Israilin Iqlimi Ve Hidroqrafiyasi - Wikipedia
İqlimi
redaktəİsraildə Aralıq dənizi iqlim tipi hakimdir. Ərazidə yay ayları quraq və isti,qış isə mülayim və rütubətli keçir. Yazda və yayda İsrail üzərində tropik, payızda və qışda isə mülayim enliklərin hava kütlələri hakimdir. Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur.
Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır [1][2]. Qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70–80 mm yağıntı düşür. Yanvar, fevral ayları ən çox yağış yağan aylardır [3].Ölkənin digər bölgələrinə nisbətən Xermon dağına qar daha çox yağır [4]
Aralıq dənizi sahil bölgəsində orta illik temperatur müsbət 20 dərəcə olduğu halda, dağlıq bölgələrdə bu göstərici bir neçə dərəcə aşağıdır. Orta temperatur yüksək olduğundan Aralıq dənizinin çimərliklərindən ilin 7-8 ayı istifadə etmək olar. Ölkənin ən isti yeri onun cənubundadır. Burada orta illik temperatur 23 dərəcədən aşağı düşmür. Cənubda ilin yay aylarının orta temperaturu 32-33 dərəcəyə çatır. Qış aylarında mənfi temperaturlar da müşahidə olunur. Hündür ərazilərdə qış aylarının orta temperaturu mənfi 5 dərəcəyə uyğun gəlir. Ölkənin mərkəzi bölgələrində ilin 300 günü orta temperatur müsbət 15 dərəcəyə bərabərdir.
Ərazi üçün şimal və qərb küləklərinin əsməsi səciyyəvidir. Yazda və yayın əvvəllərində Ərəbistan yarımadasından quru və isti xəmsin küləkləri əsir. Tozlu və dəhşətli isti havaya Neqev səhrasında rast gəlinir. İsrail səth suları ilə zəif təmin olunmuş ölkədir. Ərazinin qərb hissəsindən axan kiçik çaylar Aralıq dənizi hövzəsinə aiddir. Bu çayların əksəriyyəti ilin isti aylarda quruyur. Ölkənin şərq hissəsi axarsızdar.
Su ehtiyatları
redaktəİsraildə su ehtiyatları məhduddur [5]. 2008-ci il İsraildə rəsmi olaraq susuzluq ili elan edilmişdir [6]. Ərazinin şimal-şərqindəki tektonik dərə ilə daima sulu İordan (Ürdün) çayı axır. Xermon massivindən başlanğıcını götürən bu çay Ölü dənizə tökülür. Tiveriad gölünə qədər bu çay ensiz dərə ilə, qalan hissələrdə isə allüvial düzənliklə axır. Okean səviyyəsindən 200 metr alçaqda yerləşmiş Tiveriad (yaxud Qaliley) gölünün uzunluğu 21 km, maksimal dərinliyi 48 metrdir. Gölün suyu duzlu olmadığından ondan içməli su mənbəyi kimi istifadə olunur.
1000 kv. km ərazisi olan Ölü dənizin (uzunluğu 76, eni 16 km)250 kv. km-i İsrailə məxsusdur. Bu kiçik ərazidən İsrail hökuməti maksimum faydalanır. Ərazidə qiymətli mineral duzlar çıxarılmaqla yanaşı, kurort təsərrüfatı inkişaf etdirilir. Sənaye, kənd təsərrüfatı və əhalinin suya olan tələbatını ödəmək məqsədilə su təchizatı və irriqasiyanın mərkəzləşdirilmiş sistemi yaradılmışdır. Bu sistemdə başlıca su kəmərlərinin uzunluğu 150 km-ə çatır, Tiveriad gölünün şimal-qərb sahillərindən Roş-xaAyin məntəqəsinədək davam edir, burada 106 km uzunluğunda olan Yarkon-Şimali Neqev xəttilə birləşir.
Mütəxəssislər ölkənin içməli su ehtiyatlarının 1,8 mlrd. kub/metr olduğunu hesablamışlar. Bu suyun 1,1 mlrd. kub metri kiçik çayların və bulaqların 320 mln. kub metri Ürdün çayının İsrailə aid olan hissəsinin, 200 mln. kub metri Yarkon çayının suları təşkil edir. Ümumiyyətlə, İsrail hökuməti içməli su təminatında böyük müvəffəqiyyətlər əldə etmişdir. 1974-cü ildə Eylatda dəniz suyunun təmizlənməsi üçün ilk zavot tikilmişdir [7]. До 2010 года Израиль опреснял чуть более 0,13 км³ воды[8].Onun bu təcrübəsindən digər quraq ölkələr də istifadə edir.
İstinadlar
redaktə- ↑ "Average Weather for Tel Aviv-Yafo" (ingilis). The Weather Channel. 2013-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 июля 2007.
- ↑ "Average Weather for Jerusalem" (ingilis). The Weather Channel. 2013-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 июля 2007.
- ↑ "Израиль". Энциклопедия «Кругосвет». 2009-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 июля 2008.
- ↑ Goldreich, 2003. səh. 85
- ↑ [1][ölü keçid]Израиль на пороге засухи: резервуары пусты, вода исчезает.6 февраля 2008]
- ↑ "2008 год официально объявлен Годом засухи". NEWSru-Израиль. 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 июля 2008.
- ↑ "Водные ресурсы Израиля". israelistate.net. 2008-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 июля 2008.
- ↑ "Водный кризис: приморские города перейдут на опреснённую воду". NEWSru-Израиль. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 июля 2008.