Istifadeci Namazova Aysel - Wikipedia
Təhsil
redaktəNamazova.aysel | |
---|---|
Əsl adı | Aysel Namazova |
Yaşadığı ölkə | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Mən Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm.Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı.[1]
Bolşeviklərin və ermənilərin yaratdığı daxili qarışıqlığa və iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Bu qayğı demokratik ziyalılarımızın uzun illərdən bəri apardığı gərgin mübarizənin həyati təzahürü idi. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir. Bu tədbirlərin içərisində bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən biri, şübhəsiz, BDU-nun yaradılması olmuşdur. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Bunun da səbəbini Cümhuriyyət xadimlərinin, demək olar ki, hamısının bir nəfər kimi bu taleyüklü işdə maraqlı olması ilə izah etmək olar. İyirmi üç aylıq fəaliyyətlərinin on ayı ərzində bu dövlət xadimləri gərgin mübahisə və müzakirələrdən sonra həyatlarının bəlkə də ən böyük arzusunu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail olmuşdular. Əlbəttə, odövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər mövcud idi. Hərşeydən əvvəl, azərbaycanlıların maariflənməsini və təhsilinin inkişafını düşünən qabaqcıl ziyalıların, ictimaixadimlərin başlıca arzularından biri universitet açmaq olmuşdu. Lakin bu ideyanı əvvəlki dövrlərdəgerçəkləşdirmək üçün şərait və imkan mövcud deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması isə busahədə bir ümid çırağı yandırdı. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskinmaliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusidiqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi.[1]
STRUKTUR
redaktəStruktur
Dekanlıq:
Dekan prof. İmanov Fərda Əli oğlu
Humanitar və sosial məsələlər üzrə dekan müavini Elxan Nuriyev Balahəsən oğlu
Elmi işlər və magistratura üzrə dekan müavini Məmmədova Şəkər İdayət qızı
Bakalavriat üzrə dekan müavini Əhlimanov Ramiz Mirağa oğlu
Qiyabi şöbə üzrə dekan müavini Firuddin Meydan oğlu Hüseynzadə
Kafedralar və kafedra müdirləri:
- Azərbaycan coğrafiyası Əfəndiyev Vüsət Əmir oğlu - c.e.d., prof. tədris işləri üzrə prorektor, kafedra müdiri
- Geodeziya və karftoqrafiya Qocamanov Məqsəd Hüseyn oğlu c.e.d. prof. kafedra müdiri;
- İqtisadi və sosial coğrafiya Həsənov Tapdıq Güləhməd oğlu c.e.d., kafedra müdiri;
- Fiziki coğrafiya Qəribov Yaqub Əli oğlu c.e.n. dos. kafedra müdiri
- Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası Soltanova Həbibə Bayraməli qızı - c.e.n., dosent, kafedra müdiri
- Hidrometeorologiya İmanov Fərda Əli oğlu c.e.d. prof. kafedra müdiri[2]
Vikipediyadakı fəaliyyətim
redaktəHobbilər
redaktəHobbilər
Sıra | Hobbilər | Ay ərzində ayrılan vaxt |
---|---|---|
1 | Rəsm çəkmək | 20 |
2 | Şahmat | 45 |
3 | Musiqi dinləmək | 50 |
4 | Film izləmək | 20 |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Rəsm çəkmək
Musiqi dinləm
Film izləmək