Ismayilli Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikasının İsmayıllı rayonunda 1981-ci ildən fəaliyyət göstərən muzey. İsmayıllı rayonu Antik dövr, Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. 1981-ci ildə 1 ekspozisiya zalı olan kiçik bir binada fəaliyyət göstərmişdir. 2009-cu ildən yenidən restavrasiya olunmuş olan binada fəaliyyət göstərir.
İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | Aprel 1981 |
Açılış tarixi | 1981 |
Telefon | (020)285-32-20. |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
https://ismayillimuzeyi.jimdofree.com |
Muzeyin tarixi
redaktəMuzey 1981-ci ilin aprel ayında fəaliyyətə başlamışdır. Muzey İsmayıllı tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımından çox əhəmiyyətə malikdir. Muzeyin məqsədi, insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mənəvi mədəniyyət abidələrini, diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdikləri əşyaları (qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı, qiymətli qab-qacaq və s.), kitabələri və tabloları, heykəltaraşlıq əsərlərini (barelyef, qorelyef, qəbirüstü sənduqələr), diyarın tarixini, etnoqrafiyasını, məişətini əks etdirən və s. əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etmək və onları gələcək nəsillərə çatdırmaqdır.[1]
Muzeyin eksponatları
redaktəMuzeydə arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III–I əsrlərə aid arxeoloji gil, tunc, dəmir əşyalar; XVIII–XX əsrlərə aid geyim və məişət əşyaları; Dulusçuluq, misgərlik, xalqtətbiqisənəti, k/təsərüfatı, zərgərlik, silahlar, toxuculuq və və s. aid nümumələr saxlanılır. Muzeydə 2683 eksponat saxlanılır. Bunlardan ən qədimi Daş dövrünə aid "Qədim insanın da alətidir". Ən marqlı eksponat e.ə.III-I əsrələr aid kərə yağıdır.
Muzeyin binası
redaktəMuzey 2 ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər otaqlardan ibarətdir. Sahəsi 340 kv.m-dir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi". 2020-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.