom) Məzəli Yumor üzrə
21.Samir Babayev (3-cü dərəcəli diplom)
Xüsusi Mükafatlar
redaktə1.Həmkarlar İttifaqı və Bakı Mədəniyyət Şurası adından xüsusi mükafat Əzizə Mustafazadəyə Amerika Birləşmiş Ştatlarında keçirilən böyük bir müsabiqədə qalib gəldiyi üçün verilmişdir.
Final Konsertinin sonunda "Azərbaycan Komsomolu","Бакинский Рабочи" qəzeti,Azərbaycan Bəstəkarlar İttifaqı yarışmaçılara xüsusi mükafatlar təqdim edir.
1."Azərbaycan Komsomolu","Бакинский Рабочи" qəzetinin xüsusi mükafatı İlqar Xəyala verilmişdir.
2.Bakı Şəhəri Mədəniyyət İdarəsinin Xüsusi Mükafatı-Samir Bağırov və Sevil Hacıyevaya təqdim olunur.
3.Azərbaycan Bəstəkarlar İttifaqının Xüsusi Mükafatı "Ən Yaxşı Mahnı"ya görə bəstəkar Vagif Gərayzadəyə təqdim olunur.
4.Tamaşaçıların Xüsusi alqışlarına layiq olan ifaçı isə Fuad Bikbayev olur.[2]