Ismayil Bey Daruga - Wikipedia
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov (1840, Şuşa – 1891) — şair, Əhməd Ağdamskinin qaynatası.
İsmayıl bəy Daruğa | |
---|---|
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov | |
Doğum tarixi | 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 1891 |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı
redaktəİsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu.
Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü.[1] Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib.[2]
İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi. Tarixçi Mir Möhsün Nəvvab yazır: "Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb, dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlman evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb orda saxladı".
İsmayıl bəy Hüsniyyə xanım Mirzə Məmməd qızı Mirzəyeva ilə ailə qurmuşdu. Rəhilə xanım adlı qızı varı.
İsmayıl bəy şair idi. Daruğa təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" adlı əsərində ondan bəhs etmişdir.
Mənbə
redaktə- Mir Möhsün Nəvvab. 1905–1906-cı illərdə erməni-müsəlman davası. Bakı,1998
- Poetik Məclislər. Toplayanı və tərtib edəni: Nəsrəddin Qarayev. Bakı,1987
- Ənvər Çingizoğlu. Axundovlar, "Soy" dərgisi, 10 (18) 2008.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
- ↑ "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.