Istifadeci Gadir Arxiv Avqust 2023 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Dəvət
Salam. Sizi Vikipediya:Qiymətləndirmə/Yaxşı məqalələr səhifəsindəki məqalələrə səsverməyə dəvət edirəm.— Baskervill (müzakirə) 07:08, 4 avqust 2023 (UTC)
Ulduz
Ulduz mükafatı üçün təşəkkürlər. "rqasimzad" 05:23, 6 avqust 2023 (UTC)
Antuan Qrizman
Qardasim sen niye menim etdiyim editleri geri qaytarirsan. Ozude ki dogru melamutlar paylasiram men. 5.191.111.171 09:55, 6 avqust 2023 (UTC)
İstifadəçi səhifəsi
Salam. Zəhmət deyilsə məndən xəbərsiz istifadəçi səhifələrimə müdaxilə eləməyin. Hörmətlə :) Grenzsoldat 18:15, 9 avqust 2023 (UTC)
- Salam. Əsaslı redaktələr aparmıram, texniki düzəlişlər edirəm sadəcə. :) Gadir (müzakirə) 18:16, 9 avqust 2023 (UTC)
- Grenzsoldat, siz siyahıda 8-ci deyilsiniz axı? :) Gadir (müzakirə) 18:42, 9 avqust 2023 (UTC)
- Sənə sonuncu dəfə xəbərdarlıq edirəm, mənim istifadəçi səhifəmdə icazəsiz müdaxilə eləmə. Grenzsoldat 06:44, 15 avqust 2023 (UTC)
Ensiklopedik şəxs
Salam. Axşamınız xeyir. Ensiklopedik şəxs üçün kriteriyaları haradan oxuya bilərəm? Həm idmançı olmuş həm də hakim olaraq fəaliyyət göstərmiş bir şəxslə bağlı məqalə yaratmaq niyyətdəyəm. Onun ensiklopedik olub olmadığını bilmək istəyirəm. Çox sağolun Asif Məmmədov (müzakirə) 11:49, 21 avqust 2023 (UTC)
- Salam. Ensiklopediklik kriteriyaları ilə buradan tanış ola bilərsiniz. Gadir (müzakirə) 11:56, 21 avqust 2023 (UTC)
- Mənim bəhs etdiyim şəxs 6,7 dəfə karate idman növü üzrə Azərbaycan çempionu olmuşdur həmçinin beynəlxalq 1 dərəcədə karate hakimidir. Çox sağolun mən ordan oxudum məlumatlar. Sadəcə hələ wikipediyada təzəyəm deyə, bir də sizdən öyrənmək istədim uyğun olub olmadığını. Çox sağolun. Asif Məmmədov (müzakirə) 12:13, 21 avqust 2023 (UTC)
- Buradan oxuya bilərsiniz. Kimdən bəhs edirsiniz? Gadir (müzakirə) 12:15, 21 avqust 2023 (UTC)
- Səfərov Hacı Elburus oğlu Asif Məmmədov (müzakirə) 12:17, 21 avqust 2023 (UTC)
- Zəhmət olmasa özünüz də baxıb deyərdiniz ensiklopedikdir ya yox. Oxudum məqaləni doğrudur, sadəcə yenə də sizin özünüzdən də bunu eşitmək istəyirəm. Ensiklopedikdir ya yox. Çox sağolun Asif Məmmədov (müzakirə) 12:33, 21 avqust 2023 (UTC)
- Buradan oxuya bilərsiniz. Kimdən bəhs edirsiniz? Gadir (müzakirə) 12:15, 21 avqust 2023 (UTC)
- Mənim bəhs etdiyim şəxs 6,7 dəfə karate idman növü üzrə Azərbaycan çempionu olmuşdur həmçinin beynəlxalq 1 dərəcədə karate hakimidir. Çox sağolun mən ordan oxudum məlumatlar. Sadəcə hələ wikipediyada təzəyəm deyə, bir də sizdən öyrənmək istədim uyğun olub olmadığını. Çox sağolun. Asif Məmmədov (müzakirə) 12:13, 21 avqust 2023 (UTC)
Salam, kateqoriyanın adını dəyişdirmə səbəbiniz nədir? Həmçinin kateqoriyanın adında da məna səhvi var. İntervikiyə baxsaq rusvikidə əvvlki versiyası kimiydi, digər vikilərdə isə "azərbaycanlı" ifadəsi işlənir. Bu süni redaktə artımı kimi qiymətləndirilir. Həmçinin addəyişmə zamanı heçbir səbəb göstərilməyib. Turkmen müzakirə 16:24, 21 avqust 2023 (UTC)
- Salam, hörmətli həmkar. Belə düşündüyünüzə təəssüf edirəm, mənim üçün heç bir vaxt redaktə sayı vacib olmayıb. İndiyədək belə bir səbəblə fəaliyyətim barədə fikir bildirən də olmayıb. Səhifələri həmişə bacardığım qədər qaydasına salmağa, mümkün qədər səliqəli hala gətirməyə çalışmışam. Bu dəyişikliyi müvafiq konsensusa əsasən etmişəm. Sadəcə haqlısınız ki, bunu səbəb olaraq qeyd etməyi unutmuşam. Bundan sonra nəzərə alacam. Həmçinin digər istifadəçilərlə birgə bunun kimi bir çox dəyişikliklər edilib. Qeyd etdiyinizdə səhv də yoxdur əslində. Bəzi hallarda "Azərbaycan" sözü "Azərbaycanlı" sözünə sinonim kimi də işlənilir. Alt kateqoriyalara baxmağınız kifayətdir. Həmçinin əvvəlki adlandırmada da ölkə adı ilə qeyd edilmişdi, millət yox. Sadəcə müzakirə nəticəsində üslubun dəyişdirilməsi qərarı alınmışdı. O da həm də ona görə ki, köhnə üslubda kateqoriyalaşdırmada da çətinlik yaradırdı. İstifadəçilərdən biri orada da qeyd edib. Diqqət yetirə bilərsiniz. Əgər etirazlarınız varsa müzakirə başlada bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 16:33, 21 avqust 2023 (UTC)
Sizin üçün bir ulduz!
Çalışqanlıq ulduzu | |
Həmkar, Vikipediyadaki fəaliyyətiniz təqdirə layiq və əvəzolunmazdır, inanıram ki gələcəkdə dahada uğurlu işlər görəcəksiz. Fəaliyyətinizdə uğurlar! Aaiitacc (müzakirə) 21:41, 25 avqust 2023 (UTC) |
Müdaxilə
Zəhmət olmasa müdaxilə etməyin NMW03 (müzakirə) 16:23, 26 avqust 2023 (UTC)
Nəzirə xanım Sultan səhifəsində Nəzirə Yaqubova bayaq sildiyiniz şablondan istifadə olunub. Birləşdirilsin şablonu yalnız müzakirə səhifələrində istifadə olunmalıdır? Öncədən təşəkkür edirəm. Futurolog21 (müzakirə) 00:29, 29 avqust 2023 (UTC)
Başlıqsız
Salam verilən məlumatları silirsiniz, niyə? İnternet resurslarını istinad kimi təqdim etmişəm axı. 5.134.57.188 19:05, 29 avqust 2023 (UTC)
- Salam. Qeyd etdiyiniz istinadda Vikipediya qeyd olunub. Lütfən etibarlı mənbələrdən istifadə edin. Gadirmüzakirə 19:10, 29 avqust 2023 (UTC)