Israilin Istiqlaliyyet Beyannamesi - Wikipedia
İsrailin_İstiqlaliyyət_Bəyannaməsi - Haqqında Məlumat
14 may 1948-ci ildə bəyan edilmiş olan İsrailin Müstəqillik Bəyannaməsi və ya İsrailin İstiqlaliyyət Bəyannaməsi (ivr. הכרזת העצמאות, Rom: Hakhrazat HaAtzma'ut və ya ivr. מגילת העצמאות, Rom: Megilat HaAtzma'ut) ingilis mandatının başa çatdığı gündə, yeni müstəqil bir dövlət olan İsrail dövlətinin rəsmi olaraq yaradıldığını bütün dünyaya elan etmişdir. Bəyannaməni David Ben-Qurion oxumuş və eyni zamanda özü də yeni ölkənin ilk baş naziri olmuşdur. Müstəqillik bəyannaməsinin imzalandığı gün olan 5 İyar günü İsraildə bayram günü kimi qeyd olunur.[1]
İstinadlar
redaktə- ↑ "Jewish History: Iyar 5". aishcom (ingilis). 14 may 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2021.