Ismet Settarov - Wikipedia
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.
İsmət Səttarov | |
---|---|
Vəzifədədir | |
9 fevral 2022-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Vəzifədədir | |
30 dekabr 2021-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
6 aprel 2020 – 30 dekabr 2021 | |
Əvvəlki | Nuşirəvan Məhərrəmli |
Sonrakı | Vəzifə ləğv edildi. |
4 aprel 2021 – 30 dekabr 2021 | |
Əvvəlki | Nuşirəvan Məhərrəmli |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1983 |
Doğum yeri | |
Təhsili | |
ntrc.gov.az |
Həyatı
redaktəİsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.[1]
2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.[2]
2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.[2]
İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[3]
2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.[2][4]
Evlidir, bir övladı var.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Teleradio Şurasına yeni sədr seçilib". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
- ↑ 1 2 3 "MTRŞ-nin yeni sədri "ARB"nin rəhbəridir". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
- ↑ İ. R. Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı
- ↑ "Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.