Istifadeci Eunchae318 - Wikipedia
Salamlar əziz insanlar! Bu gün sizlərə "Dünyanın Ekoloji Problemləri" haqqında danışacağam.Bu ciddi bir məsələdir və bu haqda geniş yazmağımı özümə borc bilirəm. Bu haqda yazmağımın səbəbi hər bir insan bu məqaləni oxuyub, bundan dərs götürməsidir.
Ekologiya- Canlıların ətraf mühitə, cansızların canlılara təsirini öyrənən elm sahəsinə deyilir. Cansız mühit amillərinə işıq, rütubət(və ya su) hava, torpaq və temperatur aid etmək olar.
Canlı mühit amillərinə isə bakteriyalar, göbələklər, bitkilər və heyvanlar aləmi aiddir. Canlı mühit amilləri cansız mühit amilləri olmadan yaşaması qeyri-mümkündür. Cansız mühit amillərinin(xüsusilə, havanın, suyun və torpağın) çirklənməsi müəyyən fəsadlar yaradır.
Dünyanın ekoloji problemlərin ən başlıca səbəbi maşınların, zavodların havaya buraxdığı zəhərli tüstülər, istixana effekti və smoqu aid etmək olar. Maşınlar karbon-monooksid və ya tarixi adıyla dəm qazı ilə işləyir və yanma məhsulu nəinki havaya, canlılara ziyan vurur, hətta ekoloji tarazlığı belə pozur. İstixana effekti olmasaydı, dünyamız daha soyuq olardı. Amma, istixana effekti sonrası, Yerə infraqırmızı şüaların düşməsini azaldır və dünyanın normadan çox isinməsinə səbəb olur.
Smoq- havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən smoq əmələ gələ bilir.Smoq sakit və ya az küləkli havada uzun müddət qala bilir.
Digər bir səbəb, atom bombalarının atılmasıdır. Yaponiyanın iki şəhəri Naqisaki və Hiroşima şəhəri atom bombalarına məruz qalmış, nəticədə çox insanın ölümünə səbəb olmuşdur. Amerika tərəfindən Yaponiyanın iki şəhərinə atılan atom bombası nəticəsində, ekoloji tarazlığı pozdu.Hələ o iki şəhərdə həyat yoxdur. Radiaksiya orada yayılmış və orada şərait yoxdu. Təkcə Yaponiya deyil, onun yanında yerləşən qonşu dövlətlərə də ziyan vura bilər.Səbəb oradakı toz hissəcikləri radiaksiyaya məruz qalmış və külək vasitəsilə uzaq məsafə qət edə bilər. İstixana effekti buzlaqların əriməsinə belə səbəb ola bilər. Xəbərlərdən topladığım məlumatlara əsasən, digər illərə nisbətən bu ildə 3 trilyona yaxın buzlaqlar əriyib. Bu da su ehtiyatlarımızın gələcək illərdə get-gedə azalmasına səbəb olacaqdır. Xəzər dənizi neft məhsulları ilə çirklənmiş və bunun nəticəsində, bəzi su canlıların adı "Qırmızı Kitab"a düşməsinə səbəb olub. Bunlardan Xəzər suitisini nümunə göstərmək olar.Təkcə Xəzər dənizi yox, digər su hövzələri neft məhsulları və yaxud zavodların tullantısı ilə çirklənə bilir.
Önəmli məqamlar:
1)Ətraf mühitlə əlaqəli ölümlərin ilk 10 səbəbindən xronoki tənəffüs yolları xəstəlikləri 5-ci yerdədir.BMT-yə görə, hava çirkliliyi dünya əhalisinin 90%-nə təsir edən səssiz bir qatildir. Hər il təxminən 7 milyona yaxın insanın ölümünə səbəb olduğu təxmin edilir. Hava çirkliliyi miqren kimi xroniki xəstəliklərə yoluxmuş insanlara da təsir edir. Son zamanlarda ağciyər xəstəliklərin yaranmasının əsl səbəbi orqanizmə daxil olan olan havanın çirkli olmasıdır.
2)Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monooksid, azot oksidləri və digər hissəciklərdir.Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirir.
3)Ekoloq Telman Zeylanov deyir ki, havanın çirklənməsinə təsir edən bir çox amillər mövcuddur: "Yaşıllıqların məhv olunması, avtomobillərin sayının artması, aparılan tikinti işləri, eyni zamanda, neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəssisələr də əsas mənbə hesab oluna bilər.
Bu ekoloji problemlərin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Bunlardan biri, COP29-dur. COP29 Tərəflər Konfransının sayca 29-cu tədbiridir və Azərbaycanın Bakı şəhərində baş tutacaq. Maşınlar dəm qazı əvəzinə, hidrogen qazı və ya elektrik enerjisi ilə işləyə bilər. Hidrogen gələcəyin ən təmiz yanacağı hesab olunur və onun yanma məhsulu yalnız su buxarı olduqda havaya zərər vurmur. Tesla şirkətinin istehsalı olan Robovan və Robotaxi dəm qazı ilə işləyən maşınların yerini tuta bilər. Belə ki, Robovan və Robotaxi avtonom və sürücüsüz nəqliyyatlardır.
~