Israil Herbi Hava Quvveleri - Wikipedia
İsrail Hərbi Hava Qüvvələri (ivrit: זְרוֹעַ הָאֲוִיר וְהֶחָלָל, Zroa HaAvir VeHahalal) İsrail Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İsrailin müstəqillik haqqında bəyannaməsinin qəbul edilməsindən qısa müddət sonra, 28 may 1948-ci ildə yaradılmışdır. General-mayor Amikam Norkin 2017-ci ilin avqust ayından etibarən Hərbi Hava Qüvvələri komandanı vəzifəsində xidmət edir.
İsrail Hərbi Hava Qüvvələri | |
---|---|
זרוע האויר והחלל | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 28 may 1948 - günümüzə |
Ölkə | İsrail |
Tabedir | İsrail Silahlı Qüvvələri |
Daxildir | İsrail Silahlı Qüvvələri |
Sayı | 684 uçuş aparatı (təyyarə, helikopter və s.)[1] |
Qərargah | Tel-Əviv, İsrail |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-mayor Amikam Norkin |
iaf.org.il | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəzifələri
redaktəİsrail HHQ aşağıdakı funksiyaları yerinə yetirməyə cavabdehdir:[2]
1. İsrail dövlətinin hava məkanını düşmənin istənilən hücumundan müdafiə etmək və Silahlı Qüvvələrin əməliyyat apardığı ərazinin havadan təhlükəsizliyini təmin etmək
2. Silahlı Qüvvələrin döyüş zonasında hava üstünlüyünü ələ keçirmək
3. Həm quruda, həm də dənizdə döyüş əməliyyatlarında iştirak etmək
4. Düşmənin nəzarəti altında olan ərazinin dərinliklərinə zərbə endirmək
5. Hava kəşfiyyatı aparmaq
6. Qoşunların və silah sistemlərinin daşınması
7. Axtarış, xilasetmə və təxliyə əməliyyatlarında iştirak etmək
8. Xüsusi əməliyyatlar icra etmək
9. İsrail Silahlı Qüvvələrinin ümumi planına uyğun olaraq özünü inkişaf etdirmək
Komandanları
redaktə- Yisrael Amir (May 1948 — iyul 1948)
- Aharon Ramez (İyul 1948 — dekabr 1950)
- Şlomo Şamir (Dekabr 1950 — avqust 1951)
- Haim Laskov (Avqust 1951 — may 1953)
- Dan Tolkovski (May 1953 — iyul 1958)
- Ezer Veyzman (İyul 1958 — aprel 1966)
- Mordeşai Hod (Aprel 1966 — may 1973)
- Binyamin Peled (May 1973 — oktyabr 1977)
- David İvri (Oktyabr 1977 — dekabr 1982)
- Amos Lapidot (Dekabr 1982 — sentyabr 1987)
- Avihu Ben-Nun (Sentyabr 1987 — yanvar 1992)
- Herzl Bodinger (Yanvar 1992 — iyul 1996)
- Eytan Ben Eliyahu (İyul 1996 — aprel 2000)
- Dan Halutz (Aprel 2000 — aprel 2004)
- Elyezer Şkedi (Aprel 2004 — may 2008)
- İdo Nehoştan (May 2008 — may 2012)
- Amir Eşel (May 2012 — avqust 2017)
- Amikam Norkin (Avqust 2017 — günümüzə)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Flightglobal - World Air Forces 2015 Arxivləşdirilib 2014-12-19 at the Wayback Machine (PDF), Flightglobal.com
- ↑ "Mission Statement". About the IAF. Israeli Air Force. 2011-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2017.
Xarici keçidlər
redaktə- IAF Official Website
- "The Israeli Air Force". NL: Scramble. 2006-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24Şablon:İnconsistent citations